Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   18   19   20   21   22   23   24   25   ...   99

 
65
Müasir türk dilində modallıq müxtəlif leksik, morfoloci, 
sintaktik, eləcə  də intonasiya vasitələri ilə ifadə olunur. Bu 
nitq prosesində daha çox sual, təsdiq və ya inkar, 
ekspressiv qiymətləndirmə, eləcə  də söyləmə müəyyən 
aksent, yaxud zəifləmiş subyektiv münasibətlər müşahidə 
olunur.  
Cümlədə obyektiv və subyektiv modallıq uzlaşa da bilər. 
Cümlənin predikatı felin bu və ya digər forması ilə ifadə 
olunur və obyektiv modal məzmunda olur. Belə 
situasiyalarda deyilənə  (söyləmə) subyektiv münasibət 
obyektiv modal mənada olan predikatla üst-üstə düşə və ya 
düşməyə bilər. Subyektiv modallıq bu və ya digər  şəkildə 
istənilən cümlədə özünü biruzə verir və bu baxımdan 
sintaktik kateqoriya kimi cümlənin mühüm əlamətlərindən 
biri olur. Bu tipli modallığın universallığı orasındadır ki, onlar 
bir tərəfdən obyektiv reallığın bütün tipləri  (real və irreal)
digər tərəfdən bir-birləri ilə uzlaşa bilirlər. Bəzi istisnalar 
nəzərə alınmaqla, göstərmək olar ki, istənilən modal məna 
təsdiq və ya inkar məzmunda olur.  
Sual modallığı, istənilən digər modallıqlarla, o cümlədən 
təsdiq və ya inkar modallıqla uzlaşdırıla bilər. 
A.N.Baskakovun qeyd etdiyi kimi, real obyektiv reallıq 
söyləmin gerçəkliyə münasibətdə etibarlılıq dərəcəsini  əks 
etdirir. Real obyektiv reallığın xüsusi qrammatik əlamətləri 
yoxdur və bu funksiyanı felin xəbər şəklinin əlamətləri yerinə 
yetirir. Bu kontekstlə modallıq və zaman kateqoriyaları bir-
biri ilə qarışdırılmamalıdır. Modallıq söyləmin məzmununun 
reallıqla nisbət dərəcəsini  əks etdirir və yalnız qrammatik 
deyil, həm də leksik vasitələrlə ifadə olunur. Zaman 
kateqoriyası isə  hərəkətin nitq momentinə nisbətini  əks 
etdirir və fel formalarında ifadəsini tapır.  
Qeyd etdiyimiz kimi, real planlı obyektiv modallığın  əsas 
mənası söyləmin etibarlılıq dərəcəsidir. Qəti zaman 
formalarında etibarlılıq dərəcəsi daha yüksək, qeyri-qəti-
subyektiv zamanlarda isə  aşağı olur. Xəbər  şəkli bu 
göstərilənlərdən  əlavə digər modal çalarları da ifadə edə 
bilər.  
Müasir türk dilində -yor nitq aktı ilə eyni vaxtda baş verən 
hərəkətin gerçəkliklə maksimal uyğunluğunu bildirilir.  


 
66
İndiki zamanın -makta şəkilçisi ilə düzələn forması isə -
yor formasından fərqli olaraq artıq gerçək olaraq baş verən 
və baş verməklə davam edən hadisənin reallığını  təsdiq 
edir.  
İndiki zamanın -ar forması isə (indiki gələcək zaman) baş 
verəcək hadisənin ehtimal olunduğunu bildirir.  
Keçmiş zaman bildirən  -dı  və  -mış  hərəkətin real olaraq 
baş verdiyni və ya ehtimal olunduğunu bildirməklə ziddiyyət 
təşkil edirlər: 
Suleymaniye camii’ni mimar Sinan yaptı (Süleymaniyyə 
məscidini memar Sinan tikdi).  
Suleymaniye camii’ni mimar Sinan yapmış (Süleymaniyyə 
məscidini memar Sinan tikmiş).  İkinci cümlədə baş verən 
hadisəyə  şübhə çaları hiss olunur: Deyilənə görə, 
Süleymaniyyə  məscidini (çox güman ki, deyəsən) memar 
Sinan tikmiş.  
Gələcək zamanı bildirən -acak şəkilçisi də gələcəkdə baş 
verən hadisəyə şübhə, ehtimal bildirir.  
A.N.Baskakovun fikrincə, xəbər 
şəklinin zaman 
formalarında modallıq kifayət qədər qabarıq və  dəqiq 
ifadəsini tapmır. Xəbər  şəklinin mürəkkəb zaman 
formalarında  -dır  şəkilçisinin köməyi ilə modallıq daha 
qabarıq və birmənalı  qəti ifadəsini tapır. Hadisənin qeyri-
qətiliyi və ehtimali olması isə  -mış vasitəsi ilə  əldə edilir. 
Lakin, -mış şəkilçisindən sonra -dır işlənə bilər ki, bu da baş 
vermiş hadisənin təsdiq mənasını artırmış olur.  
İrreal planlı obyektiv modallıq isə  xəbər formasından 
başqa, felin digər formaları ilə yaranır və iki yerə - təhrikedici 
və şərti modallığa bölünür.  
İcbar  (təhrikedici) modallıq öz növbəsində  əmr, arzı, 
vacib və  bəzi hallarda şərt  şəkilləri ilə yaranmış olur. İcbar 
modallıq aşağıdakı mənaları ifadə edə bilər:  
1) Əmr: Pencereyi aç, oda havalansin  
2) Xahiş: Kahvenizi buyurun, için  
3) Yalvarış: Tanrım, sen bizi qoru  
4) Təhrik: Hele hele, söyle bakalım  
5) Çəkindirmə: Sakın oraya gitmeyin  
6) Arzu:  Allah belasını versin (felin əmr  şəkli ilə ifadə 
olunmuşdur)  


 
67
7) Vacib və ya lazım: A kardeşim bu işi yapmalıydınız 
[64, s.15-16].  
Şərt modallığı türk dilində daha çox şərt  şəkli və  şərt 
modallığı  şəkilçiləri ilə düzəlir və real olmayan, ehtimal 
olunan hadisələri bildirir. Şərt modallığı  şərt və güzəşt 
budaq cümlələrində, bəzən isə sadə cümlə 
konstruksiyalarında müşahidə olunur.  
Təsdiq modallı sadə cümlələrdə modallıq leksik, 
qrammatik, sintaktik vasitələrlə, eləcə də intonasiya yolu ilə 
ifadə olunur. Burada reallıq danışanın subyektiv rəyi 
əsasında formalaşdırılır. Təsdiq modal cümlələr iki yerə 
ayrılır: 1) Suala təsdiq formasında cavab; 2) cavabla əlaqəsi 
olmayan təsdiq.  
Suala təsdiq formasında cavabdan ibarət təsdiq cümlələr 
təsdiq sözləri və söz birləşmələri ilə düzəlir: evet, gerçekten, 
süphesiz, hakikaten, peki, hay-hay, tabii, mutlaka, 
muhakkak, elbette, behemehal, vallahi, tamamiyla, iyi, 
tamam, baş üstüne, nə olursa olsun. Cavabın bir sözlə  və 
ya söz birləşməsi ilə ifadə olunduğu modal cümlələrdə 
cümlənin əsas hissəsi ellipsisə uğrayır.  
Təsdiq cümlələr xəbəri xəbər, vacib, arzu şəkilləri ilə 
ifadə olunan cümlələrə  -dır  şəkilçisinin  əlavə edilməsi yolu 
ilə düzəlir. -Dır şəkilçisi modal cümləyə təsdiq və baş vermiş 
hadisənin reallığına əminlik mənaları verir.  
Modallıq  -dır  şəkilçisinin köməyi ilə  aşağıdakı hallarda 
əmələ gəlir:  
1) -yor indiki zaman şəkilçisinin təsriflənən formalarına 
əlavə olunmaqla: -istiyor (dur);  
2) -ar indiki-gələcək zaman şəkilçisindən sonra: 
istiyirim(dir);  
3) -mış subyektiv keçmiş zaman şəkilçisindən sonra: -
istemiş(dir);  
4) -acak qeyri-qəti gələcək zaman şəkilçisindən sonra: -
bakacak(dır);  
5) -makta indiki davamedici zaman şəkilçisindən sonra: -
bakmakta(dır);  
6) -malı vacib formasından sonra: bakmalı(dır).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə