Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 

19 


professor  Herbert  Saymonun  (1969-cu  ildə  onun  «Qeyri-təbii  olanlar  haqqında 

elmlər»  kitabı,  1972-ci  ildə  isə  «İnsanlar  problemləri  necə  həll  edirlər»  adlı 

fundamental  tədqiqatı  (A.Nyubellə  birlikdə)  işıq  üzü  görmüşdür)  rəyinə  görə, 

müxtəlif  alternativləri  müqayisə  etməyə  imkan  verəcək  hərtərəfli  faydalılıq 

funksiyası  ola  bilməz  [93].  Ənənəvi  neoklassik  mikroiqtisadiyyatın  subyekti, 

optimuma nail olmaq üçün nəzərə alınması vacib olan ətraf mühitdəki istənilən, hətta 

ən kiçik dəyişikliyə adekvat reaksiya verməlidir. Real insanlar isə, qeyri-müəyyənlik 

şəraitində maksimum etibarlı şəkildə istiqamətlənmək üçün hazır davranış qaydaları 

toplusuna  malik  olurlar.  Asanlıqla  anlamaq  olar  ki,  burada  söhbət  H.Saymona  görə 

qənaətbəxş variantın seçilməsindən gedir. Bu qaydalar toplusu məhdud olduğundan, 

optimallaşdırılmış  modelin  təyin  etdiyi  fasiləsiz  sıçrayışlara  nibətən,  bu  yolun 

ardıcılları  olan  insanların  qeyri  -  müəyyənlik  şəraitində  davranışını  qabaqcadan 

söyləmək daha asandır.  

Mikrosəviyyədə firmanın davranışının tədqiqi ilə məşğul olan Karnegi – Mellon 

məktəbindən fərqli olaraq Miçiqan davranış tədqiqatları məktəbi öz diqqətini əsasən 

istehlakçıların  makrosəviyyədə  davranışına  yönləndirmişdi  [77,  93].  Onun  nəzəri 

konsepsiyaları  bu  sahənin  banisi  olan  macar  mənşəli  Amerika  iqtisadçısı 

U.Katonanın  əsərlərində  yer  almışdır.  U.Katona  bütün  istehlak  xərclərini  və 

əmanətlərini  məcburi  olana  (müqaviləli)  və  qeyri-məcburi  olana  (diskresion)  bölür. 

Əsas nəzəri maraq doğuran, satın alınmaların (buraya, əsasən, uzunmüddətli istifadə 

üçün olan malların alınması aiddir) və əmanətlərin diskresion növləridir. Bunlara aid 

qərarlar  nisbətən  nadir  hallarda  qəbul  edilir  və  buna  yalnız  obyektiv  amillər  (gəlir, 

istehlak  krediti  üzrə  faiz)  deyil,  həmçinin  U.Katonanın  istehlaka  və  əmanətə 

(obyektiv  iqtisadi  amillərin  hər  cür  təsirinin  yalnız  onların  vasitəsilə  həyata 

keçirildiyini  nəzər  alaraq)  aralıq  (intermediate)  adlandırdığı  psixoloji  dəyişikliklər 

məcmusu da təsir göstərir. Bu dəyişənlərə insanın obyektiv alıcılıq qabiliyyətinin real 

alıcıya keçməsi üçün bütün lazım olanlar - rəylər, ümidlər, iddialar və əhval-ruhiyyə 

aiddir. Burada  U.Katona  və onun  ardıcılları, başlıca olaraq, makroiqtisadi  prosesləri 

izah etməyə çalışırlar [74, 93]. Buna görə də, aralıq psixoloji dəyişənlərin vəziyyətini 



 

20 


Miçiqan məktəbi kütləvi sorğular vasitəsilə ölçür ki, bunun da nəticəsində «İstehlak 

əhval-ruhiyyəsi indeksi» meydana çıxır. 

İstehlakın  ənənəvi  makroiqtisadi  nəzəriyyəsində  (Keynsdən  başlayaraq)  aralıq 

dəyişənlər  nəzərə  alınmır  və  istehlak  xərcləri  bilavasitə  gəlirin,  həmçinin  faiz 

dərəcələrinin  və  digər  «obyektiv»  dəyişənlərin  funksiyası  kimi  nəzərdən  keçirilir. 

Katona bu növ məntiqi, hər şeydən əvvəl, ona görə yolverilməz hesab edir ki, aralıq 

dəyişənlərə, yalnız iqtisadi deyil, həm də siyasi (müharibələr, seçilmək) amillər təsir 

göstərir.  Bundan  əlavə  vacibi  budur  ki,  yalnız  daxili  dəyişənlərlə  ölçülən  insanın 

daxili vəziyyətindən onun bu və ya digər xarici amilə necə qiymət verəcəyi asılıdır. 

Optimizmin və pessimizmin kütləvi dalğası, sanki istehlakçıları şüurlu hesablamalara 

zidd  olaraq  hərəkət  etməyə  sövq  edir.  Nəticədə,  mallara  istehlak  xərclərinin  özünü 

aydın  büruzə  verən  dövri  dəyişmələri  yaranır.  [33,  47,  80].  Məcmu  istehlakçı  olan 

əhalinin  müxtəlif  təbəqələrinin  tələbi  ümumi  istehlak  tələbinin  hissələri  kimi  çıxış 

edir. Bu sahədə işin sürətlə gedə bilməsinin mühüm şərtlərindən biri alıcıların rəy və 

arzularını müntəzəm surətdə nəzərə almaq əsasında malların çeşidini və keyfiyyətini 

təkmilləşdirməkdən ibarətdir. Təəssüf ki, bu haqda çox danışılsa da, o hələ də lazımi 

dərəcədə reallaşdırılıb həyata keçirilmir. Bu işi qaydaya salmaq üçün hər il əhalinin 

müxtəlif alıcı qrupları üzrə rəy sorğuları həyata keçirilir ki, bunun da əsasında əmtəə 

istehsalının  həcmi,  çeşidi  və  keyfiyyəti  barədə  məlumatlar  əldə  edilir.  Bu  cür 

məqsədyönlü sorğuların keçirilməsi, istehsalı istehlakçıların tələbi əsasında qurmağa 

beləliklə də, istehlak bazarını tam səmərəliləşdirməyə geniş imkanlar yaradır [93]. 

Müasir  iqtisadi  baxışlardan  biri  də  qlobalist  iqtisadi  təfəkkürlə  səciyyələnir. 

Qlobal inkişaf xüsusiyyətlərinin sosial-iqtisadi mahiyyəti vacib formada insan amili 

ilə  sıx  şəkildə  əlaqədardır.  Bu  baxımdan  istehlak  bazarının  formalaşması  və 

inkişafında  ictimai-sosial  rifah  amilləri  və    qlobal  iqtisadi  amillər  son  dərəcə 

aktualdır. 



 

 


 

21 


FƏSĠL 2. MÜASĠR ġƏRAĠTDƏ ĠSTEHLAK BAZARINDAKI DĠNAMĠK 

PROSESLƏRĠN TƏHLĠLĠ 

2.1.

 

İstehlak bazarının formalaşması və inkişafı məsələləri 

Ötən  əsrin  sonlarından  başlayaraq  cəmiyyətimizdə  həyata  keçirilən,  baş  tutan 

radikal  yönümlü  dəyişikliklər  siyasi  və  iqtisadi  sistemin  köklü  şəkildə 

liberallaşdırılması  ilə  nəticələnmişdir.  Keçmiş  SSRİ-də  və  Şərqi  Avropada  sosialist 

düşərgəsinin dağılması planlı təsərrüfatçılıq sisteminin də ləğvinə gətirib çıxarmışdır. 

Bu fonda transformasiya yönümlü dəyişikliklər cəmiyyətin ictimai - siyasi və sosial - 

iqtisadi  həyatının  bütün  sahələrində  olduğu  kimi,  istehlak  bazarına  da  öz  təsirini 

göstərmişdir.  Qeyd  etmək  lazımdır  ki,  transformasiya  yönümlü  dəyişikliklərin  ilkin 

mərhələsində uzun müddət qərarlaşmış iqtisadi əlaqələrin kəsilməsi, təminatlı dövlət 

sifarişinin  liberallaşdırılması  istehsal  həcminin  də  kəskin  şəkildə  azalmasına  gətirib 

çıxarmışdır.  Bu  azalma  özünü,  xüsusilə  istehlak  məhsullarının  istehsalı  sektorunda 

kəskin  şəkildə  büruzə  vermişdir.  Bazarda  istehlak  məhsullarına  olan  tələbin 

ödənilməməsi  əmtəə  qıtlığı  fonunda  istehlak  məhsullarının  qiymətlərinin  sürətli 

artımına  səbəb  olmuşdur.  Bütün  bunlar  isə,  öz  növbəsində  1994-1995-ci  illərdə 

iqtisadiyyatda hiperinflyasiya dalğasının yaranmasına gətirib çıxarmışdır. 

Bazar  münasibətlərinin  formalaşmasının  ilkin  mərhələsində  istehlak bazarına və 

istehsal  vasitələri  bazarına,  eləcə  də  bazar  infrastrukturlarının  inkişaf  etdirilməsinə 

xüsusi  əhəmiyyət  verilməsi  vacibdir.  Təhlil  göstərir  ki,  dərinləşən  qloballaşma 

şəraitində istehlak bazarının inkişafı bir-biri ilə sıx qarşılıqlı əlaqəyə və təsirə malik 

olan elementlərin məcmusunu özündə əks etdirməklə, kompleks sistem kimi fəaliyyət 

göstərir.  Bazarın  ən  mühüm  mexanizmini  təşkil  edən  tələb  və  təklif,  iqtisadiyyatda 

tənzimləyici  funksiyalar  yerinə  yetirir  ki,  bu  da  son  nəticədə  istehsalın  iqtisadi 

səmərəliliyinə  öz  təsirini  göstərir.  Xüsusilə  istehlak  bazarının  funksiyalarının 

genişlənməsi,  son  nəticədə  gündəlik  tələbat  məhsulları  üzrə  əmtəə  dövriyyəsinin 

həcminin  artmasını  şərtləndirir.  Bu  baxımdan  istehlak  bazarı  iqtisadiyyatın  bütün 

sahələrində, o cümlədən kənd təsərrüfatı və emal sənayesində geniş təkrar istehsalın 

ayrılmaz tərkib hissəsi kimi çıxış edir və bu sferada iqtisadi münasibətləri tənzimləyir 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə