Namiq Yusifov



Yüklə 11,95 Kb.
tarix21.06.2018
ölçüsü11,95 Kb.
#50928

Namiq Yusifov: “

Topaz Premyer Liqasının XVII turunda “Bakı”nın qonağı olan “Qarabağ” çətin sayılacaq səfərdən 1 xalla ayrılmağı bacardı. Baxmayaraq ki, qələbə sayəində ağdamlılar zirvədəki yerlərini qoruyacaqdılar, lakin heç-heçə onları zirvədən saldı. Ancaq bu amil Qurban Qurbanovun futbolçularını o qədər də narahat etmir. Onların fikrincə, ilk növbədə qarşıya qoyulan hədəf ilk “altılığ”a düşməkdir. Bunun öhdəsindən gələndən sonra çempionluq haqqında danışmaq olar. Elə komandanın dayaq yarımmüdafiəçisi olan Namiq Yusifov da bu cür düşünürş. Əslində onu müsahib seçməyimiz də təsadüfi deyil. Belə ki, bugün ağdamlıların orta xəttəki “qara iş”inin çox hissəsini məhz Yusifov görür. Oyundan sonra onunla söhbətimizdən açıq-aşkar hiss olunurdu ki, həmsöhbətimiz 0:0-dan qətiyyən narazı deyil, əskinə, razıdır. Onun fikrincə, “Bakı” kimi klubdan səfərdə 1 xal almaq böyük şeydir. Müsahibə zamanı tək bu oyundan danışmadıq. “Sport Favorit”in əməkdaşı ilə söhbətində o, “Qarabağ”ın çempionatdakı potensialı, hədəfi, növbəti turda qarşılaşacaqları “Xəzər Lənkəran”la oyun barədə də danışıb.



  • “Bakı” ilə oyundan 1 xalla ayrıldınız. Gəl elə ilk öncə oyundan başlayaq. Fərhad Vəliyev qazandığınız 1 xala da şükür etdi. Sən necə düşünürsın?

  • Bildiyiniz kimi, bu oyunu səfərdə oynayırdıq. Bundan başqa, rəqib “Bakı” idi. Mən bir dəfə müsahibə verəndə bu haqda fikrimi bildirmişəm ki, “Bakı” bu dəqiqə Azərbaycanda ən savadlı futbol oynayan komandadır. Xüsusən də çox yaxşı bağlanırlar.Mən deyərdim ki, çox komanda onlardan heç 1 xal da ala bilməyəcək.

  • Amma “Neftçi” bu komandaya məhz səfərdə qalib gəldi...

  • “Neftçi” düzdür, nəticə baxımından qalib gəldi. Amma oyun baxımından qalib gəlinəsi oyun deyildi. Həmin oyunun ədalətli nəticəsi heç-heçə idi. Futbol da elədir ki, bəzən yaxşı oynaya bilərsən, amma qalib gələ bilməzsən.

  • İstənilən halda zirvəni əldən verdiniz. Çünki “İnter” səfərdə “Kəpəz”ə qalib gəldi...

  • Düzdür, “İnter” qalib gəldi. Amma “Kəpəz”ə qalib gəldi. Biz isə “Bakı” ilə heç-heçə oynadıq. Hələ qarşıda onların çətin oyunları olacaq. Biz ilk növbədə çalışırıq ki, iddialı rəqiblərdın 1 xal da olsa alaq və ilk “altılığ”a düşək. İlk “altılıq” mərhələsi başlayandan sonra isə çalışacağıq bacardıqca daha çox qələbələr qazanaq.

  • Yaxşı, bu turda səfərdə oynadığınızdan q xalı qənaətbəxş nəticə hesab etdiniz. Ancaq növbəti turda evdə “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Bu dəfə artıq qələbəyə oynamalısınız...

  • Biz onsuz bütün oyunlara qələbə istəyi ilə çıxırıq. Çünki çempion olmaq istəyirik. Ancaq bu, o demək deyil ki, “Xəzər Lənkəran”la oyunda elə başımızı aşağı salıb qaçmalıyıq qabağa. “Xəzər Lənkəran” da güclü komandadır, xüsusilə son oyunlarda özünə gəlib, ötən turda “Neftçi”ni məğlub etdiniz. Bu mənada Lənkəran klubu ilə oyunda da 1 xalı pis nəticə saymaq olmaz.

  • Belə başa düşdük ki, “altılıq” mərhələsinə kimi əsas hədəfiniz ilk növbədə qələbə qazanmaq yox, ilk “altılığ”a düşməkdir, düzdür?

  • Yəni, 1 xal da 1 xaldır da. Biri var qələbəyə oynayasan, açıq futbol ortaya qoyasan və məğlub olasan,biri də var ehtiyatlı oyuna üstünlük verib 1 xal qazanasan. Bu gün “Xəzər Lənkəran” xal ehtiyatına görə bizdən geridədir. Əgər qalib gəlsələr xeyli yazınlaşmış olacaqlar. Biri də var ki, heç-heçə oynayırıq, ən azından aradakı xal fərqini qoruyub saxlayırıq.

  • Bəs necə düşünürsən, qış fasiləsinə lider kimi yollana bilərsiniz?

  • Bu, elə də önəmli deyil, biz bu dəqiqə bunu fikirləşmirik. Hələ qarşıda 4 oyun var. Daha sonra isə “altılıq” oyunları gəlir. Ümumilikdə götürsək, qarşıda 14 oyun var. Təbii ki, ilk pilləyə oynayacağıq. Çünki çempionluğa oynamalısan ki, ən azından avrokuboklara düşə biləsən.

  • Deməli, sizi çempionluqdan daha çox avrokuboklara düşmək düşündürür?

  • Belə bir söz var, o əsgər pis əsgərdir ki, general olmaq istəmir. Bu mənada əlbəttə çempion olmağı çox istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik.

  • Oyunu izləyərkən bir məqam diqqətimizdən qaçmadı. İkinci hissənin əvvəllərində oyunu müdafiədən quraraq, əks-hücumlara bel bağladınız. Təxminən 70-ci dəqiqədən etibarən isə hücum futboluna keçərək, “Bakı”nı üstələdiniz. Bu taktiki gediş idi ya, necə?

  • Bəli, bu, taktiki gediş idi. Çünki “Bakı” qapalı futbol oynayırıq. Məsələn, “Xəzər Lənkəran”, “Neftçi” kimi komandalar açıq futboloynadığından onlara qarşı oynamaq daha asandır. Lakin “Bakı” dediyim kimi, qapalı oyun ortaya qoyduğundan onlara qarşı oynamaq da bir qədər çətindir. Bu cür oyun tərzinə üstünlük verən komandalara qarşı gərək oyunu arxadan qurasan ki, rəqib bir qədər önə çıxa və sən də əks-hücumlarda onu tuta biləsən.

  • “Qarabağ”la müqavilən nə vaxt başa çatır?

  • Gələn ilin mayında.

  • Nə düşünürsən, qalmaq ehtimalın var, yoxsa klubu tərk etmək ehtimalın var?

  • Bilirsiniz, mən durum yalandan deyim ki, təklif var filan, yalan olar. Heç bir təklif yoxdur. Bundan başqa, mən özüm də “Qarabağ”dan getməyi düşünmürəm və belə şey ağlıma da gəlmir. Burada hər şey məni qane edir, hər şey ürəyimcədir və açığını deyim, karyeramı elə “Qarabağ”da bitirmək istəyirəm. Çünki bu komanda mənə çox doğmadır.

Yüklə 11,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə