Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

145.1.  Valideyn  himayəsindən  məhrum  olmuş,  o  cümlədən  tərbiyə,  müalicə, 

əhalinin sosial müdafiəsi müəssisələrində və bunlara bənzər müəssisələrdə olan uşaqlar 

tərbiyə edilmək üçün himayədar ailələrə verilə bilərlər. 

145.2.  Himayədar  ailələrə  verilən  uşaqların  əvvəlcədən  seçilməsi  müvafiq  icra 

hakimiyyəti orqanı ilə razılaşdırılmaqla uşağı ailəyə götürmək istəyən şəxslər tərəfindən 

həyata keçirilir. Uşağın mənafeyinin tələb etdiyi hallar istisna olmaqla qardaş və bacıların 

ayrılmasına yol verilmir. 

145.3.  Uşağın  himayədar  ailəyə  verilməsi  onun  rəyi  nəzərə  alınmaqla  həyata 

keçirilir.  10  yaşı  tamam  olmuş  uşaq  isə  yalnız  öz  razılığı  alındıqdan  sonra  himayədar 

ailəyə verilə bilər. 

145.4.  Himayədar  ailəyə  verilmiş  uşaq  ona  düşən  pensiya,  aliment,  müavinət  və 

başqa sosial ödənişlər almaq, mənzil sahəsi üzərində mülkiyyətçi olmaq, ondan istifadə 

etmək,  mənzil  sahəsi  olmazsa,  mənzil  qanunvericiliyinə  uyğun  olaraq  mənzil  sahəsi 

almaq hüququna malikdir. 

145.5.  Himayədar  ailəyə  verilən  uşaqlar  bu  Məcəllənin  50—52-ci  maddələrində 

nəzərdə tutulmuş hüquqlara malikdirlər. 

145.6. Qanunvericilikdə müəyyən edilmiş qaydada himayədar ailəyə verilən uşağın 

hər birinə hər ay maddi müavinət verilir. 

145.7. Himayədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə 

nəzarət etmək müvafiq icra hakimiyyəti orqanının borcudur. 

 

 

Yeddinci bölmə 



 

Ailə qanunvericiliyinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə 

münasibətlərinə tətbiqi 

 

Maddə 146. Azərbaycan Respublikası ərazisində nikahın bağlanması 



 

146.1.  Azərbaycan  Respublikasında  nikahın  bağlanmasının  forma  və  qaydaları 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 

146.2.  Azərbaycan  Respublikasının  ərazisində  əcnəbi  şəxs  üçün  nikahın  bağlanma 

şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə 

əməl olunmaqla müəyyən edilir. 

146.3.  Nikah  bağlayan  şəxsin  vətəndaşlığı  yoxdursa,  nikahın  bağlanması  şərtləri 

onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir. 

 

Maddə  147.  Diplomatik  nümayəndəliklərdə  və  konsulluq  idarələrində  nikah 



bağlanması  

 

147.1.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan  Azərbaycan 



Respublikası  vətəndaşları  arasında  nikah  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəliklərində və konsulluq idarələrində bu Məcəllənin tələblərinə uyğun olaraq 

bağlanır. 



147.2. Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə 

və  ya  konsulluq  idarələrində  əcnəbilər  arasında  bağlanan  nikah  Azərbaycan 

Respublikasında etibarlı hesab edilir. 

 

Maddə  148.  Azərbaycan  Respublikasından  kənarda  bağlanmış  nikahın 



tanınması  

 

148.1.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  Azərbaycan 



Respublikasının  vətəndaşları  arasında,  Azərbaycan  Respublikasının  vətəndaşları  ilə 

əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  arasında  həmin  xarici  ölkənin 

qanunvericiliyinə  əməl  etməklə  bağlanan  nikah,  bu  Məcəllənin  12-ci  maddəsində 

nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan 

Respublikasında etibarlı hesab edilir. 

148.2.  Azərbaycan  Respublikasından  kənarda  əcnəbilər  arasında  onların  ölkəsinin 

qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır. 

 

Maddə 



149. 

Azərbaycan 

Respublikası 

ərazisində 

və 

Azərbaycan 

Respublikasından kənarda bağlanmış nikahın etibarsız sayılması  

 

Azərbaycan  Respublikası  ərazisində  və  Azərbaycan  Respublikasından  kənarda 



bağlanmış  nikahın  etibarsız  sayılması  bu  Məcəllənin  146  və  148-ci  maddələrinə  uyğun 

olaraq nikahın bağlanmasında tətbiq olunmuş qanunvericiliklə müəyyən edilir. 

 

Maddə 150. Nikahın pozulması  



 

150.1. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları 

ilə  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  arasında,  eləcə  də  Azərbaycan 

Respublikasının  vətəndaşları  arasında  bağlanan  nikahın  Azərbaycan  Respublikasında 

pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

150.2.  Azərbaycan  Respublikasından  kənarda  yaşayan  Azərbaycan  Respublikası 

vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı 

onun  vətəndaşlığından  asılı  olmayaraq  Azərbaycan  Respublikasının  məhkəmələrində 

poza  bilər.  Nikahın  müvafiq  icra  hakimiyyəti  orqanında  pozulmasına  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının 

diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər. 

 

Maddə 151. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri  



 

151.1.  Ər-arvadın  şəxsi  qeyri-əmlak  və əmlak  hüquq  və  vəzifələri  ərazisində  birgə 

yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşir, həmin ölkədə  onların birgə yaşayış 

yeri olmadıqda, ər-arvad axırıncı dəfə hansı ölkənin ərazisində birgə yaşayıblarsa, həmin 

ölkənin  qanunvericiliyi  ilə  müəyyən  edilir.  Birgə  yaşayış  yeri  olmayan  ər-arvadın  şəxsi 

qeyri-əmlak  və  əmlak  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikası  ərazisində 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə