Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

 
70
bilərik.  Ölkəmizdə  ÜDM-in  artımının  daha  çox  neft  hasilatından  və  neft 
qiymətlərinin  yüksəlməsiylə  əlaqəli  olduğunu  görə  bilərik.  Böhrandan  əvvəl 
Azərbaycanda  ÜDM-in  artım  templərinə  baxsaq  (Cədvəl  3.1  və  3.2;  Qrafik  3.1) 
iqtisadi  artımın  2005-ci  ildə  26.4%,  2006-cı  ildə  34.5%,  2007-ci  ildə  25%  olduğunu 
görərik.  Lakin  2008-ci  ildə  iqtisadi  artım  tempində  geriləmə  müşahidə  olunmuş  və 
göstərici  10.8%  olmuşdur.[7]  Beynəlxalq  Valyuta  Fondunun  məlumatına  görə 
Azərbaycanın  2009-cu  ildə  ÜDM-nin  artım  səviyyəsi  ilk  dəfə  olmamış,  11.5% 
həcmində geriləmə nümayiş etdirmişdir.[15] 
 
 
 
 
Cədvəl 3.1 
 
Ümumi Daxili Məhsulun həcmi , cari qiymətlərlə, milyard manatla 
 
 
İllər 
 
ÜDM-cəmi 
Neft-qaz  
sektoru 
Qeyri-neft 
sektoru 
Məhsula və 
idxala xalis 
vergilər 
2005 
12.5 
5.5 
6.1 
0.9 
2006 
18.8 
10.1 
7.6 
1.0 
2007 
28.4 
15.9 
10.6 
1.9 
2008 
40.1 
22.3 
15.2 
2.7 
2009 
35.6 
16.1 
16.7 
2.8 
2010 
42.5 
20.4 
19.2 
2.9 
2011 
52.1 
25.8 
23.2 
3.1 
2012 
54.7 
24.5 
26.9 
3.4 
2013 
58.2 
23.8 
30.5 
3.9 
2014 
59.0 
21.6 
33.0 
4.3 
  2015* 
59.8 
20.3 
39.5 

  2016* 
57.7 
16.3 
41.5 

Mənbə: 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 
www.stat.gov.az
                              
*Qeyd: proqnozlar-müəllif tərəfindən hesablanmışdır. 
 
 
 
 
 
 
 


 
71
Cədvəl 3.2
 
 
ÜDM-in artım sürəti, əvvəlki ilə nisbətən, (faizlə) 
İllər 
ÜDM-cəmi 
Neft-qaz  
sektoru 
Qeyri-neft 
sektoru 
Məhsula və 
idxala xalis 
vergilər 
2005 
126.4 
166.3 
108.3 
107.9 
2006 
134.5 
163.2 
111.9 
110.9 
2007 
125.0 
136.8 
111.4 
111.1 
2008 
110.8 
106.8 
115.9 
115.6 
2009 
109.3 
114.0 
103.7 
101.8 
2010 
105.0 
101.8 
107.9 
108.2 
2011 
100.1 
90.7 
109.4 
108.3 
2012 
102.2 
95.0 
109.7 
106.9 
2013 
105.8 
101.0 
110.0 
108.5 
2014 
102.8 
97.1 
107.0 
104.9 
  2015* 
101.5 
94.0 
119.7 

  2016* 
96.5 
80.3 
105.1 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 
www.stat.gov.az
 
*Qeyd: Proqnozlar- müəllif tərəfindən hesablanmışdır. 
 
Qrafik 3.1 
ÜDM-in artım sürəti, əvvəlki ilə nisbətən, (faizlə) 
ÜDM-in artım sürəti, əvvəlki ilə nisbətən, 
faizlə
1,5
26,4
34,5
25
10,8
9,2
5
0,1
2,2
5,8
2,8
-3,5
-10
-5
0
5
10
15
20
25
30
35
40
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014 *2015 *2016
illər
%
%
 
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 
www.stat.gov.az
 
*Qeyd: Proqnozlar- müəllif tərəfindən hesablanmışdır. 
 


 
72
Qrafik 3.2 
İnfilyasiya,(faizlə) 
İnfilyasiya (faizlə)
1,50%
9,60%
8,30%
16,70%
20,80%
5,70%
7,90%
1,10%
2,40%
1,40%
3,50%
0,00%
5,00%
10,00%
15,00%
20,00%
25,00%
2005
2006 2007
2008 2009
2010 2011 2012
2013 2014 2015*
illər
faiz
%
 
Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 
www.maliyye.gov.az
  
 
2007-2009-cu 
illərdə 
infilyasiyanın 
yüksək 
dərəcəsi 
müşahidə 
olunmuşdur.(Qrafik 3.2) 
2005-ci  ildən  sonra  iqtisadi  artımı  analiz  etsək  ,  görərik  ki,  ölkə  həmin  dövrdə 
yenə  eyni  həcmdə  neft  hasil  edir,  lakin  neftin  qiymətinin  düşməsi  ilə  ölkədə  istehsal 
olunan  məhsul  və  xidmətlərin  də  dinamikasında  azalmalar  olmuşdur.  Bütün  bunlar 
göstərir  ki,  Azərbaycan  iqtisadiyyatı  neft  gəlirlərindən  və  dünyada  baş  verən  qiymət 
dəyişikliklərindən  olduqca  asılıdır.  Ölkənin  xarici  ticarəti  də  neftdən  asılıdır,  çünki 
ölkənin  ixracatının  90%-indən  çoxunu  neft  və  neft  məhsulları  təşkil  edir.  ÜDM-in 
davamlı  olaraq  inkişafını  təmin  etmək  üçün  ölkənin  neft  gəlirlərindən  asılılığını 
minimuma  endirmək  lazımdır.  2009-cu  ildə  ÜDM-in  aşağı  düşməsi  məhz  neft 
qiymətinin aşağı düşməsi və tikinti sektorunun tənəzzülü ilə əlaqədar olmuşdur. 
Pozitiv  iqtisadi  inkişaf  templərinə  baxmayaraq  ölkəmizin  iqtisadiyyatının  neft 
hasilatından  asılı  olması  səbəbindən,  böhran  sonrası  qlobal  birjalarda  neft  qiymətinin 
düşməsi ölkəmizin iqtisadiyyatı üçün bir çox çətinliklər meydana gətirmişdir. 
Qlobal  maliyyə  iqtisadi  böhranı  ölkəmizdə  iqtisadiyyatın  ayrı-ayrı  sektorlarına 
müxtəlif dərəcədə təsir etmişdir.[32, səh.111-119] 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə