Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   2   3   4   5   6   7   8   9   ...   99

 
8
olunmuş elmi-nəzəri müddəalara isnad etməklə 
Azərbaycan dilində modallığı tədqiq etmək; 
- Azərbaycan dilində modallıq kateqoriyasını məzmun və 
ifadə vasitələri baxımından öyrənmək; 
- ingilis və Azərbaycan dillərinin müasir səviyyələrinə 
məxsus olan materiallardan çıxış etməklə  həmin dillərdə 
modallıq kateqoriyasının ifadəsində prosodik, leksik, 
morfoloci və sintaktik üsulları müəyyənləşdirmək; 
- ingilis və Azərbaycan dillərində modallıq kateqoriyasının 
prosodik, leksik, morfoloci və sintaktik ifadə üsullarını 
qarşılıqlı-müqayisəli surətdə öyrənmək, həmin dillərdə 
modallığın ifadəsində fərqli və oxşar cəhətləri üzə çıxarmaq; 
- ingilis və Azərbaycan dillərində modallıq kateqoriyasının 
struktur modellərini üzə çıxarmaq; 
- ingilis və Azərbaycan dillərində modallıq kateqoriyasının 
semantik təhlilini vermək. 
Tədqiqatın elmi yeniliyi. Azərbaycan dilçiliyində ilk dəfə 
olaraq flektiv analitik və aqqlütinativ quruluşlu ingilis və 
Azərbaycan dillərində modallıq kateqoriyasının təzahür 
formaları sistemli şəkildə  nəzərdən keçirilmişdir. Bundan 
əlavə ilk dəfə olaraq Azərbaycan dilində modallıq 
kateqoriyası  həm məzmun, həm də ifadə vasitələri 
baxımından öyrənilmişdir. Bütün bunlar tədqiqatın elmi 
yeniliyini təşkil edir. 
Tədqiqatın metod və 
mənbələri. Modalıq 
kateqoriyasına struktur-semantik və sistemli yanaşma işi 
çoxşaxəli olduğundan tədqiqat prosesində istifadə edilən 
metod və üsullar da müxtəlifdir. Tədqiqat prosesində əsasən 
təsviri və qarşılaşdırma-müqayisə metodlarından, modallığın 
təhlilində sistem-struktur yanaşma və struktur-semantik 
təhlil üsullarından istifadə olunmuşdur. Tədqiqat sinxron 
planda aparılmışdır. Əsərdə faktik dil materialı olaraq müasir 
ingilis, Amerika və Azərbaycan yazıçılarının  əsərlərindən 
seçilmiş  və canlı danışıq nitqi nümunələrindən istifadə 
edilmişdir.  
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti.  Tədqiqatın 
nəzəri əhəmiyyəti ondadır ki, burada iki müxtəlifsistemli dilin 
materialları  əsasında modallıq kateqoiyası ümumlinqvistik 
baxımdan nəzərdən keçirilir. Modallıq kateqoriyası dilin iki 


 
9
mühüm cəhəti ilə – işarəvilik (adlandırma) və 
kommunikativlik (ünsiyyət) funksiyaları ilə  sıx bağlıdır. 
Modallıq eləcə də dilin nisbətən yaxın vaxtlardan bəri tədqiq 
edilən praqmatik xüsusiyyətinə  ən çox yaxın olan 
kateqoriyalardan biridir. Modallıq kateqoriyası son vaxtlar 
vüsət almış  mətn dilçiliyi ilə bilavasitə olaraq təmasdadır. 
Aparılan tədqiqatlar sayəsində məlum olur ki, dilə praqmatik 
aspektdən yanaşma bu kateqoriyanın təzahür formalarının 
asanlıqla aşkar olunmasını təmin edir.  
Tədqiqatın nəticələri ingilis və Azərbaycan dillərinin 
müqayisəli öyrənilməsi, tədrisi, bir dildən başqa dilə tərcümə 
və bir sıra ümumdilçilik məsələlərinin dəqiqləşdirilməsinə 
kömək edə bilər. Tədqiqatın bir məziyyəti də ondadır ki, 
burada monoloci və dialoci nitq materialları da bərabər 
hüquqda tədqiqata cəlb edilmişdir. Müvafiq materialların 
qarşılaşdırılması göstərir ki, nitq aktının bu iki səviyyəsində 
ümumi cəhətlərlə yanaşı, bir çox özünəməxsus, 
təkrarolunmaz xüsusiyyətlər də vardır. 
Tədqiqatın aprobasiyası. Dissertasiya işi Azərbaycan 
MEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və  tətbiqi 
dilçilik  şöbəsində yerinə yetirilmişdir. Tədqiqatın  əsas 
müddəa və  nəticələri müəllifin _____ monoqrafiyasında öz 
əksini tapmışdır. Mövzu ilə bağlı dilçiliyin aktual 
problemlərinə  həsr olunmuş elmi konfranslarda məruzələr 
edilmiş  və müxtəlif məcmuələrdə  məqalə  və tezislər dərc 
edilmişdir.Bu əsərlər dissertasiyanın məzmununu tam əhatə 
edir. 
Tədqiqatın strukturu. Dissertasiya “İşin ümumi 
səciyyəsi” adlı hissədən, giriş, üç fəsil, nəticə  və istifadə 
olunmuş ədəbiyyat siyahısından ibarətdir. 
 
 


 
10
FƏSİL 1.  
 
GERMANŞÜNASLIQDA VƏ TÜRKOLOCİ ƏDƏBİY-
YATDA MODALLIĞIN TƏDQİQİNƏ DAİR  
 
1.1. Modallıq haqqında ümumi qeydlər. 
Modallıq danışanın ifadə olunan fikrə münasibətini, ifadə 
olunan fikrin obyektiv varlığa münasibətini  əks etdirən 
qrammatik-semantik kateqoriyadır.  “İzahlı dilçilik terminləri” 
sorğu lüğətində göstərildiyi kimi “ifadə olunan fikir 
məzmunca ya real, ya da qeyri-real şəkildə, ya mümkün, ya 
da qeyri-mümkün şəkildə, ya arzu olunan, ya da arzu 
olunmayan  şəkildə, ya zəruri, ya da ehtimali şəkildə  və s. 
anlaşıla, işlədilə bilər. Zaman və  şəxs mənaları ilə modal 
məna birləşib predikativlik kateqoriyası  əmələ  gətirir. 
Modallıq anlayışı qrammatik və leksik vasitələrin (fel 
formaları, modal sözlər, intonasiya, ədatlar) köməyi ilə ifadə 
olunur” [7, s.164]. 
Danışanın bütövlükdə ifadə olunan fikrə  və ya bu fikrin 
ayrı-ayrı hissələrinə münasibətini bildirən sözlər isə modal 
sözlər kimi səciyyələndirilir [7, s.164]. 
Prof. M.Hüseynzadə isə belə hesab edir ki, modal sözlər 
nə  əsas nitq hissəsinə, nə  də köməkçi nitq hissəsinə aid 
edilə bilməz. Müəllifə görə, onlar əsas nitq hissələrindən 
əmələ  gəlsələr də, artıq lüğəti mənaları olmur, bütün 
cümləyə, ya da cümlənin bir hissəsinə modallıq verən söz 
vəzifəsini daşıyırlar. Lakin, M.Hüseynzadə modallığı 
müəyyən bir iş, hadisə, əşya, əlamət və keyfiyyət haqqında 
verilən hökmün gerçəkliyini, həqiqiliyini ya təsdiq, ya da 
inkar edən bir məntiqi-qrammatik kateqoriya hesab edir [28, 
s.352]. 
Qrammatik kateqoriya kimi modallıq danışanın nitq 
prosesində ifadə olunmuş fikrə münasibətini bildirən nitq 
hissəsidir. Münasibət bütöv fikrin hamısına və ya onun ayrı-
ayrı hissələrinə aid ola bilər. Qrammmatik baxımdan bu fikir 
müxtəlif səciyyəli və istiqamətli ola bilər. Ayrı-ayrı dil 
ailələrinə aid materialların araşdırılması nəticəsində deyilən 
fikrə münasibəti aşağıdakı kimi qruplaşdırmaq olar: 
- təsdiqedici və ya inkaredici modallıq; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə