Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   2   3   4   5   6   7   8   9   ...   34

 
16
funksionallığının  xüsusi  prosesi  kimi  çıxış  edir.  Maliyyə  qloballaşmasının  strukturu 
keyfiyyətcə  dünya  maliyyə  bazarları  subyektlərini  və  həmçinin  qlobal  maliyyə 
məhsullarını  əhatə  edir  və  proses  müvafiq  dünya  bazarlarında  yüksək  kapital 
mobilliyi  ilə  müşayiət  olunur.  İqtisadiyyat  qloballaşdıqca  baş  verən  böhranlarda 
qloballaşır.
 
Qloballaşma  nəticəsində  maliyyə  böhranlarının  yaranmasına  təsir  edən 
amillər bunlardır: - Valyuta məzənnəsinin stabil rejimi; - Kapitalın yüksək mobilliyi; 
-  Obyektiv  informasiya  çatışmamazlığı;  -  Maliyyə  institutlarının  natamam  inkişafı;    
-  İnkişaf  etməkdə  olan  ölkələrin  qloballaşan  maliyyə  bazarlarına  inteqrasiyasının 
onlara fayda verməsi. 
Buna baxmayaraq maliyyə qloballaşmasının müsbət cəhətləri də vardır : 
- Kapitalların səmərəli təkrar paylanması; 
- Dünya bazarında mövcud olan kapitallardan istifadə imkanı; 
- Məsrəflərin səviyyəsinin aşağı düşməsi və əməliyyatların yüksək xidməti; 
- Risklərin diversifikasiyası; 
- Maliyyə sferasında müasir standartların və texnologiyaların tətbiqi. 
Bəzi  iqtisadçılar  hesab  edirlər  ki,  getdikcə  böhranlar  daha  tez-tez  baş  verəcək, 
daha  uzun  müddət  davam  edəcək,  onların  həllinin  dəyəri  isə  iki  səbəbdən  daha 
yüksək  olacaq.  Birincisi,  kapital  bazarının  qloballaşmasının  güclənməsi  nəticəsində 
böhranlar  selinin  yaranması  ehtimalı  artır.  Buna  milli  maliyyə  bazarlarına  kapital 
axınına  qoyulan  məhdudiyyətlərin  aradan  qaldırılması  və  dünya  maliyyə  bazarları 
arasında əlaqələrin  və  qarşılıqlı asılılığın  güclənməsi səbəb olur. İkincisi, çətin  idarə 
olunan iqtisadiyyatın təcili, ardıcıl olmayan liberallaşması ölkələri onların buna hazır 
olmadığı bir halda dünya bazarlarında rəqabət aparmaq zəruriliyi qarşısında qoyur.  
 
 
 
1.2. Dünya maliyyə-iqtisadi böhranlarının tarixi təkamülü 
Təxminən  iki  əsrdir  ki,  dünya  sənaye  cəmiyyəti  formalaşmış  və  inkişaf  etmiş 
ölkələrdə bazarda satılmayan malların yığılması, qiymətlərin aşağı düşməsi, qarşılıqlı 
hesablaşma  sisteminin  dağılması,  bank  sisteminin  dağılması,  sənaye  və  ticarət 


 
17
firmalarının  müflisləşməsi  ,  işsizlərin  sayının  artması  ilə  nəticələnən  iqtisadi 
böhranlar müşahidə edilir.  
İqtisadi  ədəbiyyatlarda  böhran  əmtəə  və  xidmətlərə  olan  tələb  və  təklifin 
pozulması  nəticəsində  yaranan  bir  hadisə  kimi  xarakterizə  olunur.  Böhranlar  insan 
cəmiyyətini  bütün  tarix  boyu  müşaiyət  edib.  Əvvəllər  -  XIX  əsrin  ortalarında 
böhranlar kənd təsərrüfatı istehsalında baş verirdi. Belə ki, kənd təsərrüfatı və sənaye 
istehsalı arasında tələb tarazlığının pozulması böhranla nəticələnmişdir. [61] 
XX  əsr  iqtisadi  böhranları  bir-iki  və  üç  ölkənin  sərhədləri  çərçivəsində  baş 
verirdi.  Baxmayaraq  ki,  son  onilliklərdə  beynəlxalq  ictimaiyyət  tərəfindən  böhranın 
qarşısının  alınması  mexanizmləri  yaradılıb,  yenə  də  dünya  iqtisadi  kataklizmlərinin 
tarixi göstərir ki, onu əvvəldən dəqiq təxmin etmək və ondan qaçmaq  mümkün deyil. 
Zaman keçdikcə mövcud vəziyyətə uyğun iqtisadi böhranlarda dəyişmişdir. 
Əhatə sahəsinə  görə böhranlar yerli, regional  və dünya olur. Belə ki, XIX əsrin 
ortalarına  kimi  onlar  bir,  iki  yaxud  üç  ölkənin  hüdudları  ilə  məhdudlaşırdı,  sonralar 
isə  beynəlxalq  xarakterə  malik  oldular,  ilk  beynəlxalq  böhran  1825-ci  ildə  baş 
vermişdir. 
Əvvəl bütün iqtisadi sarsıntılar yalnız iqtisadiyyatdan kənar səbəblərin təsiri, ilk 
növbədə  müharibələr,  epidemiyalar,  təbii  fəlakətlər  və  s.  ilə,  sonralar  isə  kənd 
təsərrüfatı  məhsullarının  tam  istehsal  edilməməsi  ilə  bağlı  olmuşlar.  XIX  əsrin 
ortalarından  etibarən  böhranların  əsas  səbəbi  sənaye  istehsalı  ilə  ödəmə  qabiliyyəti 
tələbi  arasında  tarazlığın  pozulması  olmuşdur,  yəni  klassik  iqtisadi  dövr  sənaye 
inqilabı ilə eyni vaxtda meydana çıxmışdır. 
Beləliklə,  yeni  növ  böhranlar  XIX  əsrdə  başlanmış  və  orta  hesabla  hər  8-10 
ildən bir təkrarlanırdılar. Ayrı-ayrı iqtisadi dövrlər müddəti və intensivliyinə görə bir-
birindən əhəmiyyətli dərəcədə fərqləndiyinə baxmayaraq onların hamısı eyni azalma, 
depressiya, canlanma və yüksəliş fazalarına malik idilər. 
İlk dövri böhran 1825-ci ildə İngiltərədə baş vermiş, növbəti böhran 1836-cı ildə 
Böyük  Britaniya  və  ABŞ-da  baş  vermişdir.  1847-ci  il  böhranı  bütün  Avropa,  Şimali 
və  Cənubi  Amerika  ölkələrini,  1873  -1878-ci  illərin  böhranı  isə  Avropa  ölkələrinin 


 
18
çoxunu  və  ABŞ  əhatə  etmiş  və  özünün  uzun  müddətli  olması  ilə  əvvəlkiləri  arxada 
qoymuşdur. 
1825-ci  ilin  dünya  iqtisadi  böhranına  kapitalın  Böyük  Britaniyadan  Latın 
Amerikanın  müstəqil  ölkələrinə  kütləvi  axını  və  London  birjasında  ehtikar 
əməliyyatlarının  həcmlərinin  artması  səbəb  olmuşdur.  Bu  böhran  ölkənin  qızıl 
ehtiyatlarının  kəskin  azalmasına  və  ticarət  balansının  pozulmasına,  bu  da  öz 
növbəsində  kütləvi  müflisliyə  və  sonrakı  iqtisadi  resepsiyaya  gətirib  çıxartmışdır. 
İnvestisiyaların  və  ixracatın  azalması  Latın  Amerika  ölkələrinin  büdcə  gəlirlərini 
azaltmış və bütün regionda dövlət borcları üzrə defoltlar doğurmuşdur. 
İlk  böyük  dünya  iqtisadi  böhranı  1857-ci  ildə  olmuşdur.  Böhranın  baş 
verməsinin  səbəbi  dəmiryolu  şirkətlərinin  kütləvi  iflası  olmuşdu.  Bu  böhranın 
nəticəsi  olaraq  səhmlər  bazarının  düşməsi  ,  ABŞ  bank  sisteminin  böhranı,  Avropa- 
Almaniya,  Böyük  Britaniya,  Fransa  ,  Rusiya  və  Latın  Amerikası  ölkələrində 
böhranlar  baş  vermişdi.  ABŞ-da  çüyünün  istehsalı  20%,  pambığın  istehlakı  isə  27% 
azalır.  Böyük  Britaniyada  gəmiqayırma  26%  enir,  Almaniyada  çüyün  istehlakı  26% 
azalır,  Fransada  çüyünün  istehsalı  13%  və  pambığın  istehlakı  da  13%  azalır. 
Rusiyada  çüyünün  istehsalı  17%  ,  pambıq  parçalarının  istehsalı  isə  14%  azalır.[12, 
səh 3.] 
1873-cü ildə növbəti iqtisadi böhran baş verdi. Bu daha çox maliyyə böhranı idi. 
Bu  böhranın  baş  verməsinə  səbəb  Latın  Amerikasında  kredit  yüksəlişi  və  Almaniya 
və  Avstriyada  daşınmaz  əmlak  bazarlarında  spekulyativ  yüksəliş  idi.  Böhranın 
nəticəsi  olaraq  Vyana,  Sürix  və  Amsterdam  fond  birjalarının  düşməsi  baş  verdi. 
Həmçinin  ABŞ-da  bank  böhranı  baş  verdi.  Nyu-York  fond  birjasında  səhmlərin 
qiymətləri  ciddi  enir,  Sakit  Okean  Dəmir  Yolu  şirkətinin  baş  maliyyəçisi  və 
prezidenti  Cey  Kuk  iflasa  məruz  qalır.  Bu  böhran  5  il  müddətinə  davam  edir.  Latın 
Amerika  ölkələrində  kreditlərə  artmış  tələblər,  Almaniya  və  Avstriyanın  daşınmaz 
əmlak bazarında ehtikar yüksəliş ilə nəticələnən beş il 1873 -1878-ci il ərzində dünya 
maliyyə böhranı davam etmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə