Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

 
22
- Yuxarıda  sadalanan  səbəblərdən  başqa  iqtisadi  böhranın  baş  verməsinə  digər 
səbəbləridə  göstərirdilər.  Məsələn,  əhalinin  sürətlə  artması,  Birinci  Dünya 
Müharibəsi, gömrük rüsumlarının artması və digər səbəblər. 
Böhranla  mübarizənin  yeni  metodları  axtarılırdı.  Ona  qarşı  müxtəlif  metodların 
axtarışı  bütün  ölkələrin  hökumətlərinin  siyasətinin  ümumi  xəttini  müəyyən  etmişdir. 
İlk  antiböhran  siyasətinə  liberalizm  rəhbərlik  etmişdir.  Lakin  tezliklə  özünü 
tənzimləmə  konsepsiyasına  əsaslanan  dövlətin  “qeyri-müdaxilə”  doktrinasının  indiki 
şəraitə uyğun olmadığı müəyyən olundu.  
Bununla  əlaqədar  olaraq  30-cu  illərin  əvvəllərində  iqtisadi  və  sosial  sahələrdə 
dövlətin  fəaliyyəti  artırıldı.  Lakin  müxtəlif  ölkələrdə  dövlət  müdaxiləsinin  dərəcəsi 
onların  tarixi  inkişaf  xüsusiyyətləri  ,  sosial,  siyasi  və  iqtisadi  münasibətlərinin 
xüsusiyyətləri  səviyyəsi  ilə  müəyyən  edilmişdir.  Buna  baxmayaraq  böhrandan 
çıxmaq  üçün  irəli  sürülən  təkliflər  üç  istiqamətdə  qruplaşdırmaq  olar:  1.ABŞ-da 
F.Ruzveltin  “Yeni  xətt”  siyasəti;    2.Skandinaviya  ölkələrinə  və  Fransaya  xarakterik 
sosial-islahatlar; 3. Almaniya, İtaliya , Yaponiyada istifadə olunan totalitar istiqamət. 
Böhrandan çıxmağın amerikan variantını 1932-ci ildə ABŞ prezidenti F.Ruzvelt 
təklif  etdi.  Bu  tədbirlər  sistemi  “Yeni  xətt”  adlanırdı.  Ruzvelt  planının  əsas  ideyası 
dövlətin  ictimai  həyatın  bütün  sahələtinə  müdaxilə  etməsi  idi.    Hökumət  istehsalı, 
sahibkarlararası münasibətləri tənzimləməli idi. Məqsəd əhalinin alıcılıq qabiliyyətini 
bərpa  etmək  idi.  İlkin  olaraq  hökumət  bank  sistemini  bərpa  etmək  istəyirdi.  [89, 
səh.57-64] 
“Yeni  xətt”  siyasətinin  əsasını  bütün  sahələri,  xüsusən  bank  və  maliyyə 
sistemini  əhatə  edən  islahatlar  təşkil  edirdi.  Bu  məqsədlə  konqres  70-ə  qədər  qanun 
qəbul  etmişdi.  «Yeni  xəttin  başlıca  istiqamətini  iqtisadi  və  sosial  fəaliyyətin  bütün 
sahələrində  dövlətin  tənzimedici  rolunu  artırmaq  təşkil  edirdi.  1933  -  1938-ci  illəri 
əhatə  edən  bu  siyasət  dövlətin  müdaxiləsi  yolu  ilə  kapitalizmin  əsaslarını 
möhkəmləndirmək  və  sosial  prosesləri  qaydaya  salmaq  mahiyyəti  daşıyırdı.  O,  iki 
mərhələdə: 1933 - 1935-ci və 1935- 1938-ci illərdə həyata keçirilmişdi.[75] 


 
23
Baxmayaraq  F.  Ruzveltin  siyasətinin  nəticələri  dərhal  hiss  edilmədi,  lakin  bir 
müddət  keçəndən  sonra  o  özünün  əlverişli  olduğunu  göstərdi.  Belə  ki,  İkinci  Dünya 
Müharibəsinin başlanğıcında “Yeni xətt” siyasətini tətbiq edən Böyük Depressiyadan 
əziyyət  çəkən  ABŞ  ,  eləcədə  Böyük  Britaniya  və  digər  ölkələrdə  demək  olarki 
böhranın təsirindən azad olmuşdular. Xüsusilə qeyd etmək lazımdır ki, bu  istiqaməti 
iqtisadi  inkişaf  səviyyəsi  yüksək  olan  və  möhkəm  demokratik  tendensiyaları  olan 
ölkələr seçmişdi. Beləliklə bu siyasət İkinci Dünya Müharibəsinin başlanğıcında artıq 
böhranın nəticələrini tamamilə aradan qaldırmışdı. 
Faşist  ölkələrinin  hərbiləşməsi  dünyada  silahlanma  prosesini  gücləndirmişdi. 
Müharibə  qabağı  ABŞ,  İngiltərə,  Fransa  və  başqa  ölkələrdə  dövlət  inhisarçı 
kapitalizmini  gücləndirmək  meylləri  artmışdı.  Lakin  bu  onların  təsərrüfat  sistemini 
totalitar modelinə çevirə bilməmişdi. 
İkinci  Dünya  Müharibəsindən  sonra  1948  -  1949-cu  illərdə  ABŞ  və  Kanadanı 
əhatə  edən  yerli  iqtisadi  böhran  başlanmışdır.  ABŞ-da  sənaye  məhsullarının  həcmi 
18,2 %, Kanada da - 12% enmiş; inkişaf etmiş kapitalist ölkələrin  ümumi  həcmi 6% 
azalmışdır.  
Müharibədən  sonra  ilk  dünya  iqtisadi  böhran  1957-ci  ilin  sonunda  başlamış  və 
1958-ci  ilin  ortalarınadək  davam  etmişdir.  O,  ABŞ,  Böyük  Britaniya,  Kanada, 
Belçika,  Niderland  və  digər  bəzin  kapitalist  ölkələri  əhatə  etmişdir.  İnkişaf  etmiş 
kapitalist  ölkələrdə  sənaye  məhsulunun  istehsalı  4%  kimi  aşağı  düşmüşdür,  işsizlər 
ordusu demək olar ki, 10 mln nəfərə çatmışdır. 
1973-cü ildə ABŞ-da növbəti iqtisadi böhran başladı.Bu böhran daha sonra digər 
ölkələri  də  bürüdü.  İqtisadi  böhran,  ölkələrin  əhatə  edilməsi  ,  müddəti,  dərinliyi  və 
dağıdıcı  gücü  baxımından  1957  -  1958-ci  il  dünya  iqtisadi  böhranını  olduqca  ötüb 
keçmiş  və  bir  sıra  xüsusiyyətlərinə  görə  1929  -1933-cü  il  böhranına  yaxınlaşmışdır. 
Böhran  dövründə  sənaye  istehsalı  ABŞda  13%,  Yaponiyada  -20;  AFR  -22;  Böyük 
Britaniyada -10; Fransada - 13; İtaliyada 14% azalmışdır. Səhmlərin kursu yalnız bir 
ilə  (1973-cü  ilin  dekabr  ayından  1974-cü  ilin  dekabr  ayına  kimi)  ABŞ-da  33%, 
Yaponiyada  -17;  AFR  -  10;  Böyük  Britaniyada  -56;  Fransada  -33;  İtaliyada  -28% 


 
24
aşağı düşmüşdür. 1973-cü illə müqayisədə 1974-cü ildə müflisliyin sayı ABŞ-da 6%, 
Yaponiyada  -  42;  AFR  -  40;  Böyük  Britaniyada  -47%,  Fransada  -  27%  artmışdır. 
1975-ci  ilin  ortalarına  inkişaf  etmiş  capitalist  ölkələrdə  tap  işsizlərin  sayı  15  mln. 
nəfərə çatmışdır. Bundan başqa, 10 mln. çox yarımçıq iş həftəsinə köçürülmüş və ya 
müvəqqəti  olaraq  müəssisələrdən  kənarlaşdırılmışdır.  Hər  tərəfdə  əhalinin  real 
gəlirlərinin aşağı düşməsi müşahidə edilmişdir. 
1973-cü  ildə  OPEK  təşkilatına  üzv  olan  ölkələrin  neftin  hasilat  həcminin 
azaldılması  haqqında  qərarı  ilə  başlamış  ilk  energetika  böhranı  baş  vermişdir. 
Beləliklə,  dünya  bazarında  neftin  qiymətini  qaldırmaq  təşəbbüsü  göstərilmişdir. 
1973-cü  ilin  16  oktyabrında  neftin  bir  barelinin  qiyməti  67%  (3  dən  5  dollara)  kimi 
yüksəlmişdir. 1974-cü ildə neftin qiyməti 12 dollara çatmışdır. 
19  oktyabr  1987-ci  ildə  ilk  dəfə  olaraq  sabit  bir  dövrdə  ABŞ-ın  aparıcı 
kampaniyalarından olan Dow Jones Industrial Avarage şirkətinin səhmlərinın indeksi 
22%  aşağı  düşdü.  Bunun  ardıca  Avropa  və  Asiyada  da  enmələr  oldu.  Bundan  başqa 
dolların  dəyərinin  aşağı  düşməsi  narahatlıq  doğurdu,  belə  ki,  beynəlxalq  bazarda 
onun dəyəri sürətlə aşağı düşürdü. Nəticədə böhran baş verdi. 
1994-1995-ci illərdə Meksika böhranı olmuşdur.Böhran 1994-cü ilin yanvarında 
baş verən kəndli üsyanından və hakim siyasi partiyadan prezidentliyə əsas namizədin 
öldürülməsindən başladı. Meksika böhranı müstəqil borc öhdəliklərinin böhranı kimi 
təsnif  edilmişdir.  80-ci  ilin  sonunda  Meksika  hökuməti  ölkəyə  investisiyalar  cəlb 
etməyə  başlamışdır.  Xüsusən,  hökumət  fond  birjasını  açmış,  Meksika  dövlət 
şirkətlərinin  əksəriyyətini  meydana  çıxartmışdır.  1989  -  1994-cü  illərdə  Meksikaya 
xarici  kapital  axını  güclənmişdir.  Maliyyə  disbalansının    ilk  əlamətlərində  kapitalın 
xaricə kütləvi axını başlamışdır 1995-ci ildə ölkədən 10 mlrd. dollar köçürülmüşdür, 
bu  da  bank  sisteminin  böhranına  gətirib  çıxartmışdır.  1995-ci  ildə  Amerika 
Xəzinəsinin  50  mlrd.  dollar  həcmində  xilasetmə  fondunun  yaradılması  ilə  böhranın 
sabitləşdirilməsi istiqamətində tədbirlər başladıldı. 
1997-ci  ildə  Şərqi  Asiyada  böyük  maliyyə  iqtisadi  böhranı  başlamışdır.  Onun 
başlanması  ilə  Asiya  fond  bazarının  iri  miqyaslı  dağılmasına  səbəb  olmuşdur.  Onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə