Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   15   16   17   18   19   20   21   22   23

47

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən orqanın 

ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir (Azərbaycan Respublikası Mül-

ki Prosessual Məcəlləsinin 147 və 148-ci maddələri). Deməli, ərləri miqrant olan və ya (itkin düşmüş) 

ərlərinin olduğu yer barədə heç bir məlumatı olmayan qadınlar onların nikahlarının pozulması üçün 

çox mürəkkəb və maddi vəsait tələb edən bir prosedurdan keçməlidirlər.

İlk növbədə cavabdehin (ərin) axtarışı elan edilməlidir. Lakin Mülki Prosessual Məcəlləsinin 

147 və 148-ci maddələrində nikahın pozulması üçün itkin düşmüş ərin axtarışının elan edilməsinə aid 

hansısa müddəalar əks olunmayıb. Bu maddələr yalnız alimentin alınması məqsədilə ərin axtarışının 

elan edilməsini nəzərdə tutur. Tərəflərdən birinin razılığı olmadan nikah pozularsa, əmlak bölgüsü ilə 

bağlı məsələlər bir qayda olaraq öz həllini tapmır.

Yuxarıda qeyd olunan maddələrə əsasən faktiki nikah əlaqələrində olmayan və ya əri barədə 

heç bir məlumatı olmayan qadın ərinin ölmüş və ya itkin düşmüş elan edilməsi üçün məhkəməyə 

müraciət edə bilər.

Şəxsin ölmüş və ya itkin düşmüş elan edilməsinə aid prosedur Azərbaycan Respublikasının 

Mülki və Mülki Prosessual Məcəllələrilə tənzimlənir.

Şəxsin itkin düşmüş hesab edilməsi proseduru Azərbaycan Respublikası Mülki Məcəlləsinin 

40-cı  maddəsilə  tənzimlənir.  Beləliklə,  əgər  şəxsin  olduğu  yer  məlum  deyilsə  və  2  ildən  çox  bir 

müddət ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki 

şəxsi itkin düşmüş hesab edə bilər.

İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, 

itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı 

aydan sonrakı ayın birinci günündən başlanır. Həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə 

şəxsin itkin düşmüş vəziyyətdə olması tarixi növbəti ilin yanvar ayının 1-dən hesablanır.

İtkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qa-

nuni vərəsələri itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan 

fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq 

xərcləri verilir və borclar ödənilir.

İtkin düşmüş şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanu-

ni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən 

müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət 

göstərən şəxsə verilir.

İtkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borcları-

nı ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, itkin düşmüşün öhdəsində olan şəxslərə dolana-

caq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən 3 il keçənədək şəxsin itkin düşmüş hesab 

edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə 

müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə 

ilə məhkəməyə müraciət etməyə borcludur.

İtkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun itkin düşmüş 

hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir.

Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər/arvad gəlib çıxdıqda məhkəmənin mü-

vafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə 

əsasən bərpa oluna bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin 

faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 

yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırın-

cı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi 

məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.




48

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  148-ci  maddəsinə  əsasən  dövlət 

mənafeyi  ilə  əlaqədar  irəli  sürülən,  habelə  aliment  alınması,  şikəst  etmə  və  ya  səhhəti  zədələmə, 

yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin 

olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə 

borcludur. Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən or-

qanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir.

Şəxsin itkin düşmüş hesab edilməsi və ya ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadı-

ğı yer üzrə verilir. Ərizədə şəxsi itkin düşmüş hesab etməyin və ya ölmüş elan edilməsinin ərizəçiyə  

nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin itkin düşməsini təsdiq edən hallar, yaxud 

itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olma-

sını güman etməyə əsas verən hallar şərh edilməlidir.

Sözügedən ərizə məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə 

səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin ve-

rildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları.

Ərizə verildikdən sonra hakimin hərəkətləri aşağıdakılardan ibarətdir: hakim işi məhkəmə ba-

xışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, itkin 

düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, həmçinin polis orqanların-

dan onun haqqında olan məlumatları alır. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin 

əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün 

şəxs (qəyyum) təyin etməyi təklif edə bilər.

Şəxsin itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə 

olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə (qəyyuma) verilməsi 

üçün əsasdır.

Şəxsi  ölmüş  elan  edən  məhkəmə  qətnaməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 

Əgər şəxsin yaşayış yerində onun harada olması barədə 5 ildən çox müddət ərzində məlumat olmazsa, 

habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas 

verən şəraitdə itkin düşərsə və ondan 6 ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş 

elan edilə bilər.

Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun 

ölüm günü sayılır. İtkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu 

yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. 

Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının 

qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır.

Təcrübədə qadın tərəfindən öz ərinin ölmüş və ya itkin düşmüş elan edilməsi mürəkkəb bir 

prosesdir. Əksər hallarda qadınlar öz həyat yoldaşları barədə heç bir məlumata malik olmurlar, həyat 

yoldaşının qohumları isə onun haqqında bildiklərini arvadına demirlər. Lakin məhkəməyə ərizə ilə 

müraciət olunduqdan sonra bu qohumlar məhkəməyə məlumat verirlər.

Bütün bunlara baxmayaraq, müəyyən hallarda xaricdə yaşayan və faktiki nikah münasibətləri  

olmayan həyat yoldaşı ilə boşanmaq qadınlar üçün çox çətin bir məsələdir. Belə hallar baş verdikdə 

istər qadınlar, istərsə də uşaqlar üçün ciddi problemlər yaranır.



3.2. Əmlak bölgüsü

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  225-ci  maddəsinə  əsasən  ərlə  arvadın  nikah 

dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda 

nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə