Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

151.2.  Ər-arvadın  ümumi  vətəndaşlığı  və  birgə  yaşayış  yerləri  olmazsa,  onların 

aliment  tutulması barədə sazişdəki və ya  nikah müqaviləsindəki  hüquq və vəzifələrinin 

müəyyənləşdirilməsi üçün tətbiq olunan qanunvericiliyi özləri seçə bilərlər. Ər-arvad belə 

razılıq  əldə  etməyiblərsə,  aliment  tutulması  barədə  sazişə  və  nikah  müqaviləsinə  bu 

Məcəllənin 151.1-ci maddəsi tətbiq edilir. 

 

Maddə  152.  Atalığın  (analığın)  müəyyənləşdirilməsi  və  buna  dair  mübahisə 



açılması  

 

152.1. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması üçün 



uşağın anadan olmağa görə və vətəndaşı sayıldığı ölkənin qanunvericiliyi tətbiq edilir. 

152.2. Azərbaycan Respublikasında atalığın (analığın) müəyyənləşdirilməsi və buna 

dair  mübahisə  açılması  qaydası  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyənləşdirilir.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  atalığın  (analığın) 

müvafiq  icra  hakimiyyəti  orqanında  müəyyənləşdirilməsinə  yol  verilirsə,  uşağın 

valideynləri  Azərbaycan  Respublikasında  yaşamırlarsa  və  onlardan  heç  olmazsa  biri 

Azərbaycan  Respublikasının  vətəndaşıdırsa,  onların  atalığı  (analığı)  müəyyənləşdirmək 

üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluq idarəsinə 

müraciət etmək hüququ var. 

 

Maddə 153. Valideynlərin və uşaqların hüquq və vəzifələri  



 

Valideynlərin  və  uşaqların  hüquq  və  vəzifələri,  o  cümlədən  valideynlərin  uşağı 

saxlamaq  vəzifəsi  onların  birgə  yaşadıqları  ölkənin  qanunvericiliyinə  uyğun 

müəyyənləşdirilir.  Əgər  uşaqlarla  ata-ananın  birgə  yaşayış  yeri  yoxdursa,  uşaqların  və 

ata-ananın  hüquq  və  vəzifələri  uşağın  vətəndaşı  olduğu  ölkənin  qanunvericiliyi  ilə 

müəyyənləşdirilir.  Aliment  öhdəliklərinə  və  valideynlərlə  uşaqlar  arasında  digər 

münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi 

tətbiq oluna bilər. 

 

Maddə 154. Yetkinlik yaşına çatmış şəxslərin və başqa ailə üzvlərinin aliment 



vəzifələri  

 

Ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi 



ilə  müəyyənləşdirilir.  Birgə  yaşayış  yeri  olmayan  ailədə  iddiaçı  yaşadığı  ölkənin 

qanunvericiliyinə uyğun olaraq aliment alır. 

 

Maddə 155. Övladlığa götürmə  



 

155.1.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində əcnəbilər 

və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan 

uşağı  övladlığa  götürmə  və  ya  övladlığa  götürmənin  ləğvi  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 




155.2.  Azərbaycan  Respublikasının  ərazisində  əcnəbi  və  ya  vətəndaşlığı  olmayan 

şəxs  tərəfindən  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq,  övladlığa  götürənin 

ölkəsinin  (daimi  yaşadığı  ölkənin)  qanunvericiliyinə  uyğun  olaraq  övladlığa 

götürüldükdə, həmin ölkənin qanunvericiliyi ilə yanaşı, bu Məcəllənin 66.6-cı, 117-119-

cu və 122—124-cü maddələrinə də əməl olunmalıdır.

43

 

155.3. Azərbaycan Respublikasının ərazisində xarici vətəndaş olan uşaq Azərbaycan 



Respublikasının  vətəndaşı  tərəfindən  övladlığa  götürüldükdə,  buna  uşağın  qanuni 

nümayəndəsinin  və  uşağın  vətəndaşı  olduğu  dövlətin  səlahiyyətli  orqanının,  eləcə  də 

həmin  dövlətin  qanunvericiliyi  ilə  tələb  olunduqda  uşağın  özünün  razılığını  almaq 

zəruridir. 

155.4.  Uşağın  Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrlə  müəyyən  edilmiş  hüquqları  övladlığa  götürmə  nəticəsində 

pozula bilərsə, övladlığa götürmə, övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq, 

həyata  keçirilə  bilməz,  həyata  keçirilmiş  övladlığa  götürmə  isə  məhkəmə  qaydasında 

ləğv olunmalıdır. 

155.5. Övladlığa götürənin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən 

Azərbaycan  Respublikasının  xaricdə  yaşayan  uşağını  övladlığa  götürməsi  o  şərtlə 

Azərbaycan  Respublikasında  etibarlı  hesab  edilir  ki,  buna  Azərbaycan  Respublikasında 

müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq alınsın.

44

 

 



Maddə  156.  Xarici  ölkələrin  ailə  hüquq  normalarının  məzmununun  müəyyən 

edilməsi  

 

156.1.  Xarici  ölkələrin  ailə  hüquq  normaları  tətbiq  edilərkən  məhkəmə  və  ya 



müvafiq  icra  hakimiyyəti  orqanı,  yaxud  başqa  müvafiq  təşkilatlar  bu  normaların 

məzmununu  müvafiq  xarici  dövlətdəki  rəsmi  şərhi  tətbiqi  təcrübəsinə  uyğun  olaraq 

müəyyənləşdirir. 

156.2.  Bu  normaların  məzmununu  müəyyənləşdirmək  məqsədi  ilə  məhkəmə, 

vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatını  aparan  orqan  və  sair  orqanlar 

müvafiq  icra  hakimiyyəti  orqanına  və  başqa  orqanlara  (ekspertlərə)  müraciət  edə 

bilərlər.

45

 

156.3. Maraqlı tərəflər öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri xarici ailə 



normalarının məzmununu təsdiq edən sənədləri məhkəməyə və müvafiq icra hakimiyyəti 

orqanlarına təqdim etmək hüququna malikdirlər. 

156.4.  Xarici  ölkələrin  ailə  hüquq  normalarının  məzmunu  bu  Məcəllənin  156.1—

156.3-cü  maddələrinə  uyğun  müəyyən  edilməzsə,  Azərbaycan  Respublikasının 

qanunvericiliyi tətbiq edilir. 

 

Maddə 157. Xarici ölkələrin qanunvericiliyinin tətbiqinə məhdudiyyətlər  



 

Xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan 

hüquq  normaları  Azərbaycan  Respublikasında  tətbiq  edilmir.  Bu  halda  Azərbaycan 

Respublikasının qanunvericiliyi tətbiq edilir. 

 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə