Aztermoizol asc-əMƏk resurslarindan səMƏRƏLİ İSTİfadəNİn təKMİLLƏŞDİRİLMƏSİ Mövzusunda d I ssertas I y a I Ş İ Kafedra: «Menecment və marketinq»


"Az.Termoizol» ASC-nin əmək resurslarından istifadənin səmərəliliyinin təhlili



Yüklə 0,85 Mb.
səhifə12/21
tarix26.10.2023
ölçüsü0,85 Mb.
#132071
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
dissertasiya yanvar 2021

2."Az.Termoizol» ASC-nin əmək resurslarından istifadənin səmərəliliyinin təhlili
2.1 "Az.Termoizol" ASC-də insan resurslarinin idarə edilməsinin qısa xarakteristikası

"Az.Termoizol" ASC şirkəti 20 ildən artıqdır ki, yüksək gərginlikli Transformator yarımstansiyalarının, elektrikötürücü xətlərin, istilik və su təchizatı obyektlərinin istismarı, şəbəkə enerji obyektlərinin yenidən qurulması, təmiri və texniki cəhətdən yenilənməsi ilə məşğul olur, Azərbaycanın ən iri tikinti şirkətləri sırasına daxildir.`


"Az.Termoizl" MMC şirkəti şəbəkə elektrik avadanlığının istismarı, həmçinin neft və qaz yataqlarında texnoloji elektrik avadanlığının texniki xidməti və cari təmiri ilə məşğul olur.
Ərazinin ümumi sahəsi 5 hektardır.
Şirkət aşağıdakı sənaye sahələrində fəaliyyət göstərir:
1. sənaye.
2. maşınqayırma və metal emalı (tibbi texnologiya sənayesi olmadan).
3. maşın və avadanlıqların təmiri.
4. müxtəlif istehsal avadanlıqlarının təmiri.

“Az.Termoizol" ASC-nin əsas fəaliyyət növləri:


- elektrik ötürülməsi;
- şəbəkə avadanlığının texniki xidməti;
- elektrik avadanlığının texniki xidməti və təmiri;
- istilik energetikası obyektlərinin texniki xidməti və cari təmiri;
- istilik enerjisinin buraxılması;
- artezian suyunun çıxarılması üzrə xidmətlər;
– su təchizatı xidmətləri;
- kanalizasiya xidmətləri;
- briqadaların elektrik avadanlığının texniki xidməti.
Yardımçı fəaliyyət növləri:
- istismar olunan avadanlıqların, aqreqatlarının termovibrodiaqnostikası;
- ticarət və texniki mühasibat;
- yüksək gərginlikli sınaqların və diaqnostikanın keçirilməsi;
- elektroenergetika obyektlərində rele mühafizəsi və avtomatika işinin etibarlılığının təmin edilməsi.
"Az.Termoizol" ASC strukturu özündə 6 elektrik təchizatı sexi və şəbəkə avadanlığının istismarının 1 sexini birləşdirir.
“Az.Termoizol” ASC-nin yataqlarında və müddətli qəsəbələrində obyekt və istehlakçıların fasiləsiz elektrik enerjisi təchizatının təşkili və elektrik qurğularının xidməti elektrik qurğularının quraşdırılması qaydalarının, istehlakçıların elektrik qurğularının texniki istismarı qaydalarının və elektrik qurğuların istismarı zamanı əməyin mühafizəsi üzrə sahələrarası qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.
Elektrik avadanlığının profilaktik və təmir işləri İİL cədvəli və elektrik avadanlığının aşkar edilmiş qüsurları əsasında aparılır.
Az.Termoizol ASC-nin icarəsində və xidmətində olanlar:

Avadanlıqların, maşın və mexanizmlərin adı, növü

Avadanlıqların, maşın və mexanizmlərin təsviri, modeli, buraxiliş ili və texniki istismar müddəti(illərlə)

Avadanlıqların, maşın və mexanizmlərin vəziyyəti(yenidir,yaxşıdır və ya yararsızdır)miqdarı və halhazırda saxlandığı yer

Avadanlıqlar, maşın və mexanizmlər kimə məxsusdur:özümünküdür icarəyə götürülmüşdür(kimdən) yaxud satın alinacaq(kimdən?)

1.Ziq maşın

İsitan, 4 il,
elektrik

Yaxşı, 1 ədəd

Özününküdür

2.Ziq maşın

İsitan ,3 il,
elektrik

Yaxşı, 1 ədəd

Özününküdür

3.Geliatin

L=1.2m, 6 il



Yaxşı, 1 ədəd

Özününküdür

4.Vals

L=1m, 6 il



Yaxşı, 1 ədəd

Özününküdür

5.Vals

L=1.2m, 5 il



Yaxşı, 1 ədəd

Özününküdür

6.Caqa

L=2m, 5 il



Yaxşı, 1 ədəd

Özününküdür

7.Qaynaq aparatı

380volt, 3 il

Yaxşı, 2 ədəd

Özününküdür

8.Boya aparatı



Vaqner, 3 il

Yaxşı, 2 ədəd

Özününküdür

9.Baraban

Listaçan, 4 il



Yaxşı, 2 ədəd

Özününküdür

10.Lebyotka

Yük qaldırıcı

Yaxşı, 2 ədəd



Özününküdür

"Az.Termoizol" ASC-də yüksək səviyyəli peşəkarlar çalışır, və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir.  "AzTermoizol" şirkəti istilik-izolyasiya quraşdırma idarəsinin bazasında yaradılıb.Şirkət 1998-ci ildən Açıq Səhmdar Cəmiyyətə çevrilib. Möhkəm texniki bazaya və təcrübəli işçi qüvvəsinə malik olan "AzTermoizol" qərbin ən aparıcı şirkətləri ilə birgə ölkəmizdə həyata keçirilən mühüm layihələrdə fəal iştirak edir. Səngəçal terminalının, Bakı yağ zavodunun, EP-300 kimya müəssisəsinin, respublikamızın ən nəhəng qida sənaye istehsal sahəsi olan İmişli şəkər zavodunun, digər müəssisələrin inşasında, habelə Göygöl rayonunun abadlaşdırılması, kanalizasiya xətlərinin çəkilişi, Qaradağ sement zavodunda 150 metrlik təmizləyici qurğunun tikintisində, metal-konstruksiya, istilik-soba sistemlərinin quraşdırılmasında xüsusi payı olan "AzTermoizol" xarici şirkətlərlə birgə çətin texnoloji proses olan istilik-izolyasiya-quraşdırma işlərini beynəlxalq standartlar səviyyəsində həyata keçirmişdir.


Xarici şirkətlərin nümayəndələri, nüfuzlu iş adamları "AzTermoizol"un fəaliyyəti ilə yaxından maraqlanır, onlarla işbirliyi qurmağı təklif edirlər. Rusiya, Qazaxıstan, Qırğızıstan, Almaniya, Çexiya, Slovakiyada şirkətin gördüyü işlər yüksək qiymətləndirilir. Hazırda Avstriya, Çexiya, Macarıstandan olan iş adamları, "bp" şirkəti ilə sıx işgüzar münasibətlər davam edir, müqavilələr imzalanır və yeni layihələr həyata keçirilir. Metropoliten, Qaradağda Qızıldaş və Qazax sement zavodlarının tikintisi üçün yeni müqavilələr bağlanılıb.
Bu yaxınlarda şirkət "İmic və Keyfiyyətdə Liderlik Uğrunda" beynəlxalq prizə və "Sahibkarlığın inkişafına görə" qızıl medala layiq görülmüşdür. İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən təqdimatda 40 ölkədən 200-dən artıq üzvün toplaşdığı Ticarət Liderləri Klubunun prezidenti Arsenino Prado Rodriqes açıqladı ki, dünyanın 95 ölkəsində aparılan sorğunun nəticələrinə görə, "AzTermoizol" bu şərəfə öz fəaliyyəti sahəsində və həmin coğrafi ərazidə firma markasına, keyfiyyətinə görə yüksək nəticələri ilə fərqləndiyi üçün layiq görülüb.
Uğurlu fəaliyyəti ilə tanınan şirkət lap bu yaxınlarda keyfiyyət və üstünlük sahəsində fərqləndiyinə görə Almaniya, Fransa və ABŞ-ın İdarəetmə və Məsləhətçi Birliyinin Ümumdünya prizini qazanıb. Seçmə komitəsi "AzTermoizol"u "Qızıl Avropa Mükafatı: Keyfiyyət və Ticarət Nüfuzu" diplomu ilə mükafatlandırıb. Eyni zamanda, Qızıl Avropa medalına layiq görülüb.Şirkət həmçinin "OMAC" Klubun "Other Ways" İdarəetmə Birliyinin VİP Qızıl Kartının sahibi olmaq hüququnu əldə etmişdir. Bu, beynəlxalq aləmdə şirkətin nüfuzunun daha da artmasından soraq verir. Tikinti-quraşdırma, metalkonstruksiya, izolyasiya işləri üzrə ixtisaslaşdırılmış yeganə təşkilat olan şirkətin kollektivini qarşıda daha layiqli işlər, böyük uğurlar gözləyir. 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə