Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   2   3   4   5   6   7   8   9   ...   30

 

16 


tənzimləməsi  nəzəri  ideyasını  (  tələblə  təklif  əsasında)  və  dövlətin  iqtisadiyyata  az 

müdaxilə  etməli  olduğunu  diqqət  mərkəzinə  gətirib.  Eyni  zamanda  o,  cəmiyyətdə 

inkişafın  təmin  olunmasında  kapitalı  əməyin  daha  məhsuldar  olmasını  təmin  edən 

yeganə  təsir  qüvvəsi  olaraq  təhlil  edərək  nəzərdən  keçirir.  Bununla  da  belə  nəticə 

hasil  olur  ki,  mal-xidmət  bazarının,  bütövlükdə  iqtisadiyyatın  davamlı  tərəqqisini 

artırmaq  fonunda  kapitalı  artıracaq  hər  vergi  istehsalı,onun  fasiləsizliyini  azaltmış 

olacaq. Beləliklə, cəmiyyətdə ümumi faydalılıq azalacaq. 

Klassik  nəzəriyyə  1929-1933-cü  illərin  böhranından  sonra  köklü  araşdırmalara 

məruz  qaldı,  lakin  seçimin  məqsədəuyğun  modelinin  əsasında  iştirak  edən  bazis 

prinsipləri dəyişməz qaldılar. Onlara, ilk növbədə, metodoloji fərdiyyətçilik prinsipi 

daxildir.  Bu  prinsipə  əsasən  cəmiyyətin  iqtisadi  həyatında  həlledici  rol  fərdlərə  aid 

edilir,  sosial  institutlar  isə  ikinci  dərəcəli  hesab  olunurdular.  Çünki  onlar  fəaliyyət 

göstərən  fərdlər  tərəfindən  yaradılaraq dəyişdirilir.  Ona  görə də,  heç kəs  onlara hər 

hansı bir məqsədlərini və maraqlarını zorla qəbul etdirə bilmir.  

Qeyd etmək lazımdır ki, bütün tarix boyu cəmiyyətin inkişafında teleoloji baxış 

üstünlük təşkil etdiyindən, o, əvvəllər kiminsə qarşısına qoyduğu daxili məqsədlər və 

ya  ideyalara  əsaslanaraq  inkişaf  etmişdir.  Bununla  əlaqədar  olaraq  Nobel  mükafatı 

laureatı Ç.Byukenen öz məruzəsində göstərmişdir ki, «Bu cür şərhin əsasında belə bir 

yanlış fikir dururdu ki, insanlar, hətta müəyyən məhdudiyyət daxilində seçim edərkən 

hansısa kənardan qoyulmuş məqsədlər olmadan lazımi nəticələrə nail olurlar» [93]. 

Həqiqətən, hər bir fərd və ya təsərrüfatçılıqla məşğul olan subyekt, ilk növbədə, 

öz  şəxsi  maraqlarını  güdür,  hərəkətin  mümkün  alternativlərini  müəyyənləşdirərək 

onları  birincilik  dərəcəsinə  görə  növbələşdirir.  İkincisi,  tələb  olunur  ki,  fərd  bütün 

şərtlər  daxilində  özünü  məqsədyönlü  aparsın,  yəni  hansı  formada  olursa  olsun, 

maksimal mənfəətə nail olmağa çalışsın. Bu prinsipə əsasən fərdin real hərəkəti hər 

hansı  yüksək  ideyalara,  cəmiyyətin  maraqlarına  deyil,  öz  mənfəətinin  və  ya 

maraqlarının  maksimallaşdırılmasına  olan  xüsusi  cəhdə  təsir  göstərir.  O,  qrup 

çərçivəsində  fəaliyyət  göstərərək,  onun  maraqlarından  çox  öz  şəxsi  maraqlarının 

güdür.  Üçüncüsü,  fərdin  optimal  davranışı  səmərəliliklə  bilavasitə  əlaqədardır. 

Dördüncüsü, nə qədər ki, məqsədəuyğun fəaliyyət göstərən fərdə cəmiyyətdə başqa 




 

17 


fərdlərlə qarşılıqlı əlaqədə olmaq lazım gəlirsə, bir o qədər də o, bu cür qaydalara və 

ya  müəyyən  qanunlara  əməl  etməlidir.  Deməli,  onun  məqsədəuyğun  seçimi  belə 

qayda-qanunların  məcmusundan  asılıdır.  Bunlara  baxmayaraq  o,  hətta  onların  ma-

raqları  üst  -  üstə  düşmədikdə  belə  digər  fərdlərlə  birlikdə  onların  dəyişkənliyi  üzrə 

hər hansı fəaliyyətləri təşkil etməyə qadirdir [60, 69]. 

A.Smitdən  F.Xayekə  qədər  azad  ticarətin  və  məqsədəuyğun  seçimin  bütün 

müdafiəçiləri  fərdi  seçimin  və  onun  əsasında  meydana  çıxmış  nizam-intizamın 

pozitiv xarakterini xüsusi qeyd edirlər [93]. Onlar etiraf edirdilər ki, fərdlərin optimal 

seçimi, son nəticədə cəmiyyətdə ümumi firavanlığa gətirib çıxarır və buna görə də, 

inadla bazarın tənzimlənməsinə dövlət müdaxiləsinin əlyhinə çıxış edirdilər. Artıq bu 

cür təsəvvürlərin qeyri - doğruluğu haqda kapitalist elitanın görkəmli nümayəndələri 

də  danışmağa  başlamışlar.  C.Soros  yazır:  «Əgər  Fridrix  Xayek  haqlı  olsa  idi,  həyat 

çox  sadə  olardı  və  ümumi  maraq,  insanların  fəaliyyətinin  onların  öz  şəxsi 

maraqlarında  nəzərdə  tutulmamış  nəticəsi  kimi  çıxış  edərdi.  Belə  ki,  bazar 

mexanizminin  köməyi  ilə dar şəxsi  maraqların  cəmləşdirilməsi, öz  arxası ilə qəsdən 

edilməyən  mənfi  nəticələrə  gətirib  çıxarır.  İqtisadçılar  özləri  də  buna,  hələ  Böyük 

depressiya  zamanı,  yaranmış  vəziyyətin  təhlili  üçün  klassik  siyasi  iqtisad 

prinsiplərinin  tətbiq  olunduğu  bir  zamanda  əmin  ola  bilərdilər  [93].  İlk  dəfə  olaraq, 

bunu  C.Keyns  başa  düşmüş  və  öz  əsərlərində  dövlətin  iqtisadiyyata  müdaxiləsini 

əsaslandırmışdır.  Bu,  daha  çox  mərkəzləşdirilmiş  dövlət  tənzimlənməsindən  bazar 

təsərrüfatına  keçid  dövrünü  yaşayan  ölkələrə  aid  edilirdi.  [22].  Bazarın  neoklassik 

modelindəki  kimi,  məqsədəuyğun  seçim  nəzəriyyəsindəki  mühüm  çatışmazlıqlar  da 

məhz  burada  özlərini  büruzə  vermişdirlər.  Azad  ticarətin  tərəfdarları  ümid  edirdilər 

ki, dövlət mülkiyyətinin özəl əllərə verilməsi iqtisadiyyatı böhran vəziyyətindən xilas 

edərək,  sonda  əhalinin  həyat  səviyyəsini  yüksəldə  biləcəkdir.  Lakin  tələsik 

liberallaşdırma,  qabaqcadan  düşünülmədən,  adətən  açıq-aşkar  qanun  pozuntuları  ilə 

həyata 

keçirilən  özəlləşdirmə  prosesi  iqtisadiyyatdakı  böhranın  yalnız 



dərinləşməsinə,  çaparaq  inflyasiyaya  və  istehsalın  azalmasına  gətirib  çıxardı.  Buna 

səbəb, həm də bazarın fəaliyyət göstərməsi üçün vacib olan uyğun sosial institutların, 

normativ  hüquqi aktların və digər “oyun qaydaları”nın olmaması idi [93]. Bu zaman 



 

18 


ölkənin  konkret  xüsusiyyətləri,  mövcud  olmuş  ənənələr,  mentalitet  nəzərə 

alınmayıbdır.  

Məhz  bu  amillərin  təsiri  altında  bəzi  qərb  iqtisadçıları  tədricən  metodoloji 

fərdiyyətçilik, məqsədəuyğun seçim modelinin səmərəliliyi haqda köhnə təsəvvürləri 

yenidən  nəzərdən  keçirməyə  başladılar  ki,  bununla  da,  məqsədəuyğun  seçim 

nəzəriyyəsinə  alternativ  hesab  olunan  iqtisadi  davranış  nəzəriyyəsi  meydana  gəldi. 

Bu  cərəyana  iqtisadiyyatın  müxtəlif  sahələrində  qərar  qəbul  etmə  prosesini  təsvir 

edən  nəzəriyyələrin  məcmusunu  aid  etmək  olar.  Bununla  o,  prinsip  etibarilə 

neoklassik  paradiqmadan,  həmçinin  Avstriya  məktəbindən  fərqlənir.  Avstriya 

məktəbi  üçün  qərar  qəbul  etmək  prosesi  deyil,  onun  nəticəsi  vacibdir.  Davranış 

nəzəriyyəsi iqtisadi subyektlərin real hərəkətini tədqiq etməyə çalışır. Eyni zamanda, 

qeyd etmək lazımdır ki, bu nəzəriyyə yalnız təsvir metodları ilə məhdudlaşmayaraq, 

ümumiləşdirilmiş qərar qəbuletmə modelini qurmağa çalışır. Davranış nəzəriyyəsində 

tədqiqatçı real qərar qəbuletmə prosesinin orada necə həyata keçirildiyini öyrənməli, 

onun  qanunauyğunluqlarını  aydınlaşdırmalıdır.  Bu  proses  kifayət  qədər  mürəkkəb 

olması  ilə  xarakterizə  olunduğundan,  davranış  nəzəriyyəsi  nümayəndələrinin  rəyinə 

görə,  orada  rasional  deyil,  şərti  davranış  hökmranlıq  edir  (yəni  qəbul  olunmuş 

qaydalara  və  şərtlərə  tabe  olan).  Buradan  belə  nəticə  çıxır  ki,  faydalılığın  və  ya 

mənfəətin maksimum həddə çatdırılması üçün ilkin şərtlərdən imtina etmək və onları 

daha  real  davranış  ehtimalları  ilə  əvəz  etmək  lazımdır.  Əlbəttə  ki,  davranış 

nəzəriyyəsi  ardıcılları  başa  düşürlər  ki,  iqtisadçılar  xüsusi  ehtiyac  olmadan  ənənəvi 

neoklassik mikroiqtisadiyyata yenidən baxmaq istəməzlər. Lakin onlar düşünürlər ki, 

əgər maksimallaşdırma və realist modellərin öncədən söylədikləri arasında əsaslı fikir 

ayrılığı  müşahidə  olunursa,  daha  az  dəqiq  nəzəriyyə  (bunun  neoklassik 

mikroiqtisadiyyat  olacağı  güman  edilir)  öz  yerini  daha  çox  dəqiq  olana  -  davranışa 

verməlidir [55, 64, 80, 86]. 

Davranış  nəzəriyyəsinin  qurulması  və  onun  yoxlanılması  empirik  tədqiqatların 

gedişində həyata keçirilməli olduğundan, xüsusidən ümumiliyə doğru gedən induktiv 

metodlara  xüsusi  diqqət  yetirilir.  Davranış  iqtisadi  nəzəriyyəsinin  tanınmış  banisi 

Nobel  mükafatı  laureatı,  Amerika  iqtisadçısı,  psixologiya  və  informatika  üzrə 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə