Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   15   16   17   18   19   20   21   22   23

41

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Sorğuda iştirak etmiş qadınlardan 45-i bildirmişdir ki, həyat yoldaşları ölkəni tərk etdikdən 

sonra onların ailələrinin rəyi icma tərəfindən nəzərə alınmırdı. Bu fakt xüsusilə 28-35 və 36-45 yaş 

arası qruplara aid qadınlar tərəfindən qeyd olunmuşdur.

Kifayət sayda qadın həyat yoldaşlarının miqrasiyası səbəbindən öz əmlakını, bəzən evini itirmək 

riskinin yarandığını bildirmişdir. Bundan başqa, qadınlardan 49-u öz əsas ehtiyaclarını ödəmək üçün 

pullarının olmadığı bir vəziyyətlə də üzləşdiyini vurğulamışdır.

Həyat yoldaşları xaricə getdikdən sonra qadınların üzərinə düşən çoxsaylı vəzifələr, həmçinin 

maddi və iqtisadi çətinliklər onların çoxunu ümidsiz vəziyyətə salırdı ki, onlar (49 halda) kömək 

üçün kimə müraciət edəcəklərini bilmirdi və qadınların yarısından çoxu (38 nəfər) həyat yoldaşla-

rının xaricdəki həyatı barədə heç nə bilmədiyindən və ya çox az bildiyindən boşanmaq niyyətinə 

gəlmişdir.

Eyni zamanda, qadınların yarısından çoxu (31 nəfər) öz həyat yoldaşlarının nə vaxt geri qayı-

dacağına və ya bir daha nə vaxt çıxıb gedəcəyi ilə bağlı, həmçinin ailə ilə əlaqədar gələcək planları 

barədə heç nə bilmirdi (Cədvəl7-ə baxın).

Cədvəl 7. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarının 

üzləşdikləri problemlər

2.8. Gələcək planlar

Sözügedən qadınlardan 22-ə görə əsasən ailənin gələcək planları onların həyat yoldaşlarından 

asılı idi, çünki bu ailəni maddi cəhətdən saxlamaq üçün yeganə imkan idi. Qadınlardan 5-i isə bildirdi 

ki, onların həyat yoldaşları geri qayıdıb bir daha getməməyi planlaşdırır, 3 qadın isə bu barədə sualı 

cavablandırmaqda çətinlik çəkirdi. Qadınlardan 5-i onların həyat yoldaşlarının artıq ailədən ayrıldığı-

nı bəyan etmişdir, öz növbəsində bir qadın boşanmaq istəyirdi, digəri isə birinci onun həyat yoldaşı-

nın boşanmaq istədiyini bildirmişdir (Cədvəl 23-ə baxın). Ayrılma və boşanma məsələləri əsasən 3-4 

il və ya daha uzun müddət ərzində xaricdə olan ailə başçısının ailələrinə xasdır.




42

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Əldə olunmuş nəticələr sözügedən qadınların çoxunun (35 nəfər) öz həyat yoldaşlarının gələcək 

niyyətləri  haqqında  məlumatlı  olmadığını,  bəzi  qadınların  bu  barədə  həyat  yoldaşları  tərəfindən 

məlumatlandırıldığını (11 nəfər), digər qadınların (5 nəfər) bu barədə öz qohumlarından, tanışların-

dan və ya digər mənbələrdən eşitdiyini göstərir və yalnız 3 qadın həyat yoldaşları gələcək planlar 

qurduğu zaman onlarında fikrini soruşduğunu bildirmişdir (Diaqram 24-ə baxın).



Diaqram 23. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarına 

əsasən əlaqədar ailələrin gələcək planları

çıxış yoludur



Diaqram 24. xaricdəki azərbaycanlı miqrantların planları barədə 

onların Azərbaycanda qalan həyat yoldaşlarının məlumatlı olması

ya dig


e

r m


e

nb

e



l

e

rd



e

n x


e

b

e



r alıram


43

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

2.9. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları və uşaq-

ları üçün tələb olunan yardım

Üzləşdiyi maneələrin öhdəsindən gəlmək üçün sorğuda iştirak etmiş qadınlardan 29-u yardım 

üçün müxtəlif təşkilatlara müraciət etmişdir. Qadınların çoxu (25 nəfər) sosial yardım almaq məqsədilə 

dövlət orqanlarına, o cümlədən, 3 halda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 

(AQUPDK), hüquq ekspertlərinə (2 nəfər), həkimlərə (2 nəfər), məşğulluq agentliklərinə, QHT-lərə

bələdiyyə orqanlarına və təhsil müəssisələrinə müraciət etmişdir. 

Yardım üçün müraciət etmiş qadınların təqribən yarısı (29-dan 14-ü) kömək, o cümlədən, sosial 

yardım(6 nəfər), hüquqi yardım (2 nəfər), məhkəmədə hüquqi dəstək (2 nəfər), ailə ilə bağlı məsləhət, 

sosial dəstək, uşaq pulu, əlil uşaq üçün maddi yardım və s. müavinətlər almışdır.

Sözügedən qadınların böyük əksəriyyətinə əsasən öz problemlərinin öhdəsindən gəlmək üçün 

onlara maddi yardım, o cümlədən, məşğulluq imkanları, sosial müavinətlər, uşaqların böyüdülməsi 

və saxlanması, həmçinin təhsil alması üçün dəstək, tibbi və hüquqi məsləhətlər, məhkəmədə hüquqi 

yardım, ailə ilə bağlı məsləhətlər və psixoloji konsultasiyalar tələb olunur (Diaqram 25-ə baxın).

Xaricdəki azərbaycanlı miqrantların ölkədə qalan həyat yoldaşları üçün müxtəlif məsələlərə 

aid hüquqi məsləhətlər tələb olunur (sosial yardım və ya əlil uşaq üçün necə müavinət almaq olar, 

boşanmaq üçün necə müraciət etmək olar və s. məsələlər). Lakin bu cür məsləhətə ehtiyacı olan qa-

dınların çoxunun müvafiq xidmətlər üçün ödənişlər etməyə əlavə maddi vəsaiti yox idi. Zəruri kon-

sultasiyalardan faydalana bilməyən qadınlar məyus olaraq digər təşkilatlara da yardım üçün müraciət 

etməkdən boyun qaçırırdılar.

Əlaqə saxlamaq və gələcəkdə yardım almaq təklifindən imtina etmiş 4 qadınla müqayisədə 49 

qadın onlara hüquqi yardım və digər növ xidmətlər göstərmiş agentliklərlə təmasda olmağa üstünlük 

vermişdir. 3 qadın isə öncə həyat yoldaşları ilə məsləhətləşəcəyini nəzərə çatdırmışdır.

Bundan başqa, sözügedən qadınların sosial yardım almaq üçün tələb olunan sənədlərin toplan-

ması, xaricdə işləyən həyat yoldaşları tərəfindən onların uşaqlarına köməklik göstərmək məqsədilə 

əlaqədar  məsələlərin  necə  həll  olunması,  boşanma  prosesinin  həyata  keçirilməsi  və  digər  sosial 

müavinətlərdən faydalanma istiqamətində məsləhətlərə ehtiyacı var. Bununla əlaqədar olaraq mü-

vafiq icmalarda qadınlara zəruri (hüquqi, psixoloji, tibbi və s.) məsləhətlər verə biləcək mərkəzlər 

yaradılmalıdır. Eyni zamanda, qadın hüquq ekspertlərinin sayının artırılması əlaqədar məsləhətlərə 

ehtiyacı olan qadınlarda özünə əminlik hissini daha da gücləndirərək onlara məsləhət üçün müraciət 

etməyə mane olan tərəddüdlərini aradan qaldıracaq: “bölgələrdən olan qadınlar kişi vəkillərə müraciət 



etməkdən boyun qaçırırlar” (II_E1 saylı mütəxəssis).


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə