Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

 
31
portfellərini  sürətli  yüksəltmək  istəyən  banklar  kredit  götürmək  istəyən  müştərilərin 
nə  qədər  etibarlı  olmasına  diqqət  etməməyə  başladılar.  Nəticədə  borclarını  geri 
qaytara bilməyən çoxlu sayda insan meydana çıxdı. 
Banklar  ipoteka kreditini  verərkən adətən  əmlakın  ucuzlaşmasından  yaranan bu 
cür  riski  azaltmaq  üçün,  krediti  evin  tam  dəyərindən  nisbətən  az  miqdarda  verirlər. 
Yəni, əgər evin qiyməti məsələn 100,000-dirsə, banklar həmin evə görə cəmi 75,000 
dollarlıq  kredit  verir  ki,  gələcəkdə  ev  ucuzlaşarsa    zərərə  uğramasın.  Amma  2007-ci 
ildə daşınmaz əmlakın qiyməti  nəinki verilmiş kreditlərin  məbləğinə,  hətta ondan da 
aşağı səviyyəyə düşmüşdü. 
Nəticədə, bu problemə əlavə olaraq ikinci bir problem də ortaya çıxdı. 100,000-
lik  ev  üçün  75,000-lik  kredit  götürmüş  və  kreditin  artıq  məsələn  70,000  dollarını 
ödəmiş  müştərilər  öz  evlərinin  qiymətinin  60,000  dollara  düşdüyünü  gördükdə  öz 
evlərini banklara geri qaytarıb ödədikləri məbləğləri geri tələb etməyə başladılar. Bu 
hal isə bankların əlində olan pulların da itməsinə səbəb oldu. ABŞ-dakı bankların bir 
çoxu iflas təhlükəsi ilə üz-üzə qaldı. 
Bank sektorundakı problemlərdən xəbər tutan insanları banklardakı depozitlərini 
itirmək  qorxusu  bürüdü.  Bunun  nəticəsi  olaraq  narahat  olan  müştərilər  hətta  sağlam 
banklara gedərək depozit hesablarında olan pulları  geri istəməyə başladılar. 
 Böhranın dünyaya zəncirvarı  yayılmasının səbəbi isə vəziyyətdən çıxmaq üçün 
ipoteka  şirkətlərinin  öz  keyfiyyətsiz  ipotekalarını  ABŞ-da  digər  dövlətlərin  xarici 
institusional  investorlarına  satması  olmuşdur.  ABŞ-da  daşınmaz  əmlakın  qiyməti 
düşən  zaman  isə  ipotekaya  düşən  kompaniyaların  da  əmlak  dəyəri  ipoteka 
qiymətlərindən  aşağı  düşdü.  Amerikanım  əmlak  köpüyü  partladı  və  bütün  dünya 
iqtisadiyyatı zərərə düşdü. 
ABŞ  ipoteka  kompaniyaları  riyakar,  aztəminatlı  müştərilər  topladıqlarına  görə 
borcları  ödəməməyə  başlayanda  öz  ipotekalarını  digər  xarici  dövlətlərin 
kompaniyalarına satdılar. Qiymətlər düşən zamanı həmin kompaniyalar böyük zərərə 
uğradılar. 


 
32
2008-ci  il  irəlilədikcə  subprime  ipoteka  böhranının  yalnız  kiçik  bir  seqmentə 
deyil,  bütün  ABŞ  maliyyə  sisteminə  təsir  etdiyi  aydın  oldu.  Aşağı  gəlirli  ailələrə 
yüksək  riskli  kredit  açan  bu  təşkilatlar  kredit  aktivlərini  birləşdirib  paketləyərək 
birjalarda  alınıb  satıla  bilən  istiqrazlar  halına  gətirmişlər,  investisiya  bankları  və 
ticarət banklarına satmışdılar. 
ABŞ  fond  bazarı  uzunmüddət  idi  ki,  yüksək  dəyişiliklər  zonasında  yerləşirdi. 
Hələ 2008-ci  ilin  yayında  ABŞ-ın ən böyük ipoteka agentlikləri olan  Fannic Mae və 
Freddy  Mac-ın  aktivləri  bir  neçə  gün  30%-dən  aşağı  düşdü.  Nəzərə  alsaq  ki,  bu 
şirkətlər    ABŞ  ipoteka  bazarının  5  trln.  dollar  ,  yəni  50%-ni  tutur,  deməli  əmlak 
bazarının  yarısında  bu  geriləmə  olmuş  və  bu  vəziyyətə  dərhal  təcili  yardım 
göstərilməsi  barədə  məsələ  qaldırılmasını  tələb  etdi.  Azalma  sentyabr  ayında  da 
davam  etdi.  Bu  vəziyyət  Maliyyə  Nazirliyi  və  ABŞ  Federal  Ehtiyat  Orqanlarının  bu 
agentliklər  üzərində  tədbirlər  proqramının  tətbiq  olunmasını  şərtləndirdi.  Nəticədə 
onların səhmləri 80%-dən aşağı düşdü. 
Ardınca  böhrandan  çıxa  bilməyən  Amerikanın  ən  böyük  investisiya  bankı  Bear 
Stearns  digər  bank  JP  Morgan  Chase  tərəfindən  alındı.  Digər  Amerika  bankı  – 
Lehman  Brothers  üçün  ciddi  təhlükə  yarandı.  Onun  səhmləri  50%-ə  qədər  aşağı 
düşdü. O özünü müflis elan etməyə məcbur oldu. 
Bazarda  baş  verən  bu  proseslər,  yəni  bank  böhranlarının  baş  verməsi  likvidlik 
məsələsini  yenidən  aktuallaşdırdı.  Lakin  əsil  böyük  bank  böhranı  böyük  müştəri 
kütləsinə  malik  –  Washington  Mutual  bankın  öz  müştərilərini  itirməsi  ilə  baş  verdi.  
Təkcə  sentyabrın  son  10  günlüyündə  müştərilərin  hesablarından  16  mlrd.  dollar 
çəkməsi  bankı  iflasla  qarşı-qarşıya  qoydu.  Bu  dərhal  ABŞ-ın  Federal  Ehtiyat 
Orqanlarının 
və 
eyni 
zamanda 
Əmanətlərin 
Sığortalanmasının 
Federal 
Kompaniyasının  da  müdaxilə  etməsini  tələb  etdi.  Danışıqlar  nəticəsində  bankın 
böyük bir hissəsi JP Morgan Chase bankı tərəfindən əldə edildi. 
Sığorta  sferasında  da  böyük  çətinliklər  yaranmışdı.  Ölkənin  böyük  sığorta 
şirkətlərindən  biri  olan  American  İnternational  Group(AİG)  böyükmiqyaslı 
problemlərlə  üzləşdi.  Belə  ki,  o  ABŞ  Federal  Ehtiyat  Orqanlarından  85  mlrd.  dollar 


 
33
kredit  götürmüşdür.  Buna  baxmayaraq  bu  hal  onun  səhmlərinin  aşağı  düşməsinin 
qarşısını  almadı  və  növbəti  günlərdə  səhmlərin  dəyəri  70%-ə  qədər  aşağı  düşdü. 
Kredit  şirkətin  səhmlərinin  80%-ni  təmin  etmək  üçün  verilmişdi,  nəticədə  şirkət 
dövlət mülkiyyətinə keçdi. 
2008-ci ildə ABŞ-ın böyük investisiya banklarından olan Merrill Lynch özünün 
böhranlı  vəziyyətdə  olduğunu  açıqladı.  Nəticədə  Amerika  Bankı  tərəfindən  alındı. 
Qalan 2  investisiya bankı Morgan Stanliy  və Goldman Sachs bank  holding şirkətləri 
kimi  Federal  Ehtiyat  Orqanlarının  tərkibinə  keçdilər  və  özlərinin  investisiya    bankı 
statusunlarını  demək  olarki  itirdilər.  Buna  baxmayaraq  bu  vəziyyətin    onların  daha 
çox  resurs  əldə  edə  bilməsi  üçün,  həmçinin  fiziki  şəxs  qismində  aktiv  işləməyinə 
kömək olacağı gözlənilir. 
Beləliklə  maliyyə  böhranın  ABŞ  üçün  ən  “parlaq”  nəticəsi  Fannic  Mae  və 
Freddy  Mac  ipoteka  şirkətlərinin  milliləşdirilməsi,  ABŞ-ın  ən  böyük  bank 
sistemlərinin iflası və AİG kimi nəhəng sığorta şirkətinin iflasa uğraması oldu. 
Bundan  əlavə  ABŞ  maliyyə  böhranı  ölkə  daxilindən  kənarda  da  böyük 
çətinliklər  yaratdı.  O  bütün  dünya  iqtisadi  sisteminə  təsir  göstərdi  və  dünya  iqtisadi 
böhranına  səbəb  oldu.  Böhran  səbəbiylə  2007-ci  ilin  noyabrında  dünya  fond 
birjasında indekslərin düşməsinə səbəb oldu. 
31  oktyabr  2007-ci  ildə  dünya  bazarının  indeksləri  özünün  ən  pik  nöqtəsinə 
çatdı və bundan sonra yavaş-yavaş enməyə başladı. Həmin gündən 3 oktyabr 2008-ci 
ilə  kimi  indekslər  enməyə  davam  etdi.  “Paulson  Planın”  tətbiqindən  sonra  indekslər 
enməyə davam etdi. S&P - 30%, inkişaf etmiş ölkələrdə bazarın inkişaf dinamikasını 
əks etdirən MSCİ World indeksi-32.3% endi, inkişaf etməkdə olan ölkələrin bazarını 
ifadə  edən  MSCİ  Emerging  Markets  indeksi  -  40.5%  düşdü.  Bu  rəqəmlərə  baxanda 
belə  nəticəyə  gəlmək  olur  ki,  fond  bazarı  ümumilikdə  ABŞ-dan  daha  çox  əziyyət 
çəkdi. Buna səbəb qlobal iqtisadiyyatın dollara əsaslanmasıdır. ABŞ-da problem olan 
kimi bütün dünyada problem olur. 
2007-2008-ci  illərin  fond bazarı  hadisəsi sərhədləri keçərək  - daha sonra əmlak 
və  kredit  sektorunun  isə  xammal  bazarlarını  əhatə  etməyə  başladı.  İlk  olaraq  Qərbin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə