Азярбайжан республикасы тящсил назирлийи


FƏSĠL 1. ĠSTEHLAK BAZARI - IQTISADI KATEQORIYA KIMI



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   2   3   4   5   6   7   8   9   ...   30

 



FƏSĠL 1. ĠSTEHLAK BAZARI - IQTISADI KATEQORIYA KIMI  



1.1.

 

İstehlak bazarı iqtisadi kateqoriyasının mahiyyəti və məzmunu 

      İlk  növbədə  qeyd  etmək  istərdim  ki,  «İstehlak  bazarı»  iqtisadi  kateqoriyasının 

mahiyyətinin  düzgün  formada  anlaşılması,təhlili  və  tədqiqi  onu  təşkil  edən  

«istehlak»  və  «bazar»  iqtisadi  kateqoriyalarının  daha  dəqiq  başa  düşülməsindən  və 

ətraflı  tədqiqindən  çox  asılıdır.  Bu  nöqteyi  nəzərdən  iqtisadi  nəzəriyyə  sahəsindəki 

mütəxəssislərin  «bazar»  iqtisadi  kateqoriyasını  şərh  edərkən  aşağıdakı  cəhətləri 

vurğulamaları xüsusi maraq doğurur. 

 Bazar istehsalla istehlakın toqquşduğu məkandır. Qısaca qeyd etsək, bazar alıcı 

ilə  satıcının  iqtisadi  münasibətlərini  əhatə  edən  görüş  sferasını  təmin  edir.  Vaxtilə 

məşhur  alman  alimi  K.Marks  artan  tələbatla onun  ödənilməsi  şərtləri  arasında  əlaqə 

və asılılıqdan bəhs edərkən yazırdı: “Vəhşi insan tələbatını ödəmək, öz həyatını hifz 

etmək  və  təkrar  istehsal  etmək  üçün  təbiətlə  mübarizə  etməli  olduğu  kimi,  mədəni 

adam  da  mübarizə  etməlidir,  bütün  ictimai  formalar  və  bütün  istehsal  üsulları 

şəraitində mübarizə getməlidir.[24]  

Məlumdur  ki,  insanlar  yaşamaq,  cəmiyyətdə  mövqe  tutmaq,  inkişaf  etmək  üçün 

gündəlik olaraq müəyyən həcmdə müxtəlif əmtəə və xidmətlərdən istifadə etməlidir. 

Belə ki, cəmiyyətdə insanlar tərəfindən bu nemətlərin, xidmətlərin istehlakı daimi və 

fasiləsiz  şəkildə  vüsət  aldığı  kimi  bunların  yaradılması  və  istehsalı  da  daimi  şəkildə 

təmin  olunmalıdır.  Təlabatların  sonsuzluğu,  iqtisadi  ehtiyatlarım  məhdudluğu 

şəraitində cəmiyyətə lazım olan bütün növ  əmtəə və xidmətlərin istehsalının fasiləsiz 

şəkildə davam etməsi və bərpası təkrar istehsal adlanır.  

Fiziokratlar  iqtisadi  məktəbinin  banisi  Fransua  Kene  bu  kateqoriyanı  elmə 

gətirmiş  və  «təkrar  istehsal-istehsalın  fasiləsiz  şəkildə  təkrar  olunması  prosesidir» 

deyə vurğulamışdır. [F.Kene “İqtisadi cədvəl”i]  Burada qısaca qeyd etmək istərdim 

ki,  təkrar  istehsal  əmtəə-xidmətlərin  təkrar  istehsalı,  iş  qüvvəsinin  təkrar  istehsalı, 

iqtisadi  münasibətlərin  təkrar  istehsalı  kimi  təhlil  edilir.  Təkrar  istehsal  əhatə 

dairəsindəki  fəaliyyətinə  əsasən  fərdi  və  ictimai  formalarda  fərqləndirilir.  Fərdi 




 

təkrar  istehsal  -  əmtəə  və  xidmətlərin  ayrı-ayri  fərdi  təsərrüfatlarda,  firmalarda, 



təşkilatlarda  təkrar  istehsalını,  bərpasını  nəzərdə  tutur.  Öz  fəaliyyətləri  üzrə  fərdi 

təkrar  istehsalların  məcmusu  ictimai  təkrar  istehsal  prosesini  yaradır.  Əgər  fərdi 

təkrar  istehsalda  fərdlərin  maraqları  təmin  olunursa,  ictimai  təkrar  istehsalda 

bütövlükdə  ölkənin,  cəmiyyətin  maraqları  təmin  olunur.  Təkrаr  istеhsаlın 

fаsiləsizliyini  təmin  еdən  vacib  elementlər-  istеhsаl,  bölgü,  mübаdilə  və  istеhlаk 

hesab olunur.    Deməli, cəmiyyətin  əldə  etdiyi  bütün növ  əmtəə  və  xidmətləri təkrar 

istehsal  prosesinin  nəticəsi  kimi  qiymətləndirmək  olar.  Beləliklə,  bazarın  normal 

fəaliyyət  mexanizminin  təmin  olunmasında  təkrar  istehsal  prosesi  və  onun  geniş 

formada tətbiqi  son dərəcə vacibdir.  

Bu nöqteyi nəzərdən qeyd edə bilərik ki, bazar - ictimai təkrar istehsal prosesində 

iqtisadi,  eyni  zamanda  əmtəə-pul  münasibətlərinin  təzahür  etdiyi  mürəkkəb  bir 

mexanizmdir, sosial iqtisadi kateqoriyadır. [16] 

 Bazar əmək məhsulunun əmtəəyə çevrildiyi, ona görə də bu məhsulun başqasına 

satılmaqla verildiyi bir yerdir. Bazar təkrar istehsalın müəyyən mərhələsini ifadə edir, 

bunsuz ictimai təkrar istehsal mümkün ola bilməz. Bazar həm də əmtəənin tədavüldə 

olduğu  bir  sahədir,  buradan  kənarlaşan  məhsul  tədavüldən  də  kənarlaşmış  olur,  öz 

əmtəəliliyini  itirir.  Burada  əmtəə-pul  münasibətləri vasitəsilə  əmtəələrin  alqı  -  satqı 

prosesi,  yəni  əmək  məhsullarının  mübadiləsi  baş  verir.  [21]  Bazar  ictimai  əmək 

bölgüsünün  öz  mahiyyətini,  həm  də  bu  iki  anlayışın  bir-biri  ilə  ayrılmaz  əlaqədə 

olduğunu  təzahür  etdirdiyi  bir  məkandır.  İctimai  əmək  bölgüsü  isə,  özünü  tələb  və 

təklif  vasitəsilə  təzahür  etdirərək,  eyni  zamanda  cəmiyyətdəki  sosial  cəhətdən  olan 

bölgünü də əks etdirir. Buradan aydın olur ki, tələb və təklif müxtəlif aspektli sosial 

bölgülərin (əhali qrupları, ixtisaslar, əhali peşə qrupları və s.) olmasını nəzərdə tutur. 

Bu  sosial  qruplar  cəmiyyətin  ümumi  gəlirini  (öz  sosial  vəziyyətinə,  ictimai 

istehsaldakı  iştirakına  və  s.  uyğun  olaraq)  öz  aralarında  bölüşdürür  (bu  isə  maliyyə 

münasibətlərini  əmələ  gətirir),  öz  istehlakı  üçün  sərf  edirlər;  istehlakçıların  gəlirinə 

uyğun olaraq ödənilən bu tələbat hissəsi tələb əmələ gətirir ki, bu da bazarı, tələbin 

formalaşdığı, onun tələbatdan fərqli bir kateqoriya şəkli aldığı, onun təzahür forması 




 

olan bir sahə kimi qiymətləndirməyə əsas verir. Burada eyni zamanda, yeni yaranmış 



və bazara daxil olmuş əmtəə, yeni tələbat və tələb də formalaşır [27, 44, 66].  

        Qeyd  etmək  yerinə  düşər  ki, 

i

qtisadi  sistemlərdən  ən  geniş  şəkildə  yayılmışı 



bazar  iqtisadiyyatı  sistemidir.  Bazar    bəşəriyyətin  ən  mühüm  və  önəmli 

nailiyyətlərindən  biridir.  Bazar  bəşər  cəmiyyəti  tarixində  böyük  ictimai  əmək 

bölgülərinin,  əmtəə  təsərrüfatının  mübadiləsinin  meydana  gəlməsi  ilə  üzvi  şəkildə 

bağlıdır.İqtisadi sistemdə bazarın müxtəlif əlamətlərə görə təsniflənləşdirildiyini qeyd 

edə  bilərik.  Bazarların  iqtisadi  təyinatına  görə  təsnifləşdirilən  formalarından  biri  də 

“əmtəə  və  xidmətlər  bazarı”  dır.  Buna  iqtisadi  ədəbiyyatlarda  “istehlak  bazarı” da 

deyilir.  Buraya  ərzaq  və  qeyri  ərzaq  məhsulları,  məişət,  kommunal,  nəqliyyat 

xidmətləri,  mədəniyyət,  təhsil,  səhiyyə  üzrə  pullu  xidmət  bazarları  aiddir.  Burada 

qeyd  etmək  istərdim  ki,  əmtəə  -  insanların  müəyyən  tələbatını  ödəyən  və  satılmaq, 

mübadilə  olunmaq  üçün  istehsal  olunmuş  əmək  məhsullarıdır.  Xidmət  -  əmtəələr 

kimi  insan  tələbatının  ödənilməsinə  istiqamətlənib,lakin  xidmətlər  maddi  deyil. 

İstehlak bəs nədir? İstehlak – müxtəlif əmtəə-xidmətlərə insanların istək və ehtiyacını 

ifadə  edir. Qısaca, istehlak-həmin  əmtəə  və  xidmətlərdən istifadə  edilməsini  özündə 

əks etdirir. Bütün bu münasibətlər istehlak bazarında baş verir. 

İstehlak  bazarı  –  bazar  təsərrüfatı    sisteminin  son  dərəcə  vacib  həlqələrindən 

hesab olunur  və o cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsinin indikatoru fonunda 

təlabatların  səmərəli,effektiv  şəkildə  ödənilməsinə  istiqamətlənmiş  mal  və  xidmət 

müraciətinin  məkan,ərazi  formasıdır.  Bazar  münasibətlərinin  formalaşması  üçün 

istehlak  bazarına  xüsusi  əhəmiyyət  vermək  lazımdır.  İstehlak  bazarı  bir  -  biri  ilə 

qarşılıqlı əlaqədə olan elementləri əhatə etməklə, mürəkkəb kompleks bir sistemdir. 

Onun fəaliyyətinin genişlənməsi, hər şeydən əvvəl, qiymətqoyma sisteminin yenidən 

qurulması,  məhsul  dövriyyəsinin  tənzimlənməsi  və  bazar  strukturlarının 

formalaşması  ilə  xarakterizə  olunur.İstehlak  bazarı  -  qeyri-kommersiya  xarakterli 

şəxsi  istehlak  üçün  satın  alınan  əmtəə  və  xidmətlərin  tədavülü  sferasında  yaranan 

iqtisadi  münasibətlərin  məcmusu  hesab  olunur.  İstehlak  bazarının  tərkibində  ərzaq 

malları  bazarı  və  qeyri-ərzaq  malları  bazarı  fərqləndirilir.İstehlak  bazarı  müəyyən 

iqtisadi  münasibətlərin  təzahür  sferasıdır.  Bu  münasibətlər  əsasən  istehlak  olunan 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə