AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATI PROSESSUAL MƏCƏLLƏSİ
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi
dairəsi
1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan
sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə
baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə
tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər
üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti
2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati
mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-
iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.
1
2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:
2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş
inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair
iddialara (mübahisələndirmə haqqında iddia);
2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq
öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən
müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan
müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və
bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə
dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);
2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə
inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma
haqqında iddia);
2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə
aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun
yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);
2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati
orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi)
nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;
2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati
nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;
Maddə 3. İnzibati-iqtisadi məhkəmələr və məhkəmə kollegiyaları
2
3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla,
inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində
inzibati-iqtisadi
məhkəmələr tərəfindən baxılır.
3
3.2. Bu Məcəllənin XV, XVI, XVII, XVIII fəsillərində nəzərdə tutulmuş
mübahisələrə dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan
Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları
tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə
birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVI, XVII , XVIII fəsillərində
başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu
Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur.
4
3.3. İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası
apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır.
5
3.4. İnzibati mübahisələrə kassasiya qaydasında Ali Məhkəmənin inzibati-iqtisadi
kollegiyası tərəfindən baxılır.
3.5. İnzibati-iqtisadi məhkəmələrdə inzibati mübahisələrə hakim tərəfindən
təkbaşına baxılır.
3.6. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati-
iqtisadi kollegiyalarında (həm birinci instansiya məhkəməsi qismində, həm də
apellyasiya instansiyası məhkəməsi qismində) inzibati mübahisələrə 3 hakimdən (daimi
sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.
3.7. Kassasiya qaydasında inzibati mübahisələrə dair işlərə 3 hakimdən (daimi
sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.
3.8. Bu Məcəllə ilə başqa qayda müəyyən edilməmişdirsə, inzibati-iqtisadi
məhkəmələrin və məhkəmə kollegiyalarının təşkili və onların hüquqi statusu
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
Maddə 4. Məhkəmə qərarının qəbul edilməsi qaydası
4.1. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar
qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda,
məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır.
4.2. İnzibati mübahisəyə dair işə 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən
baxıldığı hallarda məhkəmə qərarı səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı
hakimlərdən hər hansı birinin bitərəf qalmasına yol verilmir. Sədrlik edən sonuncu
olaraq səs verir.
4.3. Azlıqda qalan hakim öz xüsusi rəyini yazılı şəkildə tərtib edə bilər, həmin rəy
işə əlavə edilir. Apellyasiya instansiyası məhkəmələrinin və Ali Məhkəmənin inzibati