Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   2   3   4   5   6   7   8   9   ...   34

 
13
təşklatlarının  səhv  proqnozları.  5.  Terrorist  hadisələri  kimi  gözlənilməz  risklərin 
reallaşması. 
Valyuta böhranlarının səbəbləri isə  aşağıdakılardır: 
1. qısa və uzun müddətli dövri dəyişmələr; 
2. milli valyutaların məzənnəsini pozan inflyasiya proseslərinin inkişafı; 
3.  bəzi  ödəmə  balanslarının  xroniki  passivliyi,  digərlərinin  isə  xroniki  aktivliyi 
ilə ifadə olunan beynəlxalq hesablaşmaların müvazinətsizliyi; 
4.  beynəlxalq  valyuta-maliyyə  münasibətləri  hüquqlarını,  onların  dünya 
iqtisadiyyatında  roluna  uyğun,  təmin  etməyən  beynəlxalq  sistemin  təşkili 
prinsiplərinin natamamlığı; 
5.  iqtisadiyyatdan  kənar  amillərin  təsirinə  məruz  qalan  beynəlxalq  valyuta 
bazarlarının qeyri-sabitliyi; 
6.  beynəlxalq  valyuta  ehtiyatlarının  həcmi  ilə  müqayisə  edilən  ehtikar 
axınlarının yaranmasına səbəb olan istehsalın beynəlmiləlləşməsi; 
7. ölkələrin qeyri-bərabər inkişafının guclənməsi; 
8.  yüksək  dərəcəli  milli  tənzimləmə  ilə  dövlətlərarası  səviyyədə  valyuta 
münasibətlərinin tənzimlənməsinin məhdud imkanları arasında ziddiyyət. 
Maliyyə  böhranının  digər  bir  elementi  də  borc  böhranıdır.  Yerli  və  qərbin 
iqtisadçı  alimləri  kifayət  qədər  uzun  müddətdir  ki,  borc  böhranının  təbiətini  ətraflı 
araşdırırlar.  Borc  böhranı  dövlətin  və  təsərrüfat  subyektlərinin  kreditorlar  qarşısında 
öz öhdəliklərini yerinə yetirə bilməməsidir. Bu mənada borc böhranı bank böhranı ilə 
oxşar  görünə  bilər.  Bu  iki  anlayış  arasında  yeganə  fərq  münasibətlərin  subyektidir. 
Əgər  bank  böhranını  araşdırarkən  biz  bank  institutlarını  nəzərdən  keçiririk,  borc 
böhranın isə maliyyə müəssisələri və dövlətlə bir əlaqəsi yoxdur. Bundan başqa, bank 
böhranı mahiyyət etibarilə kredit böhranıdır, yəni kreditorun problemlərini öyrənir və 
təhlil edir, borc böhranı isə debitorun və ya borc alanın fəaliyyətindəki qeyri-sabitliyə 
işarə edir. 
Borc  böhranının  kəskinləşməsinin  səbəblərinə  aşağıdakı  amilləri  də  aid  etmək 
mümkündur: 


 
14
1. Borclu ölkənin xarici borclanma sferasında düzgün seçilməmiş siyasəti 
2.  Xarici  konyukturanın  kifayət  qədər  oynaması  və  ən  əsas  beynəlxalq 
bazarlarda faiz dərəcələrinin kəskin artması. 
3. Bazar risklərinin dəyərləndirilməsində buraxılan səhvlər və s. 
Maliyyə  bazarlarında  sistemli  böhran  böyük  valyuta,  faiz  şokları  və 
ümumiqtisadi  durğunluq  nəticəsində  meydana  gəlir.  Maliyyə  və  real  sektorda 
yaşanan çətinliklər, ödənişlərin vaxtında edilməməsi, borc keyfiyyətinin düşməsi, faiz 
və  valyuta  məzənnəsində  yerdəyişmələr,  səhm  qiymətlərində  enmələr  ilə  meydana 
gəlir. 
Maliyyə  böhranının  tərifinə  əsaslanaraq,  yerli  və  xarici  müəlliflərin  elmi 
araşdırmalarında  maliyyə  qeyri-sabitliyinin  yaranması  və  inkişafının  dəqiq 
çərçivəsinin  müəyyənləşdirilməsinə  dair  vahid  yanaşmanın  olmadığını  əminliklə 
sübut  etmək  olar.  Maliyyə  böhranı  anlayışı  o  qədər  genişdir  ki,  onun  mahiyyətini 
dəqiq  müəyyənləşdirmək  mümkün  deyil.  Maliyyə  böhranının  strukturu  məsələsində 
də iqtisadçı alimlər arasında fikir birliyi yoxdur. 
Maliyyə sarsılmaları sferasındakı  işləri  yekunlaşdıraraq belə qərara gəlmək olar 
ki,  maliyyə  böhranının  tərkibinin  mahiyyəti  aşağıdakılardan  ibarətdir:  maliyyə 
böhranı – maliyyə aktivlərinin qiymətinin kəskin düşməsi ilə və ya maliyyə bazarında 
vəziyyətin  kəskin  ağırlaşması,  xüsusən  də  milli  pul  vahidinin  dəyərsizləşməsi  və 
suveren  borcun  ödənilməsi  problemi,  maliyyə  bazarı  və  maliyyə  institutlarının 
vasitəçilik  funksiyasının  axsaması  və  səhmlərin  məzənnə  dəyərinin  kəskin  düşməsi 
ilə  xarakterizə  olunur.  Qərb  ədəbiyyatında  maliyyə  böhranı  termini,  faktiki  olaraq, 
bank  böhranı  kateqoriyası  ilə  eyni  tutulur.  Lakin  maliyyə  böhranı  anlayışına  belə 
yanaşma optimal deyildir, çünki bank böhranı maliyyə böhranının bir komponentidir. 
Maliyyə  böhranı  anlayışı  bank  böhranı  anlayışına  nisbətən  daha  geniş  anlayışdır.  Z. 
Məmmədovun  fikrincə,  maliyyə  böhranının  strukturun  aşağıdakı  komponentlərdən 
ibarətdir: 
1. Valyuta- milli valyutanın devalvasiyasına səbəb olur; 


 
15
2.  Bank-  bir  və  ya  bir  neçə  bankın  müflisləşməsi  ölkədə  ödəmə  böhranını 
yaradır və onun fonunda da iqtisadiyyatda bankların müflisləşmə epidemiyası yayılır; 
3. Borc- daxili və ya xarici borc probleminin kəskinləşməsi ilə əlaqədardır; 
4. Birja- qiymətli kağızların bazar dəyərinin sürətlə düşməsi. [67] 
Bizim  fikrimizcə  isə  inkişaf  etməkdə  olan  ölkələrdə  böhranların  yaranmasına 
gətirib  çıxardan  əsas  səbəblər  bunlardır:  -  xarici  kapitalların  cəlb  olunmasına 
istiqamətlənmə  və  kapitalın  hərəkətinin  və  bazarların  liberallaşmasının  müvafiq 
zəruriliyi; - yüksək faiz dərəcələri; - formalaşan  maliyyə bazarının sürətli  inkişafının 
mümkünlüyü;  -  iqtisadiyyatın,  bank  sisteminin  və  maliyyə  bazarının  xarici 
kapitalların  axınları  ilə  müqayisədə  kiçik  ölçüdə  olması;  -  maliyyə  sisteminin  və 
bazarın  qeyri-effektiv  fəaliyyəti,  institusional  strukturun  inkişaf  etməməsi,  maliyyə 
sektorunun  zəif  tənzimlənməsi  və  nəzarəti;  -  aşağıdakı  xarici  amillərin  böyük  təsiri: 
dünya  faiz  dərəcələrinin  və  əsas  valyuta  kurslarının,  ixrac  və  idxal  olunan  malların 
qiymətlərinin,  kapital  axınlarının  hərəkətinin  istiqamətinin  dəyişməsi  və  xarici 
iqtisadi əlaqələr üzrə tərəfdaş olan qonşu ölkələrdə böhranların yaranması. 
Böhranların  səbəbləri  yuxarıda  göstərilənlərlə  tükənmir.  Böhran  nəticəsində 
itkilər  böyük  və  hətta  yol  verilməz  ola  bilər.  Maliyyə  bazarının  seqmentlərinin 
qarşılıqlı  asılılığı  böhranın  bir  seqmentdən  digərinə  yayılmasına  səbəb  olur, 
bütövlükdə  maliyyə  bazarının  böhranına,  iqtisadi  böhrana  və  durğunluğa  gətirib 
çıxarda bilər. 
Maliyyə  sistemində  baş  verən  böhran  iqtisadiyyatın  digər  sektorlarına  da  təsir 
göstərir və nəticədə böhran ümümi əlamətlər əldə edir və eyni zamanda yeni cəhətlər 
əldə etməyə başlayır: - istehsalın  həcminin azalması; - reallaşdırılmamış  məhsulların 
bazarda  yığılıb  qalması;  -  qiymətlərin  kəskin  aşağı  düşməsi;  -  qarşılıqlı 
hesablaşmalarsisteminin dağılması; - bank sisteminin dağılması; - sənaye istehsalının 
və ticarət firmalarının dağılması; - işsizliyin birdən-birə sıçraması. 
Dünya  inkişafının  müasir  mərhələsinin  başlıca  meyli  məhz  miqyası  getdikcə 
böyüyən  qloballaşmadır.  Maliyyənin  qloballaşması  qlobal  iqtisadiyyatın  tərkib 
hissəsi  olaraq,  beynəlxalq  maliyyə,  valyuta  və  kredit  sisteminin  formalaşması  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə