Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

 
25
səbəbləri  arasında  regionun  milli  valyutalarının  devalvasiyası  və  CŞA  ölkələrinin 
ödəniş  balansının  yüksək  defisit  səviyyəsi  durur.  İqtisadçılarının  hesablamalarına 
görə, Asiya böhranı dünya ÜDM 2 trln. dollara kimi azaltmışdır. [21, səh.319] 
Böhran  öz  orbitinə  həm  də  kredit  portfellərinin  diversifikasiyasını  fikrinə 
vurulmuş inkişaf etmiş ölkələrin nikbin kreditorlarını, həm də öz iqtisadiyyatına daha 
böyük  həcmli  investisiyalar  cəlb  etmək  məqsədilə  Qərbin  maliyyə  bazarının 
tənzimlənməsini  ləğv  etmək  tələbinə  razılaşan  sürətlə  inkişaf  edən  borclu  ölkələri 
daxil  etmişdir.  Böhran  müşayət  edən  amillər  bunlar  idi:  Tailandda  zəif  hökumət, 
Cənubi  Koreyada  konqlomeratlar,  İndoneziyada    “oğru  kapitalizm”  və  bütün 
regionda kreditləşmənin yüksək riski. 
Məlum  olduğu  kimi,  qlobal  maliyyə  böhranı  2007-2008-ci  illərdə  Amerikanın 
daşınmaz  əmlak  bazarından  başlanmışdır  və  daha  sonra  bütün  inkişaf  etmiş  və 
etməkdə olan ölkələrinin iqtisadiyyatına da “yoluxmuşdur”. 
 
 
 
1.3. 2007-2008-ci illər qlobal maliyyə-iqtisadi böhranı və onun səbəbləri 
 “Böhran”- bu söz 2008-2015-ci illər ərzində ən çox eşitdiyimiz sözdür. Bu gün 
dünya  maliyyə  iqtisadi  böhranından  daha  məşhur  mövzu  yoxdur.  Onu  siyasətçi  və 
iqtisadiyyatçılardan  tutmuş  heç  bir  baza  iqtisadi  məlumatları  olmayan  sadə 
vətəndaşlara qədər hamı  müzakirə edir. Bir neçə son onilliklərdə yüksələn inkişafına 
görə  -  “dünya  iqtisadiyyatının  qızıl  əsri”  adlanan  dövrdən  sonra  qloballaşma 
dövrünün  ən  böyük  böhranı  baş  verdi.  Dünya  maliyyə-iqtisadi  böhranı  qısa  dövr 
ərzində  inkişaf  etmiş  ölkələrdən  tutmuş,  onsuzda  iqtisadi  vəziyyəti  ağır  olan  zəif 
inkişaf etmiş ölkələri də bürüdü. 
Ta əvvəldən hamını düşündürən böhranın əsil səbəbi və niyə baş verməsi, digər 
böhranlardan fərqli xüsusiyyətləri və ən əsası nə qədər müddət davam edəcəyi, ondan 
çıxış yolları və böhranın nəticələrinin necə olacağıdır.  


 
26
Qlobal  maliyyə-iqtisadi  böhran  iqtisadi-siyasi  gündəliyi  formalaşdırır.  O  indiyə 
kimi ümumi qəbul olunmuş nəzəri və praktiki iqtisadi nəticələrə yenidən baxmağı və 
düşünməyi tələb edir.  
Yeni  iqtisadi  artım  modelinin  meydana  gəlməsi  üçün  aşağıdakı  amillər 
əhəmiyyətli  hesab  olunur:  artım  tempi  və  uzunmüddətli  dövrdə  durğunluq, 
bərabərsizlik  və  iqtisadi  artım,  yeni  sosial  dövlətin  cizgiləri,  qloballaşmanın 
prespektivləri və eləcə də ölkələrin inkişafında yenidən sənayeləşməsi,  
Aparıcı ölkələrin iqtisadi inkişafı 2007-ci ildən başlayan və hələ də davam edən 
böhranla müəyyən olunur. 
Bu  böhran  özünəməxsusluğu  ilə  seçilir.  Belə  ki,  o  bir  qayda  olaraq  istehsalın 
aşağı düşməsi  və işsizliyin artması - bu  iki parametrin  heç biri  ilə ifadə olunmur. O, 
sosial-iqtisadi  həyatın  bir  çox  sahələrini  əhatə  edən  çoxşaxəlik  özəlliyinə  malikdir. 
Bu sistemli böhran bu baxımdan 1930-cu  və 1970-ci  illər böhranına oxşayır. Sözsüz 
burada birbaşa oxşarlıqdan söz gedə bilməz. 
Böhranların  strukturları  unikal  olur.  Belə  ki,  hər  böhranın  aradan  qaldırılması 
zamanı əldə edilmiş təcrübədən yeni  mühitdə istifadə etmək demək olar ki, mümkün 
deyil. 
Buna  baxmayaraq  bəzi  keyfiyyət  özəllikləri  vardır  ki,  onları  qruplaşdırmağa 
imkan  verir.  Daha  doğrusu  böhranaları  onların  özəlliklərini  nəzərə  alaraq  müqayisə 
etmək  olar.  Lakin  bir  dəfə  effektiv  olan  antiböhran  siyasətini  “resept”  kimi  bir  daha 
təklif etmək olmur. Sistemli iqtisadi böhranların aşağıdakı xüsusiyyətləri var:[66] 
1.  Belə  böhranlar  eyni  zamanda  tsiklik  və  strukturlu  olur.  O  texniki  bazaların 
əvəz  olunması  ilə  ciddi  inistitusional  və  texniki  dəyişiliklərlə  əlaqədardır.  Bəzən 
texniki  baza  əvəzinə  texniki  uklad  anlayışından  da  istifadə  olunur.  Bu  dəyişiliklər 
iqtisadiyyatı  səmərəliliyin  və  məhsuldarlığın  keyfiyyəti  baxımından  yeni  səviyyəyə 
yüksəldir.  Texniki bazanın elmi  və texniki  yeni  nəaliyyətlər  ilə  yenilənməsi iqtisadi 
böhrandan çıxışın ən uğurlu şərtidir. 


 
27
2. İqtisadi böhranın əsas elementi  maliyyə  böhranıdır. Sonuncu  mövcud böhran 
göstərir  ki,  ondan  çıxmaq  çox  çətindir  və  ona  qarşı  struktur  və  istitusional  islahatlar 
şəklində kompleks tədbirlər həyata keçirmək lazımdır. 
3.  İqtisadi  böhranın  qaçılmaz  nəticəsi  yeni  iqtisadi  inkişaf  modelinin 
formalaşdırılmasıdır:  inkişaf  etmiş  və  həmçinin,  inkişaf  etməkdə  olan  ölkələr  yeni 
texniki  dəyərlərin  yaradılması  dedikdə  struktur  təkmilləşdirilməsini  nəzərdə  tutur. 
Yeni  sənaye  və  real  istehsal  sahələrinin  yaradılması  yeni  iqtisadi-siyasi  alətlərin 
ortaya  çıxması  üçün  zəmin  yaradır.  Bu  tendensiyanı  2009-cu  ildə  meydana  gəlmiş 
yeni termin- “yeni normallıq”- “newnormal” (Ulyukayev-2009) yaxşı əks etdirir. 
4.  Ciddi  geosiyasi  və  geoiqtisadi  dəyişiliklər  dünya  siyasətində  yeni  qüvvələr 
balansının  formalaşmasına  səbəb  olur.  Böhranın  əvvəlində  elə  ehtimal  edilirdi  ki,  o 
iki  qütblü  modelin-ABŞ  və  Çin,  möhkəmlənməsinə  gətirəcək.  Bu  modelə  “nəhəng 
ikili”- 
“G2” 
adlandırırlar. 
Ferguson 
isə 
bu 
cütlüyü 
“Kimerika” 
adlandırır.(Chimerika=China+  America).  Lakin  tədricən  2-3  açar  iqtisadi  mərkəzin 
olmasını  inkar  etmədən  bir-birinin  maraqlarını  müdafiə  edən  çoxqütblü  dünya 
iqtisadiyyatı  formalaşdı.  Müasir  reallıqda  söhbət  regional  qrupların  maraqlar 
balansından gedir. 
5.  Sistemli  iqtisadi  böhran  dövründə  sosial-iqtisadi  proseslərin  tənzimlənməsi 
modelinə keçid baş verir. 1930-cu illər iqtisadi böhranından sonra sənaye mərhələsinə 
keçid  tamamlandı  və  vergi artımı, büdcə  xərcləri, dövlət  mülkiyyəti  və planlaşdırma 
və  bəzi  hallarda  qiymət  qoyma  ilə  müşayət  olunan  böyük  dövlətlər  ideologiyası  və 
təcrübəsi möhkəmləndi. 
Əksinə  olaraq  1970-ci  illər  böhranı 
genişmiqyaslı 
liberallaşma  və 
tənzimlənmədən  azad  iqtisadiyyata,  vergilərin  aşağı  düşməsinə  gətirib  çıxardı.  Baş 
verən proseslər post-sənaye mərhələsinə keçidi tələb etdi. 
2008-ci  il  böhranın  əvvələrində  elə  təəsürat  yaranmışdı  ki,  dünya  iqtisadiyyatı 
dövlətin  iqtisadiyyat  üzərində  dominant  olduğu  dövrə  qayıdacaq.  Təcrübə  hələki  bu 
tendensiyanı  təstiqləməyib.  Dövlətin  iqtisadiyyatın  tənzimlənməsində  rolu  həqiqətən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə