Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   2   3   4   5   6   7   8   9   10   ...   34

 
19
1893-cü  il  ABŞ  təlaşını  gümüş  bazarında  azad  qiymət  qoyulmaya  yol  verən 
Şermanın  Gümüş  Paktı  qəbul  etməsi  ilə  əlaqələndirirlər.  İnvestorlar  bu  paktın  qəbul 
edilməsindən  sonra  ABŞın  “qızıl  standartdan”  uzaqlaşdığını  gözləyərək  kapitalı 
ölkədən  çıxartmağa  başladılar.  Pul  təklifinin  azalması  və  fond  bazarının  kollapsı 
hesablama-ödəniş 
sistemində, 
bankların 
fəaliyyətində 
pozulmalara 
gətirib 
çıxarmışdır. 
1907-ci il böhranı daha əvvəlki böhranlardan çox əlamətlərə malik olmuş, lakin 
miqyas  və  nəticələri  ilə  əvvəlkilərdən  olduqca  güclü  idi.  Onu  1906-cı  ildə  öz  qızıl 
ehtiyatlarını  artırmaq  üçün  uçot  dərəcəsini  3,5%  -  dən  6  %-ə  qaldıran  İngiltərənin 
bankı təhrik etmişdir. Bu hadisə ABŞ-dan kapitalların axınına səbəb olmuş, nəticədə 
isə  iş  fəaliyyətinin  aşağı  salınması  və  bu  ölkənin  kommersiya  banklarının  ləğv 
edilməsi  başlanmışdır.  Pul  kütləsinin  həcminin  kəskin  azalması  milli  ödəniş-
hesablaşma  sisteminin  pozulmasına  və  uzun  davam  edən  iqtisadi  resessiyaya  gətirib 
çıxarmışdır.  ABŞ  və  İngiltərədən  böhran  Fransa,  İtaliya  və  başqa  ölkələrə 
yayılmışdır. 
1914-cü  ildə  növbəti  dünya  maliyyə  böhranı  baş  verdi.  Böhranın  başlanması 
Birinci  Dünya  Müharibəsinin  başlanması  ilə  əlaqədar  olmuşdur.  Beləki,  hərbi 
əməliyyatları  maliyyələşdirmək  məqsədi  ilə  ABŞ,  Böyük  Britaniya,  Almaniya  və 
Fransa  hökumətləri  tərəfindən  xarici  emitentlərin  kağızlarının  total  satışı  həyata 
keçirilmişdir.  Bu  böhran  başqalarından  fərqli  olaraq,  müharibə  edən  tərəflər,  bunun 
nəticədə  həm  mal,  həm  də  pul  bazarlarında  iflasa  səbəb  olduğu,  xarici  aktivləri  ləğv 
etməyə  başladıqdan  sonra  bir  neçə  ölkədə  praktiki  olaraq  eyni  vaxtda  başlamışdır. 
Böhranın  nəticəsi  olaraq  bütün  əmtəə  və  pul  bazarlarının  düşməsi  baş  verdi. 
Bankların paniki həmin ölkələrin  mərkəzi bankları tərəfindən vaxtında intervensiyası 
nəticəsində yumşaldılmışdır. 
Müharibələr  arasında  olan  dövrdə  ümumi  təkrar  istehsal  sahəsində  üç  əsas 
böhran  –  1920  -  1921  ci  illər;  1929  -  1933-cü  illər;  1937  -1938-ci  illərdə  baş 
vermişdir. 


 
20
1920-1922-ci  illərdə  növbəti  iqtisadi  böhran  baş  verdi.  Bu  böhranın  başlanma 
səbəbi  Birinci  Dünya  Müharibəsindən  sonra  milli  valyutanın  alıcılıq  qabiliyyətinin 
artması,  yəni  defilyasiyanın  baş  verməsi  və  istehsalın  azalmasının-resessiya  hadisəsi 
ilə  əlaqədar  olmuşdur.  Böhranın  nəticəsi  kimi  ABŞ,  Böyük  Britaniya,  İtaliya, 
Danimarka, Norveç, Finlandiya vəHollandiyada bank və valyuta böhranları müşahidə 
olundu. 
Yadda  qalan  ən  böyük  iqtisadi  böhranlardan  biri  də  1929-1933(1939)-cu  illər 
böhranı-  “Böyuk  Depressiya”dır.  24  oktyabr  1929-cu  ildə-“Qara  Cümə  Axşamı” 
Nyu-York  fond  Birjasında səhmlərin qiymətləri kəskin şəkildə düşməyə başlayır. 28 
oktyabr 1929-cu ildə- “Qara Bazar Ertəsi” səhmlərin qiymətləri katastrofik miqyasda 
düşür və 29 oktyabr 1929-cu ildə- “Qara Çərşənbə Axşamı” fond birjasının tamamilə 
süqutu baş verdi. 
Dünyada  1900-1903,  1907,  1920-ci  illərdə  iqtisadi  böhranların  heç  biri  1929-
1933 illərdə baş vermiş və bütün kapitalizm dünyasını, iqtisadiyyatın bütün sahələrini 
əhatə etmiş dünya böhranı ilə  müqayisə edilə bilməzlər. Bu böhran zamanı kapitalist 
ölkələrinin  sənaye  istehsalının  məcmu  həcmi  46%,  polad  əridilməsi  -  62%,  kömür 
hasilatı -31 %, gəmiqayırma istehsalı - 83%, xarici ticarət dövriyyəsi - 67% azalmış, 
işsizlərin  sayı  26  mln  nəfərə  çatmış  yaxud  istehsalatda  işləyənlərin  25%  təşkil 
etmişdir, əhalinin real gəlirləri orta hesabla 58% azalmışdır.  
1929 - 1933-cü illərdə - Böyük Depressiya zəmanəsi, daha çox ABŞ zərər vuran 
müasir  tarixdə  ən  iri  dünya  maliyyə  böhranı  dövrüdür.  O,  Nyu-Yorkda  fond 
birjasında  iflasdan  başlamış  və  bank  sistemini,  sənayeni  və  kənd  təsərrüfatını  əhatə 
etmişdir.  Öz  xüsusiyyətinə  görə  bu  təkrar  istehsalın  dövri  böhranı  idi,  bu  zaman 
əhalinin  aşağı  alıcılıq  qabiliyyəti  nəticəsində  malın  istehsal  kütləsi  tələb  olunmamış 
və  satılmamışdır.  Nəticədə  ictimai  təkrar  istehsal  prosesi  pozulmuş,  çox  saylı  ticarət 
və sənaye müəssisələri, nəqliyyat şirkətləri, banklar dağılmışdır. 1932-ci ildə ABŞ-da 
sənaye istehsalı, ümumən 46%, məhsulun ayrı-ayrı növləri üzrə isə olduqca daha çox 
azalmışdır,  məsələn, çuğun - 79%, polad -76; avtomobil -80%. Fəaliyyətdə olan 279 
domna  Peçindən  yalnız  44  qalmışdır.  Böhran  iflasın  kütləvi  dalğasına  səbəb 


 
21
olmuşdur. Böhran müddətində çox sayda firma, müəssisə, banklar, zavodlar bağlandı 
– və sadəcə, ABŞ-da 109  min  firma dağılmışdır.1929-1933-ccu  illərdə 135  min  illik 
sənaye  maliyyə  firmaları;  5760  bank  iflasa  uğramışdır.  Yalnız  1932-ci  ildə 
korporasiyaların  itkisi  3,2  mlrd  dollar  təşkil  etmişdir.  Xarici  ticarət  dövriyyəsi  3,1 
dəfə azalmışdır. Ölkə 1911-ci il səviyyəsinə düşmüşdür. 
1929-1933-cü illərdə baş vermiş böhran nəticəsində dünya üzrə sənaye istehsalı 
30  il  öncəki  səviyyəyə  -  20-ci  əsrin  əvvəllərindəki  göstəricilərə  endi.  Beləki,  sənaye 
istehsalı  Böyük  Britaniyada  24%,  Almaniyada  41%,  Fransada  60%  dərəcəsində 
gerilədi. Səhmlərin qiyməti kəskin dərəcədə düşdü. ABŞ-da 87%, Böyük Britaniyada 
24%,  Fransada  60%,  Almaniyada  64%  enmə  müşahidə  olundu.  İşsizlik  göstəricisi 
özünün  maksimum  həddinə  çatmışdı.  32  ölkədə  işsizlərin  sayı  30  milyona  yüksəldi. 
Təkcə  ABŞ-da  işsizlərin  sayı  14  milyona  yüksəlmişdi.  Əhalinin  durumu,  xüsusilə 
kənd  yerlərində  yaşayan  əhalinin  vəziyyəti  kəskin  şəkildə  pisləşmişdi.[38]  Siyasi 
sahədə  kommunizm  və  faşizm  meylləri  artmışdı.  Böhranın  yaratdığı  çətinliklər 
dünyada  sosial  qarşıdurmanı  da  gücləndirmişdi.  O,  sənaye  ölkələrində  güclü  fəhlə 
çıxışlarına səbəb olmuşdu.  
Böyük Depressiyanın baş  vermə səbəbi  ilə əlaqədar  iqtisadçılar  vahid  mövqeyə 
gələ  bilmirlər.  Bu  barədə  hər  iqtisadi  məktəbin  öz  yanaşması  vardır.  Bu  yanaşmalar 
aşağıdakılardır: 
- Keynsçilər  iqtisadi  böhranın  səbəbini  pul  kütləsinin  çatışmazlığında 
görürdü.[92] 
- Monetarıstlər səbəbi  FRS-nin monetar siyasətində görürdü. 
- Böhranın  səbəbi  kimi  marksistlər  kapitalizmə  məxsus  istehsalın  artıqlığı 
məsələsini irəli sürürdülər. 
- Səhmlərin alınmasında marjinal üsul 1929-1933-cü illər iqtisadi böhranının baş 
verməsinə göstərilən digər səbəbdir. 
- Böyük  Depressiyanın  baş  verməsi  ilə  əlaqədar  digər  səbəb  kimi  birja-
qabarcığı-istehsala artıq yatırımlar göstərilirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə