Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

Səkkizinci bölmə 

 

Vətəndaşlıq vəziyyəti aktları 

 

21-ci fəsil 

Ümumi qaydalar 

 

Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 



 

158.1.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydə  alınması  həm  dövlət  mənafeyi  və 

ictimai  mənafe  üçün,  həm  də  vətəndaşların  şəxsi  və  əmlak  hüquqlarının  qorunması 

məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə 

həyatına  dair  məlumat  hesab  olunur  və  onların  əldə  edilməsinə  məhdudiyyət  qoyulur. 

Bu  məlumatlar  yalnız  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda  və  bu  məlumatı  əldə 

etmək hüququna malik şəxslərə təqdim edilir.

46

 

158.2.  Doğum,  ölüm,  nikahın  bağlanması,  nikahın  pozulması,  övladlığa  götürmə, 



atalığın  müəyyən  edilməsi,  adın,  ata  adının  və  soyadın  dəyişdirilməsi  müvafiq  icra 

hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 

158.3.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı,  bir  qayda  olaraq,  müvafiq  icra 

hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti 

aktlarının  qeydiyyatı  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra 

hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər.



47

 

 



Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar  

 

159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları 



tərəfindən aparılır. 

159.2.  Müvafiq  icra  hakimiyyəti  orqanları  öz  səlahiyyətləri  daxilində  doğumun, 

nikahın  bağlanmasının,  nikahın  pozulmasının,  övladlığa  götürmənin,  atalığın  müəyyən 

edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, 

vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatını  dəyişir,  tamamlayır,  düzəldir  və  ləğv  edir, 

itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət 

qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

48

 

 



Maddə  160.  Akt  kitabları,  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydə  alınma 

qaydaları  

 

160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını 



müəyyən  edən  əsas  müddəalar,  habelə  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyat 

kitablarının  formaları  və  bu  kitablardakı  qeydlər  əsasında  verilən  şəhadətnamələrin 

formaları,  akt  kitablarının  saxlanması  qaydası  və  müddətləri  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

160.2.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyat  qaydası  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunur. 

 



Maddə 161. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinə etiraz etmə qaydası  

 

161.1.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydindəki  səhvlərin  düzəldilməsi  və  ona 



dəyişikliklər  edilməsi,  kifayət  qədər  əsaslar  olduqda  və  aidiyyəti  şəxslər  arasında 

mübahisə  olmadıqda,  ərizə  verən  şəxslərin  daimi  yaşayış  yerində  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

161.2.  Müvafiq  icra  hakimiyyəti  orqanının  qeydiyyatı  düzəltməkdən  və  ya 

dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə 

bilər.


49

 

161.3.  Aidiyyəti  şəxslər  arasında  mübahisə  olduqda  qeydiyyatda  düzəliş 



məhkəmənin qətnaməsi əsasında aparılır. 

 

Maddə 162. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin bərpası  



 

162.1.  Vətəndaşlıq  vəziyyəti  aktları  qeydinin  bərpası  bu  cür  qeydlərin  həqiqətən 

olduğunu  təsdiq  edən  sənədlər  əsasında,  ərizə  verənlərin  yaşadıqları  ərazidə  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 

162.2. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün 

olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən 

edilir. 

 

Maddə 163. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi  



 

163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin 

qətnaməsi  əsasında,  bərpa  və  ya  təkrar  tərtib  edilmiş  qeydlərin  ləğv  olunması 

məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra 

edilir. 

163.2.  Bu  Məcəllənin  24.1-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  hallarda  nikahın 

pozulması  haqqındakı  qeydin  ləğv  olunması  nikahı  pozmuş  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən icra edilir. 

 

Maddə 164. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması  



 

164.1.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı,  qeyd  olunmalı  faktları  və  ərizə 

verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. 

164.2.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeyd  edilməsi  üçün  lazım  olan  sənədlərin 

siyahısı  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydə  alınması  qaydasına  əsasən  müəyyən 

olunur. 


164.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə 

verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, 

möhürlə təsdiq edilməlidir. 

164.4.  Vətəndaşlıq  vəziyyəti  aktının  qeyd  olunduğu  haqqında  ərizə  verən  şəxslərə 

müvafiq şəhadətnamə verilir. 

 

Maddə 165. Dövlət rüsumu  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə