Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3786
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25

 

işğalları nəticəsində bir sıra iri ticarət şəhərləri dağılır ki, bu da 



şimal yolu ilə ticarətdə maneələr yaradır. 

XV əsrdə yaşamış Afanası Nikitin “Üç dəniz arxasına səya-

hət” adlı məşhur gündəliyində bu dövrə aid dəniz və quru yollar 

haqqında  məlumatlar  vardır.  K.Zeno,  İ.Barbaro,  A.Kontarini, 

A.Cenkinson,  A.  Oleari,  Ö.Çələbi,  Yan  Streys  kimi  məşhur 

səyyah,  coğrafiyaşünas  və  diplomatlar  “Böyük  İpək  Yolu”nun 

keçdiyi  məntəqələr,  şəhərlər,  dəniz  yolları  haqqında  çox  zəngin 

məlumatlar vermişlər. 

Sonrakı  dövrdə  “Böyük  İpək  Yolu”nun  keçdiyi  ölkələrdə 

baş 


verən 

siyasi 


dəyişikliklər 

əvvəlcə 


marşrutların 

istiqamətlərinə  təsir  etsə  də,  1498-ci  ildə  Afrikadan  Hindistana 

birbaşa  dəniz  yolunun  kəşf  edilməsi  dünya  ticarət  yollarını 

dəyişdirdi.  Qərb  dünyasını  Uzaq  Şərqlə  bağlayan  quru  yol 

əlaqələri  zəiflədi.  Buna  səbəb  olan  amillərdən  biri  də,  bir  sıra 

ölkələrdə ipək istehsalının artması idi. Yeni yaranmış dəniz yolu 

ispaniyalıların  və  portuqaliyalıların  əlinə  keçdiyi  üçün  bu 

dövrdən  başlayaraq  Şərq-Qərb  ticarət  əlaqəsi  Volqa-Xəzər  su 

yolu ilə davam etdirildi. Bir sözlə, Böyük coğrafi kəşflər «Böyük 

İpək  Yolu»nun  əhəmiyyətinə  təsir  etsə  də,  sıradan  çıxmasına 

səbəb olmadı. 

“Böyük  İpək  Yolu”  bu  gün  də  çox  aktual  olan  bir 

məsələdir.  “Böyük  İpək  Yolu”nun  bərpasına  dair  ilk  addımlar 

hələ  1991-ci  ildə  atılmış,  1993-cü  ildən  etibarən  isə  bu  sahədə 

əməli  işlər  görülməyə  başlanmışdır.  1993-cü  ilin  mayında 

“Avropa-Qafqaz-Asiya 

Transqafqaz 

nəqliyyat 

dəhlizi” 

proqramı  qəbul  olundu  ki,  bunun  da  davamı  kimi  1998-ci  il 

sentyabrın  7-8-də  ümummilli  lider  H.Əliyevin  təşəbbüsü  ilə 

Bakıda  “Böyük  İpək  Yolu”  beynəlxalq  konfransı  keçirildi. 

Konfransda  32  ölkənin  və  13  beynəlxalq  təşkilatın  nümayəndə 

heyətləri iştirak etmişdir. 

Qeyd  etməliyik  ki,  Azərbaycanın  çox  zəngin  xammal 

ehtiyatı  və  intellektual  potensialı,  Avropadan  Asiyaya  uzanan 

yolda əlverişli coğrafi mövqeyi onun dünya birliyində nüfuzunun 



 

güclənməsinə  imkan  verir.  TRASEKA  proqramı  çərçivəsində 



nəzərdə  tutulan  Avropa  ilə  Asiya  arasında  körpü  rolunu 

oynayan “Böyük İpək Yolu”nun bərpası ölkəmiz qarşısında yeni 

inkişaf üfüqləri açır. Bu yolun bərpası, həmçinin, Avropa, Qara 

dəniz,  Xəzər  dənizi  və  Asiya  regionlarında  təbii  ehtiyatlardan 

istifadəyə  və  qarşılıqlı  faydalı  əməkdaşlığa  hər  zaman  kömək 

edəcəkdir. 

Ümumiyyətlə,  “Böyük  İpək  Yolu”nun  bərpası  və  Şərq-

Qərb  enerji  dəhlizinin  yaranması  XXI  yüzilliyin  qlobal  tarixi 

hadisələrindəndir.  Avropa-Asiyanın  mərkəz  hissəsində  yerləşən 

və  34-dən  artıq  dövlətin  ərazisindən  keçərək  onları  birləşdirən 

bu yolun əhəmiyyəti ölçüyəgəlməzdir. 

Tələbələrin  ixtiyarına  verilən  dərs  vəsaiti  giriş,  üç  fəsil, 

nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

Birinci  fəsil  İpək  yolunun  ən  qədim  zamanlardan 

başlayaraq  erkən  orta  əsrlərə  kimi  (e.ə.  II-  e.X  əsr)  olan  bir 

dövrü  əhatə  edir.  Burada  ipək  ticarətinin  yaranmasından, 

ticarətdə  Çinin  mövqeyindən,  Hunların  «Böyük  İpək  Yolu»na 

nəzarət  uğrunda  mübarizəsindən,  İpək  yolu  üstündə  böyük 

ticarət mərkəzləri olan şəhərlərdən, Kuşan, Roma, Parfiya kimi 

güclü  dövlətlərin  bu  yolda  mövqeyindən,  Ərəb  xilafəti 

zamanında yolun vəziyyətindən, Şərqlə-Qərb arasında bu yolun 

yaşamasında  Azərbaycanın  oynadığı  roldan,  ümumilikdə  isə 

“Böyük İpək Yolu”nun Avrasiya məkanında tutduğu mövqedən 

və oynadığı roldan bəhs edilir. 

İkinci  fəsil  “Böyük  İpək  Yolu”nun  orta  əsrlər  dövrünü 

əhatə  edir.  Fəsildə  Monqollar  və  Səlcuqlar  dövründə  yolun 

vəziyyətinə,  Hindistanın  “Böyük  İpək  Yolu”ndakı  mövqeyinə, 

Türk  dövlətlərinin  «Böyük  İpək  Yolu»nda  oynadığı  rola,  bir 

sözlə,  orta  əsr  imperiyalarının  «Böyük  İpək  Yolu»nun 

yaşamasında  və  fəaliyyətindəki  roluna,  həmçinin  orta  əsrlər 

dövründə  Azərbaycanın  bu  yol  üzərində  əhəmiyyətinə,  Böyük 

coğrafi  kəşflərdən  sonra  quru  yollarının  əhəmiyyətinin  azaldığı 




 

10 


bir zamanda Xəzər ticarəti uğrunda Rusiya-İngiltərə rəqabətinə 

nəzər salınmışdır. 



Üçüncü fəsil «Böyük İpək Yolu» nun bərpası» adlanır. Fə-

sildə Böyük coğrafi kəşflərdən sonra əhəmiyyətini zəiflətmiş olan 

«Böyük  İpək  Yolu»nun  yenidən  dirçəldilməsi  uğrunda 

Azərbaycan  hökumətinin  apardığı  məqsədyönlü  siyasətdən  və 

“Böyük İpək Yolu”nun bərpasına həsr olunmuş Bakıda keçirilən 

beynəlxalq  konfransdan,  “Böyük  İpək  Yolu”  ndan  TRASEKA-

yadək  olan  dövrü  özündə  əks  etdirən  “Bakı  Bəyannaməsi”nin 

əhəmiyyətindən bəhs olunur. 

Vəsaitin nəticə hissəsində qısa ümumiləşdirmələr öz əksini 

tapmışdır. 

 

 



 

11 


I FƏSİL 

 

İPƏK YOLU ƏN QƏDİM ZAMANLARDAN  

ERKƏN ORTA ƏSRLƏRƏ QƏDƏR 

 

1.1. İpək yolu ticarətinin yaranması (ən qədim dövr) 

E.ə  481-256-cı  illər  Çin  tarixinin  çinliləşmə,  birləşmə  və 

güclənmə  dövrü  кими  характеrizə  olunur.  Çin  qaynaqları  da 

bunu  sübut  edir.  Бu  dövrdə  şimal  hunları  da  təsirli  şəkildə 

basqınlar  etməyə  başlayırlar.  Artıq  е.ə.  III  yüzilliyin  ikinci 

yarısında müasir Çinin böyük bir qismi Çin dövlətinin əlində idi. 

 

 



Çinin qərbə doğru sərhədləri möhkəm olmadığından, həm 

də bu ərazilər hunların nəzarətində olduğundan çinlilərin qərbə 

doğru  ticarət  etmələri  çətinləşirdi.  Çinin  qərb  sərhəd  əraziləri 

Lunqhsi və Lintao şəhərləri hesab olunurdu. 

III  yüzilliyin  sonlarından  etibarən  Çin  sülalələri  qərbdə 

yavaş-yavaş  güclənir.  Çin  mənbələrində  tez-tez  xatırlanır  ki, 

«Qərb ticarət yolu»nun da Çin dövləti üçün əhəmiyyəti artmağa 

başlayır.  “361-ci  ildə  Çin  hökmdarı  Hun  barbarlarını  məğlub 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə