Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   24   25   26   27   28   29   30   31   32

 

Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydə  alınmasına  görə  qeydiyyat  üçün  müraciət 

etmiş  şəxslər  dövlət  rüsumu  ödəyirlər.  Dövlət  rüsumunun  ödənilməsinin  qaydası  və 

miqdarı,  habelə  dövlət  rüsumunun  ödənilmədiyi  hallar  “Dövlət  rüsumu  haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

50

 

 



22-ci fəsil 

Doğumun qeydə alınması 

 

Maddə 166. Doğumun qeydə alınması qaydası 



 

166.1. Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud 

onlardan birinin yaşadığı yerdə aparılır. 

166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin 

müəyyən  səbəblərə  görə  (xəstə  olduqda,  öldükdə  və  sair)  müraciət  etməsi  mümkün 

olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və 

yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

51

 

166.3.  Doğum  haqqında  məlumat  tibb  müəssisəsi  tərəfindən  dərhal  müvafiq  icra 



hakimiyyəti  orqanına,  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  isə  məlumat 

informasiya  sistemi  vasitəsilə  müvafiq  icra  hakimiyyəti  orqanının  informasiya  sisteminə 

ötürülür. 

166.4.  Doğum  haqqında  məlumatın  müvafiq  icra  hakimiyyəti  orqanına  dərhal 

ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, 

həmin  məlumatın  məlumat  informasiya  sistemi  vasitəsilə  müvafiq  icra  hakimiyyəti 

orqanının  informasiya  sisteminə  ötürülməməsinə  və  ya  düzgün  olmayan  məlumatın 

ötürülməsinə  görə  müvafiq  icra  hakimiyyəti  orqanı,  habelə  üzrlü  səbəblər  olmadan 

doğumun  qeydə  alınması  üçün  bu  Məcəllənin  167-ci  maddəsində  nəzərdə  tutulmuş 

müddətdə  müraciət  olunmamasına  görə  uşağın  valideynləri  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada məsuliyyət daşıyırlar. 

166.5. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.



52

 

 



Maddə 167. Doğum haqqında məlumatın verilməli olduğu müddət  

 

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq 



ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

53

 

 



Maddə 168. Doğum haqqında qeydiyyat  

 

168.1.  Doğum  haqqında  qeydiyyatda  uşağın  adı,  atasının  adı  və  soyadı,  habelə 



onun  valideynləri  haqqında  məlumat  bu  Məcəllənin  46  və  53-cü  maddələrinə  uyğun 

yazılır.


54

 

168.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. 



 

Maddə 169. Uşaq doğulanadək ölmüş atanın qeydiyyatı  

 



Uşaq,  onun  anası  ilə  qeydə  alınmış  nikahda  olmuş  şəxsin  ölümündən  sonra 

doğulduqda,  ölmüş  şəxs  doğum  haqqında  qeydiyyata  və  şəhadətnaməyə  bu  şərtlə 

uşağın  atası  kimi  yazıla  bilər  ki,  göstərilən  şəxsin  ölümü  günündən  uşağın  doğulduğu 

günədək 10 aydan çox vaxt keçməsin. 

 

Maddə 170. Nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan 



olan uşağın doğulmasının qeydə alınması  

 

Nikah  dövründə  ana  bətninə  düşmüş,  lakin  nikah  pozulduqdan  və  ya  etibarsız 



hesab  edildikdən  sonra  anadan  olmuş  uşağın  doğulmasının  qeydiyyatı,  nikahın 

pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan 

çox  keçməmişdirsə,  valideynləri  nikahda  olan  uşağın  doğulmasının  qeydiyyatı 

qaydasında aparılır. 

 

23-cü fəsil 

Nikahın qeydə alınması 

 

Maddə 171. Nikaha daxil olmaq arzusu haqqında ərizə 



 

171.1.  Nikaha  daxil  olmağı  arzu  edənlər  nikaha  daxil  olanlardan  və  ya  onların 

valideynlərindən  birinin  seçdiyi  hər  hansı  bir  müvafiq  icra  hakimiyyəti  orqanına  bu 

barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci 

maddəsində  nəzərdə  tutulmuş  maneələrin  olmadığı  təsdiq  edilməli,  habelə  hərənin 

neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir. 

171.2. Nikaha daxil olmaq barədə ərizəyə, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun 

olaraq,  nikaha  daxil  olmaq  istəyən  şəxslərin  tibbi  müayinədən  keçdiklərini  təsdiq  edən 

arayış əlavə olunur.

55

 

 



Maddə  172.  Nikaha  daxil  olanların  öz  hüquq  və  vəzifələri  ilə  tanış  edilməsi, 

nikahın qeyd gününün təyin olunması  

 

172.1.  Ərizəni  qəbul  etmiş  müvafiq  icra  hakimiyyəti  orqanı  nikaha  daxil  olanları 



nikahın  qeyd  olunması  şərtləri  və  qaydası  ilə  tanış  etməyə,  bu  şəxslərin  bir-birinin 

səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını yəqin etməyə, habelə gələcək ər-

arvad  və  valideyn  kimi  onlara  hüquqlarını  və  vəzifələrini  izah  etməyə,  eləcə  də  nikaha 

daxil  olmaqla  maneələrin  gizlədilməsi  üçün  məsuliyyət  daşıdıqları  haqqında  onları 

xəbərdar etməyə borcludur. 

172.2.  Nikahın  qeydiyyatının  günü  və  saatı  nikaha  daxil  olan  şəxslərlə 

razılaşdırılaraq  bu  Məcəllənin  9-cu  maddəsi  ilə  nəzərdə  tutulmuş  müddətlərə  əməl 

etməklə  ərizə  verilən  gündən  1  ay  tez  olmayaraq  təyin  edilir.  Nikahın  qeydiyyatı  günü 

təyin edilərkən nikaha daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-

olmadıqlarını bildirirlər. 

 

Maddə  173.  Nikahın  qeyd  edilməsinə  maneələr  olduğu  haqqında  ərizənin 



yoxlanması  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə