Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

 
28
artır,  lakin  bu  əsas  və  qlobal  səviyyədə  maliyyə  bazarlarının  tənzimlənməsinə  tətbiq 
edilir. 
6.  Sistemli  iqtisadi  böhran  qlobal  maliyyə  arxitekturasını  yenidən  gündəmdə 
sual  altında  qoyur.  1930-cu  illər  böhanının  nəticəsində  bir  valyutalı-dollar  valyutalı 
dünya  valyuta  ehtiyatları  formalaşmışdı.  1970-ci  illər  böhranı  nəticəsində  isə  ikili 
valyutalı  sistem  -  dollar  və  Avro  formalaşdı.  Sonuncu  2008-ci  il  böhranından  sonra 
dünya  valyuta sistemi  necə dəyişəcək  hələ bilinmir.  Lakin ehtimal olunur ki,  yuanın 
rolu  və  həmçinin  regional  qruplaşmaların  dəyəri  artdığı  təqdirdə  regional  ehtiyat 
valyutalarının rolu arta bilər. 
7.  Böhran  nəticəsində  yeni  iqtisadi  doktrinalar  və  elmdə  yeni  əsaslar  meydana 
gəlməyə başlayacaq. 
2000-ci  illər  ərzində  başda  neft  olmaqla  bütün  əmtəə  və  kənd  təsərrüfatı 
məhsulları  qiymətlərində  böyük  bir  yüksəliş  müşahidə  edildi.  Çin  və  Hindistan  kimi 
yüksək  əhalisi  olan  ölkələrdə  müşahidə  edilən  iqtisadi  böyümə  bu  məhsullara  olan 
tələbi  artırdı  və  qiymətlərin  yüksəlməsinə  səbəb  oldu.  2008-ci  ildə  qida  qiymətləri 
tarixin ən yüksək səviyyəsinə çatdı. Qızıl və neft kimi qiymətli maddələr də tarixinin 
ən  yüksək  dəyərini  qazanarkən,  ABŞ  dollarının  dəyəri  dərhal  bütün  digər  pul 
vahidləri qarşısında əhəmiyyətli ölçüdə düşmüşdü. 
Böhran  hadisəsi  ABŞ  maliyyə  sistemində  2008-ci  ilin  ikinci  yarısından 
müşahidə  olunmağa  başladı  və  daha  sonra  miqyası  böyüyərək  dünya  ölkələrini 
əhatəsinə almağa başlamışdır. Bu hadisə ABŞ maliyyə modelinin kapitalizm və onun 
həyati fəaliyyəti üçün effektivliyini dünya bazarında şübhə altına saldı.[57, səh.4-5] 
Böhranın başlamasının müxtəlif səbəbləri vardır. Böhranın başlamasının ümumi  
səbəbi  kimi  iqtisadi  inkişafın  tsiklik  olması,  ölkələr  arasında  ticarət  və  kapital  axını 
arasında  qeyri-bərabərliyin  olması,  həmçinin  dünya  bazarında  ipoteka  böhranı  ilə 
əlaqələndirirlər. 
Bu böhranın digər səbəbi dövlət borc öhdəliklərinin üst-üstə yığışıb qalması idi. 
Buna həmçinin 1997-1998-ci illərdə Asiya böhranı başlıca katalizator oldu. Beləliklə, 
90-cı  ildən  başlayaraq  transmilli  banklar  kredit  verilməsində  ehtiyatlı  strategiya 


 
29
işləyib  hazırladılar.  Lakin  buna  baxmayaraq,  2008-ci  ildə  başlanan  böhranda 
sadalanan  bu  amillərin  böyük  rolu  oldu.
 
ABŞ-da  böhranın  başlanmasına  şərait 
yaradan  simptomlar  bir  müddət  əvvəl  formalaşmağa  başlamışdır.  Buna  misal  olaraq 
ABŞ-İraq  müharibəsi  də  olmuşdur.  ABŞ  bu  günə  qədər  müharibəyə  3  trilyon  dollar 
xərcləyibdir  ki,  bu  maliyyə  itkisi  də  özünü  iqtisadiyyatda  göstərməyə  bilməzdi. 
Əslində bu dövlət üçün böyük məbləğdə rəsmi ehtiyatlar itkisi deməkdir. 
Böhranın  digər  səbəbi  liberallaşan  iqtisadiyyata  nəzarətin  zəifləməsi  idi.[59, 
səh.121-131.]  Belə  ki,  ABŞ,  İngiltərə,  İslandiya  kimi  ölkələrdə  maliyyə  sistemi 
yoxlamaları  azalmışdı.  Maliyyə  mərkəzləri  arasında  rəqabət  bu  prosesi  daha  da 
kəskinləşdirmişdir. 
Səbəblərdən  biri  yuanın  dəyərinin  aşağı  tutulması  idi.  Çinin  pul  vahidi  olan 
yuanın  dəyərinin  aşağı  tutulması  nəticəsində  valyuta  ehtiyatlatı  artmışdı.  Valyuta 
ehtiyatlat  artan  Çin  Qərb  ölkələrinə  əhəmiyyətli  miqdarda  borc  vermişdir.  Bu 
səbəbdən faiz nisbətləri düşərkən əmlak sektorunda risk böyümüşdür. 
Digər səbəb likvidlik bolluğunun yaranması idi. Qərb ölkələrinin iqtisadiyyatına 
ucuz  pul  axını  reallaşmışdı.  Bu  ölkələrin  2000-ci  illərin  əvvəllərində  ticarət  profisiti 
artmış və bu da likvidlik bolluğu meydana gətirmişdir. 
2011-ci  ildə  ABŞ  prezidenti  Barak  Obamanın  qərarı  ilə  2008-2009-cu  illər 
böhranı  araşdıran  amerika  konqresinin  xüsusi  komisiyası  böhrana  səbəb  olan 
aşağıdakı  faktları  üzə  çıxardı:  maliyyə  tənzimlənməsində  uğursuzluq,  həddən  artıq 
risklərə səbəb olan korparativ idarəetmə pozuntuları, ev təsərrüfatlarının həddən artıq 
yüksək  borcu,  geniş  yayılmış  “ekzotik”  qiymətli  kağızlar,  tənzimlənməyən  “kölgə 
bank” sisteminin artımı.[82] 
Maliyyə  böhranı  ABŞ-da  2006-cı  ilin  sonlarında  ipoteka  sektorunda  subprime, 
yəni  keyfiyyətsiz  kreditlərin  verilməsi  nəticəsində  başladı.  ABŞ-dakı  mənzil 
qiymətləri  2000-ci  illər  ərzində  böyük  bir  yüksəlmə  göstərmişdi.  Davamlı  olaraq 
yüksələn  mənzil  qiymətləri  bazarlarda  həddindən  artıq  dərəcədə  optimist  bir  hava 
yaratmış, bankların aşağı gəlirli ailələrə mənzil almaq üçün asanca kredit vermələrinə 
yol açmışdı. 


 
30
ABŞ-da  tikinti  sektorunda  yüksək  inkişaf  getdiyi  və  qiymətlər  qalxdığı  üçün 
banklar  bu  sahədə  kredit  verərək  qazanmaq  istəyirdilər.  Ödəmə  qabiliyyəti  az  olan 
aztəminatlı ailələrə belə kredit verilməsi planlaşdırılırdı. 
 Mülk  qiymətləri  aşağı  düşməyə  başlayanda  birdən-birə  subprime  ipoteka 
(yüksək risk və yüksək faizli kredit) deyilən bu kredit bazarı çökmüş, kredit faizlərini 
ödəyəməyən  aşağı  gəlirli  ailələrinin  iflas  etmələrinə  və  əmlaklarına  əl  qoyulmasına 
səbəb olmuşdur. 
Digər  mühüm  faktor  dövlətin  ipoteka  kreditləri  sahəsində  həyata  keçirdiyi 
düzgün  aparılmayan  siyasət  olmuşdur.  Qanunlar  çərçivəsindən  baxsaq,  maliyyə 
böhranında  “günahkar”  iki  qanun  layihəsidir.  Bu  qanunlar    1995-ci  ildə  ABŞ 
prezidentinin  imzaladığı  İctimai  İnvestisiya  Aktına  dəyişikliklər  və  həmin  prezident 
tərəfindən  1990-cı  ildə  imzalanan  Maliyyə  Xidmətləri  Modernizasiyası  Aktıdır. 
Birinci  qanun  orta  və  aşağı  gəlirli  əhalinin  ev  və  digər  istehlak  kreditləri  almasına 
şərait  yaratdı.  Nəticədə  kredit  verən  qurumlar  öz  tələblərini  yumşaltdılar.  Eyni 
zamanda,  akta  edilən  digər  dəyişikliklər  dövlət  tərəfindən  öhdəliklərinə  zəmanət 
verilən  və  dövlətdən  limitsiz  kredit  ala  bilən  açıq  səhmdar  cəmiyyətlərinin  həmin 
aşağı və orta gəlirlilər qrupuna da investisiya yönəltməsinə imkan yaratdı. Bu, əslində 
kredit qabiliyyəti olmayan qrupa kredit verilmə prosesinin başlanması idi. 
İkinci  qanun  layihəsi  isə  banklara  həm  kommersiya,  həm  də  investisiya 
fəaliyyəti  ilə  məşğul  olmaq  imkanı  verirdi.  Dövlətin  kommersiya  banklarının 
toplayacağı  əmanətlərə  verdiyi  zəmanət,  eyni  zamanda,  həmin  bankların  investisiya 
fəaliyyətindən  yaranan  zərərləri  də  örtəcəkdir.  İnvestisiya  bankları  isə  əvvəllər 
depozit  yığa  bilmirdilərsə,  aktdakı  dəyişiklikdən  sonra  depozit  yığan  kommersiya 
bankları ilə birləşmək hüququ qazandılar. Yığılan depozitlər riskli maliyyə alətlərinin 
dövriyyəsinə  sərf  olunurdu.  Məsələn,  İpoteka  Qiymətli  Kağızlarına  (İQK)  Qanun 
dəyişiklikləri çoxlu problemlər yaratdı.  
Daşınmaz  əmlak  sektorunda  qiymətlərin  yüksək  olması  banklar  tərəfindən 
verilən  kreditlərin  sayının  artmasına  səbəb  olmuşdur.  Beləki,  banklar  kredit 
portfellərini  ipoteka  kreditlər  hesabına  artırma  yarışına  çıxmışdılar.  Kredit 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə