Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 32,6 Kb.
tarix08.03.2018
ölçüsü32,6 Kb.
#30812

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki vəsait

Zəngilanın səsi”



Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. ”

Ümummilli lider, Heydər Əliyev


c:\users\admin\desktop\oktyabr\zengilan\z7.jpg https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/10/mausoleum_in_mamedbeyli-img_8021.jpg/200px-mausoleum_in_mamedbeyli-img_8021.jpg

Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1930-cu ildə təşkil olunmuşdur. "Azərbaycan SSR (Sovet Sosialist Respublikası) Mərkəzi Icraiyyə Komitəsi" arxiv fondunda mühafizə edilən sənədlərdə göstərilir ki, Zəngilan rayonu Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir.Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində bir neçə dəfə dəyişiklik baş vermişdir. Bütün hallarda bu dəyişiklik qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və ayrılması ilə əlaqədar olmuşdur.Belə ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli Qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir.Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 14 mart 1933-cü il tarixli Qərarı ilə Qubadlı rayonu yenidən bərpa edilmiş və 18 kənd sovetliyi Zəngilan rayonundan Qubadlı rayonuna qaytarılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 04 yanvar 1963-cü il tarixli Qərarı əsasında bir daha Qubadlı rayonu ləğv edilmiş və ərazisi Zəngilan rayonu tərkibinə verilmişdir. Lakin bu ləğvolmadan qısa bir müddət sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur.Hər iki rayon müstəqil ərazi vahidləri kimi bu günə qədər mövcuddur.29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.Kiçik Qafqazın cənub şərqində, Arazın sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikası ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. sahəsi 707 km², əhalisi 39.660 nəfərdir (01.01.2014). İnzibati mərkəziZəngilan şəhəridir.

Təbiəti


Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi – 707 km2-dir.

Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.

Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top -Dəlləkli kəndləri istiqamətində Araza doğru enir.

Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Zəngilan rayonunda Dünyada ll, Avropada l nadir çinar meşələri vardır. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.



Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünə məxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır və sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz keçir və mənbəyi dağ silsilələrdən başlayan çayların mənsəbi Araz çayıdır Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır.Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə YElizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur.Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur

Muzeylər


Tarix diyarşünaslıq muzeyi rayon mərkəzində idi. Onun yüzlərlə eksponatı var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirdi. Daş heykəllər muzeyi Ağ oyuq deyilən yerdədir. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır.

Koroğlu daşı


Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bir daş əslində ondan xeyli əvvəllər mövcud olmuşdur. Bu daş ağ rəngdədir və onun nisbətən baş tərəfinə bir oyuq var. Həmin daşın yerləşdiyi yerə Ağ oyuq deyirlər. Bu ərazinin belə adlanması bu daşla əlaqədardır. Ağ (daş) oyuq (yenə daşda) sözləri hər şeyin adını göstərir.Daşın üzərindəki oyuqda qədim türklər, atəşpərəstlər od qalayardı. Bu oyuqda da çox güman ki, şam yanardı, müxtəlif ayinləri icra edərdilər. Daşın üzərində qəribə yazılar da vardır. Bunlar qədim türk yazılarına bənzəyirdi. Çox güman ki, bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən "Yazı düzü" də deyirlər. Bu ad da həmin daşla, onda olan yazılarla əlaqədar yaranmışdır. Həmin ərazi rayon mərkəzindən Bakıya gedən yolun üstündə, hündür bir yerdədir.Daşın ölçüləri təxminən 90 sm x 40 sm x 20 sm-dir. O yonulmuş haldadır. Neçə əsrdir günün və yağışın altında qalmasına baxmayaraq öz keyfiyyətini itirməmişdir.

Hacallı dairəvi bürcü XIV əsr


Hacallı kəndindəki dairəvi bürc – bu tarixi memarlıq abidəsi də qorunurdu. Çox təssüflər olsun ki, onun haqqında bizim əlimizdə nə şəkil, nə də məlumat vardır. Bu abidə dairəvi formada olmuşdur. Bu bürcün dəqiq tikilmə tarixi bəlli deyil. Onun da səbəbi mütəxəsis rəyinin və arxeoloji tədqiqatların aparılmasının nəticəsidir. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur.

Yenikənd sərdabəsi


Həkərinin sağ sahilində olan Yenikənd kəndində də XIV əsrə aid sərdabə mövcud idi. Onun da üst hissəsi uçmuş ancaq alt hissəsi dövrümüzə gəlib çatmışdır. Bu abidə də vaxtında tədqiq olunmadığından onun haqqında ətraflı məlumat vermək imkanımız yoxdur.

Zəngilan şəhərində məscid


Rayon mərkəzində olan bu məscid XVII – XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Rayon ərazisində tapılmış qoç heykəlləri və at fiqurları da uzaq keçmişimizdən xəbər verirdi.

Görkəmli şəxsləri[

Paşayev Rizvan Teymur oğlu – fizika-riyaziyyat elmləri doktoru


  • Mehtiyev Qüdrət Dadaş oğlu – fizika-riyaziyyat elmləri namizədi

  • Piriyev Nəsib Paşa oğlu – fizika-riyaziyyat elmləri namizədi

  • Piriyev Zahid Nəsib oğlu – iqtisad elmləri namizədi

  • Bağırov Bayram Məhəmməd oğlu – texnika elmləri doktoru

  • Məmmədov Mürşüd Cabbar oğlu – tibb elmləri doktoru

  • Əmirəliev Sabir Nurqələm oğlu – tibb elmləri namizədi

  • Mütəllim Həsənov

  • Əli bəy Azəri

  • Məhəmməd Əsədov-General Mayor

  • Mehrəliyev Oruc Şəmsəli oglu- Tibb elmləri namizədi

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri


Zəngilan rayonunda ümumtəhsil məktəblərinin sayı 66 olmuşdur.

O cümlədən: 39 orta məktəb, 15 əsas (8 illik) məktəb, 12 ibtidai məktəb.

Şagirdlərin sayı – 5 836

Müəllimlərin sayı – 1 115

İşğaldan sonra

2008-2009 tədris ili üçün ümümtəhsil məktəblərinin sayı – 37

O cümlədən: 34 orta məktəb, 2 əsas məktəb, 1 ibtidai məktəb.

Şagirdlərin sayı – 3 960

Müəllimlərin sayı – 821

2008-2009-cu tədris ilində 2 şagird prezident təqaüdçüsüdür.

1993-cü ildən sonra 3 müəllim "Əməkdar müəllim" adına layiq görülüb.

2 müəllim "Tərəqqi" medalı, 2 müəllim isə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunublar.


Mənbə Azərbaycan Milli Esiklopediyası. Bakı: 2007 səh. 875.


Metodika şöbəsi:Yarıyeva Səadət.
Yüklə 32,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə