Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

 
79
Dünyanı  bürümüş  bu  maliyyə  böhranı  kontekstində  Azərbaycan  dövlətinin 
həyata  keçirdiyi  antiböhran  siyasəti  dünya  elmi  ictimaiyyətində  bu  gün  xeyli  maraq 
doğurmuşdur.  Heç  də  təsadüfi  deyildir  ki,  antiböhran  siyasəti  ən  nüfuzlu  beynəlxalq 
elmi  nəşrləri  və  dairələrində  bəzən  hətta  optimal  strateji  bir  resept  kimi  də 
qiymətləndirilir.  Doğrudur  Azərbaycanın  makroiqtisadi  səviyyədə  həyata  keçirdiyi 
antiböhran siyasəti demək olar ki, ancaq jurnalist mövqeyi səviyyəsində şərh olunur. 
Ancaq  bununla  belə  artıq  iqtisadi  tədqiqatlarda  qlobal  maliyyə  böhranına  qarşı 
mübarizəsinin  prinsip  etibarilə  “Azərbaycan  modeli”  haqqında  mövzular  tədqiq 
edilməkdədir.  
2010-cu  ildə  ölkəmizdə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət 
İdarəetmə Akademiyasının təşkilatçılığı ilə Türkiyə və Orta Şərq İdarərtmə İnstitutu, 
Sankt-Peterburq  Dövlət  İqtisadiyyat  və  Servis  Universiteti  və  Türkiyə  Cumhuriyyəti 
Mərmərə  Universitetinin  iştirakı  ilə  Bakıda  ,  Dövlət  İdarəçilik  Akademiyasında 
“Qlobal  maliyyə  böhranının  və  dövlət  idarəetmə  sistemində  antiböhran  siyasəti: 
Dünya  təcrübəsi  və  Azərbaycan  modeli”  mövzusunda  maraqlı  beynəlxalq  konfrans 
keçirildi. 
Konfransın  məqsədi  qlobal  maliyyə  böhranının  mahiyyətinin  nədən  ibarət 
olduğu və bu qlobal problemin necə və hansı alternativ yollarla həll oluna bilməyi və 
s.  məsələlərə  müəyyən  qədər  aydınlıq  gətirmək  idi.  Antiböhran  tədbirlər  paketində 
hər şeydən əvvəl mövcud vəziyyət xarakterizə edilmiş və gələcək üçün hazırlıq planı 
müəyyən  edilmişdir.  Belə  nəticəyə  gəlinmişdir  ki,  Azərbaycan  böhran  səviyyəsinə 
enməyib, lakin böhranın təsir kanalları mövcuddur və onu minimuma endirmək üçün 
müvafiq qabaqlayıcı tədbirlər görmək lazımdır. 
 
 
 
3.2. Qlobal maliyyə-iqtisadi böhranın “ikinci dalğası”nın Azərbaycan  
iqtisadiyyatına təsiri və ona qarşı mübarizə tədbirləri 
 Azərbaycan  özünü  1998  və  2008-ci  ildə  qlobal  iqtisadi  böhranın  birinci 
dalğasından  qoruya  bilmişdi.  Amma  böhransız  inkişafda  təhlükəlidir.  Böhran 


 
80
iqtisadiyyatı  möhkəmləndirir.  Ölkəmizin  böhranla  mübarizə  apara  bilmək  təcrübəsi 
yoxdur. 
2010-cu  ildən  etibarən  böhranın  “ikinci  dalğası”  gölənilirdi.  [20]  Məsələnin 
acınacaqlı  tərəfi  ondan  ibarət  idi  ki,  Azərbaycan  kimi  ölkələrin  böhranın  növbəti 
təsirindən  sığortalanmamasına  dair  proqnozların  olması  idi.  Yəni  növbəti  dalğanın 
fəsadları daha dərin ola bilərdi. Buna baxmayaraq bəzi ekspertlər 2010-cu ilin 2009-
cu  ilə  nisbətən ölkəmiz  üçün daha uğurlu  olacağını proqnozlaşdırırdılar. Bunu  ABŞ-
da  iqtisadi  artım  meyillərinin  olması  ilə  izah  edirdilər.  Belə  ki,  artıq  2010-cu  ildən 
ABŞ-da böhranın dalğası nisbətən yumşalmışdı. 
Azərbaycana gəlincə ekspertlər qeyd edir ki, böhran ölkəyə iki istiqamətdə təsir 
edə bilər: 
1.  Qlobal  maliyyə  böhranı  bir  böhran  olaraq  bütün  ölkələrə  təsir  etdiyi  kimi 
Azərbaycana  da  təsir  göstərir.  Bu  özünü  həm  xarici  investisiya  qoyuluşlarının 
daralmasında,  həm  də  maliyyə  sektorunda  problemlərin  yaranmasında,  xarici 
kreditorların  cəlb  edilməsinin  çətinləşməsində,  pul  çatışmazlığının  yaranmasında 
göstərir. 
2.  Bundan  əlavə  qlobal  maliyyə  böhranı  ölkəmizə  neftin  qiymətinin  dəyişməsi 
ilə  təsir  göstərir.  Buna  baxmayaraq  2009-cu  ildə  neftin  qiyməti  35  dollara  qədər 
azalmasına  baxmayaraq  2010-cu  ildə  neftin  qiymətinin  78  dollar  olması 
proqnozlaşdırılırdı.  
Böhranın  dərinləşməsi  neftin  daha  da  ucuzlaşmasına  səbəb  olurdu.  Bu  böhran 
ixracının  90%-indən  çoxunu,  büdcəsinin  70%-i,  ÜDM-nin  ən  azı  yarısı  neftdən  aslı 
olan Azərbaycan Respublikası üçün yaxşı heç nə vəd etmirdi. 
Bu gün bütün ölkələr böhranın “ikinci dalğasını” yaşayır. Əslində “ikinci dalğa” 
Avropa İttifaqının  üzvü olan, iqtisadi cəhətdən dünyada hökmranlıq edən dövlətlərin 
qapısının  ağzını  çoxdan  alıb.  İnkişaf  etmiş  ölkələr  bunu  bilir  və  böhranın  təsirindən 
itkisiz  ötüşməyin  yollarını  axtarırlar.  Azərbaycan  hökumətinin  bəzi  məmurlar  hesab 
edirdilər  ki,  Azərbaycan  öz  iqtisadiyyatını  yetəri  qədər  təmin  edib  və  ona  görə  də 
böhran  Azərbaycana  təsir  etməyəcək.  Avropa  ölkələrinin  də  ÜDM-i  çox  yüksək 


 
81
səviyyədədir və G7-ə daxil olan ölkələrin çoxu da Avropada yerləşən ölkələrdir. Yəni 
ABŞ iqtisadiyyatından,Yaponiya və Çindən sonra Avropa Birliyi ölkələri çox yüksək 
səviyyədə inkişaf etmiş ölkələrdir. Bu ölkələrdə baş verəcək istənilən hadisə təbii ki, 
bütün  iqtisadiyyata  təsir  edəcək.  O  cümlədən  də,    böhranın  təsiri  Azərbaycan  üçün 
qaçılmaz  idi.  Avropadan  gələn  malların  da  Azərbaycanın  daxili  bazarlarında  çəkisi 
yüksəkdir. Ona görə də böhranın Azərbaycandan yan keçməsi fikri düzgün deyildir. 
Amma  ölkədə  ikinci  dalğanın  qarşısı  alınmayacağı  təqdirdə  onun  təsirinin  ölkə 
iqtisadiyyatına  daha  ağır  olacağı  şübhə  doğurmur.  Ən  əhəmiyyətli  təsir  isə  yenə  də 
neftin  dünya  bazarında  qiymətinin  azalması  ilə  bağlıdır.  Neftin  bir  barelinin 
qiymətinin 2012 -ci ildə 40 dollara qədər azalması baş verdi. 
Avronun milli valyuta məzənnəsinə nisbətən dəyərinin düşməsi baş verdi. Bu da 
ölkəmizin xarici ticarət dövriyyəsinə təsir etdi. Belə ki, avronun ucuzlaşması Avropa 
dövlətlərinə  satılan  məhsulların  azalmasına  gətirib  çıxardı,  həm  də  ixrac 
əməliyyatlarından  əldə  olunan  real  gəlirin  həcmi  azaldı.  Bu  hal  bir  müddət  davam 
etdi.  
Bu  dövrdə  Avrozonada  böhranın  Azərbaycana  təsirini  azaltmaq  üçün  manatın 
məzənnəsinin sabit saxlanılması üçün tədbirlər davam etdirildi. Onu da qeyd edək ki,  
Azərbaycanın  maliyyə  bazarı  böhranı  özündə  hiss  etdirəcək  qədər  dünya 
iqtisadiyyatına  inteqrasiya  etməyib.  Bununla  belə  böhranın  təsirindən  də  tam 
sığortalanmayıb. 
2014-cü  ilin  ortalarından  neft  və  neft  məhsullarının  qiymətlərinin  düşməsi 
iqtisadi  artıma  müsbət  təsir  göstərəcəyi  barədə  fikirlər  özünü  doğrultmadı.  Dünya 
iqtisadiyyatı  qeyri-müəyyənlik  içərisində  idi.  Mövcud  vəziyyət  bütün  ölkələrin  ,  o 
cümlədən  Azərbaycanın  qonşu  ölkələrinə  də  təsir  göstərmiş,  mürəkkəb  iqtisadi 
vəziyyət  yaratmışdı.  Milli  valyutanın  qiymətinin  dəyərsizləşməsi  iqtisadi  artım 
tempinin  azalmasına  səbəb  olmuşdu.  Heç  bir  şübhəsiz  bütün  bu  proseslər 
Azərbaycana  da  təsirsiz  ötüşməmişdir.  Ölkəmizin  valyuta  daxilomaları  azalmış  və 
tədiyyə balansının müsbət saldosu da daralmışdır. Bundan başqa Azərbaycan mənşəli 
məhsulların  rəqabət  qabiliyyətliyinin  enməsi  müşahidə  olunmuşdur.  Bundan  başqa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə