Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

31

işlərini  şikayətçinin işin nəticəsinə marağının itməsinə görə siyahıdan çıxarılması 



mümkündür. Əliyev tərəfindən Avropa Məhkəməsinə təkcə seçki işləri göndərilməyi, 

eyni zamanda mülkiyyət hüququnun pozuntusuna, ifadə azadlığı və sərbəst toplaşmaq 

hüququnun pozuntusu və digər strateji əhəmiyyətli işlərlə bağlı da çoxsaylı şikayətlər 

göndərilib. Həmin  şkayətlərlə bağlı dosyelər də istintaq orqanı  tərəfndən qanunsuz 

olaraq götürülüb. Bundan əlavə, nəzərə almaq lazımdır ki, indiyədək Avropa 

Məhkəməsi tərəfindən Azərbaycana qarşı  çıxarılan qərarların  əksəriyyəti  Əliyevin 

vəkillik etdiyi işlər üzrə, yəni onun tərəfindən göndərilmiş  şikayətlər  əsasında 

çıxarılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Əliyevin həbsinin başlıca səbəbi 

onun tərəfindən Avropa Məhkəməsinə göndərilmiş şikayətlər üzrə, xüsusən də 2010-

cu il Parlament seçkilərinin nəticələrinə dair göndərilmiş şikayətlər üzrə Azərbaycana 

qarşı  qərarlar çıxmasının qarşısını almaq, başqa sözlə, hüquq müdafiəçisi  Əliyevin 

Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir.

 

 

 



Əliyev Avropa Şurası Parlament Assambleyasının 

2014-cü ilin yay 

sessiyasında keçirilən iclasda çıxış edərək Azərbaycan hakimiyyətinin insan haqları 

ilə bağlı siyasətini sərt tənqid etmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil 

qeyri-hökumət təşkilatlarına basqılardan, hakimiyyətin tənqidçilərinin saxta 

ittihamlarla  şərlənib tutulmasından, ölkədə insan haqlarının acınacaqlı durumundan, 

vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozuntusundan və s. söhbət açmışdir. 

Bu mənada onun həbsi həm də ifadə azadlığını pozuntusudur.

 

 

 



Həm "Hüquq Maarifçiliyi Cəmiyyəti" dövlət qeydiyyatına alınıbdır, həm də İntiqam 

Əliyev özü fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınıbdır. Onun fəaliyyəti 

qanunsuz sahibkarlıq sayıla bilməz. Həbsindən bir ay öncə onun ofisində vergi 

yoxlaması aparılmış və yoxlama nəticəsində hər hansı bir qanun pozuntusu aşkar 

edilməmişdir. Deməli vergidən yayınmayıb. Yaxud İntiqam müəllimin hansı vəzifə 

səlahiyyətini aşması aydın deyil və bütün bu ittihamlar əsassızdır.  

 

8 avqust 2014-cü il tarixdə Əliyevin barəsində Nəsimi rayon Məhkəməsininn qərarı 

ilə üç aylıq həbs-qətimkan tədbiri seçilib.  Onun səhhətində ciddi problemlər də var.

 



“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

32

С. Gənc fəallar









a.

 

“NİDA” Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri və fəallarının işi

“N

İDA” Vətəndaş Hərəkatı haqqında qısa məlumat:

“NİDA” Vətəndaş Hərəkatı 2011‐ci ildə bir qrup gənc tərəfindən azadlıq, ədalət və həqiqət istəyi ilə

yaradılıb.  “NİDA”  ölkədə  dəyişikliklər  edilməli  olduğunu,  hakimiyyətin  xalqın  iradəsi  ilə  qurulmalı

olduğunu  bəyan  edib.  NİDA  Hərəkatının  əsas  tələbləri:  azad  və  inkişaf  etmiş  ölkədə  yaşamaq;

ordunun  yüksək  döyüş  qabiliyyəti  olan  şəxslərdən  ibarət  olması;  hakimiyyətin  azad  və  ədalətli

səsvermə yolu ilə demokratik şəkildə dəyişməsi; qanunların ədalətli və hamı üçün eyni olması; azad

və müstəqil media və s. NİDA heç bir siyasi partiyadan asılı olmayan hərəkatdır və əsas istəkləri dinc

demokratik  yolla  dəyişikliyə  nail  olmaqdır

24

.  Hərəkat  yarandığı  gündən  indiyə  qədər  demokratik

dəyişikliklər  üçün  fəaliyyət  göstərib,  müxtəlif  aksiyalar,  fləşmoblar  təşkil  edib,  Hərəkatın  İdarə

Heyətinin üzvləri 2013‐cü ilin oktyabrında keçirilən prezident seçkiləri dövründə bir sıra müxalifət

partiyalarını  və  vətəndaş  cəmiyyəti  təşkilatlarını  birləşdirən  Milli  Şurada  təmsil  olunublar,

Hərəkatın  fəalları  seçkilərdə  müxalifətin  vahid  namizədi  kimi  çıxış  edən  Cəmil  Həsənliyə  seçki

kampaniyası dövründə dəstək veriblər.

İctimai  fəallıqlarına  və  tənqidi  mövqelərinə  görə  “NİDA”  Vətəndaş  Hərəkatının  üzvləri  müxtəlif

yollarla  təqib  olunublar.  Hərəkatın  əvvəlki  İdarə  Heyətinin  üzvü  Zaur  Qurbanlı  2012‐ci  il

sentyabrında  təşkilatın  2013‐cü  il  seçkiləri  üçün  hazırladığı  materiallara  görə  polis  tərəfindən

saxlanılıb,  onun  barəsində  2  gün  ərzində  heç  bir  məlumat  verilməyib,  yalnız  oktyabrın  1‐də  polis

məlumat  yayıb  ki,  Qurbanlı  narkotik  maddə  əməliyyatı  üzrə  saxlanılıb  və  polisə  müqavimət

göstərdiyi  üçün  15  sutka  inzibati  həbs  cəzası  alıb,  bu  müddət  bitdikdən  sonra  Qurbanlı  sərbəst

buraxılıb.  Hərəkatın  hazırda  İdarə  Heyətinin  üzvü  və  sədri  olan  Aygün  Pəncəliyeva  hakimiyyətin

təzyiqləri nəticəsində 2013‐cü ilin iyununda Bakıda fransız dili müəlliməsi kimi çalışdığı məktəbdən

ayrılmalı  olub.  Hərəkatın  fəalı  Ömər  Məmmədov  (hazırda  bloggerlik  fəaliyyətinə  görə  həbsdədir)

özünə və ailəsinə edilmiş təzyiqlər nəticəsində Hərəkatdan çıxmaq məcburiyyətində qalıb.



“NİDA” Vətəndaş Hərəkatı fəallarının və üzvlərinin həbsi

Milli  Orduda  çoxsaylı  gənc  əsgərlərin  qeyri‐döyüş  şəraitində  müəmmalı  ölüm  hallarına  etiraz

olaraq, 2013‐cü ilin 12 və 26 yanvar tarixlərində Bakı şəhərinin mərkəzində gənclərin aksiyası

keçirilmişdir.  Bu  aksiyalarda  gənclərlə  yanaşı  əsgər  valideynləri  də  iştirak  etmişlər.  Aksiyalar

polisin  qeyri‐adekvat  zor  tətbiq  etməsi  ilə  dağıdılmış,  yüzlərlə  iştirakçı  həbs  olunmuşdur.

Onlardan bir qismi inzibati həbslə və ya böyük məbləğdə cərimə ilə cəzalandırılmışlar. Bu etiraz

aksiyaları  və  onların  iştirakçılarına  qarşı  repressiyalar   ölkə  və  beynəlxalq  ictimaiyyətdə  geniş

rezonans  yaratmışdır.  Lakin  bu  aksiyalardan  qısa  müddətdən  sonra  da  orduda  qeyri‐döyüş

şəraitində əsgər ölümləri davam etmişdir.

Buna  etiraz  edən  bir  qrup  gənclər  təşkilatlarının  nümayəndələri,  o  cümlədən  NİDA  Vətəndaş

Hərəkatı  1  mart  2013‐cü  il  tarixdə  Bakı  Şəhər  İcra  Hakimiyyətinə  müraciət  edərək  10  mart

tarixdə  mitinq  keçirmək  niyyətində  olduqlarını  bildirdi.  Əvvəlki  aksiyaların  kütləviliyinin

b

qarşısını  almaq  üçün  hakimiyyət  qa aqlayıcı  tədbir  kimi  aksiyalarda daha   aktiv  olan  NİDA



üzvlərinin həbsinə başladı.

2013‐cü  il  martın  7‐də  qeyri‐döyüş  şəraitində  əsgərlərin  müəmmalı  şəkildə  ölməsinə  etiraz

olaraq Bakının mərkəzində martın 10‐u üçün planlaşdırılan aksiya ərəfəsində “NİDA” Vətəndaş

Hərəkatının  3  gənc  fəalı  –  Əzizov  Məmməd,  Quliyev  Bəxtiyar  və  Novruzlu  Şahin  axşam

zirliyinin əməkdaşları tərəfindən həbs olunublar və bu barədə

qohumlarına, yaxud da dostlarına məlumat verilməyib, onlar

saatlarında Milli Təhlükəsizlik Na

h

lərinə və



əbs edilənlərin valideyn

24

http://bit.ly/1f0le9w




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə