Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   2   3   4   5   6   7   8   9   ...   30

 

10 


əmtəə  və  xidmətlərin  bölgüsü  və  yenidən  bölgüsünü,  eləcə  də  onun  əhalinin  pul 

gəlirlərinə  mübadilə  olunması  vasitəsi  ilə  həyata  keçirilməsini  özündə  təcəssüm 

etdirir.İstehlak  bazarı  həmçinin  istehsalçı  və  istehlakçı  arasında,  eləcə  də  əmtəənin 

(xidmətin) qiyməti və faydalılığı arasında yaranan münasibətlərin təzahür formasıdır. 

Burada  söhbət,  ilk  növbədə  bazar  subyektlərinin  iqtisadi  mənafelərinin  ziddiyyətli 

xarakterindən  gedir.  Bu  ziddiyyət  alqı-satqı  prosesində  həll  olunur  və  ona  görə  də 

bazar  istehsal  sferası  ilə  istehlak  sferası  arasında  mənafe  uyğunluğunu  təmin  edən 

alət, vasitə kimi çıxış edir. İstehlak malları bazarı bir tərəfdən istehsalla bölgü, digər 

tərəfdən şəxsi istehlak arasında əlaqələndirici vasitə rolunu oynayır. 

Vurğulamaq labüddür ki, əmtəə və xidmətlər bazarının sağlam formada təşəkkülü 

bütövlükdə  ümumi  bazarın  formalaşması,inkişafı  şərtlərinə  nəzəri-metodoloji 

yanaşmadan  əhəmiyyətli  surətdə  fərqlənir.  Yəni  ancaq  istehlakçıların,  xüsusəndə 

alıcıların iqtisadi müstəqilliyinə nail olmaqla bazarın formalaşmasını,inkişafını təmin 

etmək olmaz. 

İstehlak bazarının tədqiq olunması üçün öncə istehlakçının özünün tələbini, onun 

psixologiyasını,  hazırkı  şəraitdə  hansı  əmtəə  və  xidmətlərə  üstünlük  verdiyini, 

məhsulların  seçilməsi zamanı hansı sosial-psixoloji və iqtisadi amillərə əsaslandığını 

dəqiqləşdirmək  labüddür.  Burada  əsas  məsələ  istehlakçının  seçimi  nəzəriyyəsidir. 

İstehlakçı  seçimi  nəzəriyyəsi  özünü  istehlakçı  davranışında  göstərir.  Ġstehlakçı 

davranıĢı  –  əmtəə  və  xidmətlərin  alınması,  istifadəsi(istehlakı)  və  onlardan 

“qurtulma” zamanı  istehlakçıların yol verdiyi hərəkətlərin məcmusudur, özünü necə 

aparmasıdır. 

Əmtəə və xidmətlər bazarı istehlak mallarının əldə edilməsinə və xidmətlərə görə 

fərqlənirlər.  Bununla  belə,  bütün  tədqiqat  boyu  istehlak  bazarı  əlamətlərinə  görə, 

bazar  münasibətləri  sistemində  onun  məzmunu,  yeri  və  rolu,  təkrar  istehsal 

prosesində  satıcı  və  alıcının  mövqeyi  baxımından  nəzərdən  keçiriləcək.  Bu  cür 

yanaşma  düşünürəm  ki,  istehlak  bazarının  hərtərəfli  nəzərdən  keçirilməsini  təmin 

etməlidir. 

Bazar iqtisadi sistemində istehlak bazarı mərkəzi yer tutur, çünki bazar sistemində 

tarazlığın  pozulması  daha  çox  istehlak  bazarına  mənfi  təsir  göstərir.  Bu  universal 



 

11 


keyfiyyətinə  görə  o,  ictimai  istehlakın  real  hissəsini  əks  etdirən  xüsusiyyətlərə 

malikdir.  İstehlak  bazarı  bazarlar  sistemində  ilk  və  tamamlayıcı  halqadır,  bu  onun 

başlıca xüsusiyyətidir [57, 60, 62]. 

Əmtəə  və  xidmətlər  bazarının  digər  xüsusiyyəti  onun  əmtəə-pul  münasibətləri 

şəraitində  inzibati  idarəetməyə  tabe  olmamasıdır.[41,  s.  66]  Əgər  ölkədə  əmtəə-pul 

münasibətləri  istehsal  vasitələri,  işçi  qüvvəsi,  texnologiya  və  s.  sahələrdə  inzibati 

təyinatla  həyata  keçirilirsə,  onda  bu  münasibətlər,  ümumiyyətlə  ləğv  olunur  və 

deməli,  istehlak  bazarı  fəaliyyətini  dayandırır.  İstehlak  bazarının  bu  xüsusiyyəti  bir 

tərəfdən istehlakın iqtisadi sərbəstliyi ilə, digər tərəfdən isə inzibati idarəetməyə tabe 

olmayan əhalinin şəxsi istehlakının rəngarəngliyi ilə şərtlənir. Bu xüsusiyyət istehlak 

bazarına xüsusi dayanıqlılıq və möhkəmlik gətirir.  

İstehlak  bazarının  digər  xüsusiyyətləri  öz  ifadəsini  yerinə  yetirdikləri 

funksiyalarda  biruzə  verir.  İstənilən  iqtisadi  sistemdə  istehlak  bazarının  əsas 

funksiyaları kimi aşağıdakıları fərqləndirə bilərik: 

a)

 



cəmiyyətdə ictimai tələbin ödənilməsi ( bu tələb əhalinin  tədiyyə qabiliyyətli 

fəaliyyətindən əmələ gəlir); 

b)

 

məhsulların  mübadilə  dəyərinin  təmin  edilməsi,  habelə  istehsal  vasitələri, 



istehsal  malları,  işçi  qüvvəsi,  kapital  və  s.  bazarları  ilə  qarşılıqlı  əlaqənin  həyata 

keçirilməsi üçün fasiləsiz təkrar istehsal prosesinin təmin edilməsi və bərpası; 

c)

 

istehlak  təyinatlı  əmtəə-xidmətlərə  qoyulmuş  qiymətlərin  formalaşdırılması 



dəyişdirilməsi

d)

 



mövcud  bazarda  müvazinətin  təmin  edilməsi  (  mikro  yaxud  makro  struktur 

üzrə) və s. 

Ən ümumi formada iqtisadiyyatda istehlak bazarının rolu məhz bu funksiyaların 

vasitəsilə açılır.  

İstehlak  bazarının  mühüm  funksiyalarından  biri  də  ölkənin  ümumi  daxili 

məhsulunun (ÜDM) müəyyən hissəsinin reallaşmasıdır. Burada qeyd etmək istərdim 

ki,ÜDM-vətəndaşlığından  asılı  olmayaraq  ölkə  daxilində  1  il  ərzində  istehsal 

olunmuş bütün son əmtəə və xidmətlərin məcmu bazar qiymətidir. Bunun nəticəsində 

istehsal  və  tədavülə  sərf  edilən  məsrəflər  ödənilir  və  geniş  təkrar  istehsalın  normal 



 

12 


gedişi  təmin  olunur.  Beləliklə,  istehlak  bazarı  istehsal  və  istehlak  arasında 

əlaqələndirici  roluna  malikdir.  İstehlak  bazarının  digər  funksiyası  -  əmtəələrin 

istehlakçılara(alıcılara)  çatdırılmasıdır.  Əhali  pul  gəlirlərini  əmtəələrə  mübadilə  edir 

və  öz  maddi  tələbatlarını  ödəyir.  Bu  funksiyanın  həyata  keçirilməsi  ilə  əlaqədar 

olaraq bazarla mövcud iqtisadi qanunlar arasında sıx  qarşılıqlı əlaqə yaranır. Bazarın 

üçüncü  funksiyası  ilə  əməyə  maddi  stimul  təmin  olunur.  Yalnız  bazarda  pulun 

əmtəəyə  mübadiləsi  prosesi  zamanı  bölgü,  təkrar  istehsal  prosesinin  vacib  fazası 

rolunda  çıxış  edərək  son  mərhələyə  daxil  olur.  Bazarda  əmtəələrə  tələb  və  təklifin 

uyğunluğu  taraz  vəziyyətdə  olmadıqda,  əhalinin  pul  gəlirlərinin  reallaşmasında 

çətinlik  yaranır.  Nəticədə  bütün  bölgü  mexanizmi  pozulur,  işçilərin  yüksək 

keyfiyyətli  və  məhsuldar  əməyə  maddi  stimullaşdırmanın  səmərəliliyi  azalır. 

Beləliklə,  istehlak  malları  bazarında  tələblə  təklifin  tarazlığı  bütövlükdə  iqtisadi 

sistemin necə səmərəli işlədiyini göstərir. 

İstehlak bazarları aşağıdakı əlamətlərinə görə təsnifləşdirilə bilər [68, 69, 70]: 

1)

 



Alıcıların xarakterinə görə: bu əlamətə görə təsnifləşdirmə müxtəlif meyarlar 

tələb  edir.  Məsələn,  əhali,  ailələrin  sayı,  ailənin  ölçüsü,  yaş  və  cins  strukturu, 

peşəkarlıq əlamətləri, milli mənşəyi, sosial-iqtisadi qruplara mənsubiyyəti; 

2)

 



Məhsulların  tipinə  görə:  bu  əlamətə  görə  təsnifat  əmtəələrin  növünə  və 

qiymətinə görə müəyyən edilir. Məsələn, ərzaq, toxuculuq, paltar, təsərrüfat malları, 

mebel, uzun müddət istifadə olunan mallar

3)

 



İstehlak bazarlarının ərazisinə görə: bu əlamətə görə təsnifləşdirmədə istehlak 

bazarları daxili və xarici bazarlara bölünürlər. Daxili bazarlar öz növbəsində  üç növə 

-  milli  (ümumdövlət),  regional  (ayrı-ayrı  rayonlar)  və  lokal  (hər  hansı  yaşayış 

məntəqəsi)  bazarlara  bölünürlər.  Milli  bazarlardan  fərqli  olaraq  regional  və  lokal 

istehlak bazarlarının kəskin müəyyən edilmiş sərhədləri yoxdur və onlar öz aralarında 

qarşılıqlı  əlaqəyə  malikdirlər.  Bu  özünü  onda  büruzə  verir  ki,  bir  ərazidə  istehsal 

olunan məhsullar digər regionlarda reallaşdırılırlar; 

4)

 



İstehlak bazarlarının proporsional inkişaf səviyyələrinə görə: bu əlamətə görə 

təsnifləşdirmədə  tarazlaşdırılmış  və  tarazlaşdırılmamış  istehlak  bazarlarını 

fərqləndirirlər.  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə