Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 

22 


[65, 77]. 

Əmtəə-xidmətlər  bazarında  baş  verən  konyunktur  dalğalanmaları  bütün 

vəziyyətlərdə  əhalinin  həyat  səviyyəsinə,rifah  halına  və  ümumiyyətlə  cəmiyyətdəki 

sosial-iqtisadi  sabitliyin  mövcud  durumuna  mənfi  təsirini  göstərərək  tarazlığı  pozur. 

Nəzərə  almaq  lazımdır  ki,  transformasiya  yönümlü  dəyişikliklərin  ilk  mərhələsində 

əmtəə-xidmətlər bazarında baş verən gərginliklər və qiymət artımı müxtəlif amillərin 

təsiri altında yaranmışdır. Bu amilləri aşağıdakı kimi fərqləndirə bilərik: 

 



 məhsul istehsalı(istehlak təyinatlı) həcminin kəskin şəkildə azalması; 

 



 ölkənin xarici iqtisadi siyasətinin zəif olması ilə əlaqədar olaraq bazara mal 

idxalının zəif olması,qənaətbəxş səviyyədə olmaması; 

 

əmtəə-xidmətlər  bazarında  inhisarçılığın  olması  və  azad  rəqabət  mühitinin 



kifayət qədər formalaşmaması; 

 



istehlak  bazarında  dövlət  tənzimləmə  fəaliyyətinin  qismən  aradan 

qaldırılması fonunda kölgəli iqtisadiyyatın dirçələrək təsir imkanlarının genişlənməsi. 

Aparılmış  təhlillər  göstərir  ki,  formalizasiya  dövrünü  keçən  milli  iqtisadiyyatda 

aparılan iqtisadi, hüquqi islahatlar,  mülkiyyətin özəlləşdirilməsi  və  azad  sahibkarlıq 

fəaliyyətinin inkişaf etdirilməsi istehlak bazarındakı mövcud vəziyyətə də öz təsirini 

göstərmişdir.  Odur  ki,  milli  iqtisadiyyatda(daxili  bazarda)  qiymətlər  tələblə  təklifin 

təsiri  altında  formalaşmaqla,  azad  rəqabət  mühiti  geniş  vüsət  almışdır.  Məlumdur 

ki,mövcud  istehlak  bazarında  tarazlığın  təmin  edilməsi  və  qiymətlərin  səviyyəsinin 

sabitləşdirilməsi  üçün  bazarda  əmtəə  təklifinin  həcminin  artırılması  və  əhalinin 

alıcılıq  qabiliyyətinin  yüksəldilməsi  labüddür.  Əsası  ulu  öndər  H.Əliyev  tərəfindən 

qoyulan  iqtisadi  islahatlar  kursu,  keçid  dövrünü  yaşayan  respublikamızda  qısa 

müddət  ərzində  yerli  iqtisadiyyatın  dirçəlməsinə,iqtisadi  böhranın  qismən 

dayandırılmasına,böhranın mənfi nəticələrinin aradan qaldırımasına və makroiqtisadi 

sabitliyin təmin edilməsinə əlverişli şərait yaratmışdır.  

Məhz bütün bunların nəticəsidir ki, 1995-ci illə müqayisədə 2015-ci ildə ölkədə 

ümumi  daxili  məhsul  istehsalı  27  dəfə,  adambaşına  məhsul  istehsalı  20  dəfə,  kənd 

təsərrüfatı məhsullarının istehsalı dəyər ifadəsində 6 dəfə, satışın bütün kanallarında 

pərakəndə əmtəə dövriyyəsi  14 dəfə artmışdır. Təbii ki, makroiqtisadi göstəricilərin 




 

23 


səviyyəsinin yüksəlməsi əhalinin yaşayış səviyyəsinin,rifah halının də yüksəlməsinə 

təsirini  göstərmişdir.  Belə  ki,  müqayisə  olunan  dövrdə  əhalinin  gəlirləri  18,2  dəfə 

artaraq  39360,7  milyon  manata,  əhalinin  xərcləri  isə  11,9  dəfə  artaraq  31267,8 

milyon  manata,  iqtisadiyyatda  məşğul  olan  işçilərin  orta  aylıq  əmək  haqqı  26  dəfə 

artaraq 444,45 manata çatmışdır [90]. 

Məlumdur  ki,  istehlak  bazarı  müxtəlif  növ  iqtisadi  subyektlərin  fəaliyyəti, 

mövcudluğu  şəraitində  özünü  tənzimləyir.Bu  subyektlərə  dövlət  və  özəl  ticarət 

müəssisələri,  xarici  və  yerli  təşkilatlar,  fərdi  mağazalar,  xırda  istehsalçılar,  əmtəə 

birjaları  vəs  aiddir.  Buna  görə  də  ərzaq  bazarı  daha  dərindən  araşdırılmalı,ərzaq 

bazarının təminində dövlətin baxış istiqamətləri təkmilləşdirilməlidir. 

İstehlak  bazarının  tədqiqi  bir  sıra  metodoloji  prinsiplərə  əsaslanır.  Belə  ki,  o 

bütün  digər  mübadilə  sahələri  kimi  ictimai  təkrar  istehsalın  digər  mərhələləri  ilə 

qarşılıqlı  əlaqə  şəraitində  tədqiq  və  təhlil  olunur.  Bu  zaman  istehlak  bazarı  istər 

bazarın  daxili,  istərsə  də  xarici  amilləri  (ehiyat,  xammal,  təchizat,  rəqiblər,  istehsal 

texnologiyasının,  planlaşdırma  sisteminin  mükəmməlliyi,  ümumi  iqtisadi-siyasi 

amillər  və  s.)  ilə  qarşılıqlı  surətdə  nəzərdən  keçirilərək  öyrənilməli,təhlil  və  tədqiq 

olunmalıdır.  Digər  vacib  metodoloji  prinsip  bazarın  öyrənilməsində  onun  bütün 

struktur elementlərinin və  bunların qarşılıqlı təsirinin nəzərə alınmasından ibarətdir. 

Bir çox hallarda tədqiqatçılar bazarın tərkib hissələrinin (tələbin proqnozlaşdırılması, 

istehlak  tələblərinin,  niyyətlərinin,  qiymətlərin  öyrənilməsi,  marketinq  tədqiqatları, 

rəqabət mühiti, konyunktura müşahidələri və s) qarşılıqlı əlaqəli təsirini nəzərə almır, 

hətta  səhv  olaraq  istehlak  prosesinin  (istehlak  məhsulları  ilə  təminat,  onlardan 

istifadənin intensivliyi, təkrar istehsalının təmini, xidmət müddətləri və s) öyrənilməsi 

işinə  dərin  yanaşmırlar.  Bu  isə  mövcud  istehlak  bazarının  tədqiqində  və 

öyrənilməsində  komplekslik  prinsipinin  pozulmasına  gətirib  çıxarır.  Belə  ki,  belə 

olduğu halda səhv nəticələr əldə olunur.  

İstehlak  bazarının  öyrənilməsi  zamanı  onun  tələb  və  təklifin  tarazlaşdırılması 

problemlərinin  öyrənilməsinə  yönəldiyini,  problemlilik,  komplekslilik,  sistemlilik, 

elmilik  kimi  əsas  metodoloji  prinsiplərə  əsaslanmasını  xüsusi  olaraq  qeyd 

etməliyik.[13, səh 88] 




 

24 


Bunun  üçün  də,  bəzi  iqtisadçılar  istehlak,  o  cümlədən  ərzaq  malları  istehlakı 

bazarının  öyrənilməsi  zamanı  aşağıdakı  məsələlərin  həll  edilməsinin  zəruriliyini 

vurğulayırlar [3, 14, 66]: 

1.

 

istehlak  malları  bazarının,  o  cümlədən  ərzaq  mallarının  onun  öz  ünsürlərinə 

və  bu  ünsürlərin  qarşılıqlı  əlaqəsinə  təsirinin  öyrənilməsi,  məhz  bunun  sayəsində 

tələb  və  təklifin  real  həcmi,  strukturu,  onların  tarazlıq  dərəcəsi  haqqında  düzgün 

biliklərin əldə edilməsi

2.

 

bazarın  tərkib  ünsürlərinin  vəziyyətinin,  bu  vəziyyətin  qarşıya  qoyduğu 

problemlərin xarakterinin və proseslərinin intensivliyinin qiymətləndirilməsi. Bunun 

nəticəsində bazara dair səbəb-nəticə əlaqələri, bazarın fəaliyyət mexanizmi, onun bu 

və ya digər vəziyyətinin səbəbləri, onun qarşısına qoyduğu problemlər və s. haqqında 

düzgün qərar qəbul etmək imkanı yaranır. 



3.

 

bazardakı  inkişaf  prosesləri,  bazar  ünsürlərinin  gələcək  vəziyyətinin 

proqnozlaşdırılması,  elmi  cəhətdən  əsaslandırılmış  proqnozlaşdırma  üsulları  və 

bazarın  öyrənilməsinin  əvvəl  göstərdiyimiz  iki  komponentinin  təhlil  edilərək 

qiymətləndirilməsi, bazarın gələcək vəziyyətini müəyyənləşdirməyə imkan verir. 

Bazarın  öyrənilməsində  digər  vacib  metodoloji  prinsiplərdən  biri  də  onun 

mühafizəkar  yolla  və  problematik  üslubda,  yəni  məqsədyönlü  şəkildə  öyrənilməsi 

zərurətidir.  Bu  prinsip  vasitəsilə,  bir  yandan  yaranmış  plan-kommersiya  işi 

təcrübəsinin  müəyyənləşdirdiyi  daimi  (standart)  idarəetmə  vəzifələri,  digər  yandan 

isə  yenicə  meydana  çıxan,  xüsusi  (qeyri-standart)  qərarlar  qəbulu  tələb  edən 

problemin yaratdığı vəzifələr əsas götürülür və hər iki tərəfin tələblərinin sintezinin 

yeni  şəraitdə  hansı  formadakı  tətbiqindən  istifadənin  daha  əlverişli  olduğu 

müəyyənləşdirilir.  Birinci  halda,  adətən  olduğu  qaydada  həll  olunan,  nisbətən  sabit 

formasiya  axınları  tələb  edən  vəzifələr  üstünlük  təşkil  edir.  Buna  ticarətdəki 

məhsulların  çeşid  sayını  yüksəltmək  və  ticarətin  yeni  təşkili  metod-üsullarını  tətbiq 

etmək,  mövcud  standartlarla  yeniliklərin  koordinasiyası  metodunu  misal  göstərmək 

olar. 

Bazarın  digər  növ  müxtəliflikləri  ilə  yanaşı,  istehlak  bazarı  da  özünəməxsus 



xüsusiyyətlərə  malikdir.  İqtisadiyyatda  istehlak  malları  bazarının  vacibliyini, 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə