Aztermoizol asc-əMƏk resurslarindan səMƏRƏLİ İSTİfadəNİn təKMİLLƏŞDİRİLMƏSİ Mövzusunda d I ssertas I y a I Ş İ Kafedra: «Menecment və marketinq»



Yüklə 0,85 Mb.
səhifə10/21
tarix26.10.2023
ölçüsü0,85 Mb.
#132071
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
dissertasiya yanvar 2021

Sxem 1.4.

- əmək üzrə elmi cəhətdən əsaslandırılmış norma və normativlərin işlənib hazırlanması və tətbiqi;

Əməyin normalara uyğunlaşdırılmasının əsas vəzifələri aşağıdakılardır:



- əmək məhsuldarlığının artım ehtiyatlarının, iş vaxtının itkilərinin, əməyin və istehsalın təşkilində çatışmazlıqların müəyyən edilməsi;




- əmək normalarının tətbiqi;




- əmək normalarının mənimsənilməsinə və onlara yenidən baxılması üçün materialların yığılmasına nəzarət.

Əməyin normalara uyğunlaşdırılması maksimum qənaət və əməyin yüngülləşdirilməsi zamanı istehsal vasitələrindən daha yaxşı istifadə etmək məqsədi daşıyır.


Əməyin təşkili və normalara uyğunlaşdırılmasının təkmilləşdirilməsinin ən mühüm istiqaməti bu işin həm texnoloji proseslərin layihələrinin hazırlanması mərhələsində, həm də fəaliyyət göstərən istehsalatda texnoloji proseslərin və əməyin təşkilinin avtomatlaşdırılmış layihələndirilməsi ilə birlikdə avtomatlaşdırılması və kompüterləşdirilməsidir.
Nəzəriyyədə və təcrübədə qəbul edilmiş terminologiyanı qoruyub saxlamaq məqsədi ilə əmək sərfiyyatı normalarının (vaxt, hasilat, xidmət, say və s.) dəqiqliyi, tərəqqisi və keyfiyyəti tələblərinə əməl etmək şərti ilə onları istehsalda zəruri vaxt sərfiyyatının sinonimi kimi qəbul etmək məqsədəuyğundur.
Əmək məhsuldarlığı heyət tərəfindən yerinə yetirilən işin əməyin səmərəlilik səviyyəsi ilə bağlı olan keyfiyyət göstəricisidir.
Mülkiyyət formalarından asılı olmayaraq bu sahədə istehsal təşkilatçılarının əsas problemi istehsalın səmərəliliyinin azalması tendensiyasıdır.
Bununla əlaqədar olaraq, bu istiqamətdə əmək resurslarının idarə edilməsi xidmətlərinin fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:
- istehsal xərclərinin azaldılması və gəlirin artırılması;
- istehsal rahatlığının (şəraitə uyğunlaşmasının) artırılması;
- malların keyfiyyətinin artırılması,;
- texniki və texnoloji nəzarət proseslərinin təkmilləşdirilməsi.
Məhsuldarlıq əməyin həm kəmiyyəti (saatların sayı, əmək sərfiyyatı), həm də keyfiyyəti (texnologiyanın xüsusiyyətləri, kapital qoyuluşunun həcmi, heyətin keyfiyyəti) ilə bağlıdır.
Əmək məhsuldarlığının idarə edilməsinə aşağıdakı elementlər daxildir:
- keyfiyyətin idarə edilməsi;
- səmərəliliyin artırılması prosedurlarının planlaşdırılması;
- əmək sərfiyyatının ölçülməsi və əməyin normalara uyğunlaşdırılması;
- mühasibat uçotu (qeydə alınması) və maliyyə nəzarəti.
Məhsuldarlığın artımına mane olan amillər nəzərə alınmalıdır: həyat səviyyəsinin daim artması zamanı əməyin dəyərinin azalması və əmək qabiliyyətinin bərpasına lazım olan xərclərin artması.
Müxtəlif mülkiyyət formalarının, o cümlədən əmək üzrə mülkiyyət forması, qüvvədə olduğu şəraitdə işəgötürənin və işçinin əsaslandırılmış iş vaxtı sərfiyyatının müəyyən edilməsinə və ondan istifadə edilməsinə iqtisadi marağı artır.
İşəgötürən istehsal vasitələrinin (və ya onların bir hissəsinin) sahibi kimi onların tətbiqindən minimal xərcləri, o cümlədən heyətin optimal sayı, məhsulun (xidmətlərin) yüksək keyfiyyətini təmin edərək minimal iş vaxtı sərfiyyatı vasitəsi ilə işçinin əməyindən səmərəli istifadə etməklə maksimal gəlir götürməyə çalışır.
Bazar münasibətləri inkişaf etdikcə, əməyin normalara uyğunlaşdırılması məsələləri daha çox idarəetmənin sosial-iqtisadi aspektləri ilə əlaqələndirilir, çünki heyətin əməyindən istifadənin səmərəliliyinin artırılması problemi aktualdır.
Öz əmək bacarıqlarını reallaşdıran işçinin iş vaxtından daha səmərəli istifadə etməyə marağı artır, eyni zamanda normal iş şəraiti və onun obyektiv hesablanmış sərfiyyat əsasında müəyyən edilmiş optimal gərginlik tələbləri artır.
İş vaxtının müddəti gərginlik dərəcəsi (intensivliyi), əmək sərfiyyatından səmərəli istifadə edilməsinin təşkili üzrə normativ tənzimlənmədən hər hansı bir müəssisə, mülkiyyət və idarəetmə strukturu daxilində bazar münasibətləri reallaşa bilməz.
Bazar iqtisadiyyatı üçün səciyyəvi olan tam iqtisadi müstəqillik və ya sahibkarlıq azadlığı məhsulun (xidmətlərin) nomenklaturasının, idarəetmənin təşkilati-hüquqi forma və strukturlarının, maliyyə planlaşdırılmasının və digər təsərrüfat-istehsalat məsələlərinin həllinin seçilməsi ilə yanaşı heyətin sayının müəyyən edilməsində, kadrların seçilməsində, əməyin ödənilməsinin forma və sistemlərinin, onun təşkili üsullarının seçilməsində, normalarının dəyişdirilməsi və onlara yenidən baxılması və normalara uyğunlaşdırmanın digər məsələlərinin həllində müstəqilliyi nəzərdə tutur.
Bu o deməkdir ki, müasir şəraitdə əsas əmək məsələlərinin həllinin istiqaməti müəssisə səviyyəsinə köçürülür.
Sahibkarlıq üçün istehsal xərclərinin (o cümlədən əmək resurslarına) dəqiq qeydə alınması və onlara nəzarət, eləcə də iş vaxtından maksimum səmərəli istifadə hesabına bütün kateqoriyalarda işçilərin əmək məhsuldarlığının artırılması çox vacibdir. Bu məqsədə əməyin normalara uyğunlaşdırılması yolu ilə çatmaq olar.
Ölkənin bütün təşkilatlarında mülkiyyət formasından və müəyyən dövriliklə işləyənlərin sayından asılı olmayaraq rəhbərlərin və mütəxəssislərin attestasiyası keçirilir.
Bu tədbir bəzən attestasiya komissiyalarının fəaliyyətindər narazışılıq yaradır, ayrı–ayrı işçilər onların bilik və peşəkarlığını kifayət qədər düzgün qiymətləndirilmədiyini düşünürlər, bəzən də onların qarşısında açılmış yaradıcılıq perspektivlərindən məmnunluq hissi keçirdilər, lakin əksər hallarda kollektivdə güclü emosional yüksəliş baş verir.
Bəzən də attestasiya formal olaraq keçirildikdə, onun keçirilməsindən sonra heç nə baş vermir, heç nə dəyişmir. Lakin bir şey aydındır ki, bu gün, əmək bazarında vəziyyət, demək olar ki, bütün regionlarda gərgin olduğu bir vaxtda, administrasiyanın və müvafiq olaraq kadr xidmətlərinin işçilərin attestasiyasının keyfiyyətli şəkildə keçirilməsinə münasibəti köklü şəkildə dəyişib.
İşçi heyətinin attestasiyasının müəssisədə əmək resurslarından istifadənin yaxşılaşdırılması proqramının tərkib hissəsi olduğunu nəzərə alaraq, digər müəssisələrin topladığı təcrübə əsasında bu tədbiri daha ətraflı nəzərdən keçirək.
Rəhbərliyə bütün əsas mütəxəssislərin attestasiyasını keçirmək və qiymətləndirmə göstəriciləri üzrə mütəxəssislərin ixtisaslaşma səviyyəsini müəyyən etməyə imkan verən bütün üstünlüklərini və çatışmazlıqlarını aşkar edilməsi təklif olunur.
Attestasiya Komissiyası dörd nəfərdən ibarət olur. Yanlışlığın qarşısını almaq üçün attestasiya komissiyasının tərkibini dəyişdirmək lazımdır.

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə