Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   14   15   16   17   18   19   20   21   ...   99

 
53
Subyektiv dəyərləndirmə felləri  (glauben, denken, 
meinen) yalnız baş cümlələrdə  xəbər funksiyasında çıxış 
edir. 
Ümumi sual cümlələrində hissi təsəvvür bildirən fellər 
(sehen, hören, meren) bir qayda olaraq nicht, nichts, kein 
inkar hissəcikləri ilə  işlənir və çox vaxt sadə cümələrlə 
işlənir. 
Ümumi sual cümlələrinin əsasında çox vaxt ritorik suallar 
durur. Bu suallarda danışanın təəccübünü, qəzəbini, 
narazılığını, barışmazlığını bildirən subyektiv modal mənalar 
ifadə olunur. Ritorik suallar üç istiqamətli informasiyanı ifadə 
edirlər: 1) rasional sual (bu və ya digər informasiyanı almaq 
üçün verilən süal); 2) subyektiv-modal mənalar (şübhə, 
qıcıq, narazılıq və  s.);  3)  müəyyən problemlə bağlı  məntiqi 
mühakimə. 
Alman və rus dillərində olan mətnlərin üzərində 
müşahidələr göstərir ki, cümlələrdə müşahidə olunan 
subyektiv-modal mənalar onları ifadə edən hissəciklərdə 
olmur. Subyektiv-modal mənaların xarakteri cümlənin 
kommunikativ tipindən çox asılı olur. Təsdiq cümlələrində 
subyektiv-modal mahiyyətli məna danışanın müxtəlif 
emosiyalarını-əminliyini, hərəkətin gerçəkliyinə inamını və s. 
ifadə edir. Xüsusi sual cümlələrində subyektiv –modal 
mənalar danışanın emosional vəziyyətini real əks etdirən 
bütöv bir şkalanı  əks etdirir. Əsasən, bu təəccüb, qəzəb, 
narazılıq və s. kimi hisslərin xəbərdə ifadəsidir. Modal 
ədatların iştirak etdiyi cümlələrdə danışanın intellektual, 
volyuntativ və emosional hissləri mürəkkəb qarşılıqlı  əlaqə 
və qarşılıqlı qovuşma prosesində olur. Bunun nəticəsində 
cümlə daxilində sözlər digər kontekstlərdəki mənalarını itirir 
və volyuntativ-emosional məzmun kəsb edirlər. Bəzən 
müxtəlif subyektiv-modal ədatların iştirakı ilə düzgün 
cümlələr eyni mənada, eyni subyektiv-modal ədatlarla 
düzələnlər isə müxtəlif mənalar ifadə edə bilərlər. Buradan 
belə  nəticə  çıxarmaq olar ki, cümlə daxilində subyektiv-
modal məna modal ədatlarla deyil, daha çox cümlənin 
struktur-semantik tipi ilə düzəlir. Modal ədatlar isə  bəzən 
uyğun sinonim ilə  əvəz oluna bilər. Ayrı-ayrı modal 
hissəciklər konkret situasiyalarda müxtəlif semantik 


 
54
çalarlarda reallaşırlar. Modal ədatların dəqiq subyektiv-
modal mənaları statistik-psixolinqvistik təhlil nəticəsində 
aydınlaşdırıla bilər. 
Subyektiv-modal cümlələr danışıq dilində real 
situasiyalarda mövcud olur və bu zaman kontekstlər mühüm 
rol oynayır. Mətndə  əvvəl gələn cümlə sonrakı cümlə ilə 
formal və  məna  əlaqəsində olur. Əvvəlki cümlə sonrakı 
cümlə üçün müəyyən məna hazırlığı rolu oynayır. Replika 
kimi çıxış edən birinci cümlə cavab replikası ilə dialoq recimi 
əmələ  gətirir. Belə ki, alman, rus və digər dillərdə 
kommunikativ cümlənin dörd tipini ayırmaq mümkündür: 
təsdiq,  əmr, xüsusi sual, ümumi sual cümlələri. Dialoq-
replika recimlərində onların 16 modal tipini göstərmək olar: - 
təsdiq - təsdiq, təsdiq-əmr, təsdiq-xüsusi-sual,  əmr-ümumi-
sual və s. cavab replikası  hər bir modeldə cümlənin 
kommunikativ tipi, strukturu modal ədatların tipi və leksik 
tamlığından asılı olaraq müxtəlif subyektiv-modal mənalar 
verə bilərlər.  İlkin və cavab replikalar arasında təkcə  məna 
deyil, həm də formal əlaqələr olur. Bu əlaqələr müxtəlif 
leksik-qrammatik-semantik zəminində yaranır və formalaşır. 
Dialoq-replika strukturlu cümlələrdə  əqli nəticə  çıxarmaq 
məqsədilə  məntiqi sillogizmlərdən istifadə olunur. Belə 
strukturlu cümlə tiplərində bir və ya bir neçə replika səciyyəli 
cümlədən istifadə olunur. Modal hissəciklərin semantik-
təbiəti problemi olduqca mürəkkəb və çoxcəhətlidir. Bunun 
üçün hər  şeydən  əvvəl modal hissəciklərin məntiqi 
modallıqla sərhədini dəqiq müəyyənləşdirmək lazımdır. 
Eləcə  də, modal hissəciklərin məntiqi modallıqla kəsişən 
nöqtələrini oxşar və  fərqli cəhətlərini dəqiq təyin etmək 
olduqca vacibdir. Modal hissəciklərin digər söz qrupları ilə 
müqayisəsi, yalnız modal mənada işlənən söz qruplarının 
aşkarlanması modallığı bir universal kateqoriya kimi 
səciyyələndirməyə imkan verir.  
Germanşünaslıqda modallığın cümlədən daha böyük 
sahələrdə- mətn çərçivəsində tədqiqi modallığın funksional-
semantik sahə aspektinin mahiyyətini açıqlamağa imkan 
verir. 
Modallıq funksional-semantik sahə 
nəzəriyyəsi 
çərçivəsində  də araşdırıla bilər. Məlum olduğu kimi


 
55
semantik sahə  əhatə dairəsi və semantik tutumuna görə 
mikro və makro sahələrə ayrılır. Mətn çərçivəsində 
modallığın düzgün izahı üçün mikrosahələrin 
araşdırılmasının  əhəmiyyəti böyükdür. Məlum olduğu kimi, 
subyektiv modallığın gerçəklik/yalan və niyyət bildirən 
növləri vardır. Bütün cümlələrdə gerçəklik və ya yalan 
mənalarından birini verən modallıq mövcuddur. Ona görə 
də, daha çox bu məsələ araşdırılır. Baş vermiş hadisənin 
gerçəkliyi və ya qeyri-gerçəkliyi danışanın, yazanın 
münasibəti, subyektiv fikri ilə müəyyənləşir. Gerçəkliyə  və 
ya yalana danışanın/yazanın münasibətini aşağıdakı 
semantik sahə kimi ifadə etmək olar:  
1. Obyektiv gerçəkliyə müvafiqlik.  
2. Doğruluq sübut oluna bilər. 
3. Danışanın/yazanın adının verilməsi. 
4. Danışanın adının verilməməsi. 
5. Doğruluq sübut oluna bilməz  (çətin ki, sübut oluna 
bilər) [106, s.10-15]. Bu halda modal komponentli fel/isim 
danışanın nöqteyi-nəzərini əks etdirir və felin xəbər şəkli ilə 
ifadə olunur. 
6. Söyləmin doğruluğunun təminatı. Modal semantikalı 
fel/isim, sözbirləşməsi felin xəbər  şəklində  işlənməklə 
söyləmin doğruluğu təmin olunur. 
7. Obyektiv gerçəkliyin ehtimali müvafiqliyi. Bu halda 
danışan/yazan göstərilməyə  də bilər. Bu halda danışanın 
münasibəti modal komponentli fel/isimlə  xəbər budaq 
cümləsi ilə ifadə olunur. 
8. Gerçəkliyin ehtimali qeyri-müvafiqliyi. Danışan/yazan 
adlandırıla və ya adlandırılmaya bilər. Ehtimali qeyri 
müvafiqlik modal komponentli fel/isimlə ifadə olunmuş 
budaq cümlə  şəkilində  gələcək zamanda olur. Həmin 
cümlədə leksik vasitələrdən (modal hissəciklərdən) istifadə 
edilir. 
9. Obyektiv gerçəkliyin qeyri-müvafiqliyi. Danışan/yazan 
adlandırıla və ya adlandırılmaya bilər. Modal komponentli 
fel/isim xəbər şəklində işlənir. Bu cümlədə inkar vasitələrdən 
də geniş istifadə olunur. 
Modallıq kateqoriyasının arqumentləşdirilməsi dərəcəsinə 
görə  mətnlər ayrı-ayrı növlərə ayrılır. Həmin araşdırılan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə