Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 

28 


də  dövlətin  tənzimləmə  vasitələrinin  spesifik  xüsusiyyətləri  də  istehlak  bazarına 

həlledici təsir göstərir. Burada iqtsadi siyasətin əsas prioritet istiqamətləri, istehsalın 

həcmi  və  quruluşu,  ETT-in  səviyyəsi,  əhalinin  gəlirləri,xərcləri,  qiymətlərin  ümumi 

səviyyəsi  və  s  əks  olunur.  İstehlak  bazarının  sosial  aspektləri  əhalinin  alıcılıq 

qabiliyyətindən bilavasitə asılı olur. Burada cəmiyyətin sosial quruluşu,əhalinin həyat 

səviyyəsi,mədəniyyət  səviyyəsi  və  digər  milli  xüsusiyyətlər  xarakterizə  olunur. 

İstehlak  bazarının  təşkilati  aspektləri  bazar  infrastrukturlarının  formalaşması  və 

inkişafı  ilə  sıx  bağlıdır.  Bazar  infrastrukturlarının  inkişafı  istər  istehsalçıların  və 

istərsə də istehlakçıların  maraqlarının  reallaşdırılmasında  əhəmiyyətli və sən dərəcə 

vacib  rol  oynayır.  Bazar  infrastrukturu-bazarın  normal  fəaliyyətini  təmin  edən 

fəaliyyət növləridir. Hüquqi aspektlər  adından da göründüyü kimi, istehlak bazarının 

tənzimlənməsinin  qanunvericilik  təminatını  özündə  əks  etdirir  və  iqtisadiyyatın 

hüquqi tənzimlənməsi proseduraları ilə reqlamentləşdirilir [38, 40]. 

Yuxarıda  vurğuladığımız  kimi  istehlak  bazarının  formalaşması  və  inkişafında 

bazar infrastrukturu sistemi əhəmiyyətli rola malikdir. Bazar infrastrukturu sisteminə 

aiddir:  birjalar,  yarmarkalar,  hərraclar,  sığorta  təşkilatları,lizinq  kompaniyaları, 

ixtisaslaşmış  bank-kredit  təşkilatları,  reklam  şirkətlətləri,  vergi  və  gömrük  sistemi, 

auditor və konsaltinq kompaniyaları və s. İnfrastrukturun zəif səviyyədə olması əmtəə 

dövriyyəsinin həcminə mənfi təsir göstərir və bu da  ümumiyyətlə cəmiyyətdə geniş 

təkrar istehsalın səviyyəsini zəiflədir və iqtisadi artımın sürətini ləngidir. Qloballaşma 

şəraitində infrastruktur sistemi əslində istehsalçıların bazar və istehlakçılarla əlaqəsini 

təmin  edən  önəmli  mexanizm  kimi  fəaliyyət  göstərir.  Təbii  ki  bu  mexanizmin 

dinamik  şəkildə  həyata  keçirilməsi  bütövlükdə  iqtisadiyyatın  səmərəli,  effektiv 

fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. 

Keçid  iqtisadiyyatını  keçən  ölkələrin  təcrübəsi  sübut  edir  ki,  istehlak  bazarının 

normal,  səmərəli  fəaliyyətini  pozan  ən  mühüm  aspektlərdən  biri  də  inzibati  və 

bürokratik  maneələrin  mövcud  olmasıdır.  Bu  əngəllər  mahiyyət  etibarilə  bazarın 

özünütənzimləmə  mexanizminə  mənfi  təsir  göstərir.  Eyni  zamanda  kölgəli 

iqtisadiyyatın inkişafına da rəvac verir. Bütün bunlar son nəticədə dövlət büdcəsinə 

vergidən  yayınmağa  gətirib  çıxarmaqla  «çirkli  pullar»  probleminin  aktuallaşmasını 




 

29 


şərtləndirir. Bu xüsusilə, istehlak məhsullarının mübadiləsi seqmentində özünü daha 

çox birüzə verir. Vurğulamaq istərdim ki, iqtisadiyyatda şəffaflığın təmin edilməsi və 

statistik  uçotun  düzgün  qaydada  həyata  keçirilməsi  bu  problemin  həllində  önəmli 

vasitə,  üsul  hesab  olunur.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  bir  çox  hallarda  yeni 

yaradılmış  sahibkarlıq  subyektlərinin  iqtisadi  maarifləndirmə  səviyyəsinin  aşağı 

olması bu prosesə dolayı yollada olsa mənfi təsir göstərir. 

İstehlak  bazarının  formalaşması  və  inkişafı  ölkənin  beynəlxalq  münasibətlər 

sisteminə  inteqrasiyasının  ən  mühüm  təzahürü  kimi  çıxış  edir.  Bütövlükdə 

götürdükdə, hər hansı ölkədə istehlak bazarının formalaşması, azad rəqabət mühitinin 

inkişafı prosesi bazar  təsərrüfatçılıq  sisteminin təşəkkülünün ayrılmaz  tərkib hissəsi 

olmaqla  istər  makro,  istərsə  də  mikro  iqtisadiyyatda  baş  verən  transformasiya 

yönümlü  dəyişikliklərdən  asılıdır.  İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki, 

istehlak  bazarında  tarazlığın  təmin  edilməsi  və  qiymətlərin  səviyyəsinin 

sabitləşdirilməsi ölkənin milli ərzaq təhlükəsizliyinin qorunmasının ən mühüm ilkin 

şərti kimi çıxış edir. Qeyd etmək lazımdır ki, istehlak bazarı bazarın mühüm tərkib 

hissəsi  olmaqla  yanaşı,  eyni  zamanda  özünəməxsus  spesifik  xüsusiyyətlərə  də 

malikdir.  Belə  ki,  istehlak  bazarında  bilavasitə  əhalinin  gündəlik  tələbat  məhsulları 

reallaşdırılır. Bu məhsullara isə xüsusilə ərzaq və yeyinti malları şamil edilir. 

Real  həqiqətdir  ki,  kənd  təsərrüfatı  əhalinin  istehlak  tələbatının  təxminən  3/4 

hissəsinin  ödənilməsində  mühüm  rol  oynayır.  Odur  ki,  istehlak  bazarında  sabitliyin 

təmin  edilməsi  milli  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  əhəmiyyətli  rola 

malikdir [35, 38, 40]. 

İstehlak  bazarı  əmtəə-pul  münasibətlərinin  mühüm  tərkib  hissəsi  olan  mübadilə 

sferasının  reallaşdırılmasında  əhəmiyyətli  xüsusi  çəkiyə  malikdir.  Məhz  mübadilə 

sferası vasitəsilə respublikanın ərzaq kompleksinin təməl sahələrinin (kənd təsərrüfatı 

və emal sənayesi) və digər həlqələrinin istehsal vasitələri və əmək vasitələri (xammal, 

materiallar, avadanlıq, yanacaq və s.) qismində aralıq məhsullarına, ölkənin birbaşa 

son  hazır  istehlak  mallarına,  bu  kompleksə  daxil  olmayan  istehsal  sahələrinin 

xammala  olan  ehtiyacları  ödənilir  [7].  İstehlak  bazarı  mübadilə  sferası  olmaqla 

yanaşı,  əslində  yeni  istehsal  münasibətləri  şəraitində  istehlak  məhsullarının  geniş 




 

30 


təkrar istehsalı prosesinə də əhəmiyyətli dərəcədə təsir göstərir. Başqa sözlə, istehlak 

bazarına  yalnız  birmənalı  olaraq  istehlak  məhsullarının  reallaşdırıldığı  mübadilə 

sferası  kimi  yanaşılması  olsa-olsa,  məsələnin  bir  tərəfini  xarakterizə  edir.  Daha 

doğrusu,  yeni  istehsal  münasibətləri  şəraitində  mübadilə  və  reallaşdırma  prosesləri 

istehlak bazarının yalnız görünən tərəfləri kimi xarakterizə olunmalıdır. 

İstehlak bazarının ən mühüm göstəricisi əmtəə dövriyyəsi hesab edilir. Əmtəə-pul 

münasibətlərinin  inkişaf  etdiyi  şəraitdə  əmtəə  tədavülü  prosesi  əmtəə  dövriyyəsinin 

həcminin artırılması ilə bilavasitə bağlıdır. Əmtəə dövriyyəsinin bir qayda olaraq üç 

forması fərqləndirilir ki, bunlar da aşağıdakılardır [41, 54, 58]: 

Pərakəndə  əmtəə  dövriyyəsi  -  əmtəələrin  tədavül  sferasından  şəxsi  istehlak 

sferasına hərəkətinin son mərhələsini, əmtəələrin əhaliyə satışını əks etdirir. 

İaşə əmtəə dövriyyəsi - iaşə şəbəkələri vasitəsi ilə kulinariya məhsulları, xörəklər, 

yarımfabrikatlar,  həmçinin  aşpazlıq  emalından  keçməmiş  digər  əmtəələrin  əhaliyə 

satışını əks etdirir. 

Topdansatış  əmtəə  dövriyyəsi  -  əmtəələrin  böyük  həcmlə,  sonradan  əhaliyə 

satmaq məqsədi ilə (emal edilmədən) bir müəssisədən digərinə satışını əks etdirir. 

Topdansatış  əmtəə  dövriyyəsi  istehsal  vasitələri,  kənd  təsərrüfatı  məhsulları  və 

xalq  istehlak  mallarının  topdansatış  qiymətlərlə  istehlak  bazarında  ümumi  həcmini 

özündə  əks  etdirir.  Əgər  topdansatış  əmtəə  dövriyyəsi  tədavül  prosesinin  başlanğıc 

mərhələsi  hesab  edilirsə,  pərakəndə  əmtəə  dövriyyəsi  tədavül  prosesinin  sonuncu 

mərhələsini özündə əks etdirir. 

Pərakəndə əmtəə dövriyyəsinin həyata keçirilməsi ilə istehlak bazarında istehlak 

mallarının tədavül prosesi başa çatır və əmtəələr tədavül xərclərindən şəxsi istehlak 

dairəsinə  keçir.  Pərakəndə  əmtəə  dövriyyəsi  nəticəsində  istehlak  məhsullarının 

bilavasitə istehlakçılara çatdırılması baş verir. 

Araşdırmalar bunu deməyə əsas verir ki, əmtəə dövriyyəsinin pərakəndə formada 

təşkili  istehlak  bazarının  vacib,labüd  göstəricisidir.  Lakin  onu  birmənalı  olaraq 

əhalinin şəxsi istehlakı ilə eyniləşdirmək real(düzgün) deyil. Məlumdur ki, pərakəndə 

əmtəə  dövriyyəsinin şəxsi istehlakın  ümumi  həcmində payı  təxminən 83-85 faizdir. 

Əmtəə və xidmətlər bazarında pərakəndə əmtəə dövriyyəsinin əmtəə satışı formaları 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə