Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 

25 


aktuallığını  izah  edərkən  ilk  növbədə,  onun  sosial-iqtisadi  mahiyyətini,  funksional 

təyinatını və təsnifat əlamətlərini araşdırmaq son dərəcə mühüm əhəmiyyət kəsb edir. 

İqtisadi  ədəbiyyatlarda  əmtəə-xidmətlər  bazarı  kimi  də  adlandırılan  istehlak 

bazarında  əhaliyə  gündəlik  tələbat  məhsulları  təklif  edilir.Daha  sonra  bu  tələb 

ödənilərək,reallaşdırılaraq istehlakçının(yaxud alıcının) mülkiyyətinə keçir. Alqı satqı 

prosesində vacib əhəmiyyətə malik gündəlik tələbat məhsullarının satışı istehsalçıları 

da  stimullaşdırır.  Bu  isə  nəticə  olaraq  konkret  növ  əmtəə-xidmətlərin  istehsalının 

artımına  və  bu  istehsalın  optimallaşdırılmasına  gətirib  çıxarır.  Təbii  ki,  istehlak 

bazarında alıcılar tərəfindən alınmayan məhsullar da az deyil. Belə olan halda onların 

istehsalı  müəyyən  zaman  kəsiyində  azalır  yaxud  dayanır.  İstənilən  halda  bu  və  ya 

digər  gündəlik  tələbat  məhsulu  istehsal  edərək  (təklifin  bərpası)  istehlakçıların 

tələbatlarını  ödəmək  bazarın  əsas  qanunauyğunluqlarındandır  və  bu  da  biznes 

strukturlarının gəlir əldə etməsinə əlverişli şərait yaradır.  

İstehlak bazarlarının özünəməxsus  cəhətlərindən biri də odur  ki,  bu bazarlar  bir 

qayda  olaraq  sosial-iqtisadi  böhranların  təsirinə  daha  tez  məruz  qalır.  Bazar  

iqtisadiyyatında istehsal və təklif olunan əmtəə,xidmətlərin hamısını satmaq vəziyyəti 

mövcud 

deyil. 


Deməli, 

istehsal 

olunmuş 

məhsulları 

satmaq 

üçün 


alıcılar(istehlakçılar)  stimullaşdırılmalıdır.  Adətən  alıcıların  stimullaşdırılması 

aşağıdakı formalarda realizasiya olunur: 

 

hər hansı növ məhsulun qiymətinin aşağı olması; 



 

 məhsulun keyfiyyətinin yüksək olması; 



 

 məhsulun satışını reallaşdırarkən müxtəlif güzəştlərin tətbiqi; 



 

alıcıların  şüuruna  təsir  etmək  məqsədilə  intensiv  reklam  fəaliyyətinin 



həyata keçirilməsi  və marketinq işinin təkmilləşdiriıməsi. 

 

Sonuncu  müddəa  istehsalçı  müəssisələrinə,təklifi  reallaşdıran  iqtisadi 



suyektlərə xeyli vəsait hesabına başa gələ bilər. Belə olan halda bazarda biznes öz 

üzərinə qismən də olsa müəyyən risklər alır. 

Təhlillər  göstərir  ki,  regionlarda  əmtəə-xidmət  bazarlarının  fəaliyyətinin 

genişlənməsi  artıq  istehsalçıları  və  istehlakçıları  da  bu  sistemin  mühüm  tərkib 




 

26 


elementlərinə  çevirir.  Hətta  inkişafın  müxtəlif  mərhələlərində  bu  və  ya  digər 

əmtəənin  mövcud  satış  probleminin  həll  edilməsi  məqsədilə  istehsalçılar  arasında 

bazar əlaqələri formalaşaraq inkişaf edir. Vurğulamaq lazımdır ki, istehlak bazarının 

formalaşması  və  inkişafının  əsasını  ictimai  əmək  bölgüsü  təşkil  edir.  İctimai  əmək 

bölgüsünün  və  eləcə  də  cəmiyyətdə  məhsuldar  qüvvələrin  və  istehsal 

münasibətlərinin  inkişafı  istehlak  bazarının  da  genişlənməsinə,  təkmilləşməsinə  öz 

təsirini göstərir. 

İstehlak  bazarının  formalaşması  və  inkişafı  bir  neçə  mərhələdən  keçir.Birinci 

mərhələdə  istehlak  bazarının  formalaşması,  inkişafı  gündəlik  tələbat  məhsullarının 

mübadiləsi  ilə  yaranmışdır.  Təbii  ki,  bu,  ictimai  əmək  bölgüsünün  və  istehsal 

münasibətlərinin  nisbətən  ibtidai  səviyyəsini  özündə  əks  etdirir.  Bazarın 

formalaşması  və  inkişafının  ikinci  mərhələsi  iqtisadiyyatda  əmtəə-pul  münasibət-

lərinin  formalaşması  ilə  əlaqədardır.  Bu  mərhələdə  ictimai  əmək  bölgüsü 

dərinləşməklə  məhsulların  mübadiləsinin  ümumi  ekvivalent  rolunu  oyanayan  pul 

vahidləri  yaranmışdır.İstehlak  bazarının  formalaşmasının  III  mərhələsi  kapitalizmin 

formalaşması və liberal yönümlü iqtisadiyyatın əhatə dairəsinin genişlənməsi ilə sıx 

bağlıdır. Bu mərhələdə azad ticarət istehlak bazarının inkişafının vacib tənzimləyici 

mexanizmi  kimi  çıxış  etmişdir.  İstehlak  bazarının  inkişafında  IV  mərhələ  dövlətin 

tənzimləyici mexanizmlərinin genişlənməsi ilə əlaqədardır.  

Aparılan  araşdırmalardan  məlum  olur  ki,  istehlak  bazarının  formalaşması  və 

inkişafı, konkret olaraq iqtisadi sistemin tipindən, xarakterindən asılıdır. Deməyə əsas 

varki  bu  zaman  istehsal  vasitələri  üzərində  mülkiyyətin  xarakteri  istehlak  bazarına 

əhəmiyyətli dərəcədə təsir göstərir. Bu isə bilavasitə onu göstərir ki, hər bir iqtisadi 

sistemdə  istehlak  bazarının  yeri  və  rolu,  onun  inkişafının  qanunauyğunluqları  ilk 

növbədə istehsal münasibətlərinin xarakteri ilə səciyyələnir. Vurğulamaq lazımdır ki, 

milli  iqtisadiyyatda  istehlak  bazarının  yeri  və  rolu  əslində  onun  funksiyaları  ilə 

xarakterizə  olunur.  İstehlak  bazarının  ən  mühüm  funksiyalarından  biri  də  ÜDM-ın 

müəyyən hissəsinin bu bazarda reallaşması ilə bağlıdır. Təbiidir ki, istehlak bazarının 

fəaliyyəti  zamanı  konkret  olaraq  gündəlik  tələbat  məhsullarının  istehsalı  və 

tədavülünə  sərf  edilən  xərclər  ödənilir  və  bununla  da  geniş  təkrar  istehsalın 




 

27 


aparılması üçün əlverişli mühit yaranır. Beləliklə, istehlak bazarı əslində istehsalçı və 

istehlakçı arasında əlaqələrin formalaşmasında ,inkişafında əhəmiyyətli rol oynayır. 

İstehlak  bazarının  iqtisadiyyatda  həyata  keçirdiyi  ən  vacib  funksiyalarından  biri 

də  gündəlik  tələbat  mallarının  istehsalçıdan  istehlakçılara  çatdırılmasıdır.  İstehlakçı 

pul  gəlirlərini  məhsulların  mübadiləsinə  yönəltməklə  öz  tələbatlarını  ödəyir, 

istehsalçı isə  bundan gələcəkdə geniş təkrar istehsalı  təmin etmək üçün vəsait əldə 

edir.    Bu  prosesin  fasiləsizliyinin  təmin  olunması  bazarın  inkişafının  müasir 

aspektlərindəndir.  Buna  görə  də  bu  proses  bütün  bazar  seqmentləri  üzrə  həyata 

keçirilməlidir. 

İstehlak  bazarı  mübadilə  və  bölgü  funksiyalarını  yerinə  yetirir  ki,  bu  da  geniş 

təkrar istehsalın mühüm fazası kimi çıxış edir. Bü nöqteyi nəzərdən istehlak bazarının 

təsnifat əlamətlərini aşağıdakı kimi fərqləndirmək olar: 

 

İstehlakçıların xarakteri. Burada əhalinin sayı, demoqrafik xüsusiyyətləri, 



pul gəlirləri və xərcləri kimi münasibətlər əks olunur; 

 



 Əmtəələrin tipi. Bu əlamət çox zaman ərzaq və gündəlik tələbat mallarına 

olan ehtiyacların təmin olunması ilə sıx bağlıdır; 

 

 Regional xüsusiyyətlər. Bu əlamətə görə istehlak bazarları daxili və xarici 



bazarlar  kimi  fərqləndirilir.  Regional,  lokal  və  milli  bazarlar  daxili  bazarın  tərkib 

hissələridir. Xarici bazarlar isə ölkə sərhədlərdən kənarda fəaliyyət göstərən bazarları 

özündə birləşdirir; 

 



 Proporsionallıq 

səviyyəsi.  Bu  təsnifata  görə  istehlak  bazarı 

balanslaşdırılmış  və  balanslaşdırılmamış  xarakter  daşıyır.  Balanslaşdırılmış 

bazarlarda  adətən  tələb  ilə  təklif  arasındakı  müvazinət,  azad(təkmil)  rəqabət  mühiti 

vacib  rol  oynayır.  Balanslaşdırılmamış  istehlak  bazarlarında  isə  tələb  və  təklif 

arasında disproporsiyalar özünü biruzə verir, bir çox hallarda bazarda qıtlıq və  bazar 

infrastrukturu sisteminin səmərəli fəaliyyət göstərməməsi baş verə bilir. 

İstehlak  bazarı  bir  qayda  olaraq  iqtisadi,  sosial,  demoqrafik,  təşkilati  və  hüquqi 

aspektləri özündə əks etdirir. İstehlak bazarının iqtisadi aspektləri daha çox dövlətin 

iqtisadi  siyasətindən  bilavasitə  asılı  olmaqla,  istehsalın  və  təklifin  səviyyəsinə  təsir 

edən amilləri özündə birləşdirir. Bu zaman xarici iqtisadi əlaqələrin xarakteri, eləcə 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə