BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2009
ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN
BMT ÇƏRÇIVƏSİNDƏ HƏLLİ YOLLARI
R.B.DADAŞOVA
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstiututu
Ermənistanın Azərbaycana təcavüzünün qarşısını almaq üçün Azərbaycan və
Türkiyə hökumətlərinin müraciətlərindən sonra BMT TŞ Dağlıq Qarabağ münaqişəsi
barədə 4 qətnamə qəbul etdi. Qətnamələr müharibənin gərginləşdiyi dövrdə qəbul
edildiyi üçün əsas və ilkin tələb təcili atəşkəs etmək idi.
1994-cü il mayın 12-də MDB dövlət başçıları Şurasının 1994-cü il 15 aprel
tarixli bəyannaməsinə əsasən Atəşkəs barədə saziş bağlansa da, Ermənistan mütəmadi
olaraq atəşkəsi pozur. Lakin Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya
məsuliyyəti Azərbaycanın üzərinə qoyur. Bu barədə Rusiya Federasiyası
prezidentinin Dağlıq Qarabağ üzrə xüsusi səfiri Vladimir Kazimirov deyir: «…Qət-
namələrin əsas tələblərini hansı tərəfin pozduğunu dəqiqləşdirmək vaxtı çatmışdır...
Əlbəttə, bu, mübahisəsiz Azərbaycan tərəfdir… Bakı 3 dəfə hərbi əməliyyatların sona
çatmasına imkan vermədi». Münaqişə tərəflərinin hər birinin qətnaməyə kompleks
deyil, öz maraqları çərçivəsində yanaşmasını qeyd edən V.Kazimirov belə vurğulayır:
«…Azərbaycan qətnaməyə müvafiq olaraq, işğal edilmiş ərazilərin boşaldılması
üzərində təkid edir. Ona silahlı münaqişənin ağır nəticələrinə, məcburi köçkünlərin
əzab-əziyyətlərinə diqqəti cəlb etmək lazımdır. Lakin əsas mübahisəli problem,
münaqişənin səbəbi – Dağlıq Qarabağa status verilməsi arxa plana sıxışdırılır (10).
Beləliklə, Rusiya siyasətçisi Azərbaycanın ədalətli mübarizəsinə göz yumur,
Ermənistana haqq qazandırır və onu iddialara sövq etdirir.
Bütün qətnamələrdə hərbi əməliyyatların eskalasiyası – yeni şəhər və rayonla-
rın işğal edilməsi, atəşkəsin dəfələrlə pozulması, şəhər və rayonların bombalanması,
artilleriya atəşinə tutulması göstərilmiş, beynəlxalq hüquq normalarına əməl etməyə
çağırışlar var. TŞ-nın 822, 874, 884 saylı qətnamələrində (853 saylı qətnamədə bu
qeyd edilməmişdir) dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət, beynəlxalq
sərhədlərin pozulmazlığı və ərazilər əldə etmək üçün güc tətbiq etməyin
yolverilməzliyi təsdiq edilir. Qətnamələrdə belə qeydin olması hər şeydən əvvəl hər
hansı bir dövlətin ərazisini artırmaq cəhdlərini rədd edir. Suverenliyi tanıma və
hörmət etmə müasir beynəlxalq hüququn sarsılmaz prinsiplərindən biridir. Bu prinsipi
hər bir dövlət şərtsiz qəbul etməlidir və bu prinsiplərin qəbul edilməsi bütün
iddiaların, müharibələrin qarşısını almağa xidmət edir. Qətnamələrdə işğal edilmiş
ərazilərdən bütün işğalçı qüvvələrin təcili çıxarılması göstərilmişdir. Lakin, işğalçının
Ermənistan olduğu qeyd olunmamışdır. Bundan başqa, yalnız 853 saylı qətnamədə
işğalçı qoşunların şərtsiz çıxarılması tələb olunur. 884 saylı qətnamədə isə buna oxşar
olaraq, işğalçıların birtərəfli qaydada çıxarılması tələb olunur.
163
Hazırda hərbi əməliyyatlar dayandırılsa da, hələ də işğalçı qüvvələr
Azərbaycan ərazisindən çıxarılmamışdır, bu da regionda sülh danışıqlarının
aparılmasına əsas maneə yaradır. Çünki Azərbaycan ərazisində işğalçı qüvvələrin
olması bir tərəfdən Ermənistanın birtərəfli qaydada qalib olmasını şərtləndirir və o,
Azərbaycana öz şərtlərini qəbul etdirməyə cəhd edirsə, digər tərəfdən qaçqın və
məcburi köçkün probleminin ədalətli həll edilməsinə imkan vermir.
853, 874, 884 saylı qətnamələrdə Ermənistan və Azərbaycan arasında
gərginlikdən narahatlıq qeyd edilsə də, Azərbaycan və Dağlıq Qarabağ münaqişə
tərəfləri adlanır. Qətnamələr dolayısı ilə Ermənistanı münaqişənin üçüncü tərəfi
olduğunu ifadə edir.
Qətnamələrdə qaçqın və məcburi köçkünlər kütləsinin yaranmasından
narahatlıq bildirilsə də yalnız 874 saylı qətnamədə qaçqın və məcburi köçkünlərin
təhlükəsiz şəraitdə öz yurdlarına qayıtması qeyd olunur. Bütün qətnamələrdə
münaqişə regionuna maneəsiz humanitar yardım göndərilməsi çağırışları var.
BMT TŞ-nın qəbul etdiyi bu qətnamələr yerinə yetirilməsə də, dövrümüzün
reallıqlarına uyğun olaraq yeni qətnamələr qəbul edilməli, Ermənistan təcavüzkar
dövlət kimi göstərilməli, Nizamnaməyə müvafiq olaraq ona qarşı sanksiyalar tətbiq
edilməlidir. Nə qədər ki, Ermənistan münaqişə tərəfi kimi tanınmayıb, bu
münaqişənin BMT çərçivəsində həll edilməsi mümkün deyil. BMT-nin Təhlükəsizlik
Şurasının qərarları sülhü dəstəkləmək üçün mütləqdir. Bu barədə Nizamnamənin 24-
cü maddəsinin 1-ci bəndində deyilir: «Birləşmiş Millətlər Təşkilatının cəld və
səmərəli hərəkətlərini təmin etmək üçün onun üzvləri beynəlxalq sülhün və
təhlükəsizliyin qorunub saxlanmasına görə başlıca məsuliyyəti Təhlükəsizlik
Şurasının üzərinə qoyurlar və razılaşırlar ki, bu məsuliyyətdən irəli gələn vəzifələrini
yerinə yetirərkən Təhlükəsizlik Şurası onların adından çıxış etsin». 25-ci maddəyə
görə «Birləşmiş Millətlər Təşkilatının üzvləri razılaşırlar ki, bu Nizamnaməyə uyğun
olaraq Təhlükəsizlik Şurasının qərarlarına tabe olsunlar və onları yerinə yetirsinlər».
39-cu maddədə isə qeyd edilir: «Təhlükəsizlik Şurası hər bir halda sülhə təhlükənin,
sülhün pozulmasının və ya təcavüz aktının olmasını müəyyən edir və tövsiyələr verir
və yaxud beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün 41-ci və 42-
ci maddələrə uyğun olaraq hansı tədbirlərin görülməsi haqqında qərar qəbul edir.»
BMT Nizamnaməyə müvafiq olaraq Atəşkəs haqqında sazişin bağlanması və
təcavüzün nəticələrinin aradan qaldırılması üçün effektiv tədbirlər görməli,
Ermənistanın Azərbaycana hücumunu beynəlxalq sülh və təhlükəsizliyi hədələyən
vəziyyət kimi müəyyən etməlidir. 40-cı maddədə nəzərdə tutulduğu kimi, situasiyanın
pisləşməsinin qarşısını almaq üçün Təhlükəsizlik Şurası maraqlı tərəflərdən zəruri,
arzu edilən müvəqqəti tədbirlər görməyi tələb edə bilər və belə müvəqqəti tədbirlər
maraqlı tərəflərin hüquqlarına, iddialarına, yaxud mövqelərinə zərər vurmamalıdır.
TŞ bu müvəqqəti tədbirlərin yerinə yetirilməməsini lazımi qaydada nəzərə alır.
41-ci maddəyə müvafiq olaraq TŞ öz qərarlarının həyata keçirilməsi məqsədilə
silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlərin tətbiq olunması barədə qərar
qəbul edə bilər və BMT-nin üzvlərindən bu tədbirlərin tətbiq olunmasını tələb edə
bilər. Həmin tədbirlər iqtisadi münasibətlərin, dəmiryolu, dəniz, hava, poçt, teleqraf,
radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və
diplomatik münasibətlərin kəsilməsini özündə əhatə edə bilər. Əgər 41-ci maddədə
nəzərdə tutulan tədbirlər nəticə vermirsə, TŞ hava, dəniz və ya quru qüvvələrinin
164
vasitəsilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılması tədbirlərini həyata keçirə
bilər.
Bundan başqa, TŞ qəbul etdiyi qətnamələrdə muzdluluğu pisləməli, beynəlxalq
sülh və təhlükəsizliyi pozan belə dövlətlərə qarşı da sanksiyalar tətbiq etməlidir,
münaqişə tərəfləri rəhbərlərindən, yəni Ermənistan və Azərbaycan rəhbərlərindən
möhkəm siyasi nizama salmanı tələb etməlidir. Belə ki, Azərbaycan tərəf siyasi
nizamasalmaya ciddi cəhd etsə də, Ermənistan belə danışıqlardan məharətlə yayınır,
yaxud da qəbul edilməz şərtlər irəli sürür.
BMT TŞ Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasını ATƏT-in
Minsk qrupuna həvalə etdikdən sonra Nizamnamənin 11-ci maddəsinin 2-ci bəndinə
əsaslanaraq Ermənistanın təcavüzünün nəticələrinin ləğv edilməsi ilə bağlı BMT
sülhməramlı qüvvələrini səfərbər etməli, Baş katib münaqişənin nizama salınmasını
təhqiq etməli, bu barədə Təhlükəsizlik Şurasının nəzərinə çatdırmalıdır. Azərbaycan
Respublikası Prezidenti H.Əliyevin (1993-2003-cü illər), hazırda isə İ.Əliyevin
hakimiyyətinin ilk günlərində BMT TŞ-nın daimi üzvləri olan dövlətlərdə ardıcıl
olaraq rəsmi səfərdə olması, Azərbaycanın ədalətli mübarizəsi barədə məlumat
verməsi, Ermənistanın iddialarının heç bir hüquqi, siyasi, tarixi əsası olmadığını
faktlarla sübut etməsi bu dövlətlərin rəsmi dairələrinin mövqeyini dəyişmişdir. Bu da
TŞ-da yeni qətnamələrin qəbul edilməsi vaxtının çatdığını göstərir.
Baş Məclisdə 2008-ci il 14 mart tarixli «Azərbaycanın işğal edilmiş
ərazilərində vəziyyət barədə» adlı qətnamənin qəbul edilməsi dövlətimizin haqq
mübarizəsinin dünya birliyi tərəfindən dəstəkləndiyini bir daha sübut etdi. Qətnamədə
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətraf rayonlarında
silahlı münaqişənin beynəlxlaq sülh və təhlükəsizliyi hədələdiyi, Cənubi Qafqaz
ölkələrində humanitar vəziyyətə mənfi təsir etdiyi göstərilmişdir. Baş Məclis bildirdi
ki, hər bir dövlət Azərbaycanın ərazisinin işğal edilməsi nəticəsində vəziyyətin
mürəkkəbləşdiyini etiraf etməli, belə vəziyyətin saxlanılmasına kömək etməməli,
şərait yaratmamalıdır. Baş Məclis üzv dövlətləri Azərbaycanın suverenliyinə, ərazi
bütövlüyünə, beynəlxalq tanınmış sərhədlərinə hörmət etməyə çağırdı. Qətnamədə
Azərbaycanın işğal edilmiş ərazilərindən bütün erməni silahlı qüvvələrinin təcili, tam,
danışıqsız çıxarılması zəruriliyi, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz
qayıtması qeyd edilir (7).
«Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə» adlı qətnamənin
qəbul edilməsinə səs vermədə iştirak edən 146 dövlətdən 7 dövlət əleyhinə səs verdi.
ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya qətnamənin
əleyhinə səs verən dövlətlər arasında idi. ABŞ nümayəndəsi Aleksandro Vulf
həmsədr dövlətlərin belə mövqeyini Minsk qrupunun 2007-ci ildə təklif etdiyi
«balanslaşdırılmış paket»də göstərilən nizamasalmanın bütün gedişatını özündə əks
etdirməməsi ilə əlaqələndirdi (7).
Yenə həmin ilin sentyabrında Baş Məclisin 63-cü sessiyasında Azərbaycan,
Gürcüstan, Moldova nümayəndələri çıxış edərək GUAM məkanında «dondurulmuş
münaqişələrin» regional, beynəlxalq təhlükəsizliyi hədələdiyi və bu münaqişələrin
BMT çərçivəsində nizama salınmasının vacibliyini vurğuladılar (9, 11, 8). Ermənistan
nümayəndəsi isə «dondurulmuş münaqişələrin» müzakirəyə qoyulması əleyhinə
çıxaraq, Cənubi Qafqazda silahlı münaqişələrin qarşısının alınması üçün «xalqların öz
müqəddəratını təyin etmək» hüququnun həyata keçirilməsi zərurətini bildirdi (13).
165
Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, işğal
etdiyi əraziləri anneksiya etməsi Baş Məclisin xüsusi sessiyasında ətraflı müzakirə
edilməlidir. Yeni qəbul edilən qətnamələrdə ərazilərin hərbi yolla tutulması
«yolverilməz» hesab edilməli, Təhlükəsizlik Şurasının üzvləri, BMT-nin üzvləri
Ermənistandan təcavüz faktlarını kəsməyi tələb etməli, Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən qəsb edilməsinin qeyri-qanuni olduğu qeyd edilməlidir.
TŞ Ermənistanı BMT-nin Nizamnaməsinə, Cenevrə konvensiyalarına və digər
beynəlxalq hüquq normalarına riayət etməyə və qətnamələrin həyata keçirilməsinə
məcbur etməlidir. Ermənistanın Azərbaycan torpaqlarını anneksiya etməsinə heç bir
hüquqi, siyasi, tarixi əsas yoxdur, qədimdən Dağlıq Qarabağ ərazilərinin Ermənistana
mənsub olması barədə fikirlər əsassızdır.
BMT-nin qəbul etdiyi qətnamələrdə Ermənistanın insan hüquqları və
azadlıqlarını pozması qeyd edilməli, bu barədə xüsusi qətnamə qəbul edilməlidir.
Ermənistan tərəfindən əsir götürülən yaralı əsgərlərə tibbi yardım göstərilmir, ac-
susuz saxlanılır, müxtəlif işgəncələrə məruz qalırlar. Xəstəxanalar dağıdılmış,
münaqişə zonasında həkim və tibb işçiləri öldürülmüş, qocalar, qadınlar, uşaqlar
təcavüzün acı nəticələrinin qurbanı olmuşlar. BMT qəbul etdiyi qətnamələrdə hərbi
əsirlərin, müharibə zamanı mülki əhalinin müdafiə edilməsi ilə bağlı 1949-cu il 12
avqust tarixli Cenevrə konvensiyalarının prinsiplərinə hörmət etməyə çağırmalı, bu
qətnamələrə Ermənistanın əməl etməsinə nəzarət etməli, təhqiqat aparmalı, tədbirlər
görməlidir, insan hüquqları və azadlıqlarını tanımaq üçün Ermənistana müraciətlər
edilməlidir.
1993-cü ildən Ermənistan işğal etdiyi ərazilərdə möhkəmlənmək üçün tədbirlər
görür. İşğal edilən ərazilərdən əhalinin zorla köçürülməsi, yaxud deportasiyası, bu
ərazilərə işğalçı dövlətin əhalisinin köçürülməsi Cenevrə konvensiyalarına ziddir.
Lakin Ermənistan nəinki DQMV ərazisinə, eyni zamanda ətraf rayonlara, məsələn,
Kəlbəcərə ermənilərin köçürülməsini planlaşdırdı. 2004-cü ildə ATƏT-in faktları
araşdırma üzrə missiyası Azərbaycanın işğal olunmuş ərazilərində erməni əhalinin
qeyri-qanuni məskunlaşdırılmasını aşkar etdi (2, 92).
İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanın 3-cü
maddəsində deyilir: «Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara
və ya cəzaya məruz qalmamalıdır» (3, 2). 4-cü maddənin 1-ci bəndində: «Heç kəs
köləlikdə və asılılıqda saxlanmamalıdır», 2-ci bəndində «Heç kəs məcburi və ya
icbari əməyə cəlb olunmamalıdır» ifadələri əksini tapmışdır (3, 3).
İstər Ermənistanın Azərbaycana təcavüzü, istərsə də həmin dövlətin terror
siyasəti nəticəsində 1 milyondan çox insan öz mülkiyyətindən məhrum olaraq qaçqın
və məcburi köçkün vəziyyətindədir. İşğal edilən ərazilərdə evlərin əksəriyyəti
dağıdılmış, qarət edilmişdir: «Yandırılmış torpaq» taktikası nəticəsində uzun müddət
bu torpaqların istifadəsi qeyri-mümkündür. Ermənistanın təkidlə mane olmasına
baxmayaraq, Baş Məclisin 60-cı sessiyasında «yandırılmış torpaq»da vəziyyəti
öyrənmək üçün BMT nümayəndələrinin iştirakı ilə həmin ərazilərə ATƏT-in
missiyasının göndərilməsi haqqında qətnamə qəbul olundu (2, 93).
Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində mülkiyyətin müdafiəsi
barədə deyilir: «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə
hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq
hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz
mülkiyyətindən məhrum edilə bilməz…» (3, 18).
166
BMT-nin İnsan hüquqları üzrə Şurası Ermənistanın təcavüzü zamanı öz
yurdlarından qovulan azərbaycanlıların hüquqlarını təsdiq etməli, onların Vətənə
qayıtmasına şərait yaratmalıdır. 1968-ci il 27 fevral tarixdə BMT-nin İnsan hüquqları
barədə komissiyasının ərəblərin hüquqları haqda belə bir qərar qəbul etməsini,
komissiyanın səlahiyyətlərinin çərçivədən kənar çıxmadığını bəhanə edən İsrail qəbul
etməmişdi (6, 34). İndi isə Şura yaradılmış və belə bir qətnamənin yerinə
yetirilməsinə bəhanə olmaz. Azərbaycan da həmin Şuranın üzvüdür və belə bir
qətnamənin qəbul etdirilməsinə cəhd etməlidir. BMT yaradıldığı vaxtdan qaçqınların
vəziyyəti ilə maraqlanmışdır (9, 16). Lakin Təşkilat yalnız qaçqın və məcburi
köçkünlərə humanitar yardımla kifayətlənməməli, onların yaşayış yerlərini kütləvi
surətdə tərksilah etmələrinin səbəblərini tədqiq etməli, fövqəladə yardım göstərməklə,
səbəbləri aradan qaldırmaqla onların repatriasiyasının bütün aspektlərini nəzərə
almalıdır. İnsan hüquqlarının pozulması ilə qaçqın və məcburi köçkün axınının
yaranması arasında sıx bağlılıq var. Buna görə də qaçqın və məcburi köçkünlərin
vəziyyəti ilə İnsan hüquqları üzrə Şura maraqlanmalı, qəbul etdiyi qətnamələrdə
onların qeyd-şərtsiz öz Vətənlərinə qayıtması tələb edilməlidr.
BMT-nin qəbul etdiyi qətnamələrdə qaçqın və məcburi köçkün kütləsinin
yaranmasından narahatlıq yarandığı, yalnız 874 saylı qətnamədə qaçqın və məcburi
köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıtması nəzərdə tutulsa da, onlara
dəyən zərərin ödənilməsi, onların qayıtmasını təchiz etmək nəzərdə tutulmur.
Başqasının ərazisinin işğal edilməsi, əhalinin qovulması problemi beynəlxalq məna
kəsb edir və o, beynəlxalq hüquq norması əsasında həllini tapmalıdır.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda olan 1 milyondan çox qaçqın
və məcburi köçkünün əksəriyyəti uşaqlardır. Baş Məclisin 1994-cü il 49-cu
sessiyasında iştirak edən prezident H.Əliyev YUNİCEF təşkilatında uşaqların həyatı,
müdafiəsi və inkişafına dair BMT bəyannaməsini imzalayarkən, Ermənistanın
beynəlxalq hüquq normalarına zidd olaraq 50-dən artıq azərbaycanlı uşağı əsirlikdə
saxladığını bildirmişdir (1, 229). İnsan hüquqları üzrə Şura YUNİCEF-lə
əməkdaşlıqda uşaqların vəziyyəti ilə maraqlanmalı, öz qətnamələrində Ermənistanın
siyasətini pisləməli, uşaqların hüquqlarının bərpa olunmasını tələb etməlidir.
TŞ 1994-cü il 19 oktyabr tarixli 1269 saylı qətnaməsində sülh və
təhlükəsizliyin dəstəklənməsində əsas məsuliyyətin onun üzərinə düşdüyünü bir daha
təsdiq etdi, beynəlxalq terror aktları pislənildi, bu məqsədlə bütün dövlətlər, BMT və
digər beynəlxalq, regonal təşkilatlar beynəlxalq terrorizmlə mübarizə etməyə, onu
maliyyələşdirmənin qarşısını almağa çağırıldı (12). TŞ-nın bu qətnaməsinə istinad
edərək BMT-nin qətnamələrində beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni
terrorizmi pislənilməli, demokratik ölkələrə tədbirlər görmək üçün müraciətlər
edilməlidir. Beynəlxalq hüquq normaları və adətlərinə tabe olmadığı halda təcavüzkar
Ermənistan dövləti Nizamnamənin 6-cı maddəsinə müvafiq Təşkilatdan
kənarlaşdırılmalıdır: «Bu Nizamnamədə təsbit olunmuş prinsipləri sistematik qaydada
pozan Birləşmiş Millətlər Təşkilatının üzvü Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş
Məclis tərəfindən Təşkilatdan çıxarıla bilər».
Cinayətlərdə məsuliyyət daşıyan şəxslər isə Beynəlxalq Hərbi Tribunala
verilməli, cəzalandırılmalıdır, əks halda beynəlxalq hüquq normaları öz nüfuzunu,
əhəmiyyətini itirir. Beynəlxalq hüququn ümumi prinsiplərinin hüquqi əsasında nə
dayanır? Beynəlxalq hüquqşünas F.İ.Kojevnikovun fikrincə, «Beynəlxalq hüquq
normaları beynəlxalq əlaqələr, sülhün və təhlükəsizliyin təmin olunması olub,
167
bəşəriyyətin, bütün sülhsevər xalqların tələblərini özündə əks etdirir» (5, 110). TŞ-nın
2001-ci il 30 avqust tarixli 1366 saylı «Silahlı münaşqişələrin qarşısının alınmasında
TŞ-nın rolu» adlı qətnaməsində də keçmiş Yuqoslaviya və Ruanda kimi xüsusi
tribunalların rolu etiraf edimiş, belə tribunalların gələcəkdə silahlı münaqişələrin
qarşısını almaqda rolu göstərilmişdir (12). Bu nöqteyi-nəzərdən gələcəkdə
Ermənistanın növbəti cinayətlərinin qarşısını almaq üçün xüsusi tribunalın
yaradılması vacibdir. Oxşar faciələrə yol verilməməsi üçün Xocalı soyqırımında və
digər faciələrdə günahkar olanlar məsuliyyətə cəlb edilməlidir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, yalnız bizim ölkə üçün deyil, digər
ölkələr üçün də dəyərli olan mədəni abidələrin qarət edilməsinə, məhv edilməsinə
səbəb oldu. H.Əliyev Fondunun topladığı materiallar, faktlar bunları təfsilatı ilə sübut
edir. İngilis, fransız dillərində yayımlanan bu materiallar dünya birliyində
Ermənistanın Azərbaycanın mədəniyyətinə, elminə, təhsilinə və s. vurduğu zərər
barədə tam rəy formalaşdırır (15, 16, 17, 18, 19, 20). Bununla yanaşı BMT-nin Elm,
təhsil, mədəniyyət məsələləri üzrə (UNESCO) ixtisaslaşmış qurumu bu məsələlərlə
bağlı təhqiqat aparmalıdır.
Ermənistan Silahlı münaqişə zamanı mədəni dəyərlərin müdafiəsi barədə 1954-
cü il Haaqa konvensiyasını pozur. Həmin konvensiyada mənşəyindən,
mənsubiyyətindən asılı olmayaraq, bəşəriyyətin mədəni dəyərlərinin qorunması
göstərilmişdir. Konvensiya silahlı münaqişələrin istənilən formasında tətbiq
edilməlidir. Konvensiyanın 18-ci maddəsinin 2-ci bəndində deyilir ki, əgər ölkənin
ərazisi işğal edilibsə və hətta heç bir hərbi qarşıdurma yoxdursa, konvensiya həyata
keçirilməlidir.
Konvensiya oğurluq, qarət, qeyri-qanuni mənimsəmə, həmçinin istənilən
vandalizm aktlarını, daşınan mədəni dəyərlərin müsadirəsini qadağan edir. İşğalçı
dövlət ərazisi işğal edilən səlahiyyətli milli hakimiyyətin mədəni dəyərləri qoruyub
saxlamaq cəhdlərini dəstəkləməlidir. Əgər milli dövlət bunu etmək iqtidarında
deyilsə, işğalçı dövlət onunla əməkdaşlıqda bu dəyərləri qorumaq barədə tədbirlər
görməlidir. Azərbaycan UNESCO-dan mədəni, tarixi abidələrin qorunmasını xahiş
etməlidir. Konvensiyaya necə əməl edildiyini təhqiq etmək üçün UNESCO münaqişə
zonasına öz ekspertini göndərməlidir.
Konvensiyanın 5 və 28-ci maddələrində işğalçı dövlətin hakim dairələrinin
məsuliyyət daşıması müəyyən edilmişdir.
İqtisadiyyata dəyən zərərə gəldikdə isə, ilkin məlumatlara görə Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində iqtisadiyyata 60 milyard dollardan çox zərər
dəymişdir (19, s.5). Qeyd etdiyimiz kimi, münaqişəyə qədər DQMV Azərbaycanın
iqtisadi regionları arasında öz sənaye və kənd təsərrüfatının inkişafına görə Abşeron,
Gəncə-Qazax, Naxçıvan Muxtar Respublikası regionlarından sonra 4-cü yerdə
dururdu. Zəbt olunan ərazilərdə müəssisələrin qarət edilməsi, dağıdılması, məcburi
köçkün kütləsinin yaranması ölkənin iqtisadiyyatına zərbə vurdu, uzun müddət
işsizlik problemi yaratdı.
BMT qəbul etdiyi qətnamələrdə Ermənistanın Azərbaycana təcavüzü,
ərazilərinin işğalı nəticəsində ona dəyən zərərin əvəzinin ödənilməsi barədə qeyd
etməlidir.
Ermənistan beynəlxalq adət hüququnda tanınmış və BMT Beynəlxalq hüquq
komissiyasının layihəsində öz əksini tapmış aşağıdakı məsuliyyət formalarına cəlb
edilməlidir.
168
1) Restitusiya – yəni hüquq pozuntusu törədilməmişdən əvvəl mövcud vəziyyət
bərpa edilməlidir. Ərazi bütövlüyü bərpa edilməli, qeyri-qanuni ələ keçirilən əmlak
geri qaytarılmalı, hərbi əsir və girovlar azad edilməlidir və s. 2)Kompensasiya –
Ermənistanın Azərbaycana vurduğu maddi zərər pul formasında ödənilməlidir. 3)
Satisfaksiya – Azərbaycanın ərazi bütövlüyünü pozduğu və xalqın psixoloji
gərginliyinə səbəb olduğu üçün Ermənistan Azərbaycandan rəsmi üzr istəməli,
törətdiyi əməlin hüquqa zidd olduğunu etiraf etməli, təqsirli şəxslər məsuliyyətə cəlb
olunmalıdır. 4) Təkrar etməmə təminatı – Ermənistan gələcəkdə bu cür hüquq
pozuntusuna yol verməyəcəyi barədə xüsusi öhdəlik götürməlidir.
Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün danışıqlar hansı yolla
olmalıdır? Ərazi bütövlüyünün bərpası sülhün birinci şərtidir. Ermənistan TŞ-nın
qətnamələrində qeyd edilən dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət,
beynəlxalq sərhədlərin pozulmazlığı və ərazilər əldə etmək üçün güc tətbiq etməyin
yolverilməzliyi prinsiplərini təsdiq edərək silahlı qüvvələrini işğal etdiyi Azərbaycan
ərazilərindən çıxartdıqdan sonra sülh danışıqları keçirilməlidir. İşğalçı qüvvələrin
çıxarılması BMT nümayəndələrinin müşayiəti altında olmalı, Ermənistan BMT-yə
müharibənin kəsilməsi barədə sənədlər, hər bir dövlətin suverenliyinə, ərazi
bütövlüyünə, siyasi müstəqilliyinə hörmət, beynəlxalq tanınmış sərhədlərin
təhlükəsizliyi barədə sənədləri təqdim etməlidir. İkincisi, işğal edilən ərazilər
minalardan təmizlənməli, ermənilərin həyata keçirdiyi «yandırılımış torpaq»
taktikasının nəticəsində məhv olmuş ərazilər bərpa edilməlidir. Üçüncüsü, qaçqın və
məcburi köçkün probleminin nizama salınması diqqət mərkəzinə gətirilməlidir.
ƏDƏBİYYAT
1.
Azərbaycan beynəlxalq aləmdə (Azərbaycan Respublikasının prezidenti H.Əliyevin 1993-
1994-cü illərdə xarici ölkələrə səfərlərinə dair materiallar), I cild, «Göytürk». B.: 1995,
290 s.
2.
Heydər Əliyev: «Biz Azərbaycanın ərazisində ikinci bir erməni dövlətinin yaranmasına
yol vermərik», «Əbilov, Zeynalov və oğulları», B.: 2006, 472 s.
3.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiya. B.: Qanun, 2006,
32 s.
4.
İnsan hüquqları və qaçqınlar, «İnam» plüralizm mərkəzi. B.: 1999, 32 s.
5.
Блищенко И.П., Солнцева М.М., Мировая политика и международного право,
«Международные отношения», М., 1991, 160 с.
6.
Блищенко И.П., Кудрявцев В.Д., Агрессия Израиля и международное право,
«Международные отношения», М., 1970, 80 с.
7.
Генеральная Ассамблея ООН приняла резолюцию о положении на оккупированных
территориях Азербайджана, Центр Новостей ООН, http: //
www.un.org/
russian
8.
Глава МИД Молдовы призвал укрепить роль ООН в разрешении замороженных
конфликтов, Центр Новостей ООН, http: //
www.un.org/
russian
9.
Замороженные конфликты на пространстве ГУАМ остаются основным источником
нестабильности в регионе заявиль Эльмар Мамедьяров, Центр Новостей ООН, http:
//
www.un.org/
russian
10.
Михаил Саакашвили призвал учредить в рамках ООН эффективных процесс по
урегулирования конфликтов, который приведет к воссоединению Грузии, Центр
Новостей ООН, http: //
www.un.org/
russian
11.
Казимиров В., Карабах и резолюции Совета Безопасности ООН, Постоянный адрес
новости: www.regnum. ru/news/358916.html
169
12.
Перечень резолюций Совета Безопасности принятых в 1999 году,
www.un.org/
russian
13.
Перечень резолюций Совета Безопасности принятых в 2001 году,
www.un.org/
russian
14.
События на Южном Кавказе свидетельствуют, что пришло время серьезно подойти
к праву народов на самоопределение заявиль президент Армении, Центр Новостей
ООН, http: //
www.un.org/
russian
15.
Activité des organizations terrorists armeniénnes contre l’Azerbaidjan, Série réalités sur le
Karabagh, Fondation Heidar Aliyev, Bakou, 2006, 12p.
16.
Brève information sur l’histoire du Karabagh, Série réalités sur le Karabagh, Fondation
Heidar Aliyev, Bakou, 2006, 12p.
17.
Génocide de Khodjali, Série réalités sur le Karabagh, Fondation Heidar Aliyev, Bakou,
2006, 12p.
18.
Le commencement du conflit du Karabagh, Série réalités sur le Karabagh, Fondation
Heidar Aliyev, Bakou, 2006, 12p.
19.
Les consequences de l’agression Armenien contre l’Azerbaidjan, Serie realite sur le
Karabagh, Fondation Heidar Aliyev, Bakou, 2006, 12p.
20.
The series of “The true facts about Garabagh war against Azerbaijan, Targeting cultural
heritage”, Heydar Aliev Foundation, Baku, 2007, 280 p.
Р.Б.ДАДАШЕВА
РЕЗЮМЕ
В статье «Путь решения в рамках ООН конфликта между Арменией и
Азербайджаном» исследовано резолюции Совета Безопасности и Генеральной
Ассамблея ООН. Анализируется недостаточности. Втор показывает, что несмотря на
неосуществления резолюции СБ ООН должна принять новые резолюции актуальных
условиях. На в этих резолюциях должен быть показано агрессия Армении, должен
применяться санкции против ее СБ ООН должен заставлять Армении соблюдать
резолюции ООН, Женевские конвенции и других международных правовых норм. В
заключение автор анализирует потенсиалов органов ООН на решение проблемы и
выдает некоторые рекомендации касающихся данной проблемы.
R.B.DADASHOVA
SUMMARY
In the article “The solutions ways keep within the limits of UN of the conflict between
Armenie and Azerbaijan” has been researched the resolution of Security Council and General
Assembly of UN. Has been analysed the insufficiencies in the article showed, in spite of non-
realization the resolutions. The UN must adopt news resolutions in present day conditions in
all this resolutions must been showed the aggression of Armenie, must put into practice the
sanctions against her Security Council of UN must keep Armenie to observe the resolutions of
UN, Geneve conventions and other international legal rules. At the conclusion of the article
the author analyses the potential of the organs of UN in the decision of the problem and the
general issue related to the researched problem have been set up.
170
Dostları ilə paylaş: |