Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 

46 


ki,  milli  iqtisadiyyatımızın  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  və  strukturunun 

təkmilləşdirilməsi  qeyri-neft  ixracının  artımına  səbəb  olacaqdır.[85]  İstənilən  halda 

rəqabət  yüksək olarsa, suni qiymət  artımı  azalar və inflyasiya  prosesi kəskinləşməz. 

Beləliklə,  əmtəə  və  xidmətlər  bazarında  da  tarazlığın  təmin  olunmasına,əhalinin 

faydalılığının  maksimumlaşmasına,iqtisadi-sosial  vəziyyətin  yaxılaşmasına  zəmin 

yaranar. 

 



 

47 


 

2.3.İstehlak bazarının mövcud vəziyyətinin təhlili 

 

İstehlak  malları  bazarı  alqı-satqı  prosesinin  son  mərhələsi  olduğundan,  yəni 

istehsal  olunmuş  malların  bilavasitə  reallaşdırılması  (satışı)  ilə  məşğul  olduğundan, 

yeni  iqtisadi  münasibətlərə  keçdikdə,  burada  da  əsaslı  dəyişikliklər  baş  verir.  Ona 

görə  də,  istehlak  malları  bazarının  formalaşmasının  müasir  vəziyyətinin 

qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. 

Son  illər  ölkəmizdə  həyata  keçirilən  uğurlu  islahatlar  nəticəsində  istehlak 

bazarında yerli istehsalın xüsusi çəkisi yüksəlməyə başlamışdır. Belə ki, «Azərbaycan 

Respublikası  regionlarının  sosial-iqtisadi inkişafı  dövlət  proqramları  (2004-  2008-ci 

və 2009-2013-cü illər)» iqtisadiyyatın sahə və ərazi kəsimlərinin dinamik inkişafına 

əlverişli şərait yaratmışdır. Proqramların qəbul edilməsi iqtisadiyyatın sahə və ərazi 

sektorlarında  yaranmış  disproporsiyaların  aradan  qaldırılmasına  istiqamətlənmişdir. 

Bayaq  qeyd  edildiyi  kimi,  Azərbaycan  Respublikası  XX  əsrin  sonlarında  dövlət 

müstəqilliyini  bərpa  etdiyi  vaxtdan  keçən  dövr  ərzində  ölkənin  ictimai-siyasi  və 

sosial-iqtisadi həyatında  köklü dəyişikliklər  baş vermişdir. 1993-cü  ildən  başlayaraq 

ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin 

ilk  illərində  ölkədə  baş  alıb  gedən  siyasi  və  iqtisadi  böhranı  aradan  qaldırmış, 

Azərbaycanın  demokratik  dövlət  quruculuğu  və  bazar  iqtisadiyyatı  yolu  ilə 

irəliləməsinə  geniş  yol  açmışdır.  Ölkədə  ardıcıl  aparılan  islahatlar  1990-cı  illərin 

birinci  yarısında  iqtisadiyyatda  mövcud  geriləməni  dayandırmış  və  yeni  inkişaf 

mərhələsinə keçidi təmin etmişdir [15, 88]. 

Həyata keçirilən siyasət çox qısa bir zaman ərzində iqtisadiyyatda əsaslı keyfiyyət 

dəyişikliklərinə  səbəb  olmuşdur:  inflyasiya  cilovlanmış  (1996-cı  ildən  başlayaraq 

Azərbaycanda inflyasiyanın səviyyəsi 2-3%-dən yuxarı qalxmır), büdcə kəsiri ümumi 

daxili məhsulun 1-2%-i səviyyəsinə endirilmiş, 1996-cı ildə, makroiqtisadi sabitliyə 

nail  olunmuş,  1997-ci  ildən  başlayaraq  isə  dinamik  iqtisadi  inkişafı  təmin  etmək 

mümkün olmuşdur. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3%, 1997-ci 

ildə 5,8%, 1998-2003-cü illərdə isə orta hesabla 10,0% təşkil etmişdir. 2009-cu ilin 6 




 

48 


ayı ərzində isə bu rəqəm 10,0%-dən də aşağı həddə düşmüşdür [20, 21, 25, 39, 88]. 

Ölkənin  istehlak  bazarı  regional  istehlak  bazarlarının  məcmusundan  ibarətdir. 

Regional  iqtisadiyyatda,  bütövlükdə  iqtisadiyyatda  olduğu  kimi,  əmək  bazarı, əmtəə 

istehsalçıları, kapital, yanacaq enerji resursları və s. fəaliyyət göstərir. Bunlardan hər 

biri  müəyyən  təşkilati  struktur,  bazarın  digər  kateqoriyalarına  təsir  mexanizminə, 

funksional  təyinatına  görə  və  regionun  iqtisadiyyatında  tutduğu  əlamətlərə  görə 

fərqlənirlər.  Lakin  öz  sosial  və  iqtisadi  əhəmiyyətinə  görə  əmtəə  və  xidmətlərin 

istehlak bazarı xüsusi yer tutur. 

Hazırda  regional  istehlak  bazarları  bazar  münasibətlərinin  aşağı  səviyyəsi  ilə 

ölçülmədən  hüquqi-normativ  bazanın  zəif  inkişafı,  qarşılıqlı  öhdəliklərin  tez-tez 

pozulması,  infrastrukturun  lazımi  səviyyədə  inkişaf  etməməsi,  nəqliyyat  xərclərinin 

artması  inhisarçılıq  səviyyəsinin  yüksək  olması,  maliyyə-kredit  sisteminin  təkmil 

olmaması  ilə  xarakterizə  olunur.  Bazar  münasibətləri  subyektlərinin  bu  vəziyyəti 

istehsalın ictimailəşməsinin  müasir  səviyyəsi  ilə  müəyyən  edilir  və  bu  istehsalçılar, 

satıcılar  və  alıcılar  arasında  olan  ayrılığı  aradan  qaldıraraq,  onları  bazar  əlaqələri 

vasitəsi ilə birləşdirir. 

Tədqiqatlar  göstərir  ki,  bazar  proseslərinin  öz-özünü  tənzimləməsi  mümkün 

deyildir  və  proseslərə  dövlətin  müdaxilə  etməsi  tələb  olunur.  Əmtəə  və  xidmətlər 

bazarında  müxtəlif  iştirakçıların  olması,  onların  maraqlarının  nəzərə  alınması  və 

bazarın  sabit  inkişafı  çox  mürəkkəb  məsələdir.  Bu  cür  inkişaf  üçün  lazımi  şərait 

yaradılması  və  onlara  nəzarət  edilməsi  dövlət  tənzimlənməsi  olmadan  mümkün 

deyildir.  Dövlət  tənzimlənməsi,  hər  şeydən  əvvəl,  istehlak  bazarının  aktivləşməsi 

üçün qanunvericilik və hüquqi-normativ bazanın təkmilləşdirilməsi deməkdir. 

İstehlak  bazarının  inkişafının  regional  siyasəti  –  bazar  iştirakçıları  arasında 

tarazlığın  təmin  olunmasının  mühüm  şərtidir.  Bazarın  tənzimlənməsi  və  onların 

fəaliyyətlərinin  əlaqələndirilməsi  icra  orqanları  tərəfindən  həyata  keçirilməlidir. 

İcra  orqanları  istehlak  bazarında  bütün  iştirakçılar  üçün  vahid  normativ-hüquqi 

baza  təmin  etməli,  məhsul  istehsalçıları  ilə  satıcılar  arasında  rəqabət  mühiti 

yaratmalı,  onları  normal  fəaliyyət  göstərmələri  üçün  səmərəli  şərait  yaratmalı  və 

istehlakçıların hüquqlarını təmin etməlidirlər. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə