Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   15   16   17   18   19   20   21   22   23

51

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

IV. xARİCDƏKİ AZƏRBAYCANLI MİQRANTLARIN  

AZƏRBAYCANDA QALAN HƏYAT YOLDAŞLARI VƏ 

UŞAQLARININ MÜDAFİƏSİ İLƏ BAĞLI SİYASƏTDƏ VƏ YARDIM 

MexANİZMLƏRİNDƏ BOŞLUQLAR

4.1. Gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi

Bu hesabatla əhatə olunan dövr ərzində Azərbaycan Hökuməti gender bərabərliyinin və qa-

dın  hüquqlarının  təmin  olunması  istiqamətində  mühüm  addımlar  atmışdır.  Ölkə  Parlamenti  “Qa-

dınların siyasi hüquqları haqqında” və “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş 

həddi, nikahların qeydə alınması haqqında” Konvensiyaları, həmçinin “Gender (kişi və qadınların) 

bərabərliyinin təminatları haqqında” Qanunu və s. hüquqi sənədləri qəbul etmişdir. Bundan başqa, 

Azərbaycan  Respublikası  “Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi  haq-



qında” 1995-ci il tarixli Konvensiyaya (CEDAW) və BMT-nin Qadın Hüquqları Komitəsinə fərdi 

şikayətlə müraciət etmək imkanı verən CEDAW-ın 2001-ci il tarixli Birinci Fakultativ Protokoluna 

qeyd-şərtsiz qoşularaq onları ratifikasiya etmişdir. 

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun kişi və qadınlara 

ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların yaradılma-

sını təmin etsədə (Maddə 1) təəssüflər olsun ki, ailədə və başqa növ şəxsi münasibətlərdə gender 

bərabərliyinin təmin olunmasını nəzərdə tutmur.



“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun (2010-cu il) qəbul edilməsi gen-

der bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının müdafiə olunması istiqamətində Azərbaycan 

Hökuməti tərəfindən atılmış növbəti əlamətdar bir addım idi. Bu Qanun məişət zorakılığının qarşı-

sının alınmasına dair dövlət siyasətin əsas prinsiplərini təsbit edərək məişət zorakılığı ilə qadınlara 

qarşı ayrı-seçkilik arasında birbaşa əlaqənin mövcud olmasına diqqət yetirir. 

Qadın hüquqları ilə bağlı bütün dövlət siyasətlərinin əlaqələndirilməsi işi 2006-cı ildə yara-

dılmış AQUPDK tərəfindən həyata keçirilir. Öz Əsasnaməsinə uyğun olaraq, AQUPDK ailə, qadın 

və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi 

icra  hakimiyyəti  orqanıdır.  Komitənin  vəzifələri  insan  hüquqlarının  və  vətəndaş  azadlıqlarının, 

xüsusilə uşaq və qadın hüquqları və azadlıqlarının müdafiə olunmasını, müvafiq sahədə normativ 

tənzimləmənin həyata keçirilməsini, qadınlarla bağlı dövlət proqramları layihələrinin işlənib hazır-

lanması və həyata keçirilməsi işində iştirakı, digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə 

bağlı fəaliyyətinin əlaqələndirilməsini və müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar 

və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunması üçün tövsiyələrin hazılanma-

sını nəzərdə tutur.

57

  



Son illər dövlət sektorunun müxtəlif səviyyələrində gender məsələlərinin prioritetləşdirilməsi 

strategiyasının həyata keçirilməsi bu sahə ilə bağlı informasiyanın toplanması, nazirliklərdə və dövlət 

komitələrində gender məsələləri üzrə məsul şəxslərin təyin edilməsi, həmçinin müvafiq siyasət və 

proqramların  işlənib  hazırlanması  zamanı  gender  təhlilinin  həyata  keçirilməsilə  nəticələnmişdir.

58

 

2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf 



Dövlət Proqramı digər məsələlərlə qarşılıqlı əlaqədə olan gender məsələlərini də özündə əks etdirir 

və  “ölkənin  iqtisadi  həyatında  kişi  və  qadınlar  üçün  bərabər  iştirak  imkanlarının  yaradılmasını”

59

 

öz  prioritetlərindən  biri  kimi  müəyyən  edir.  Proqram  “həssas  qrupların  məşğulluq  imkanları-



57        

2013-cü il iyulun 29-da baxılmış “www.scfwca.gov.az” saytı.

58         

A.  Vəzirova  “Pilot  ərazidə  kənd  və  rayon  yerlərində  yaşayan  qadınların  ehtiyaclarının  və  maraqlarının 



dəyərləndirilməsi. İctimai və iqtisadi həyatda iştirak”, səh. 10-11. 2011-ci il

59        



2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı, 

səh. 6


52

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

nın  genişləndirilməsi  istiqamətində  qadınlar  arasında  sahibkarlığın  və  özünüməşğulluğun  inkişaf 

etdirilməsinə, onların yenidən ixtisaslaşdırılmasına, habelə özəl sektorda işləyənlərin, xüsusilə də qa-

dınların əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirlər həyata 

keçirilməsinə” xüsusi diqqət yetirir.”

60

 



Gender məsələlərinə həssas yanaşmanı özündə əks etdirən digər əsas siyasi sənəd Azərbaycan 

Respublikasının Məşğulluq Strategiyasıdır (2006-2015-ci illər). Bu sənədin bir hissəsi əsasən qadın-

lardan ibarət həssas qruplara xüsusi diqqət ayırır. Strategiya iş axtaran qadınlar üçün peşə hazırlığı 

və əlavə təhsili kurslarının həyata keçirilməsini, qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsini, 

çevik məşğulluq formalarının tətbiq edilməsini (natamam iş günü və iş həftəsi, dəyişkən iş qrafiki, 

evdə iş və s.) və uşaqlı qadınlar üçün iş yerlərinin müəyyənləşdirilməsinin iqtisadi cəhətdən stimul-

laşdırılmasını nəzərdə tutur.

Bundan başqa, 2012-ci ilin dekabr ayında qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” 

İnkişaf  Konsepsiyası  “Gender  bərabərliyinin  təmin  olunması  və  ailənin  inkişafı”  adlı  xüsusi  bir 

bölməni özündə əks etdirir.

Lakin bütün bunlara baxmayaraq, faktiki olaraq gender bərabərliyi ailələrdə hələ də müşahidə 

olunmadığından  ayrı-seçkiliyin  bütün  formalarını  ləğv  etməklə  və  bərabər  imkanlar  yaratmaqla 

gender bərabərliyini təmin etmək məqsədilə qadın hüquqlarının müdafiəsi sahəsində əlavə tədbirlər 

görülməlidir. Aparılmış tədqiqat azərbaycanlı ailələrdə gender rollarının hələ də üstünlük təşkil etməsi 

faktını təsdiqləyir. Bu rollar yaşlı nəsildən götürülərək davam etdirillir və dəyişməz normalar kimi 

qəbul olunur.

4.2. Hədəf qrupu üçün müdafiə siyasəti və tədbirlərilə bağlı mövcud vəziyyət

Tədqiqat zamanı əldə olunmuş məlumatlar xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda 

qalan ailələri və uşaqları üçün nəzərdə tutulan yardım və ya sosial ximət formalarının mövcud olma-

dığını nümayiş etdirir. Eyni zamanda, tədqiqat bu cür qadın və uşaqlara müvafiq dövlət orqanları və 

QHT-lər tərəfindən ünvanlı yardımın göstərilməməsi məsələsini ön plana çəkir. 

Tədqiqatda  iştirak  etmiş  QHT-lərin  nümayəndələri  sözügedən  hədəf  qrupunun  onların 

təşkilatlarının əsas mandatlarına uyğun gəlməməsi səbəbindən bu cür qadın və uşaqları əhatə edən han-

sısa xüsusi/ünvanlı proqramların/layihələrin gələcəkdə işlənib hazırlanmayacağını bildirmişdirlər. 

Hal-hazırda həmin qadınların çox az bir hissəsi müəyyən formalarda yardım əldə etmək üçün 

dövlət orqanlarına müraciət edir. Yalnız bir neçə qadın ünvanlı dövlət sosial yardımını almaq məqsədilə 

dövlət orqanlarına üz tutmuşdur. Qadınlardan bəziləri (məşğulluq, hüquq, səhiyyə məsələlərinə aid) 

məsləhət almaq üçün QHT-lərə müraciət etmişdir. Lakin həmin təşkilatlar konkret olaraq belə qa-

dınlardan ibarət konkret bir qrup üçün hansısa xidmətlər təklif etmirlər. Kömək üçün müraciət edən 

bu cür qadınların sayının azalması onların problemlərinin həlli istiqamətində müəyyən təşkilatların 

yardımçı ola bilməməsi nəticəsində yaranan inamsızlıqla izah olunur. 

Tədqiqat zamanı aparılmış görüşlərdə iştirak edən mütəxəssislərə, QHT-lərə və tədqiqat ins-

titutlarına əsasən əksər hallarda bu qadınlar ya özləri və ya miqrant ərləri üçün iş axtarırlar. “Biz 3 

gün  bundan  əvvəl  Sabirabadda  olarkən  auditoriyanın  ehtiyacları  barədə  sual  verəndə  onlar  bizə 

özləri üçün, lakin eyni zamanda ərlərinin geri qayıtması məqsədilə daha çox onlar üçün iş axtardıq-

larını  bildirdilər”  (II_E5  saylı  mütəxəssis).  Bu  mütəxəssislər  xaricdəki  azərbaycanlı  miqrantların 

Azərbaycanda qalan ailələrinin ehtiyacının aşağıdakılardan ibarət olduğunu bildirmişdirlər:

60        

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı, 

səh.18



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə