Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   24   25   26   27   28   29   30   31   32

187.1.  Atalığın  müəyyən  edilməsi  valideynlərin  birgə  ərizəsi  və  ya  məhkəmənin 

qətnaməsi  əsasında,  ana  öldükdə,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə, 

valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək 

mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. 

187.2.  Yetkinlik  yaşına  çatanlar  barəsində  atalığın  müəyyən  edilməsinin  qeydə 

alınmasına yalnız onların razılığı ilə yol verilir. 

 

Maddə  188.  Uşağın  doğulması  haqqında  qeydə  ata  barəsində  məlumatın 



yazılması  

 

Atalığın  müəyyən  edilməsi  haqqında  qeyd  əsasında  uşağın  doğulması  haqqında 



qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. 

 

27-ci fəsil 



Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması 

 

Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ 



 

Azərbaycan  Respublikası  vətəndaşlarının  öz  adını  və  soyadını,  atasının  adını 

dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 

 

Maddə  190.  Adın,  ata  adının  və  soyadın  dəyişdirilməsinin  qeydə  alınması 



qaydası  

 

Adın,  ata  adının  və  soyadın  dəyişdirilməsi  vətəndaşların  daimi  yaşayış  yerində 



qeydə alınır. 

 

Maddə  191.  Adını,  ata  adını  və  soyadını  dəyişdirmiş  şəxslərin  uşaqlarının 



doğulması haqqında qeyddə dəyişikliklər aparılması  

 

191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan 



uşaqlarının  ata  adı  dəyişdirilir.  Yetkinlik  yaşına  çatanların  ata  adı  yalnız  o  hallarda 

dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 

191.2.  Hər  iki  valideynin  soyadı  dəyişdirildikdə,  yetkinlik  yaşına  çatmayanların 

soyadı  dəyişir.  Soyadı  valideynlərdən  biri  dəyişdirərsə,  onun  yetkinlik  yaşına  çatmayan 

uşaqlarının  soyadının  dəyişməsi  məsələsi  valideynlər  arasında  razılığa  görə,  razılıq 

olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. 

 

Maddə  192.  Adın,  ata  adının  və  soyadın  dəyişdirilməsi  ilə  əlaqədar  olaraq 



vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydə  alınması  haqqında  yeni  şəhadətnamələrin 

verilməsi  

 

Adın,  ata  adının  və  soyadın  dəyişdirilməsinin  qeydə  alınması  ilə  əlaqədar 



vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatında  dəyişikliklər  edilmişsə,  əvvəllər  verilmiş 


şəhadətnamələr  ləğv  edilir  və  onların  əvəzində  qeydiyyatda  dəyişikliklər  nəzərə 

alınmaqla yeni şəhadətnamələr verilir. 

 

28-ci fəsil 

Ölümün qeydə alınması 

 

Maddə 193. Ölümün qeydə alınması qaydası 



 

193.1.  Ölümün  qeydə  alınması  ölmüş  şəxsin  yaşamış  olduğu  yerdə  və  ya  ölümün 

baş verdiyi yerdə aparılır. 

193.2.  Ölüm  faktının  müəyyən  edilməsi  haqqında  və  ya  vətəndaşın  ölmüş  elan 

edilməsi  haqqında  məhkəmənin  qətnaməsi  üzrə  ölümün  qeydə  alınması  qətnamə 

çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 

 

Maddə 194. Ölüm haqqında məlumat vermə  



 

Ölümün  qeydə  alınması  ölmüş  şəxsin  qohumlarının,  onun  qonşularının,  mənzil-

istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın 

müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 

 

Maddə 195. Ölüm haqqında məlumatın verilməsi müddətləri  



 

Ölüm  haqqında  məlumat  ölümün  baş  verdiyi  və  ya  meyidin  tapıldığı  vaxtdan  10 

gündən gec olmayaraq verilməlidir.

63

 

 



 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

28  dekabr  1999-cu  il  tarixli    781-IQ  nömrəli  “Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  təsdiq 

edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 3, maddə 



126) ilə təsdiq edilmişdir.  

1.

 

22  oktyabr  2002-ci  il  tarixli  374-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinə 

dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, Maddə 702

2.

 

30  aprel  2004-cü  il  tarixli  643-IIQD  nömrəli  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarının  qüvvədən 

düşmüş  hesab  edilməsi  və  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  barədə” 

Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü 

il, № 7, maddə 505 )  

3.

 

23  dekabr  2005-ci  il  tarixli  34-IIIQD    nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 66

4.

 

10  oktyabr  2006-cı  il  tarixli  155-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923

5.

 

20  oktyabr  2006-cı  il  tarixli  167-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005

6.

 

20  oktyabr  2006-cı  il  tarixli  168-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006

7.

 

29  dekabr  2006-cı  il  tarixli  220-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4

8.

 

17  aprel  2007-ci  il  tarixli  315-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745

9.

 

9  oktyabr  2007-ci  il  tarixli  430-IIIQD  nömrəli    Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1053

10.

 

7  dekabr  2007-ci  il  tarixli  509-IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan  



Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218

11.

 

13  iyun  2008-ci  il  tarixli  648-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  



Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602

12.

 

4  dekabr  2009-cu  il  tarixli  924-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2010-cu 

il, №

2

, maddə 70) 

13.

 

1  fevral  2010-cu  il  tarixli  951-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu 

il, № 03, maddə 171) 

14.

 

20  aprel  2010-cu  il  tarixli  992-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu 

il, № 5, maddə 380) 

15.

 

31  may  2010-cu  il  tarixli  1016-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti, 18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu 

il, № 7, maddə 578) 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə