Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

139.0.6. bu Məcəllənin 50-ci və 52-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan 

istifadə etmək. 

 

Maddə 140. Valideyn himayəsindən məhrum olub tərbiyə, müalicə və əhalinin 



sosial müdafiəsi müəssisələrində qalan uşaqların hüquqları  

 

140.1.  Valideyn  himayəsindən  məhrum  olub,  tərbiyə,  müalicə  və  əhalinin  sosial 



müdafiəsi  müəssisələrində  və  digər  analoji  müəssisələrdə  qalan  uşaqlar  aşağıdakı 

hüquqlara malikdirlər; 

140.1.1.  saxlanılmaq,  tərbiyə  və  təhsil  almaq,  hərtərəfli  inkişaf  etmək,  ləyaqətinə 

hörmət görmək və maraqlarını təmin etmək

140.1.2. onlara düşən pensiya, müavinət və başqa sosial ödənişləri almaq

140.1.3.  mənzil  (ev)  sahəsi  üzərində  mülkiyyət  hüququnu,  mənzildən  (evdən) 

istifadə  etmək  hüququnu  saxlamaq,  mənzili  (evi)  olmazsa,  mənzil  qanunvericiliyinə 

uyğun mənzil sahəsi almaq

140.1.4. qeyd edilən müəssisələrdən qayıtdıqdan sonra Azərbaycan Respublikasının 

əmək qanunvericiliyinə uyğun olaraq işə düzəlməkdə güzəştlərdən istifadə etmək. 

140.2. Valideyn himayəsini itirmiş, göstərilən təşkilatların himayəsində olan uşaqlar 

bu Məcəllənin 50—52-ci maddələrində göstərilən hüquqlara malikdirlər. 

 

Maddə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri  



 

141.1.  Uşağı  tərbiyə  etmək,  onun  sağlamlığının,  fiziki  və  psixi,  mənəvi  və  əxlaqi 

inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. 

141.2.  Qəyyumluqda  (himayədə)  olan  uşağın  qəyyumunun  (himayəçisinin) 

qəyyumluq  və  himayə  orqanlarının  tövsiyələrini  və  uşağın  rəyini  nəzərə  almaqla,  onun 

tərbiyə  üsullarını  sərbəst  müəyyənləşdirmək  hüququ  vardır.  Qəyyum  (himayəçi)  uşağın 

rəyinə uyğun olaraq onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini və təhsilin 

formasını seçmək hüququna malikdir, uşağın ümumi orta təhsil almasını təmin etməlidir. 

141.3.  Qəyyumluqda  (himayədə)  olan  uşağı  hər  hansı  təşkilat,  şəxs  və  ya  yaxın 

qohum  qanuni  əsas  olmadan  saxlayarsa,  qəyyumun  (himayəçinin)  məhkəmə  yolu  ilə 

uşağın qaytarılmasını tələb etmək hüququ var. 

141.4.  Uşağın  valideynləri,  yaxın  qohumları  ilə  ünsiyyət  uşağın  maraqlarına  cavab 

vermədiyi hallardan başqa, qəyyumun (himayəçinin) uşağın onlarla ünsiyyət saxlamasına 

icazə verməmək hüququ yoxdur. 

141.5.  Qəyyumun  (himayəçinin)  mülki  hüquq  və  vəzifələri  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. 

141.6. Uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər 

ay  uşağın  qəyyumuna  (himayəçisinə)  onun  saxlanması  üçün  dövlət  tərəfindən  təyin 

edilmiş maddi vəsait verilir. 

 

Maddə 142. Himayədar ailənin yaranması  



 

142.1.  Himayədar  ailə  uşağı  tərbiyə  olunmaq  üçün  vermə  müqaviləsi  əsasında 

yaranır.  Bu  müqavilə  qəyyumluq  və  himayə  orqanı  ilə  himayədar  valideynlər  (uşağı 



tərbiyə  olunmaq  üçün  ailəyə  götürmək  arzusunda  olan  ər-arvad  və  ya  ayrı-ayrı 

vətəndaşlar)  arasında  bağlanır.  Himayədar  ailəyə  tərbiyə  üçün  yalnız  yetkinlik  yaşına 

çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər. 

142.2.  Himayədar  ailə  haqqında  əsasnamə  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq olunur. 

 

Maddə 143. Uşağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilə  



 

143.1.  Uşağın  ailəyə  tərbiyə  edilmək  üçün  verilməsi  barədə  müqavilədə  hökmən 

onun  yaşayış,  tərbiyə  və  təhsil  şəraiti,  himayədar  valideynlərin  hüquq  və  vəzifələri, 

qəyyumluq  və  himayə  orqanının  himayədar  ailə  qarşısında  vəzifələri,  bu  müqavilənin 

ləğv  olunmasının  əsasları  və  nəticələri  göstərilir.  Himayəçi  valideynlərin  əməyinə  görə 

haqqın  miqdarı  və  tərbiyə  üçün  götürdükləri  uşaqların  sayından  asılı  olmaqla  onlara 

verilən imtiyazlar qanunvericiliklə müəyyən edilir. 

143.2.  Uşağın  tərbiyə  üçün  ailəyə  verilməsi  barədə  müqavilə  üzürlü  səbəb  olarsa 

(xəstəlik,  ailə  və  əmlak  vəziyyətinin  dəyişməsi,  uşaqla  qarşılıqlı  anlaşmanın  olmaması, 

uşaqlar  arasında  münaqişəli  vəziyyət)  himayədar  valideynlərin  təşəbbüsü  ilə,  eləcə  də 

uşağın ailədə tərbiyəsinə, təhsilinə və sağlamlığına əlverişsiz şəraitin olduğu və ya uşaq 

öz  ailəsinə  qaytarıldığı,  yaxud  övladlığa  götürüldüyü  hallarda  qəyyumluq  və  himayə 

orqanının təşəbbüsü ilə vaxtından əvvəl pozula bilər. 

 

Maddə 144. Himayədar valideynlər  



 

144.1.  Aşağıdakılar  istisna  olmaqla,  yetkinlik  yaşına  çatmış,  hər  iki  cinsdən  olan 

şəxslər himayədar valideyn ola bilər. 

144.1.2.  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  fəaliyyət 

qabiliyyəti məhdud hesab edilən şəxslər

144.3.  məhkəmə  tərəfindən  valideynlik  hüquqlarından  məhrum  olunan  və  ya 

valideynlik hüquqları məhdudlaşdırılan şəxslər; 

144.1.4.  üzərinə  qanunla  qoyulan  qəyyumluq  (himayəçilik)  vəzifələrini  lazımi 

qaydada yerinə yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər; 

144.1.5.  keçmiş  övladlığa  götürülənlər,  əgər  övladlığa  götürmə  onların  təqsiri 

üzündən məhkəmə tərəfindən ləğv olunmuşsa

144.1.6.  səhhətinə  görə  uşağı  tərbiyə  etmək  vəzifəsini  həyata  keçirə  bilməyən 

şəxslər. 

144.2. Himayədar valideynləri bu Məcəllənin 137.2-ci maddəsi ilə nəzərdə tutulmuş 

tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı seçir. 

144.3.  Himayədar  valideynlər  tərbiyə  olunmaq  üçün  qəbul  olunmuş  uşaqlara 

münasibətdə qəyyumun (himayəçinin) hüquq və vəzifələrinə malik olurlar. 

 

Maddə  145.  Himayədar  ailənin  tərbiyəsinə  verilmiş  uşaqlar  və  onların 



saxlanması  

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə