Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

134.7. Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın 

və  övladlığa  götürənlərin  (onların  qohumlarının)  qarşılıqlı  hüquq  və  vəzifələrinə  xitam 

verilir.  Uşağın  mənafeyi  bunu  tələb  edərsə,  onunla  valideynləri  (onun  qohumları) 

arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur. 

134.8.  Övladlığa  götürmə  ləğv  olunduqda,  uşaq  məhkəmənin  qətnaməsi  ilə 

valideynlərə qaytarılır. 

134.9.  Bu  halda,  uşağın  valideynləri  olmadıqda,  yaxud  uşağın  valideynlərinə 

qaytarılması  onun  mənafeyinə  ziddirsə,  uşaq  müvafiq  icra  hakimiyyəti  orqanının 

himayəsinə verilir. 

134.10.  Məhkəmə  uşağa  övladlığa  götürülərkən  verilən  ad  və  soyadın  saxlanıb-

saxlanılmamasını da həll edir. 

134.11.  10  yaşı  tamam  olmuş  uşağın  adı  və  soyadı  onun  öz  razılığı  ilə  dəyişdirilə 

bilər. 

134.12.  Məhkəmə  uşağın  mənafeyinə  uyğun  olaraq,  bu  Məcəllənin  76—78-ci 



maddələrində qeyd edilən vəsaitin keçmiş övladlığa götürəndən tutulub uşağa verilməsi 

haqqında qətnamə qəbul edə bilər. 

134.13.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşağın  əcnəbilər  və  ya 

vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  övladlığa  götürülməsi  ləğv  edildikdə, 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  ayrı  qayda 

nəzərdə  tutulmamışdırsa,  müvafiq  icra  hakimiyyəti  orqanı  Azərbaycan  Respublikasının 

vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlərin 

görülməsi  və  ya  övladlığa  götürənin  vətəndaşı  olduğu  (daimi  yaşadığı)  dövlətin 

qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığa götürənin vətəndaşı olduğu 

(daimi  yaşadığı)  dövlətin  səlahiyyətli  orqanına  məlumat  verir.  Azərbaycan 

Respublikasının ərazisinə qaytarılan uşaq bu Məcəllənin 114-116-cı maddələrinə uyğun 

olaraq yenidən uçota alınır və müəyyən olunmuş qaydada yerləşdirilir.



42

 

 



Maddə 135. Övladlığa götürmənin ləğvinin yolverilməzliyi  

 

Uşaq  yetkinlik  yaşına  çatdıqda  övladlığa  götürmənin  ləğvinə  yol  verilmir.  Lakin 



övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər 

sağdırsa,  valideynlik  hüquqlarından  məhrum  olunmamışdırsa,  məhkəmə  tərəfindən 

fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilməmişdirsə)  arasında  qarşılıqlı  razılığa  əsasən 

övladlığa götürmənin ləğvinə yol verilir. 

 

20-ci fəsil 

Uşaqlar üzərində qəyyumluq və himayə 

 

Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar 



 

136.1. Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci 

maddəsi)  onların  saxlanması,  tərbiyə  olunması,  təhsil  alması,  habelə  onların  hüquq  və 

vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 

136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar 

üzərində təyin edilir. 




136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan 

Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. 

 

Maddə 137. Uşaqların qəyyumu (himayəçisi)  



 

137.1. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum 

(himayəçi) təyin edilirlər. 

137.2. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı 

və  başqa  cəhətləri,  onun  qəyyumluq  (himayə)  vəzifəsini  yerinə  yetirə  bilməsi,  onun  və 

ailəsinin  uşaqla  ünsiyyəti  və  münasibəti,  habelə  mümkünsə,  uşağın  öz  arzusu  nəzərə 

alınmalıdır. 

137.3.  Alkoqolik  və  narkomanlar,  qəyyumluq  (himayə)  vəzifələrini  icra  etməkdən 

kənarlaşdırılmış,  valideynlik  hüquqları  məhdudlaşdırılmış  şəxslər,  keçmiş  övladlığa 

götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə 

görə  uşağı  tərbiyə  etmək  vəzifəsini  həyata  keçirə  bilməyən  şəxslər  (bu  Məcəllənin 

120.1.1—120.1.5-ci maddələri) qəyyum (himayəçi) ola bilməzlər. 

 

Maddə  138.  Tərbiyə,  müalicə  və  əhalinin  sosial  müdafiəsi  müəssisələrində 



yerləşən uşaqlar üzərində qəyyumluq (himayə) təyin edilməsi  

 

138.1.  Tam  dövlət  himayəsində  olmaqla  tərbiyə,  müalicə  və  əhalinin  sosial 



müdafiəsi müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə 

həmin müəssisələrin rəhbərliyinə həvalə edilir. 

138.2.  Uşaqların  müvəqqəti  olaraq  belə  müəssisələrə  yerləşdirilməsi  qəyyumların 

(himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır. 

138.3. Qəyyumluq və himayə orqanları uşağın bu Məcəllənin 138.1-ci maddəsində 

göstərilən müəssisələrdə saxlanmasına, tərbiyə və təhsilinə daimi nəzarət edir. 

138.4.  Bu  Məcəllənin  138.1-ci  maddəsində  göstərilən  müəssisələrin  məzunlarının 

hüquqlarının qorunması qəyyumluq və himayə orqanına həvalə edilir. 

 

Maddə 139. Qəyyumluqda (himayədə) olan uşaqların hüquqları  



 

139.0. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna 

olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər: 

139.0.1.  qəyyumun  (himayəçinin)  ailəsində  tərbiyə  almaq,  onlardan  qayğı  almaq, 

qəyyum (himayəçi) ilə birlikdə yaşamaq; 

139.0.2.  onların  saxlanması,  tərbiyəsi,  təhsili,  hərtərəfli  inkişafı  və  insan  ləyaqətinə 

hörmət edilməsi üçün şəraitlə təmin olunmaq

139.0.3. onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq; 

139.0.4. yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə 

etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil 

almaq; 

139.0.5. bu Məcəllənin 51-ci maddəsinə uyğun qəyyumun (himayəçinin) sui-istifadə 



hərəkətlərindən müdafiə olunmaq


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə