Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
  1   2   3   4   5   6   7   8   9   ...   30


AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ 

AZƏRBAYCAN DÖVLƏT ĠQTĠSAD UNĠVERSĠTETĠ 

MAGĠSTRATURA MƏRKƏZĠ 

 

 



Əlyazması hüququnda 

 

MƏMMƏDZADƏ ELKĠN ELġAD OĞLU 

 

 

“İSTEHLAK BAZARININ FORMALAŞMASI VƏ İNKİŞAFI” 



MÖVZUSUNDA

 

 

MAGĠSTR DĠSSERTASĠYASI 



 

 

Ġ

XTISASIN ġIFRI VƏ ADI

:  060409 

       

B

IZNESIN IDARƏ EDILMƏSI

 

Ġ

ХTISASLAġМA

:

                                                    

B

IZNESIN TƏġKILI VƏ IDARƏ EDILМƏSI

 

 

 

 

 

Elmi rəhbər:      

Magistr proqramının rəhbəri: 

i.e.d., professor R.ġ.Muradov                              i.ü.f.d., dosent R.Ə.Abbasova                                              

 

 

“Biznesin idarə edilməsi” 

  kafedrasının müdiri: 

i.ü.f.d., dosent M.Ə.Əliyev 

 

 

 

BAKI – 2016 


 



M Ü N D Ə R Ġ C A T 



 

 səhifə 


 

GĠRĠġ..........................................................................................................................3 

FƏSĠL 1. ĠSTEHLAK BAZARI - ĠQTĠSADĠ KATEQORĠYA KĠMĠ..................7 

1.1.  İstehlak bazarı iqtisadi kateqoriyasının mahiyyəti və məzmunu.........................7 

1.2.  İstehlak bazarı iqtisadi kateqoriyasına müxtəlif  baxışlar...................................14 

FƏSĠL 2. MÜASĠR ġƏRAĠTDƏ ĠSTEHLAK BAZARINDAKI DĠNAMĠK 

PROSESLƏRĠN TƏHLĠLĠ.....................................................................................21 

2.1.  İstehlak bazarının formalaşması və inkişafı məsələləri......................................21 

2.2.  Müasir şəraitdə istehlak bazarında rəqabət mühitinin yaradılması....................33 

2.3.  İstehlak bazarının mövcud vəziyyətinin təhlili..................................................47 



FƏSĠL 3. ĠSTEHLAK BAZARININ TƏNZĠMLƏNMƏSĠNIN ƏSAS 

ĠSTĠQAMƏTLƏRĠ...................................................................................................63 

3.1.  İstehlak bazarının inkişaf problemləri və onların həlli istiqamətləri..................63 

3.2.  İstehlak bazarının inkişafında dövlət tənzimləməsi məsələləri..........................70 

 

NƏTĠCƏ.....................................................................................................................83 



ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT...................................................................91 

DĠSSERTASĠYA ÜZRƏ ÇAP OLUNMUġ ELMĠ NƏġRLƏR............................97 

 

 



 

 

 

 



 

 



GĠRĠġ 

Mövzunun  aktuallığı.  İstehlak  bazarı  –  bazar  iqtisadi  sisteminin  vacib  həlqəsi 

olub,  cəmiyyətin  sosial  inkişaf  səviyyəsinin  indikatoru  rolunda  çıxış  edir. 

Müstəqilliyin  ilk  dövründə  Azərbaycan  Respublikasında  iqtisadi  islahatların  vüsət 

alması nəticəsində istehlak bazarı da intensiv olaraq inkişaf etmişdir. Bunu da başa 

düşmək  çətin deyildir,  çünki  məhz  burada  əhalinin və  istehlak  təyinatlı son  məhsul 

istehsalçılarının maraqları toqquşur. Çünki istehlak bazarı öz təyinatına görə əhalinin 

həyati  vacib  problemlərinin  həllində  çoxcəhətli  funksiyaları  yerinə  yetirir.  Məhz 

burada  iqtisadiyyatın  həm  mənfi,  həm  də  müsbət  cəhətləri  öz  əksini  taparaq,  onun 

dərin ziddiyyətlərini xarakterizə edir. Bunu biz 90-cı illərin iqtisadi islahatları zamanı 

artıq  müşahidə  etmişik.  O  zamanlar  1991-ci  ildə  Sovet  İttifaqının  süqutu  və  dövlət 

müstəqilliyinin  bərpasından  sonra  Azərbaycan  Respublikasında  istehsalın  kəskin 

aşağı düşməsi, inflyasiyanın yüksək templəri, tələbin aşağı səviyyəsi ilə xarakterizə 

olunan qeyri-sabit iqtisadi şərait yaranmışdı. Belə bir vəziyyətdə əhalinin ailə büdcəsi 

deformasiyaya  uğrayaraq,  nəinki  qeyri-ərzaq  məhsullarının,  həm  də  ərzaq 

məhsullarının  istehlak  həcminin  azalmasına  səbəb  olmuşdu  ki,  bu  da  əhalinin 

təbəqələşmə prosesini xeyli gücləndirirdi. 

Azəraycan  Respublikasının sosial-iqtisadi  inkişafı  üzrə  real  göstəricilərinin    son 

illər ərzində nəticələrinin təhlili  onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 

yüksək  templə  inkişaf  etmiş,  dayanıqlı  inkişaf  təmin  edilmiş,  2004  cü  ildən  bəri 

ümumi  daxili  məhsul  (ÜDM)  3.4  dəfə  ,  sənaye  istehsalı  2.7  dəfə  ,  valyuta 

ehtiyatlarımız  25  dəfə  artmış,  dövlət  büdcəsinin  gəlirləri  önəmli  kəmiyyətdə 

yüksəlmiş,  sənaye  və  kənd  təsərrüfatı  məhsullarının  istehsalı,  əhalinin  real  və 

nominal gəlirləri, pərakəndə mal dövriyyəsi, əmtəələrin idxalı və ixracı kimi ən vacib 

göstəricilər daim artan dinamikada olmuşlar.  Lakin dünya iqtisadiyyatında yaranmış 

vəziyyət,  yəni  iqtisadi,  maliyyə  böhranının  mövcudluğu  və  milli  iqtisadiyyatımızın 

dünya  iqtisadiyyatının  bir  parçası  olması  amili,  istehlak  malları  və  xidmətlər 

bazarında  bir  sıra  sosial  -  iqtisadi  cəhətdən  səmərəli  olmayan  qərarların  qəbul  edil-



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə