Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   2   3   4   5   6   7   8   9   ...   34

 
4
dünya  iqtisadiyyatı  zəifləməyə,  iqtisadi  artım  ləngiməyə  başladı  və  ümumilikdə 
dünya ölkələrində sosial-iqtisadi vəziyyət gərginləşdi.  
Böhranı  aradan  qaldırmaq  və  təsirini  azaltmaq  üçün  dünya  ölkələri  antiböhran 
siyasəti  yürütməyə  başladılar.  Böhranı  dəff  etmək  üçün  ABŞ  hökuməti  maliyyə 
sektorunun dövlət tənzimlənməsini likvidliyi artırmaq, faizləri aşağı salmaq və dövlət 
xərclərini  artırmaq  yolu  ilə  gücləndirdi.  Uçot  dərəcələrinin  aşağı  salınması  və  özəl 
sektora maliyyə yardımının artırılması ilə bağlı hökumət proqramı aktiv işlədi. ABŞ-
da bazar sisteminə dövlətin aktiv  müdaxiləsi  nəticəsində öz ölkəsində  iqtisadiyyatını 
fəlakətdən qurtardı. Lakin bu qısamüddətli antiböhran tədbirləri dünya iqtisadiyyatına 
hərtərəfli  kömək  edə  bilmədi  və  o  iqtisadi  artımın  azalmasının  davam  etməsi 
nəticəsində  durğunluq  vəziyyətində  qaldı.  Belə  ki,  iqtisadi  artım  azalır,  işsizlik 
çoxalır və maliyyə bazarında qeyri-sabitlik qalmaqda idi. Bununda nəticəsində 2011-
ci  ildən  maliyyə  böhranının  “ikinci  dalğası”  tüğyan  elədi.  Böhranın  uzunmüddət 
davam  etməsi  ilə  dünya  ölkələrinin  iqtisadiyyatı  tənəzzül  ilə  üz-üzə  qaldı,  çoxlu 
banklar,  sığorta  şirkətləri,  firmalar  iflasa  uğradı.  Dünyada  işsizlərin  sayı  artmaqda 
davam  edir,  əhalinin  həyat  səviyyəsi  aşağı  düşür,  tələbin  azalması  ilə  istehsal  aşağı 
düşməyə  başlayıb.  Beləliklə  böhranın  ikinci  mərhələsində  maliyyə  böhranı 
genişlənərək iqtisadi böhrana çevrildi. Dünya ölkələrinin inkişaf səviyyələri arasında 
uçurum böhranın təsiri ilə daha da dərinləşdi. Çünki onsuzda zəif iqtisadiyyata malik 
olan ölkələr böhran dalğalarının zərbəsi ilə darma-dağın oldular.  
Qlobal-maliyyə  iqtisadi  böhranın  təsiri  ölkəmizdən  də  yan  keçmədi.  Bununda 
məlum  səbəbləri  ölkəmizin  neft  sektorundan  aslı  olması  və  böhran  ərəfəsində  neftin 
qiymətinin  kəskin  aşağı  düşməsi  idi.  Digər  ölkələr  kimi  Azərbaycan  da  böhranla 
mübarizə tədbirləri həyata keçirildi və bu mübarizə bu gün də davam etdirilməkdədir. 
Beləliklə, dissertasiya işinin aktuallığı ondan ibarətdir ki, 2008-ci ildən başlayan 
və  hələdə  davam  edən  qlobal  maliyyə-iqtisadi  böhranının  səbəblərini,  onunla 
mübarizə 
yollarının 
axtarılması, 
nəticələri 
və 
gələcəyə 
dair 
baxışların 
müəyyənləşdirilməsi,  həmçinin  dünya  iqtisadi  böhranının  dünya  ölkələrinin  qeyri-


 
5
bərabər  inkişafına  təsir  istiqamətlərinin  araşdırılması  və  eyni  zamanda  Azərbaycan 
Respublikasına təsiri, ölkəmizdə ona qarşı aparılan tədbirlər öyrənilmişdir. 
Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqatın  predmeti  dünya  maliyyə 
bazarında  cari  qlobal  maliyyə-iqtisadi  böhranı,  onun  səbəbləri,  dünya  ölkələrinin 
inkişafına  təsirinin  istiqamətləri  və  onunla  mübarizə  tədbirləridir.  Tədqiqatın 
obyektini isə qloballaşma dövründə iqtisadi tsiklin pozulmasının  maliyyə bazarlarına 
təsiri təşkil edir. 
Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  maliyyə  böhranı 
anlayışının  mahiyyətini,  qlobal  maliyyə  böhranlarının  tarixini,  eyni  zamanda  cari 
qlobal  maliyyə  iqtisadi  böhranını  onu  doğuran  səbəbləri,  dünyanın  bütün  ölkələrinə-
inkişaf  etmiş  və  eyni  zamanda  ikişaf  etməkdə  olan  ölkələrin  iqtisadiyyatına  təsirini 
araşdırmaq  və  dünya  ölkələrinin  böhranla  mübarizəsinin  ən  optimal  metodlarını, 
antiböhran  tədbirlərini  ifadə  etmək,  həmçinin  ölkəmizdə  böhranın  təsirlərini  və  ona 
qarşı mübarizənin nədən ibarət olduğunu göstərməkdir. 
Tədqiqatın vəzifələri isə aşağıdakılardır: 
-  Maliyyə-iqtisadi  böhranı  anlayışına,  onun  səbəblərinə  nəzəri  və  medodoloji 
yanaşmaların və baxışların öyrənilməsi və ümumiləşdirilməsi; 
- Maliyyə-iqtisadi böhranlarının tarixi genezisinin öyrənilməsi; 
-  Sonuncu  qlobal-maliyyə  iqtisadi  böhranının  və  onun  səbəblərinin 
müəyyənləşdirilməsi; 
-  Qlobal  maliyyə-iqtisadi  böhranının  dünya  ölkələrinə  yayılması  və  böhranın 
onların qeyri-bərabər inkişafına təsirinin araşdırılması; 
-  Qlobal  maliyyə  iqtisadi  böhranı  ilə  mübarizə  və  aparılan  antiböhran 
tədbirlərinin müəyyənləşdirilməsi və nəticələrinin qiymətləndirilməsi; 
- Böhranın “ikinci dalğasının” ölkələrin qeyri-bərabər inkişafına təsirinin aradan 
qaldırılması yollarını müəyyənləşdirilməsi; 
-  Qlobal  maliyyə-iqtisadi  böhranının  Azərbaycan  Respublikasına  təsirinin  və 
ona qarşı ölkəmizdə aparılan antiböhran tənzimləmə siyasətinin müəyyənləşdirilməsi. 


 
6
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqatın aparılması 
üçün  informasiya  mənbəyi  kimi  Azərbaycan,  rus  və  digər  ölkə  müəlliflərinin  elmi 
əsərləri  və  monoqrafiyaları,  eyni  zamanda  Azərbaycan  Respublikasının  Dövlət 
Statistika  Komitəsinin,  Mərkəzi  Bankının,  Maliyyə  Nazirliyinin  və  İqtisadi  İnkişaf 
Nazirliyinin  rəsmi  materiallarından,  statistik  məlumatlarından,  yerli  və  xarici 
ölkələrin internet saytlarındakı iqtisadi xəbərlər, məqalələr və statistik məlumatlardan 
istifadə edilib.  
Tədqiqatın elmi yeniliyi. Tədqiqatın elmi yenilikləri aşağıdakılardır: 
-  Maliyyə-iqtisadi  böhranı  anlayışına  nəzəri-metodoloji  yanaşmalar  sistemli 
şəkildə ümumiləşdirilmişdir; 
- Qlobal maliyyə -iqtisadi böhranının səbəbləri aşkarlanmışdır; 
-  Qlobal  maliyyə-iqtisadi  böhranı  və  onun  dünya  ölkələrinin  qeyri-bərabər 
inkişafına  təsiri  aspektinə  kompleks    yanaşma  üsulundan  istifadə  edilərək  real 
statistik 
məlumatlar 
əsasında 
böhranın 
ölkə 
iqtisadiyyatlarına 
təsirinin 
qiymətləndirilməsi aparılmışdır. 
-  Qlobal  maliyyə-iqtisadi  böhranına  qarşı  aparılan  anti-böhran  tədbirlərinin 
səmərəliliyinin artırılması yolları müəyyənləşdirilmiş və bir sıra əhəmiyyətli təkliflər 
verilmişdir.  
Tədqiqatın  praktiki  əhəmiyyəti.  Dissertasiya  işində  maliyyə  böhranı 
anlayışına  nəzəri  baxışlar  və  iqtisadiyyatın  qloballaşması  nəticəsində  maliyyə 
böhranlarının  miqyasının  böyüməsi,  onu  doğuran  səbəblər  və  onun  aradan 
qaldırılmasında  qarşıya  çıxan  problemlər  öyrənilmişdir.  Ümumiyyətlə,  qlobal 
maliyyə-iqtisadi  böhranları  və  onun  dünya  ölkələrinin  inkişaf  səviyyəsinə  təsir 
göstərməsi  və  yaranan  problemlərin  aradan  qaldırılması  yolları  araşdırılmışdır, 
həmçinin,  böhranın  təsirinin  aradan  qaldırılması  üsulları  göstərilmişdir.  Magistr 
dissertasiyasını  problemin  araşdırılmasına  həsr  olunmuş  mühüm  nəzəri  və  praktiki 
əhəmiyyətə  malik  olan  tədqiqat  işi  hesab  etmək  olar.  Dissertasiya  işi  bu  istiqamətdə 
elmi araşdırmaların aparılmasında faydalı mənbə ola bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə