Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   2   3   4   5   6   7   8   9   ...   30

 

məsinə  gətirib  çıxarmışdır.  Bunlara,  həmçinin,  ayrı-ayrı  əmtəə  və  xidmətlər  üzrə 



əhalinin  məsrəflərinin  strukturunun  dəyişməsini;  istehlak  mallarına  tələb  və  təklifin 

strukturu və həcmləri üzrə müvazinətin olmamasını; istehlakçıların hüquqlarının mü-

dafiəsi  və  əhalinin  mal  və  xidmətlərlə  təchiz  olunması  üzrə  qeyri-səmərəli  mexa-

nizmin  mövcud  olmasını;  əmtəə  istehsalçıları,  sənaye,  kənd  təsərrüfatı  və  ticarət 

arasında iqtisadi-təşkilati qarşılıqlı təsir mexanizmlərinin olmamasını; ölkədə istehsal 

olunan  malların xarici bazarlarda rəqabət  qabiliyyətliliyinin  aşağı  olmasını;  istehlak 

mallarının  ixracı  və  idxalı  arasında  rasional  nisbətin  olmamasını  da  əlavə  etmək 

labüddür. 

İstehlak  bazarında  təşəkkül  tapan  və  mövcudluğu  duyulan  problemlərin  elmi 

yanaşma  nöqteyi-nəzərdən  həlli  üçün  əmtəə  istehsalçılarının  ərzaq  və  qeyri-ərzaq 

bazarlarının  tədqiqini,  bazar  iqtisadi  sistemində  şaxələnməni  (diversifikasiyanı)  və 

rəqabət  mühitini,  istehlak  bazarının  idarə  edilməsinin  təşkilati  mexanizmini, 

topdansatış əmtəə bazarını və mal yeridilişinin idarəetmə sistemlərini, pərakəndə satış 

bazarını və satışların idarə edilməsini, iaşə və xidmətlər bazarını, mal-xidmət bazarı 

iştirakçılarının bazar şəraitində idarə edilməsini əhatə edən mükəmməl(təkmil) bazar 

mexanizmi  tələb  olunur.  Odur  ki,  sadaladığımız  bu  arqumentlər  bütövlükdə  dünya 

təcrübəsi  də  nəzərə  alınmaqla,  artıq  formalaşmış  bazar  mexanizmi  şəraitində  əmtəə 

və  xidmətlər  bazarının  elmi  prizmadan  öyrənilməsi  və  kompleks  tədqiq  olunması 

zərurətini ön plana çəkir. 

Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinin məqsədi istehlak bazarının 

(əmtəə  istehsalçılarının,  ticarətin  və  istehlakçıların)  tədqiq  olunmasından,  həmçinin 

istehlak  bazarının  formalaşmasının  metodologiyasının  dəqiqləşdirilməsindən 

ibarətdir. 

Bu məqsədə nail olmaq üçün dissertasiya işində aşağıdakı əsas vəzifələrin yerinə 

yetirilməsi labüd hesab edilmişdir: 

 

istehlak  malları  bazarının  müasir  şəraitdə  formalaşmasının  nəzəri 



əsaslarının işlənib hazırlanması və əsaslandırılması; 

 



istehlak  bazarının  və  köməkçi  bazarların  (ərzaq  və  qeyri-ərzaq  malları 

bazarlarını da əhatə etməklə) rəqabət mühitinin təhlili




 



 

istehlak bazarının idarə edilməsinin təşkilati mexanizminin hazırlanması; 

 

istehlak  malları  bazarının  idarə  edilməsinin  təkmilləşdirilməsi  yollarının 



müəyyən olunması. 

Tədqiqatın  predmeti  və  obyekti.  Dissertasiya  işinin  obyekti  Azərbaycan 

Respublikasının  istehlak  bazarı  hesab  olunur,  tədqiqatın  predmetini  isə  müasir 

şəraitdə  ölkənin  əmtəə  və  xidmətlər  bazarının  sosial,  iqtisadi  və  təşkilati 

münasibətləri təşkil edir. 



Tədqiqatın  informasiya  bazası  və  iĢlənməsi  metodları.  Dissertasiya  işinin 

informasiya  bazasını  Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsinin, 

İqtisadiyyat Nazirliyinin, Maliyyə və Vergilər nazirliklərinin illik hesabatları və digər 

materiallar təşkil etmişdir. 

Tədqiqatın  nəzəri-  metodoloji  əsasını  iqtisadi  nəzəriyyə  klassiklərinin  elmi 

əsərləri,  idarəetmə  nəzəriyyəsi,bazar  mexanizmi,bazar  prosesləri,  istehlak  bazarı, 

ticarətin iqtisadiyyatı və texnologiyası sahəsində yerli və xarici alimlərin elmi işləri 

təşkil edir. 

Dissertasiya 

işi 


iqtisadi-statistik,iqtisadi-riyazi,sistemli 

yanaşma, 

təhlil, 

qruplaşdırma  və  müqayisə,  sintez  metodlarından,  müşahidələrdən  istifadə  edilərək 

tədqiq olumuşdur. 

Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işinin  elmi  yeniliyini  müəyyənləşdirən 

nəticələr kimi aşağıdakı müddəaları qeyd edə bilərik: 

 

istehlak bazarının mahiyyəti, anlayişları və kateqoriyaları da daxil olmaqla, 



bir sıra nəzəri məqamları dəqiqləşdirilmişdir; 

 



istehlak  bazarının  formalaşmasına  sistemli  yanaşmanın  prinsipləri  və 

əlamətləri müəyyən olunmuşdur; 

 

ərzaq və qeyri-ərzaq malları bazarlarının spesifik cəhətləri açıqlanmışdır; 



 

istehlak  bazarının  şaxələnməsinin  (diversifikasiyasının)  və  rəqabət 



mühitinin problemləri tədqiq olunmuşdur; 

 



istehlak malları bazarının proqnoz qiymətləndirilməsi verilmişdir. 

Tədqiqatın  praktiki  əhəmiyyəti ondan ibarətdir ki, dissertasiya işində verilmiş 

nəzəri  metodoloji  müddəalar  və  praktiki  tədbirlər  kompleksi  ölkəmizin  əmtəə  və 




 

xidmətlər  bazarında    aparılan,  xidmət  sferasında  keyfiyyətin  yüksəldilməsinə  və 



əhalinin  rifah halının,  həyat  səviyyəsinin yaxşılaşdırılmasına  istiqamətlənmiş  dövlət 

ticarət-sənaye siyasətinin effektivliyinin artırılmasına imkan verir. 



Dissertasiyanın  strukturu  və  həcmi.  Dissertasiya  işi  girişdən,    7  paraqrafdan 

ibarət  olan  3  fəsildən,  nəticə,  istifadə  olunmuş  ədəbiyyat  siyahısından  ibarətdir. 

Dissertasiya  işinin  həcmi  97  səhifədən  ibarətdir.    İşdə  6  cədvəl  və  1  düstur 

verilmişdir. İstifadə olunmuş 94 ədəbiyyatın adı (müxtəlif dillərdə) göstərilmişdir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə