Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   24   25   26   27   28   29   30   31   32

 

Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni 

maneələr  olduğu  haqqında  müvafiq  icra  hakimiyyəti  orqanına  ərizə  daxil  olarsa, 

qeydiyyat  təxirə  salınır,  ərizə  verənə  isə  ərizəni  təsdiq  edən  sənədli  sübutlar  təqdim 

olunması  üçün  1  aydan  çox  olmayaraq  vaxt  verilir.  Müəyyən  edilmiş  müddətdə  əsaslı 

sübutlar təqdim olunmazsa, nikah haqqında qeydiyyat aparıla bilər. 

 

Maddə 174. Nikahın qeydə alınması  



 

Nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan 

şəxslərin iştirakı ilə aparılır.

56

 

 



Maddə 175. Nikah haqqında şəhadətnamənin verilməsi  

 

Nikahın  bağlanması  haqqında  qeyd  aparıldıqda  nikah  haqqında  şəhadətnamə 



verilir. 

 

24-cü fəsil 



Övladlığa götürmənİn qeydə alınması 

 

Maddə 176. Övladlığa götürmənin qeydə alınmasının yeri və qaydası 



 

176.1. Övladlığa götürmə barədə qeydiyyat övladlığa götürmə haqqında məhkəmə 

qətnaməsinə əsasən bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti 

orqanında aparılır.



57

  

176.2.  Övladlığa  götürənlər  övladlığa  götürmə  haqqında  məhkəmənin 



qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni 

müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməyə borcludurlar.



58

 

 



Maddə  177.  Övladlığa  götürülənin  doğulması  haqqında  akt  yazılarına 

dəyişikliklər edilməsi  

 

Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, 



habelə  övladlığa  götürülənin  adı  dəyişdirilərsə  və  ya  övladlığa  götürənlər  övladlığa 

götürülənin  valideynləri  kimi  yazılarsa,  eləcə  də  övladlığa  götürülənin  doğulduğu  yer 

dəyişdirilərsə,  övladlığa  götürülmüş  uşağın  doğulması  haqqında  akt  yazısına  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla 

doğum haqqında yeni şəhadətnamə verilir. 

 

Maddə  178.  Akt  yazılarının  ləğv  edilməsi  və  övladlığa  götürmə  haqqında 



yazılarda qeydlər  

 

178.1.  Məhkəmə  övladlığa  götürməni  etibarsız  hesab  etdikdə  müvafiq  icra 



hakimiyyəti  orqanı  övladlığa  götürmə  haqqında  qeydi  ləğv  edir,  övladlığa  götürmə 

məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında yazılarda övladlığa 




götürmənin  ləğvi  haqqında  qeydlər  aparır.  Belə  hallarda  övladlığa  götürülənin 

doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat 

bərpa edilir. 

178.2.  Övladlığa  götürmə  uşağın  valideynlərinin  xahişi  ilə  ləğv  edilmişsə,  uşağın 

valideynləri,  övladlığa  götürmə  müvafiq  icra  hakimiyyəti  orqanının  tələbi  ilə  ləğv 

edilmişsə, bu orqan övladlığa götürmə qeydini ləğv etmə haqqında məlumat verə bilər. 

 

25-ci fəsil 

Nİkahın pozulmasının qeydə alınması 

 

Maddə 179. Nikahın pozulmasının qeydə alınma yeri 



 

Ərizə əsasında nikahın pozulmasını ər-arvaddan və ya onlardan birinin yaşadığı və 

ya  nikahın  qeydiyyata  alındığı  yer  üzrə,  məhkəmə  qətnaməsi  əsasında  nikahın 

pozulmasını  isə  bu  barədə  qətnamənin  çıxarıldığı  yer  üzrə  müvafiq  icra  hakimiyyəti 

orqanı qeydə alır.

59

 

 



Maddə  180.  Məhkəmənin  qətnaməsi  əsasında  nikahın  pozulmasının  qeydə 

alınması  

 

180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər 



ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. 

180.2.  Ər-arvaddan  yalnız  birinin  ərizəsi  əsasında  nikahın  pozulması  qeydə 

alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə 

almış şəxs yeni nikah bağlaya bilər.



60

 

 



Maddə  181.  Ər-arvadın  qarşılıqlı  razılığı  üzrə  nikahın  pozulmasının  qeydə 

alınması  

 

181.1.  Qarşılıqlı  razılıq  üzrə  nikahın  pozulması  (bu  Məcəllənin  17.1-ci  maddəsi) 



haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını 

təsdiq etməyə borcludurlar. 

181.2.  Nikahın  pozulması  bu  barədə  ərizə  verilən  gündən  1  ay  keçdikdən  sonra 

qeydə alınır. 

 

Maddə  182.  Ər-arvaddan  birinin  ərizəsi  üzrə  nikahın  pozulmasının  qeydə 



alınması  

 

182.1.  Bu  Məcəllənin  17.2-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  üzrə  nikahı 



pozmaq  haqqında  ərizə  vermiş  ər  (arvad)  həmin  ərizəyə  arvadın  (ərin)  xəbərsiz  itkin 

düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllılıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan 

hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə 

azadlıqdan  məhrum  edilməyə  məhkum  olunduğu  barədə  hökmdən  çıxarışı  əlavə 

etməlidir.

KMQ1

 



KMQ1

182.2. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı 

pozmaq  haqqında  ərizə  təqdim  edildikdə,  müvafiq  icra  hakimiyyəti  orqanı  nikahın 

pozulmasını  ərizə  verilən  gün  ərizəçinin  iştirakı  ilə  qeydə  alır,  3  gün  müddətində  bu 

barədə  azadlıqdan  məhrumetmə  növündə  cəza  çəkən  ərə  (arvada)  və  ya  fəaliyyət 

qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən 

ərin  (arvadın)  əmlakını  idarə  edənə  məlumat  göndərir.  Müəyyən  edilmiş  qaydada 

fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat 

fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə 

orqanına  göndərilir.  Məlumatda  uşaqlar  haqqında,  ər-arvadın  ümumi  birgə  mülkiyyəti 

olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı 

olan  ərə  (arvada)  aliment  verilməsinə  dair  mübahisə  olduğu  halda  onun  həlli  üçün 

məhkəməyə müraciət etmək hüququ izah edilir.

61

 

 



Maddə 183. Nikahın pozulması qeydə alınarkən ərə (arvada) nikahdan əvvəlki 

soyadının verilməsi  

 

Ər  (arvad)  ona  nikahdan  əvvəlki  soyadının  verilməsini  arzu  edirsə,  nikahın 



pozulmasının  qeydə  alınması  zamanı  bunu  müvafiq  icra  hakimiyyəti  orqanına 

bildirməlidir.  Ərə  (arvada)  nikahdan  əvvəlki  soyadının  verilməsi  barədə  həmin  orqan 

müvafiq qeyd aparır. 

 

Maddə 184. Nikahın pozulması haqqında şəhadətnamə verilməsi  



 

Nikahın  pozulması  haqqında  qeyd  aparıldıqda  nikahın  pozulması  haqqında 

şəhadətnamələr verilir. 

 

Maddə  185.  Nikahın  pozulmasının  qeydə  alınması  haqqında  ərə  (arvada)  və 



nikahın qeydə alındığı yerdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi  

 

Müvafiq  icra  hakimiyyəti  orqanı  ərin  (arvadın)  yaşayış  yeri  məlum  olduqda  ona, 



habelə  nikahın  qeydə  alındığı  yerdə  müvafiq  icra  hakimiyyəti  orqanına  nikahın 

pozulmasının qeydə alınması haqqında məlumat verməyə borcludur. 

 

26-cı fəsil 

Atalığın müəyyən edilməsinin qeydə alınması 

 

Maddə 186. Atalığın müəyyən edilməsinin qeydə alınması yeri 



 

Ərizə  əsasında  Atalığın  müəyyən  edilməsi  valideynlərdən  birinin  yaşadığı  yerdə, 

atalıq  məhkəmə  tərəfindən  müəyyən  edildikdə  isə  məhkəmə  qətnaməsinin  çıxarıldığı 

yerdə qeydə alınır.



62

 

 



Maddə 187. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası  

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə