Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 

43 


dekabr ayında ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini 0,25–0,5 faizədək 

artırması  milli  valyutanın  devalivasiya  edilməsi  ilə  nəticələnməli  idi.  Yaranmış 

vəziyyət  istehlak  bazarında  qiymətlərin  artımı  ilə  müşaiyyət  olunurdu  ki,  bu  da 

istehlak bazarında süni qiymət artımına qarşı dövlətin bir sıra sərt inzibati tədbirləri 

həyata keçirməsi ilə nəticələndi. İstehlak bazarını təhlükədən qorumaq üçün bazarda 

fəaliyyətin tənzimlənməsi istiqamətində lazımi addımlar atıldı. Bundan əlavə, 2016-cı 

ilin  fevral  ayından  Mərkəzi  Bank  uçot  dərəcəsini  3  faizədən  5  faizədək  yüksəltdi. 

Bununla  da,  öz  uçot  stavkasını  mövcud  infilyasiya  səviyyəsinə  uyğunlaşdırmağa 

çalışan  Mərkəzi  Bank,  bu  addımın  manatla  yığımlara  marağı  stimullaşdırmaq 

məqsədi ilə atıldığını vurğulamaq məcburiyyətində qalmışdır. 

İstehlak  bazarını  mənfi  xarici  təsirlərdən  qorumaq  üçün  daxili  istehsalı 

şaxələndirmək,  bazara  tələbatı  ödəyən  alternativ  əmtəələri  çıxarmaq,  süni  qiymət 

artımının qarşısını  almaq  üçün konkret  tədbirlər görmək  daha məqsədəuyğun hesab 

edilə  bilər.  Bunun  üçün  əhalinin  sosial  müdafiəsi  sistemini  yenidən  qurmaq,  bazar 

iqtisadiyyatının inkişafı şəraitində sosial gərginliyi azaltmaq üçün aztəminatlı əhalini 

minimum  yaşayışla  təmin  etmək,  istehsal  subyektlərinin  iqtisadi  davranışında 

müvafiq  dəyişikliklər  etmək,  bazar  mexanizminin  milli  ənənələrə  və  yaranmış 

normalara uyğunlaşdırmaq vacibdir. 

Hazırki  şəraitdə  Azərbaycanda  istehlak  bazarına  nəzarət  Azərbaycan 

Respublikasının  İqtisadiyyat  Nazirliyinə



 

(Azərbaycan  Respublikasının  İqtisadiyyat 

Nazirliyi  yanında  Antiinhisar  Siyasəti  və  İstehlakçıların  Hüquqlarının  Müdafiəsi 

Dövlət  Xidməti)

 

  həvalə  edilmişdir.  Azərbaycanda  normal  istehlak  bazarının 



formalaşması və inkişafının təmin olunması məqsədi ilə daxili istehsal potensialından 

tam  və  səmərəli  istifadə  hesabına  ölkənin  zəruri  istehlak  malları,  həmçinin  ərzaq 

məhsulları  ilə  özünü  təminetmə  səviyyəsinin  yüksəldilməsi  vəzifəsi  əsas 

götürülməklə,  aşağıdakı  istiqamətlər  üzrə  əməli  tədbirlərin  həyata  keçirilməsi 

məqsədəuyğun olardı: 

-istehlak 

malları  istehsal  edən  sahələrdə  struktur  islahatları  və 

restrukturizasiyanın sürətləndirilməsi; 



 

44 


-  bu  sahələrdə  investisiya  fəallığının  artırılması  məqsədilə  investisiya 

mühitinin yaxĢılaĢdırılması; 

-  dövlət  mülkiyyətində  olan  müəssisələrin  idarəetmə  sisteminin  yeni 

təsərrüfatçılıq Ģəraitinin tələbləri nəzərə alınmaqla təkmilləĢdirilməsi; 

-maliyyə,  pul-kredit  və  vergi  siyasəti  tədbirləri  vasitəsilə  istehlak  malları 

üzrə daxili istehsalın inkiĢafının stimullaĢdınlması; 

-istehsal, sosial və bazar infrastrukturu sahələrinin inkiĢafı; 

- istehlak mallarının idxal hesabına yox, özümüzdə mövcud istehsalının bərpa 

və inkiĢaf etdirilməsi, daha da müasirləĢdirilməsi; 

-  milli  istehsalın  inkiĢafına  nail  olmaq  üçün  investisiya  mühitinin  daha  da 

optimallaĢdırılaraq xarici kapital axınının sürətləndirilməsi; 

-daxili  bazarın  qorunması  və  inkiĢafına  yardım  sisteminin  konkret  Ģəraitin 

tələbləri nəzərə alınmaqla təkmilləĢdirilməsi; 

-  əhalinin  istehlakı  ilə  bağlı  minimum  standartlara  dair  sistemli  və  yetkin 

hüquqi-normativ baza və vahid metodika yaradılması; 

-  əhalinin,  xüsusi  ilə  də  aztəminatlı  əhalinin  real  gəlirlərinin  artırılması 

istiqamətində məqsədli proqramlar hazırlanması və həyata keçirilməsi; 

- müəyyən müddətli çeĢidindən və istehsal edilməsi yerlərinin sayından asılı 

olaraq  müvafiq  müəssisələrin  fəaliyyətinə  təkan  vermək  məqsədilə  vergilərin 

azaldılması və ya ləğv edilməsi; 

-  xarici  ticarət-iqtisadi  əlaqələrin  ökənin  beynəlxalq  və  regional  əmək 

bölgüsündəki  üstünlükləri,  sosial-iqtisadi  inkiĢaf  perspektivləri,  daxili  bazar 

təlabatı  və  iqtisadi  təhlükəsizlik  maraqları  nəzərə  alınmaqla  təkmilləĢdirilməsi 

və s. 

Ədalətli  rəqabət  mühitinin  formalaşdırılması,  iqtisadiyyatda  və  xüsusilə  də 

istehlak  bazarında  inhisarlaşmanın  məhdudlaşdırılması  üzrə  tədbirlər  davam 

etdirilməsi,  antiinhisar  qanunvericiliyi  və  praktikası  təkmilləşdirilməsi,  ticarətdə 

tətbiq  edilən  qeyri-tarif  əngəllərinin  aradan  qaldırılması  üçün  əməli  tədbirlər 

görülməsi  Respublikanın  gələcəyə  “Gələcəyə  Baxış”  inkişaf  konsepsiyasında 

planlaşdırılmışdır.  (85,89)  Bir  çox  çətinliklərlə qarşılaşdığımız  indiki  dövrdə, daxili 



 

45 


istehlak bazarının pozulduğu şəraitdə, ilk növbədə, əhalinin zəruri ərzaq və gündəlik 

tələbat  malları  ilə  təchizatını  qaydaya  salmaq  üçün  ticarət  əlaqələrini  hər  vəchlə 

genişləndirmək, istehsalın texnoloji səviyyəsini qaldırmaq üçün xarici investisiyaların 

cəlb olunmasını sürətləndirmək, dünya təsərrüfat sisteminə səmərəli qoyulmanı təmin 

etmək və s. ehtiyat tədbirləri kimi həyata keçirilməldir. 

      Məlumdur  ki,  milli  iqtisadıyyatın  inkişafında  vacib  amillərdən  biri  olan  rəqabət 

qabiliyyəti  həm  də  ölkənin  milli  təhlükəsizliyini  təmin  edir.  Müasir  dövrdə 

rəqabətqabiliyyətli ölkə olmaq üçün müəyyən amillərin həmin ölkədə təkmil formada 

olmasına ehtiyac var. Buna görə də hər hansı bir dövlətin rəqabət qabiliyyəti fərqlidir. 

Dünya bankı və Beynəlxaq iqtisadi forumu 8 yaxud 9 əsas amillərin vəziyyətinə görə 

ölkələri reytinq üzrə qiymətləndirir.  

Keçən dövr ərzində ölkəmizin əldə etdiyi uğurlar bir sıra beynəlxalq-xarici və reytinq 

təşkilatları  tərəfindən  də  yüksək  səviyyədə  qiymətləndirilir.  "Qlobal  Rəqabət 

Qabiliyyəti  İndeksi"  hesabatına  görə  dünya  ölkələrinin  rəqabət  qabiliyyətliliyi 

reytinqində  Azərbaycan Respublikası 39-cu yeri tutur (2014 cü il) və ardıcıl 5 ildir 

ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır.[90] 

      Azərbaycanda  istehlak  bazarında  rəqabət  mühitinin  təkmil  formada  həyata 

keçirilməsinə mane olan tədbirlərin azaldılması,rəqabət mühitinin təşviq edilməsinin 

təkmilləşdirilməsi  istiqamətində  dövlətin  mövqeyi  məlumdur.  Haqsız  rəqabət 

haqqında,  Antiinhisar  fəaliyyəti  haqqında  və  s  qanunlarla,  digər  normativ  hüquqi 

baza,eləcə də inzibatı vasitələrlə bu prosesin fasiləsizliyi təmin edilir. Bu istiqamətdə 

Rəqabət  Məcəlləsinin  qəbulu  son  dərəcə  aktualdır.Sənədin  hazırlanması, 

təkmilləşdirilməsi  istiqamətində  mütəxəssislərdən  ibarət  işçi  qrupu  qarşıda  duran 

vəzifələrin  reallaşdırılması  üçün  əlindən  gələni  edirlər.Bu  sənədin  qəbul  olunması 

ölkəmizdəki  investisiya  mühitinin  daha  da  inkişafına,  rəqabətin(sağlam) 

kəskinləşməsinə, 

bazarın 

formalaşması 

və 

inkişafı 



üzrə 

mexanizmin 

optimallaşmasına və s gətirib çıxardacaqdır. 

     Azərbaycan 2020 İnkişaf konsepsiyasında vurğulandığı kimi ölkəmiz 2020 ci ildə 

həm iqtisadi, həm də siyasi baxımdan rəqabət qabiliyyətli ölkə olacaq.Məlumdur ki, 

bu konsepsiyada ixrac yönümlü iqtisadi milli model əsas götürülmüşdür. Qeyd olunur 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə