Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
  1   2   3   4   5   6   7   8   9   ...   34


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
 
MAGİSTRATURA MƏRKƏZİ 
                                                                                     Əlyazması hüququnda 
Rüstəmova Günay Nofəl qızının 
 “Qlobal maliyyə-iqtisadi böhranı və dünya ölkələrinin qeyri-bərabər inkişafının 
əsas istiqamətləri” 
mövzusunda 
MAGİSTR DİSSERTASİYASI 
İxtisasın şifri və adı:              060404 - “İqtisadiyyat” 
İxtisaslaşma:                          “İqtisadi nəzəriyyə” 
 
Elmi rəhbər:                                                   Magistr proqramının rəhbəri: 
İ.e.d.,prof.
  
F.F.Mustafayev                            İ.e.n.,dos. N.Ə.Sadıqov 
 
_______________________                             _______________________ 
                                                               
 
Kafedra müdiri: İ.e.d.,prof. Ü.Q.Əliyev        _______________________ 
                             
BAKI-2016 


 
2
MÜNDƏRİCAT 
GİRİŞ .................................................................................................................. 3 
I  FƏSİL.  QLOBAL  MALİYYƏ-İQTİSADİ  BÖHRANI  ANLAYIŞININ 
NƏZƏRİ ƏSASLARI ................................................................................................ 8 
1.1. Maliyyə-iqtisadi böhranı anlayışına nəzəri və metodoloji yanaşmalar ......... 8 
1.2. Dünya maliyyə-iqtisadi böhranlarının tarixi təkamülü ............................... 16 
1.3.  2007-2008-ci illər qlobal maliyyə-iqtisadi böhranı və onun  səbəbləri ..... 25 
 
II  FƏSİL.  MALİYYƏ  BÖHRANININ  İQTİSADİ  BÖHRANA  ÇEVRİLMƏSİ 
VƏ  ONUN  DÜNYA  ÖLKƏLƏRİNİN  QEYRİ-BƏRABƏR  İNKİŞAFINA 
TƏSİRİ ..................................................................................................................... 36 
2.1.  Qlobal  maliyyə-iqtisadi  böhranının  dünya  ölkələrinin  qeyri-bərabər 
inkişafına təsir istiqamətləri ............................................................................... 36 
2.2.  Qlobal  maliyyə-iqtisadi  böhranının  “birinci  dalğası”  və  ona  qarşı  anti-
böhran tədbirləri ................................................................................................. 48 
2.3.  Qlobal  maliyyə-iqtisadi  böhranının  “ikinci  dalğası”  və  dünya  ölkələrinin 
qeyri-bərabər inkişafının dərinləşməsi ............................................................... 57 
 
III FƏSİL. QLOBAL MALİYYƏ-İQTİSADİ BÖHRANININ AZƏRBAYCANA 
TƏSİRİ VƏ ANTİ-BÖHRAN TƏDBİRLƏRİ ...................................................... 69 
3.1.  Azərbaycan  iqtisadiyyatının  qlobal  maliyyə-iqtisadi  böhranı  baxımından 
xarakterizə olunması və  ilkin anti-böhran proqramı ......................................... 69 
3.2.  Qlobal  maliyyə-iqtisadi  böhranın  “ikinci  dalğası”nın  Azərbaycan 
iqtisadiyyatına təsiri və onunla mübarizə tədbirləri ........................................... 79 
 
NƏTİCƏ VƏ TƏKLİFLƏR ............................................................................ 90 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI ...................................... 96 
РЕЗЮМЕ ....................................................................................................... 104 
SUMMARY .................................................................................................... 105 
REFERAT .......................................................................................................106 


 
3
GİRİŞ 
Mövzunun  aktuallığı. İqtisadi böhranlar iqtisadi sistemin inkişafında tarazlığın 
pozulmasının  göstəricisidir.  Böhran  özü  özlüyündə  cəmiyyətin  sosial-iqtisadi 
sabitliyinin  kompleks  pozulmasına  təsir  göstərir.  Müxtəlif  tarixi  dövrlərdə  ayrı-ayrı 
ölkələrdə  iqtisadi  böhranların  səbəbləri  də  olduqca  fərqli  olmuşdur.  Cari  böhranın 
təbiəti  isə  unikaldır.  Belə  ki,  müasir  iqtisadiyyatın  ən  əhəmiyyətli  xüsusiyyəti 
qloballaşma  prosesidir.  İqtisadiyyatın  qloballaşması  böhranların  da  qlobal  xarakter 
alması ilə nəticələnmişdir.  
Dünya  maliyyə  bazarında  müasir  böhranın  tədqiqi  elmi-praktiki  nöqteyi 
nəzərdən  aktuallıq  əldə  edib.  Onun  xüsusiyyətləri,  səbəbləri  və  özünü  biruzə  vermə 
formalarının  tədqiqi  dünya  maliyyə  bazarında  böhrana  qarşı  müqaviməti 
yaxşılaşdırmaq  istiqamətində  tədbirlər  həyata  keçirməyə  və  mənfi  sosial-iqtisadi 
nəticələri azaltmağa imkan verir. 
Bugünkü  dünya  iqtisadiyyatında  və  beynəlxalq  maliyyə  münasibətlərində  əsas 
rolu ABŞ oynamaqda davam edir. Ona görə də ABŞ-ın iqtisadiyyatı və xarici iqtisadi 
münasibətlərində  yaranan  ziddiyətlər  ümumilikdə  dünya  iqtisadi  sistemində 
ziddiyətlərə səbəb ola bilir.  
Aparıcı inkişaf etməkdə olan ölkələr Çin, Brazilya, Argentina, Meksika, Rusiya 
real  sektorda  öz  mövqeyini  inkişaf  etdirir.  Lakin  bu  ölkələr  ABŞ  ilə  sıx  iqtisadi 
münasibətlərlə  “bağlıdır”  və  bu  ölkənin  əsas  ixracatçılarıdır.  Bundan  başqa  bu 
ölkələrin valyuta ehtiyatları ABŞ valyutası ilə ifadə olunur. 
2007-2008-ci  il  ipoteka  sektorundan  başlayan  ABŞ  maliyyə  böhranı  ABŞ 
maliyyə sistemində  uçquna  və  iqtisadiyyatın  real sektorunda durğunluğa səbəb oldu. 
Həmçinin  onun  yayılma  miqyasında  dünya  maliyyə  bazarına  və  bütünlükdə  dünya 
iqtisadiyyatına  mənfi  təsir  etdi.  Bununla  əlaqədar  olaraq  dünya  ölkələrinin  çoxu 
1929-cu il Böyük Depressiyadan sonra ən böyük iqtisadi böhranla üzləşdi. 
Böhran  tezliklə  bütün  dünya  ölkələrinə  yayıldı.  Böhranın  təsirindən  iqtisadi 
artım aşağı düşdü. Dünyanın ən zəif inkişaf etmiş ölkələrindən inkişaf etmiş ölkələrə 
kimi bütün ölkələrin iqtisadiyyatı böhranın təsirindən yaxa qurtara bilmədi. Nəticədə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə