Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

 
49
Dünya maliyyə böhranı xeyli dərəcədə obyektiv və təbii xarakter daşısa da, onun 
çox  sürətlə  geniş  miqyas  almasında,  dərin  qatlara  işləyib  dəhşətli  dərəcədə  dağıdıcı 
xarakterə  malik  olmasında  və  bir  sıra  ölkələri  iqtisadi  fəlakətlə  üz-üzə  qoymasında 
geosiyasi,  geoiqtisadi,  hərbi  və  subyektiv  amillərin  rolu  az  deyildir.  Bu  baxımdan 
hazırkı  qlobal  maliyyə  böhranı  mahiyyət  etibarı  ilə  obyektiv  görünsə  də,  onun 
görünməyən  tərəfləri  xeyli  dərəcədə  insanın  “bəd  əməlinin”  nəticəsidir.  Məhz  buna 
görə  də  dünyanın  ən  uğurlu  banklarının  xeyli  hissəsi  çox  ağır  vəziyyətə  düşüb. 
Dünyada  ad  çıxaran  şirkətlər  istehsalı  dayandırır  və  ya  azaltmağa  məcbur  olurlar. 
Nəticədə  iqtisadiyyatın  təkcə  maliyyə  sektoru  deyil,  real  və  sosial  sektorları  da 
böhranın güclü zərbəsinə məruz qalırlar. Bu isə bir çox dövlətlərdə işsizlər ordusunun 
yaranmasına, həyat səviyyəsinin aşağı düşməsinə, sosial  gərginliyin, eləcə də sosial-
siyasi xarakterli təlatümlərin artmasına gətirib çıxarır. 
Bu  gün  bütün  dünya  iqtisadiyyatçılarının  və  siyasətçilərinin  nəzəri  qlobal 
maliyyə-iqtisadi  böhranı  və  ondan  çıxış  yollarının  axtarılmasındadı.  Bu  heçdə 
təsadüfi  deyildir,  çünki  nəzərə  almaq  lazımdır  ki,  onun  qarşısının  alınmaması  daha 
dərin sosial-iqtisadi problemlərə yol aça bilər.
 
[73, səh. 3]
 
ABŞ-da  başlayan  böhran  bütün  dünyaya  mənfi  təsir  bağışladı.  Böhrandan 
təsirlənən  ölkələr  onun  zərərlərini  ən  aşağı  səviyyədə  tutmaq  məqsədilə  bir  sıra 
tədbirlər  gördü.  Heç  bir  dövlət  kənarda  qalmayaraq  özünün  antiböhran  tədbirlər 
proqramını  hazırladı.  Bütün  sənədlar  dövlət  idarələrinin  rəsmi  saytlarında  hamının 
əldə edə biləcəyi şəkildə yerləşdirilmişdi. 
Dünya ölkələri böhranın qarşısını almaq üçün ilkin mərhələdə 14 trln. dollardan 
çox  vəsait  ayırmışdılar.  Bu  məbləğ  dünya  ümumi  daxili  məhsulunun  20%-dən  çox 
idi.  İlkin  mərhələdə  bu  vəsait  əsas  4  istiqamətdə  :  dövlət  zəmanətləri,  bankların 
dəstəklənməsinə,  əhalinin  dəstəklənməsinə  və  real  sektora  sərf  olunması  nəzərdə 
tutulmuşdu.  Vəsaitin  çox  hissəsi  dövlət  zəmanətlərinə  ayrılmışdı.  Bəzi  ölkələr  hətta 
böhrana  qarşı  ayırdığı  məbləğin  hamısını  bu  istiqamətə  yatırmışdı.  İkinci  yerdə 
bankların dəstəklənməsinə sərf olunan  məbləğ dururdu. Bu vəsaitin əsasən bankların 
milliləşdirilməsinə,  bank  kapitalında  dövlətin  payının  artırılmasına  və  s.  sərf 


 
50
olunması  nəzərdə  tutulmuşdu.  Bu  tədbirlərə  əlavə  olaraq  bəzi  aparıcı  ölkələrin 
bankları uçot dərəcələrini aşağı salmışdı.  
İlk  antiböhran  tədbirlər  paketi  ABŞ  və  digər  ölkələrdə  2008-ci  ilin  sonundan 
qəbul  edilməyə  başlandı.  Əsasən  strateji  tapşırıqların  yerinə  yetirilməsi  nəzərdə 
tutulmuşdu:  iqtisadi  göstəricilərin  enişini  saxlaya  bilmək,  mənfi  amillərin  təsirini 
aşağı salmaq və itkilərin minimuma endirilməsini təmin etmək və s. 
Bu amillər qısa müddət ərzində sabitliyi yaradaraq vaxt qazanmağa imkan verdi. 
Ümumilikdə  isə  bu  tədbirlər  böhranın  qarşısını  almaq  iqtidarında  deyildilər  .  Onlar 
sadəcə  bəzi  makroiqtisadi  göstəriciləri  və  tələbin  canlanmasını,  fond  bazarında 
qısamüddətli canlanmanı təmin edən hadisələr idi. 
“Paulson Planı” ilk antiböhran tədbiri olmuşdur. Bu planı həyata keçirmək üçün 
ABŞ  700  mlrd  dollar  vəsait  ayırdı.  Bu  plana  görə  bank  və  maliyyə  orqanlarına 
kreditlərə  görə  itirilmiş  likvidliklərini  geri  qaytarmağa  kömək  olunacaqdı.  ABŞ-ın 
FES-i  və  onun  ardınca  digər  inkişaf  etmiş  dünya  ölkələrinin  Mərkəzi  Bankları  uçot 
dərəcələrini  görülməmiş  miqdarda  aşağı  saldı.  Bununlada  əhaliyə,  müəssisə  və 
təşkilatlara kömək olundu. ABŞ-da məsələn ipoteka kreditlərinin faizlərinin azalması 
əhalinin  yarısının  kreditinin  yenidən  qurulması  və  ucuzlaşdırılmasına  və  onların 
ödənilməsinə  imkan  yaratdı.  ABŞ-ın  antiböhran  tədbirləri  üçün  idarəçilərin 
bonuslarından  imtina  etməsi  və  xərclərinə  ildə  500  min  dollar  qənaət  etməsi,  şəxsi 
təyyarələrindən istifadə etməməsi və s. də aiddir. 
Beynəlxalq  böhrana  qarşı  mübarizənin  əsas  yükünü  ABŞ-ın  çəkməsi  qeyri-adi 
görünməsə də ABŞ hökumətinin mübarizə proqramı mühüm əlamətlərlə səciyyələnir. 
Məsələn, yenicə fəaliyyətə başlayan zaman prezident  Barak Obama 2009 və 2010-cu 
illər üçün dövlət büdcəsinin layihələrini konqresə təqdim edərkən “Gələcəkdə qənaət 
etmək  üçün  indi  xərcləri  artırmalıyıq”  tezisini  irəli  sürdü.  Prezident  belə  hesab  edir 
ki,  indiki  şəraitdə  iqtisadiyyatı  “işə  salmaqla”  sonralar  maliyyə  intizamını 
möhkəmləndirməklə, artım tempi bərpa oluna bilər.[22] 
ABŞ-ın antiböhran proqramının müddəaları aşağıdakılardır: 


 
51
-  İş  yerlərinin  saxlanması  və  3  milyon  yeni  iş  yerinin  açılması,  işsizliklə 
mübarizə üçün regionlara subsidiya yönləndirilməsi. Kadr hazırlığı da investisiyadan 
öz payını aldı. 
- Sağlamlığın qorunması sisteminin modernləşdirilməsi; 
- Alternativ mənbələrdən alınan enerji istehsalını səhmana salmaq və 3 ildə onun 
həcmini 2 dəfəyə qədər artırmaq; 
-  Məktəblər  də  daxil  olmaqla  75%  binaların  yenidən  qurulması  və  1  milyon 
şəxsi evlərin yenidən bərpası; 
-  7  milyon  tələbənin  qrant  maliyyələşdirmə  sisteminin  böyüdülməsi,  təhsil 
haqqlarına görə ödənişlərin aşağı salınması; 
-  İnfrastruktur  sahəsində  genişmiqyaslı  investisiya  qoyuluşları  etmək.  Buna 
yollar,  körpülər,  ictimai  nəqliyyat,  dəmiryolları,  hava  limanlarının  yenilənməsi  və  s. 
aid idi.; 
-  Xüsusi biznesin vergi yükünün azaldılması.[70] 
8  okytabr  2008-ci  ildə  Yaponiya  və  Rusiya  Mərkəzi  Bankı  istisna  olmaqla 
dünyanın  mərkəzi  bankları  eyni  zamanda  uçot  dərəcələrini  aşağı  salmaq  haqqında 
görünməmiş  qərar  qəbul  etdilər.  Belə  qərar  böhranın  qlobal  xarakter  almasına  işarə 
idi. 
10  oktyabr  2008-ci  ildə  G7  ölkələrinin  maliyyə  nazirləri  və  Mərkəzi  Bankların 
rəhbərlərinin  görüşü oldu. Görüş zamanı antiböhran planı təstiq olundu. Plan önəmli 
maliyyə  institutlarının  mövcudluğunu  dəstəkləmək  və  onun  iflasının  olmaması  üçün 
hər vasitənin istifadəsini nəzərdə tuturdu. 
2008-ci ilin 14 noyabrında Vaşinqtonda G20 ölkələrinin liderlərinin görüşü oldu 
və  antiböhran  sammiti  keçirdi.  Sammitin  nəticəsi  olaraq  bəyənnamə  qəbul  olundu. 
Bəyənnamədə  maliyyə  bazarında  şəffaflığın  artırılması;  maliyyə  bazarı  üzərində 
fəaliyyətin  tənzimlənməsi  və  nazərətin  səmərəliliyinin  təkmilləşdirillməsi;  maliyyə 
bazarlarında  institutların  ümumi  prinsipləri;  investor  və  istehlakçıların  qanunsuz 
əməliyyatlara 
qarşı 
müdafiəsinin 
gücləndirilməsi;qlobal 
maliyyə 
bazarının 
bütövlüyünün gücləndirilməsi;beynəlxalq maliyyə orqanlarında islahatlar; beynəlxalq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə