Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   2   3   4   5   6   7   8   9   ...   30

 

13 


Tarazlaşdırılmış  bazar  tələb  və  təklifin  uyğun  gəldiyi  bazardır.  Bu  bazar 

şəraitində  təklif  olunan  malların  maneəsiz  reallaşması  təmin  olunur,  eyni  zamanda 

əhalinin  alıcılıq  qabiliyyəti  tam  ödənilir.  Tarazlaşdırılmamış  bazar  isə  tələblə  təklif 

arasında  uyğunsuzluq  yaranan  bazardır.  Belə  bazarlarda  tələb  və  təklifin  həcmi, 

strukturu  bir-birinə  uyğun  gəlmir.Tarazlaşdırılmamış  bazarların  aşağıdakı  əlamətləri 

vardır [78, 79]: 

a)

 

alıcının tələbatının ödənilməsində kəsirin olması; 



b)

 

əhalinin pul gəlirlərinin artmasına baxmayaraq onların əmtəə kəsiri ilə üzləşməsi



c)

 

əmtəə ehtiyatlarının dəyişməsi. 



İstehlak  mallarına  olan  tələb  bir  sıra  spesifik  xüsusiyyətlərlə:  tələbin  ikili 

xarakteri, zövq, mövsümilik, malların köhnəlməsi nəticəsində onların satışındakı çə-

tinlik və digər amillərlə səciyyələnərək, onun normal inkişafı bilavasitə sahələrarası 

münasibətlərin  təşkili  ilə  də  bağlıdır.  Məhz  bu  nöqteyi-nəzərdən,  «istehlak  bazarı» 

anlayışının sosial-iqtisadi mahiyyətini açaraq, onun fəaliyyət mexanizmini öyrənmək 

və inkişafına təsir göstərən bütün amilləri müəyyən etmək tələb olunur. 

İstehlak malları bazarında müvazinətin təmin olunmasında istehlakçıların alıcılıq 

qabiliyyətinin  də  əhəmiyyətli  rolu  var.  Belə  yanaşma  onların  gəlirləri  ilə  bağlıdır. 

Vurğulamaq lazımdır ki, daxili istehsal potensialının gücündən tam,effektli,səmərəli 

istifadə  olunması  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  bir  yandan  istehlak  bazarında 

təklifin çoxalması, digər  prizmandan isə yerli istehlakçıların gəlirlərinin  yüksəlməsi 

ilə bağlıdır. Nəzərdən qaçırmaq olmaz ki, bir çox hallarda daxili istehsalın artırılması 

yeni  kapital  qoyuluşları  əsasında  istehsalın  restrukturizasiyasını,  mövcud  istehsal 

müəssisələrinin  texniki-texnoloji  cəhətdən  müasirləşdirilməsini,  yeni  istehsal 

müəssisələrinin  yaradılmasını  tələb  edir  ki,  bunu  da  əksər  hallarda  daxili  imkanlar 

hesabına  realizasiya  etmək  mümkün  olmur.  Bazar  iqtisadi  sistemində  bu  problemi 

beynəlxalq iqtisadi əlaqələrin köməyi ilə həll etmək mümkün hesab olunur. 

 

 



 

14 


 

1.2.İstehlak bazarı iqtisadi kateqoriyasına müxtəlif baxışlar 

Cəmiyyətin  iqtisadi,  sosial  cəhətdən  inkişafında  bazarın  rolu,  əhəmiyyəti 

danılmazdır.  Bazarın  iqtisadiyyatda,  bütövlükdə  cəmiyyətdə  yerinin  və  rolununun 

daha da dərinləşməsi, bizə onu deməyə əsas verir ki, onun inkişafının nəzəri əsasları 

daha geniş formada və obyektiv amillərlə müəyyənləşir.  

İstehlak  malları  bazarının  öyrənilməsi  üçün  ən  əvvəl,  istehlakçının  özünün 

tələbini,  onun  psixologiyasını,  hazırkı  şəraitdə  hansı  mallara  və  çeşidlərə  üstünlük 

verdiyini,  əmtəələrin  seçilməsi  zamanı  hansı  sosial-psixoloji  və  iqtisadi  amillərə 

əsaslandığını dəqiqləşdirmək lazımdır. Bu isə, müəyyən metodika əsasında işlənilən 

informasiya  bazasının  olmasını  tələb  edir.  Hazırda  iqtisadiyyatın  təşkilati  hüquqi 

infrastrukturunun  inkişafı,  biznesin  və  kommersiya  mədəniyyətinin  tərəqqisi  ilə 

əlaqədar  olub,  P.Samuelsonun  qeyd  etdiyi  kimi,  bazarda  müəyyənləşmiş  struktur 

olmaqla, əmtəələrin qiymətini və miqdarını müəyyən etmək üçün satıcılar və alıcılar 

bir-birinə qarşılıqlı təsir edirlər [66]. 

İqtisadi  nəzəriyyənin  müasir  baxışları  əvvəlki  əsrlərdə  mövcud  olmuş  iqtsadi 

məktəblərin  mövcud  təcrübələrini  əsas  tutaraq  dövlətin  iqtisadi  siyasət  kursunun 

daimi  olaraq  təkmilləşməsinə,  onun  təsərrüfat  həyatında  ziddiyyətlərin  azaldılması 

yollarının  tapılmasına,  ümumbəşəri  iqtisadi  dəyərlərin  mənimsənilməsinə  xidmət 

edir.  Adam  Smit  (1723-1790)  “Xalqların  sərvətinin  təbiəti  və  səbəbləri  haqqında 

traktat”,  David  Rikardo  (1772-1823)  “Siyasi  iqtisad  və  vergiqoymanın  əsasları”, 

U.Petti  (1623-1687)  “Vergilər  və  rüsumlar  haqqında  traktat”,  C.S.Mill  (1806-1873) 

“Siyasi  iqtisadın  başlanğıcı”  kimi  klassik  nəzəri  baxışlar    iqtisadiyyatı  bütöv  halda 

tədqiq  etmiş,  bazar  iqtisadiyyatının  əsasını  qoymuş  və  bazarın  formalaşması 

prosesinin  əsasında  dayanan  iqtisadi  amillərin  əhəmiyyətini,  rolunu  elmi  prizmadan 

öyrənən, sistem halına gətirən ilk elmi məktəblərdir. 

Hələ qərarların qəbulu haqda nəzəriyyənin yaranmasına qədər, iqtisadiyyat elmi 

nəzərdə  tutulmuş  fəaliyyətlərin  hesabatına  və  proqnozlaşdırılmasına  əsaslanaraq 

təsərrüfatın məqsədəuyğun aparılıması haqqında  məsələ qarşıya qoymuşdur. Klassik 




 

15 


siyasi  iqtisadiyyatın  ilkin  zəminləri.  müəyyən  ölçüdə,  hətta  A.Smitin  yaxın  olduğu 

şotland  fəlsəfi  məktəbinin  konsepsiyası  çərçivəsində  formalaşmış  fərdlərin  özlərini 

məqsədəuyğun  aparması  haqda  təsəvvürlərin  təsiri  nəticəsində  yaranmışdır.  Bu  etik 

məktəb məqsədəuyğun fəaliyyətin fərdi konsepsiyasını irəli sürmüşdür. Utilitaristlər 

(mənfəətpərəst) kimi, onun davamçıları da insanların əməl və fəaliyyətlərini hansısa 

qabaqcadan hasil olunmuş yanlış fikrə əsaslanmış əxlaqi prinsiplərə görə deyil, yalnız 

sonda əldə etdikləri nəticə və səbəblərə görə qiymətləndirirdilər. Özünün «Xalqların 

sərvətlərinin  səbəbləri  və  təbiəti  haqda  tədqiqat  (1776-cı  il)»  adlı  fundamental 

əsərində  A.  Smit,  iqtisadi  hadisə  və  prosesləri  izah  edərkən  məhz  bu  cür  fərdi 

yanaşmadan  istifadə  etmişdi.  O,  qeyd  edirdi  ki,  «hər  bir  ayrıca  adam,  iqtisadi 

fəaliyyətini həyata keçirərkən yalnız şəxsi marağını nəzərdə tutur, özü də bu halda o, 

«görünməz  əli»  ilə  onun  öz  fikrinə  (arzusuna)  daxil  olmayan  məqsədinə  tərəf 

yönəlmişdir. O, öz şəxsi maraqlarını güdərkən, adətən daha fəal şəkildə cəmiyyətin 

maraqlarına  xidmət  edir...»  [70].  Mahiyyətcə,  A.Smitin  uyğun  “görünməz  əl” 

adlandırdığı şey tələb və təklif arasında müvazinət yaradaraq qiymətləri tənzimləyən  

bazar  mexanizmidir.  Belə  bir  müvazinət  bazar  mübadiləsində  iştirak  edən  böyük 

miqdarda alıcı və satıcıların qarşılıqlı təsiri nəticəsində yaranır. Mövcud nəzəriyyədə 

fərdin  gəlirini  maksimallaşdıran  istənilən  fəaliyyəti  məqsədəuyğun  hesab  olunur. 

A.Smitin və  digər  siyasi  iqtisad  klassiklərinin  fikirlərinə  görə,  bu, bütün  cəmiyyətin 

zənginləşməsinin  və  firavanlığının  güclənməsinə  gətirib  çıxarmalıdır.  Lakin  bu 

zaman  bütün  diqqət  fərdin  fəaliyyətinin  optimallaşdırılmasına  yönəldilir,  yəni 

minimal  məsrəflərlə  maksimal  gəlirin  əldə  edilməsi  nəzərdə  tutulur.  Ona  görə  də, 

klassik  və  xüsusilə  neoklassik  nəzəriyyələr  bütün  mümkün  qərarları  ədalətlə  tədqiq 

etməyə çalışmışdırlar. Halbuki bu zaman tez-tez fərdin, qrupların və ya təşkilatların 

hərəkətinə  təsir  edə  biləcək  daxili  amillərin  məzmunlu  müzakirəsi  istisna  edilirdi, 

baxmayaraq  ki,  A.Smit  özü  mübadilə  prosesində  cəmiyyət  institutlarının  və 

qanunlarının rolunu aydın dərk edirdi[70, 71]. 

      A.Smit  bazarda  iqtisadi  münasibətlərin    azad  rəqabətlə  idarə  olunmasının  elmi 

əhəmiyyətini vurğulamışdır. A.Smitə görə bu cür rəqabətə mane ola biləcək səbəblər 

iqtisadi  artım,  inkişaf  üçün  arzuolunan  deyil.  A.Smit  əsərində  bazarın  özü  özünü 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə