Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   13   14   15   16   17   18   19   20   ...   99

 
50
alman dilindəki “Sir wird glücklich gewesen sein” “O, mən 
buna əminəm, xoşbəxt idi” kimi tərcümə olunur. Əslində isə 
həmin cümlənin tərcüməsi bu şəkildə olmalıdır:  O, xoşbəxt 
olmalı idi və xoşbəxt idi. 
Germanşünaslıqda mühüm problemlərdən biri də modal 
ədatların semantik təbiətinin hərtərəfli təhlilidir. Modal 
ədatların semantik təbiətini tam izah etmək üçün onların 
qrammatik mahiyyətini aşkarlamaq lazımdır. Alman dilində 
modal  ədatlar cümlənin xəbərinə birləşib, onun strukturuna 
daxil olur, xəbərlə subyektiv modal mənalı yeni konstruksiya 
əmələ  gətirir. Deməli, modal ədat xəbərin mühüm struktur 
elementinə çevrilir, beləliklə cümlənin aparıcı komponenti 
kimi subyektiv-modal mənalı cümlənin sintaktik funksiyasını 
yerinə yetirir. Beləliklə, modal hissəcik qrammatik formanın 
bir hissəsinə çevrilir. 
Modal hissəcikli cümlənin subyektiv-modal mənası nədən 
ibarətdir? Məlum olduğu kimi modallığın iki tipi vardır: 
obyektiv və subyektiv. Emosional-dəyərləndirmə mənası da 
subyektiv modallığa aid edilir. Bu iki modallıq tipi arasında 
fərq orasındadır ki, onlarda kommunikativlik mənası müxtəlif 
dərəcələrdə özünü göstərir. Obyektiv modallıq verilmiş 
situasiyada mövcud əlaqələri göstərir. Subyektiv modallıq 
deyilən fikrin gerçəklik dərəcəsini, danışanın 
qiymətləndirmə-dəyərləndirmə  səviyyəsini  əks etdirir. 
Emosional-dəyərləndirmə  mənası ilə birlikdə subyektiv 
modallıq obyektiv modallığa nisbətən ikincidir [120, s.50-
58). 
Məlum olduğu kimi, bu və ya digər qrammatik formanın 
obyektiv məna strukturunu müəyyənləşdirmək olduqca 
mürəkkəbdir. Emosiya tipləri dilin struktur-semantik 
vahidlərinə ayrılmadığı üçün onların mənasını müəyyən-
ləşdirmək daha çətindir. Məsələn, qəzəb, narazılıq, sevinc, 
dəhşət hissləri həmişə eyni səbəbdən doğmur, onları 
şərtləndirən səbəblər də müxtəlif situasiyalarda, müxtəlif 
vasitələrlə ifadə olunur. Təbiidir ki, onların nitq aktında 
təzahürü də müxtəlif formalarla düzəlmiş olur. Bütün 
göstərilənlərə baxmayaraq çox çətin müşahidə olunan 
subyektiv-modallığın semantik mənasını  tədqiq etmək 
mümkündür. Bu zaman cümlənin leksik-qrammatik 


 
51
parametrlərinə istinad etmək olar. Leksik-qrammatik 
parametrlər subyektiv interpretasiyanı  məhdudlaşdırır. 
Tədqiqat prosesində ayrıca üzvlə ifadə olunmuş cümlə 
deyil, onun kommunikativ tipinə, xəbərin leksik qrammatik 
səciyyələrinə, həmin cümlənin üzvündən əvvəlki və sonrakı 
cümlələrlə sintaktik əlaqələrinə diqqət yetirmək lazımdır. 
Qonşu cümlələrlə  əlaqə struktur baxımdan və leksik 
tamlanmaya görə ola bilər. 
Subyektiv-modal cümlələr çox vaxt başlanğıc replika 
olmadan yarana bilərlər. Belə cümlələrin mənası situasiyada 
məlum olur. Situasiya da belə cümlələrin strukturunu və 
leksik tərkibini müəyyənləşdirir. Bu qəbildən olan cümlələri 
üç obyektiv-modal tipə ayırmaq olar: 1) təsdiq; 2) əmr; 3) 
sual. 
Təsdiq formada olan obyektiv modal cümlə  çərçivəsində 
subyektiv-modal məna tipi cümlənin strukturundan və feli 
xəbərin semantikasından asılı olur. Alman dilində 
sein+predikative, havon felləri ilə ifadə olunmuş  xəbərlərdə 
danışanın real hadisənin baş verməsinə  əminliyi, eləcə  də 
müxtəlif emosiyalar (qəzəb, təlaş, narazılıq, təəccüb və s.) 
ifadə olunur. Modal felli xəbərlərdən ibarət cümlələrdə 
danışan  əminlik və mümkünlük (können), arzu (wollen), 
zərurilik (sollen, müssen), icazə (dürfen, mögen, lassen) 
bildirir. Bu cümlələrdə  xəbər infinitivlə ifadə olunur. 
Göstərilən cümlə tiplərində arzu mənası hiss olunur. 
Dəyərləndirmə  və hissləri ifadə edən fellərlə düzələn 
cümlələrdə  (Glauben, Wissen, Kennen, Denken, Ahnen, 
Sehen, Hören) danışan xəbərdə ifadə olunmuş hadisənin 
realığına əminlik bildirir. 
Əmr şəklində obyektiv modal cümlələrdə baş verəcək və 
baş verməyəcək hadisəyə görə  tələb, xahiş,  əmr, 
xəbərdaretmə, yalvarış, çağırış hiss olunur. Rus dilində bu 
qəbildən olan cümlələrdə da, nu a nu, tolğko, uce, vse-taki 
kimi ədatlar işlənir. 
Sual cümlələri modal hissəciklərlə daha zəngindirlər. 
Onların subyektiv-modal mənaları  əsasən aşağıda 
göstərilənlərlə müəyyənləşir:  
a) sual cümlələrinin tipi ilə (xüsusi və ümumi sual 
cümlələr);  


 
52
b) feli xəbərin semantikası ilə. 
Xüsusi sual cümlələrində  xəbər çox vaxt emosional 
reaksiyaya səbəb olan fellə, subyektiv dəyərləndirmə felləri 
machen, tun, haben, sein eləcə də modal fellərlə düzəlir. 
Rus dilində xüsusi sual cümlələri  da, ce, kto ilə düzəlir. 
Müəllif nitqində danışanın emosiyalarının istiqamətləri 
göstərilir. Emosional reaksiya doğuran hərəkətlərin miqdarı 
məhdud olduğu üçün belə sual cümlələrində  xəbər 
funksiyasında çıxış edən fellərin də miqdarı az olur. Çünki, 
belə hadisələr insanın görmə, eşitmə  və duyğu orqanları 
tərəfindən qəbul edilə bilməlidir. 
Xüsusi sual cümlələri, öndə  gələn replikasız işləndiyi və 
danışanın həmsöhbətinin hərəkətinə  və ya baş vermiş 
situasiyaya münasibətini ifadə etdiyi üçün öz strukturuna və 
leksik tamlığına görə eynidir: 
a) xəbər həmişə indiki zamanda olur, çünki danışan 
gördüyü, eşitdiyi və ya hiss etdiyi emosiyalarını ifadə edir; 
b) xəbər danışanın emosional reaksiyasını ifadə edən 
fellərlə  və ya ən ümumi, fərqləndirilməyən hərəkət və ya 
hadisələri bildirən (haben, sein, tun machen) modal fellərlə 
ifadə olunur;  
c) cümlələr geniş, həmcins cümlələrlə 
mürəkkəbləşdirilmiş, mürəkkəb olmamalıdırlar;  
ç) cümlənin ikinci dərəcəli üzvləri zərf, zərf-ədat, zərf-
isim, isim-sözönü birləşmələri ilə ifadə olunurlar.  
Bu prinsiplə modal hissəciklərlə əmələ gələn çoxlu cümlə 
tipləri yaranmış olur. Bu subyektiv-modal mənaların onların 
sintaktik-strukturundan və leksik tamlığından ayrılmaz 
olduğu xüsusi cümlə tipləridir. Dialoq nitqində başqa mətn-
lərə nisbətən daha çox qrammatika ilə leksikanın qarşılıqlı 
əlaqələri hiss olunur: müəyyən qrammatik formalar yalnız 
müəyyən leksik vahidlərdə mövcud olur. 
Alman dilində ümumi sual cümlələrində  xəbər 
funksiyasında aşağıdakı fellər çıxış edir: 1) subyektiv 
dəyərləndirmə (glauben, denken, meinen və s.) 2) hiss, 
təsəvvür (sehen, hören, merken və s.), 3) modal fellər, 4) 
digər fellər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə