Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

 
34
banklarının  faiz  dərəcəsi  aşağı  düşdü.  Banklarla  birgə  2008-ci  ilin  iyunundan  neft 
sürətli şəkildə ucuzlaşmağa başladı. 2008-ci ildə fond bazarının tənəzzülü ABŞ bazarı 
üçüm son 20 ilin, Yaponiya üçün isə ümumilikdə rekord göstərici idi. 
Məlumdur  ki,  ABŞ-dakı  böyük  bankların  demək  olar  ki,  hamısı  Açıq  Səhmdar 
Cəmiyyəti  formasındadır.  Yəni  onların  səhmləri  birjada  açıq  satılıb-alındığına  görə 
istənilən  adam  o  səhmləri  satın  ala  bilər.  Buna  görə  də  ABŞ  banklarının 
səhmdarlarının arasında çox böyük sayda adi ABŞ vətəndaşları vardır. Bundan əlavə, 
ABŞ  vətəndaşlarının  həmin  banklarda  olan  iri  həcmlərdəki  depozit  hesablarını  da 
nəzərə  alsaq,  bankların  müflis  olması  həmin  vətəndaşların  banklara  yatırdıqları 
pulların yox olması demək idi və çox hallarda belə də oldu. 
İnsanların  öz  depozitlərini  və  yatırımlarını  itirmələri  alıcılıq  qabiliyyətinin 
kəskin  olaraq  zəifləməsi  demək  idi.  Bu  isə  böhranın  maliyyə  sektorunun 
sərhəddindən  çıxaraq  artıq  digər  sektorlara  da  təsir  etməsi  demək  idi.  Yəni  bankın 
müflis olduğuna görə pullarını itirən bir ABŞ vətəndaşları gündəlik həyatlarındakı bir 
çox  bahalı  məhsuldan  imtina  etməyə  başladılar.  Nəticədə  müxtəlif  məhsul  istehsal 
edən və xidmət göstərən şirkətlər zərərə girməyə başladı, bir çoxu isə müflis oldu. 
Müxtəlif  sektorlardakı  şirkətlərin  bir-birinin  ardınca  zərər  çəkməsi  və  bir 
çoxunun  müflisləşməsi  ASC  yolu  ilə  onlarda  payı  olan  bütün  vətəndaşların  zərər 
çəkməsi demək idi. Şirkətlərin bağlanması, öz növbəsində, həmin şirkətlərdə çalışmış 
insanların işsiz qalması demək idi və nəticə etibarilə, işsizlik kəskin sürətdə artdı. 
Özəl  sektor  sahibkarlığının  ABŞ-ın  iqtisadiyyatında  həlledici  rol  oynadığını 
nəzərə  alaraq  bu  hadisələrin  ABŞ-a  iqtisadi  cəhətdən  çox  böyük  itkilərin  gətirdiyinə 
şahidi olduq. 
Böhran  ABŞ-ın  büdcəsinə  böyük  zərər  yetirdi.  ABŞ  dövlət  büdcəsinin 
gəlirlərinin  95%-dən  artığı  yığılan  vergilərdən  formalaşır.  Özəl  şirkətlərin  zərər 
çəkməsi  və  bağlanması  onlardan  yığılan  mənfəət  vergisinin  azalmasına 
gətirdi. Şirkətlərin  müflisləşməsi nəticəsində bir çox  insanın  gəlir  mənbəyini itirməsi 
də əhalidən yığılan gəlir vergisinin azalmasına gətirdi. 


 
35
ABŞ ÜDM-i böhranın başlandığı vaxtda 4.8% artarkən, 2009-cu ilin ilk rübündə 
6.1%  azaldı.  ABŞ  iqtisadiyyatı  təxminən  bu  böhrandan  5%  təsirlənmişdi  və  bu 
təsirlənmə  bu  günə  kimi  davam  edir.  Bu  qrafikdə  (Qrafik  1.1)  əsas  diqqət  çəkən 
məqam  ABŞ-ın  borcunun  ÜDM-ə  olan  nisbəti  2008-ci  ildən  2009-a  qədər  21% 
çoxalmasıdır.[15]  Dövlətin  borcunun  bu  qədər  artması  iqtisadiyyata  böyük 
təhlükədir. 
Qrafik 1.1 
 ABŞ-da borcun ÜDM-ə olan nisbəti. 
 ABŞ-da borcun ÜDM-ə olan nisbəti.
58
65
68
89
95
97
0
20
40
60
80
100
120
2000
2005
2008
2009
2010
2011
 
      Mənbə: Beynəlxalq Valyuta Fondu, 
www.imf.org
 
 
 
Beləliklə  ABŞ-ın  maliyyə  sistemi  Böyük  Depressiya  dövründəki  kimi  yenidən 
qurulur  və  bank  fəaliyyətinin  bir  şirkət  çərçivəsində  həyata  keçirilməsi  nəzərdə 
tutulur. Bununla belə yeni risk mənbələrinin formalaşması istisna edilmir. 
 
 
 


 
36
II FƏSİL. MALİYYƏ BÖHRANININ İQTİSADİ BÖHRANA ÇEVRİLMƏSİ 
VƏ ONUN DÜNYA ÖLKƏLƏRİNİN QEYRİ-BƏRABƏR İNKİŞAFINA 
TƏSİRİ 
 
2.1. Qlobal maliyyə-iqtisadi böhranının dünya ölkələrinin qeyri-bərabər  
inkişafına təsir istiqamətləri 
Dünya  ölkələri  inkişaf  səviyyəsinə  görə  2  əsas  qrupa  ayrılır:  inkişaf  etmiş  və 
inkişaf  etməkdə  olan  ölkələr.  İnkişaf  etmiş  ölkələr  dünya  iqtisadiyyatında  hakim 
mövqeyə  malikdirlər  və  bu  qrupa  daxil  olan  ölkələr  dünyaya  universal  təsir 
göstərirlər. Bu ölkələrin təsərrüfatının inkişafı, daxili və xarici iqtisadi siyasəti dünya 
təsərrüfatında  elmi-texniki  irəliləyişlərin  və  struktur  dəyişikliklərinin  əsas 
istiqamətlərini,  dünya  bazarlarının  vəziyyətini  müəyyənləşdirir.  Bu  təsirin  iqtisadi 
vasitələrindən başqa, hərbi-siyasi alətlərindən də istifadə olunur. İnkişaf etməkdə olan 
ölkələr  isə  iqtisadi  inkişaf  səviyyəsinə  görə  inkişaf  etmiş  ölkələrdən  geri  qalır  və 
onlar  üçün  inkişafın  zəifliyi  və  gerilik,  iqtisadiyyatın  çoxukladlılılığı  ,texniki  gerilik, 
inkişaf  etmiş  ölkələrdən  asılılıq,  ixracında  xammal  məhsullarının  üstün  olması, 
istehsal və sosial infrastrukturun zəifliyi, yoxsulluq, işsizlik, təhsil səviyyəsinin aşağı 
olması,  korrupsiya  və  s.  xarakterikdir.  Bu  ölkələrin  iqtisadi  geriliyinin  tarixi,  sosial, 
iqtisadi, mental səbəbləri vardır. [28, səh.448-449].  
İnkişaf  etmiş  ölkələr  qrupuna  valyutaları  genişmiqyaslı  istifadə  olunan, 
beynəlxalq  ödəmə  və  yığım  vasitəsi  olan  ölkələr  aiddir.  Bura  ilk  növbədə  ABŞ 
dolları,  daha  sonra  Avro  və  bir  neçə  nisbətən  daha  çox  istifadə  olunan  yapon  yieni, 
İsveçrə  frankı,  Böyük  Britaniya  funtu  və  s.  aiddir.  Bu  ölkələrin  ərazisində  həmçinin 
ən  böyük  transmilli  banklar  və  digər  maliyyə  qurumları  yerləşir.  Bu  ölkələr  öz 
valyutalarının ixracına görə emissiya rentası alır və maliyyə sektorundan yüksək gəlir 
götürür.  Digər  tərəfdən  onlar  dünya  puluna  olan  tələb  və  maliyyə  sisteminin  işləmə 
qabiliyyətinə görə qlobal səviyyədə məsuliyyət daşıyırlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə