Aztermoizol asc-əMƏk resurslarindan səMƏRƏLİ İSTİfadəNİn təKMİLLƏŞDİRİLMƏSİ Mövzusunda d I ssertas I y a I Ş İ Kafedra: «Menecment və marketinq»


Sxem 1.5. Attestasiyanın keçirilməsinə hazırlıq aşağıdakı mərhələlərdən ibarətdir



Yüklə 0,85 Mb.
səhifə11/21
tarix26.10.2023
ölçüsü0,85 Mb.
#132071
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
dissertasiya yanvar 2021

Sxem 1.5.
Attestasiyanın keçirilməsinə hazırlıq aşağıdakı mərhələlərdən ibarətdir:

- attestasiyanın keçirilməsi haqqında əmrin hazırlanması;



- attestasiyadan keçməli işçilərin siyahısının tərtib edilməsi;




- attestasiyanın keçirilməsi qrafikinin hazırlanması;




- attestasiyanın keçirilməsi üçün zəruri sənədlərin hazırlanması;



- attestasiyanın keçirilməsi üzrə izahat işinin aparılması.

Attestasiyadan keçirilməli olan hər bir işçiyə xidməti attestasiya məlumatı (xarakteristikası) tərtib edilir və bu xarakteristika peşəkar-işgüzar, şəxsi keyfiyyətlər, habelə yaradıcılıq fəaliyyəti barədə nəticə çıxarmağa imkan verən ən mühüm göstəriciləri əks etdirir.


Attestasiyadan keçirilməli olan işçi attestasiyanın xarakteristikası və digər sənədlərlə attestasiyanın başlanmasına ən azı bir həftə qalmış tanış olmalıdır. İşçinin, onun fikrincə, attestasiyanın nəticələrinə təsir göstərə biləcək çatmayan materialları komissiyaya təqdim etmək hüququ vardır.
Attestasiya komissiyası daxil olan attestasiya olunan işçilərə aid sənədləri əvvəlcədən nəzərdən keçirərək iclası qrafikə uyğun olaraq keçirir. Attestasiya attestasiya olunan işçinin iştirakı ilə keçirilir. İşçi üzrlü səbəblər olmadan komissiyanın iclasına gəlmədikdə attestasiya onun iştirakı olmadan keçirilir. Üzrlü səbəblərə görə komissiyanın iclasına gəlməmiş işçilər qrafikdə nəzərdə tutulmuş digər günlərdə attestasiya olunurlar.
Komissiyanın işində qiymətləndirməyə obyektiv, qeyri-formal yanaşmaq çox vacibdir. Bunun üçün isə iki əsas şərt yerinə yetirilməlidir: komissiya üzvlərinin attestasiyadan keçirilən işçinin işgüzar və peşəkar keyfiyyətlərini diqqətlə öyrənməsi və attestasiya sənədlərinin keyfiyyətli hazırlanması.
Əgər komissiyanın iştirak edən üzvlərinin əksəriyyəti səs veribsə qiymətləndirmə və tövsiyələr qəbul edilmiş sayılır. Səslər bərabər olduqda attestasiya olunan şəxsin xeyrinə qərar qəbul edilir.
Attestasiya komissiyasının attestasiyadan keçənlərə dair qərarları tövsiyə xarakteri daşıyır. Attestasiya başa çatdıqdan sonra bütün sənədlər işçinin şəxsi işində saxlanılması üçün kadr bölməsinə verilir.
Beləliklə, əmək resurslarından istifadənin optimallaşdırılmasının qeyd edilən metodları müasir şəraitdə əməyin normalara uyğunlaşdırılması problemini həll etməyə, həmçinin zavodun heyəti ilə işə yanaşmaları təkmilləşdirməyə imkan verəcək.



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə