Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

 

31 


aşağıdakılardır: 

1.

 



pərakəndə ticarət şəbəkələri vasitəsilə  əhaliyə istehlak məhsullarının satışı; 

2.

 



ictimai iaşə(ticarət) şəbəkələri vasitəsilə  əhaliyə istehlak məhsullarının satışı; 

3.

 



anbarlardan,  tədarük  məntəqələrindən  bilavasitə  şəxsi  istehlak  üçün  əhaliyə 

istehlak məhsullarının satışı; 

4.

 

dərman məhsullarının satışı; 



5.

 

geyim əşyalarının satışı. 



     Bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  iqtisadi  islahatların  mühüm 

şərtlərindən  biri  də  əhalini  ərzaqla  təmin  etməkdən  ibarətdir.  Müstəqil 

dövlətçiliyimizi  qoruyub  saxlamaq,  onun  müdafiə  qüdrətini  gücləndirmək,  elm  və 

mədəniyyətimizi  inkişaf  etdirmək,  dünya  dövlətləri  səviyyəsinə  çatdırmaq  üçün 

xalqımızın maddi rifahını yaxşılaşdırmaq məqsədilə əhalinin ərzaq məhsullarına olan 

tələbatını ödəmək əsas şərtlərdən biridir [49, 54]. 

Əhalinin  bu  və  ya  digər  həcmdə,  formada  ərzaq  məhsullarına  olan  tələbatının 

müvazinətini  qoruyub  saxlamaqla  daxili(yerli)  istehsalı  inkişaf  etdirmək  zəruri  və 

labüd  şərt  kimi  həmişə  ön  plana  çəkilməlidir.  Bu  baxımdan  əmtəə  və  xidmətlər 

bazarının  səmərəli,  normal  şəkildə  fəaliyyətinin  təşkili  və  onun  xarici  rəqabətin 

mənfi(əlverişsiz)  təsirlərindən  qorunması  mühüm  əhəmiyyət  kəsb  edir.  İstehlak 

bazarının ən vacib seqmentlərindən birini ərzaq bazarı təşkil etdiyinə görə problemin 

uğurlu  həlli  üçün  bütün  ərzaq  məhsullarını,  o  cümlədən  taxıl  istehsalının  növbəti 

məhsul  çıxanadək  tələbatını  təmin  etmək  və  adambaşına  taxıl  istehsalı  fizioloji 

normaya  çatdırılmalıdır.  Ölkəmizin  geniş  ərzaq  potensialına  malik  olmasına 

baxmayaraq  respulikamızda  ərzaq  məhsullarına,  o  cümlədən  çörəyə  olan  tələbatın 

daxili  istehsal  hesabına  tam  ödənilməsini  söyləyə  bilmərik.  Ölkəmizdə  ət  və  ət 

məhsulları,  süd  və  süd  məhsulları  alıcılıq  tələbatının  65%-i  idxal  hesabına  təmin 

olunur.  Belə  ki,  ölkəmizin  idxaldan  asılılığının  qismən  azaldılması  və  ərzaq 

tələbatının  təmin  edilməsi  istehlak  bazarının  səmərəli  və  normal  şəkildə  fəaliyyət 

göstərməsinə istiqamətlənən tədbirlərin həyata keçirilməsindən bilavasitə asılıdır. 

İstehlak bazarında inkişafa və səmərəli fəaliyyətə nail olmaq üçün ölkənin aqrar 

siyasətini  təkmil  formada  həyata  keçirmək  lazımdır.  Respublikamızın  aqrar 



 

32 


siyasətinin tərkib hissələrindən biri də ərzaq təhlükəsizliyidir. Ərzaq malları istehsalı 

sferasında  milli  maraqların  təmini  üçün  bir  çox  tədbirlərin  aparılması  labüd  hesab 

edilir: 

a)

 



ölkədə  rəqabətqabiliyyətli  məhsul  istehsalının   daha  da  təkmilləşdirilməsi 

və optimallaşdırılması; 

b)

 

ölkənin  ərzaq  ehtiyatının  yaradılması  və  ya  mövcud  ehtiyat  sisteminin 



təkmilləşdirilməsi; 

c)

 



malların dövlət və beynəlxalq standartlara uyğun formada istehsalı; 

d)

 



iqtisadi amillərdən istifadənin səmərələşdirilməsi; 

e)

 



ərzaq kompleksində vahid elmi-texniki siyasətin formalaşdırılması; 

f)

 



ərzaq fondunun fəaliyyətinə dövlət səviyyəsində nəzarətin təşkili və s. 

 

İstehlak  bazarının  formalaşması  və  inkişafı  məsələləri  müəyyən  aspektləri  özündə 



birləşdirir: 

1.

 



ölkənin  iqtisadi  inkişaf  səviyyəsi  və  milli  iqtisadiyyatının  real 

durumu; 


2.

 

əhalinin  tədiyyə  qabiliyyətli  ictimai  tələbinin  real  vəziyyətə 



uyğunluğu və geniş təkrar istehsalın fasiləsizliyi; 

3.

 



dövlətin iqtisadi siyasətinin hansı səviyyədə olması; 

4.

 



istehlak bazarının üstünlükləri; 

5.

 



müasir dövrdə şaxəli iqtisadiyyatın tətbiqi; 

6.

 



rəqabət mühitinin tədqiqi və s. 

 



 

33 


2.2.

 

Müasir şəraitdə istehlak bazarında rəqabət mühitinin yaradılması 

Bazarın  təyinatına  görə  fərqləndirilən  növlərindən biri  olan  “İstehlak  bazarı”nın 

nəzəri-metodoloji əsaslarının tədqiqi göstərir ki, o mürəkkəb bir iqtisadi kateqoriyadır 

və  bütövlükdə  iqtisadiyyat  sistemində  aparıcı  yer  tutur.  “İstehlak  bazarı”  anlayışını 

təhlil edərkən qeyd etmək lazımdır ki, bu, əhalinin rifahını minimal xərclərlə, əmtəə 

pul  münasibətlərinin  inkişafı  əsasında  tələbatını  təmin  etməyə  çağırılmış  mal  və  ya 

xidmət  müraciətinin  ərazi  sferasıdır.  İstehlak  bazarının  mahiyyəti  əsasən  onun 

iqtisadi  funksiyalarında  görünür.  Bu  davranış  funksiyalarına  bazarın  nizama 

salınması, stimullaşdırılması, vasitəçilik, nəzarət, qiymət formalaşdıran, informasiya 

funksiyasını  yerinə  yetirən,  sosial  müdafiə  tədbirlərini  həyata  keçirən  fəaliyyəti 

aiddir.  Bu  funksiyalar  istehlak  bazarının  fəaliyyətinə  və  onun  rəqabət  mühitinə təsir 

göstərirlər. 

      Bildiyimiz  kimi  hər  bir  bazarın  özünün  rəqabət  mühiti  var.  “Rəqabət”  yaşamaq 

uğrunda  mübarizədir.  Belə  ki,  o  ən  yaxşı  istehsal  və  satış  şərtləri  uğrunda 

mübarizədir.  Rəqabət  bazar  münasibətlərinin  məzmununu  özündə  ifadə  edən  əsas 

anlayışlardan hesab olunur.  Rəqabət bazarda   tənzimləmə,  motivləşdirmə, bölgü və 

nəzarət  kimi  funksiyaları  realizasiya  edir.  Rəqabətin  mövcudluğunun  səbəbi 

tələbatların  sonsuzluğu  və  iqtisadi  ehtiyatların  məhdudluğu  ilə  əlaqədardır. 

Bəşəriyyətdə  müxtəlif  sahələrdə-  iqtisadiyyatda,  siyasətdə,  idmanda,  elmdə  rəqabət 

baş verə bilir.  

       Rəqabət  bazarın  təbiətinə  daxilən  xas  olan  bir  ünsür  olub,  bazar  iqtisadiyyatını 

inkişaf  etdirən,sürətləndirən  başlıca  amillərdən  biri  kimi  çıxış  edir.  Rəqabət  həm  

istehsalçıların  öz  aralarında,  həm  istehsalçılarla  istehlakçılar  arasında,  həm  də 

istehlakçıların  öz  aralarında  olan  mübarizəsini  əks  etdirir.[4]  Bazar  iqtisadiyyatı 

şəraitində  bu  mübarizə  haqlı  və  haqsız  formalarda  özünü  göstərə  bilir.  Ədalətsiz 

rəqabət  hallarına  öz  rəqibləri  haqqında  dezinformasiyaların  yayılması,  məhsulun 

keyfiyyəti haqqında yanlış reklam, başqa firmaların fərqlənmə nişanlarından istifadə 

edilməsi,  rəqibin  şəxsi  keyfiyyətinə  toxunan  məlumatların  yayılması,  gizli 

informasiyaların açıqlanması və s misal ola bilər. 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə